Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov vəzifəsindən istefa verib.
Demokratikmusavat.com Axar.az-a istinadən xəbər verir ki, R.Xamitov əhaliyə müraciətində istefa etdiyini bildirib.
"Mənim işim və Başqırdıstan lideri olaraq vəzifəm tamamlandı. İstefa ərizəmi Rusiya Federasiya liderinə göndərdim", - deyə o bildirib.
Xamitov həmçinin 2019-cu il prezident seçkilərində iştirka etməyəcəyini də vurğulayıb.
Demokratikmusavat.com