AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Psevdodemokratiyanın erməni variantı: Nikol Paşinyanın "Pirr qələbələri"...

  15

Demokratikmusavat.com bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Ermənistan siyasi səhnəsində gərginlik davam edir. Meydana daha təhlükəli və riskli məqamlar çıxır. Oktyabrın 2-də Ermənistan parlamentinin "Milli Məclisin reqlamenti haqqında" qanuna təklif olunan düzəlişləri qəbul etməsi bir nəticə verməyib. N.Paşinyan ayrı-ayrı deputatlara təzyiq və hədə ilə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.

Artıq "Respublika" partiyasından olan bir neçə deputatın inqilabçıların tərəfinə keçdiyi haqqında informasiyalar yayılır. N.Paşinyan özü bunu uğur adlandırıb və insanları daha cəsarətli olmağa çağırıb. Ancaq real olaraq başqa məzmun və mahiyyətli proseslərin getdiyi aydın olur. Dörd respublikaçı deputatın yaydıqları müraciətdə məsələnin bu tərəfi geniş izah edilib. Orada N.Paşinyanın bir siyasətçi kimi əsl siması da aydın təsvir edilib. Ermənistanda siyasi proseslərin dinamikası aspektində problemin bu tərəfi üzərində geniş dayanmaq istərdik.

Siyasi məqsədlər və təzyiq üsulu: Paşinyanın əsl siyasi kimliyi

Bir sıra erməni ekspertlər və siyasətçilər ölkənin siyasi səhnəsində meydana gələn ziddiyyətlərin və anlaşılmazlıqların tədricən aradan qaldırıldığı haqqında fikir bildirməklə, əslində, çox tələsiblər. Oktyabrın 2-də parlamentin reqlamenti haqqında qanuna yeni düzəliş qəbul ediləndən sonra aralıq daha da qarışmışdı. N.Paşinyan tərəfdarlarını küçələrə çağırdı. Onlara inqilabı başa çatdırmaq naminə "daha cəsarətli" olmaq üçün çağırış etdi. Ancaq proseslərin gedişi göstərir ki, hakimiyyət yalnız adi vətəndaşlara çağırışlarla kifayətlənmir. Paşinyan hökuməti ənənəvi təhdid, rəqibi qorxutma, onu ələ almağa çalışma kimi üsullardan da geniş yararlanmağa cəhd göstərir. Bunun sayəsində Ermənistanda oktyabrın 2-dən fərqli bir siyasi mənzərə yarandığı görüntüsü meydana gəlib. Onun başlıca xüsusiyyətləri hansılardır?

Ermənistan KİV-in yaydığı məlumatlara görə, N.Paşinyan Parisdə prezident Armen Sarkisyanla görüşüb. Növbədənkənar seçkilər və siyasi gərginlik məsələləri müzakirə olunub. Belə razılığa gəlinib ki, böhran dialoq yolu ilə aradan qaldırılsın. Növbəti müzakirənin İrəvanda aparılması qərar alınıb. İrəvanda da prezidentlə baş nazir yenidən bir araya gəliblər. Lakin bütün bunların praktiki bir nəticəsi olmayıb.

Məsələ ondan ibarətdir ki, Ermənistan prezidenti tərəfləri ortaq mövqeyə gətirmək istiqamətində konkret addım atmır. O, N.Paşinyanı sağlam düşüncəyə dəvət edir. Eyni şeyi müxaliflər haqqında deyir. Ancaq bir prezident olaraq konkret təklif vermir və yol göstərmir. Bir növ "seyrçi ağsaqqal" rolunda elə də uğurlu görünmür. Və ya hələlik yalnız müşahidə edir. O, siyasi səhnədə vuruşanlardan hansının üstün gələcəyini gözləyir. Sonra hansı addımı atacaq, bilinmir. Çünki N.Paşinyan prezidentin siyasi maraqlarını nəzərə almaq istəmir. Bu barədə heç söhbət belə aparılmır. Lakin özünün yenidən baş nazir seçilməsi üçün hər şeyi edir. Faktiki olaraq onun bütün oyunları bunun üzərində qurulub.

N.Paşinyan kimi "demokratın" şərti budur: məni yenidən baş nazir seçməyə razı olanlar siyasi səhnədə qalırlar, olmayanlar isə avtomatik olaraq xalq düşməni, əksinqilabçı və antidemokrat elan olunacaq! Bu "demokratik üsul"un tətbiqi artıq gedir. Və müəyyən uğurlar əldə edilib. Məsələn, Haqik Sarukyanın başçılıq etdiyi "Çiçəklənən Ermənistan" partiyası artıq inqilabçılara qoşulub. Onlarla yanaşı, respublikaçılardan 14, Robert Koçaryana yaxın 1 nəfər və digər fraksiyalardan 1 nəfər baş nazirin şərtlərini qəbul edib.

Bu proseslərə prezident A.Sarkisyan yenə də sakit reaksiya verib və bütövlükdə müsbət addım adlandırıb. R.Koçaryan və S.Sarkisyan isə susmaqda davam edirlər. Bunlardan fərqli olaraq, "Respublika" partiyasının 4 deputatı səslərini qaldırıblar. Onlar faktiki olaraq N.Paşinyan və tərəfdarlarının demokratiya kimi təqdim etməyə çalışdıqları prosesin daxili simasını öz müraciətlərində açıblar. Həmin deputatlar aşağıdakılardır: Miqran Akopyan, Karen Bekaryan, Arman Saqatelyan və Samvel Fərmanyan (bax: Вместо переговоров "гоняться" за каждым депутатом - это то же самое, что приставить оружие к виску депутата: заявление 4 депутатов от фракции РПА / 1in.am, 10 oktyabr 2018).

Onlar müraciətlərində vurğulayırlar ki, N.Paşinyan özü də daxil olmaqla hamının maskasını çıxarmaqdadır. Onların sıralarında respublikaçı-konformistlərin də olduğu aydınlaşır. Orada "mötəbər siyasi institutlar" və "buyruq qulu qəhrəmanlar" da vardır (bax: əvvəlki mənbəyə). Sonuncular sakitcə "bu gündən bunları söymürük, ancaq tərifləyirik" prinsipi üzrə hərəkət edirlər. Bu, hər şeydən öncə, deputatların yaramaz və eybəcər üsulla "oğurlanması"dır. Sonra isə siyasi şüurda ağır iz buraxmaqdadır.

Demokratiyadan qaçış: Ermənistan yeni risklər və uçurumun astanasında

Lakin yaltaqlıq və vəziyyətə iradəsiz uyğunlaşma cəhdləri uzun zaman davam etmir. Deməli, N.Paşinyanın indi etdikləri əsas olaraq "mənəvi parçalanma və dəyərsizləşməyə yeni fundament hazırlayır" (bax: əvvəlki mənbəyə). Məsələnin bu aspekti siyasi və mənəvi baxımdan çox maraqlıdır. Belə görünür ki, artıq Ermənistan siyasi dairələrində N.Paşinyanın reallıqda cəmiyyətə nə gətirdiyi haqqında konkret təsəvvürü olan qruplar mövcuddur. Onlar başa düşürlər ki, riyakarlığı demokratik düşüncə kimi qələmə vermək və hakimiyyət hərisliyini vətənpərvərlik pərdəsinə bükmək sonucda bütün xalqı fəlakətə aparacaq.

Çünki N.Paşinyanın hər bir "uğuru" faktiki olaraq erməni xalqının bir addım da uçuruma irəliləməsi deməkdir. Siyasi səhnədə ikiüzlülük, satınalma, hədə-qorxu ilə məqsədə çatma metodları standarta çevrilir və kütlələrin şüurunda yalan həqiqətin yerini daha möhkəm tutur. Bu cür insanların şüuru ilə manipulyasiya etmək dəfələrlə asanlaşır. Bu gün irəliləyiş kimi görünən hadisələr bir qədər sonra bumeranq kimi cəmiyyətin başında çatlayacaq.

Bunların əsas səbəbini də müraciət imzalayan deputatlar izah ediblər. Onlar əmindirlər ki, siyasi qüvvələr arasında danışıqlar aparmaq əvəzinə, hər bir deputatın arxasınca qaçıb, ona təzyiq göstərməklə öz tərəfinə çəkmək reallıqda "deputatın gicgahına silah dirəyib, ona öz iradəsini qəbul etdirməkdir" (bax: əvvəlki mənbəyə).

Bizcə, haqlı və əsaslı iraddır. N.Paşinyan başqa hansı üsulla məqsədinə çatıb? Onun heç bir işdə qanuni davrandığını sübut edən fakt yoxdur. Bir çətinlik yaranan kimi meydanlara qaçır və oradan təhdidlər yağdırır. Ermənistanda onsuz da siyasi iradəsi zəif olanlar kifayət qədərdir. Bu cür oyunla hər iki tərəf özünü "təsdiqləməkdə" davam edir.

Ancaq bu kimi oyunların axırının yaxşı qurtarmayacağını adı çəkilən deputatlar bəyan edirlər. Bunun həm qeyri-qanuni, həm də qeyri-əxlaqi olduğunu onlar açıq ifadə edirlər. Yekun olaraq isə bu cür qütbləşmə, inadkarlıq, başqası ilə mükalimədən qaçmaq, ultimatum ritorikası "ictimai və insani böhranın yetişməsinə aparıb çıxarır" (bax: əvvəlki mənbəyə). Bu yolda bir-birini ayaqlamaq, başqasının ləyaqətini alçaltma hesabına özünü təsdiq etmək kimi iyrənc hadisələr baş verməkdədir. İnsanlar oyuncağa və siyasi məqsədlərə çatmaq üçün alətlərə çevrilirlər. Son olaraq isə cəmiyyət üçün çox ağır nəticələr alınır.

Beləliklə, Ermənistanda bir sıra KİV orqanlarının və siyasi dairələrin "demokratik irəliləyiş" kimi təqdim etməyə çalışdığı proseslər, əslində, cəmiyyətin daha dərin qatlarda parçalanmasına və qarşıdurmaların genişlənməsinə aparıb çıxarır. Bu gün H.Sarukyan N.Paşinyanın tərəfinə keçməklə erməni xalqının gələcəyinə zərbə vurur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, daşnaklar hələ son sözlərini deməyiblər, R.Koçaryan isə susur. Onun siyasi mübarizədən əl çəkdiyini demək tələskənlik olardı. Görünür, ikinci prezidentin gözlədiyi məqamlar vardır.

Bütün hallarda N.Paşinyanın seçkini hökmən dekabrda keçirmək və eyni zamanda, baş nazir postunu saxlamaq planı tamamilə antidemokratik ruhda qurulub. Burada hər hansı sivil yeniləşmədən söhbət gedə bilməz. Siyasi rəqiblərini təhdid, şantaj, repressiya, alçaltma kimi üsullarla zərərsizləşdirmək, adətən, uzunmüddətli nəticə vermir Bunu edənin özünə bumeranq kimi qayıdır. Çox keçməz ki, N.Paşinyan da bu qanunauyğunluğu öz üzərində hiss edər.

Hələlik onu demək mümkündür ki, N.Paşinyan və tərəfdarları radikal siyasi mühit formalaşdırmaqda davam edirlər. Onlar bütün istiqamətlərdə təzyiq üsulundan geniş yararlanırlar. Görünür, bu qrupun arxasında duran siyasi texnoloqlar bütün meyarları itiriblər. Onlar Cənubi Qafqazda növbəti qeyri-müəyyənlik və risk mühiti formalaşdırırlar. Bu yanğının genişlənib daha çox ərazini əhatə etməməsi üçün hansısa tədbir görüldüyü müşahidə edilmir. Əksinə, Vaşinqton bəyan edir ki, "Ermənistanda siyasi islahatlara daha 26 milyon ABŞ dolları ayıracaq". Deyəsən, küləyin haradan əsdiyi üzə çıxır.

Demokratikmusavat.com

Xəbər Lenti

Pərvinin doğum günü, gecəsinə iki min qazanan müğənni, Afaqın soyunmağı və böcək söhbəti - HƏFTƏBECƏR

Günün qoroskopu: məşəqqətli dövr bitəcək, sonra işlər düzələcək

ABŞ-da əyləncə gecəsi zamanı döşəmə uçub, 30 nəfər yaralanıb

Tayvanda FACİƏ: 18 ölü, 168 yaralı - YENİLƏNİB

Özünə bıçaq xəsarəti yetirib

Pakistanda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb

"Bişirdiyiniz çörək bir kündə az olsun, amma..." - FOTO

Xaçmazda maşın yanıb

Cəbrayıl Həsənov finalda, Hacı Əliyevdən uğursuz start - dünya çempionatı

Maşın aşıb, sürücü ağır yaralanıb

"Keşlə"dən ilk qələbə, "Sabah" yenidən üçüncü pillədə

Gürcüstan prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb

"Qəhrəman heç bir fiziki güc tətbiq etmədən intiqamını almış olur" - Onun film seçimi

Tayvanda FACİƏ: 22 ölü, 171 yaralı - YENİLƏNİB

İnsan iradəsinin sərhəd tanımadığını dünyaya göstərən azərbaycanlı gənc - Portret - FOTO

Uqanda yaraqlıları Konqo DR-ya hücum edərək 12 nəfəri öldürüb

Xəstəliklərin və zədələrin məğlub edə bilmədiyi idmançı - Portret - FOTO

"Hamı mənə deyirdi ki, bu uşaq "manyak"dır" - FOTO

Tayvanda FACİƏ: 18 ölü, 160 yaralı - YENİLƏNİB

İnsanların "sırt çevirdiyi" Sirt qalası - FOTO

Gənc qadın jurnalistin meyiti tapılıb

Trampın müşaviri Moskvada

Merkel bloku dağılır: Nazir istefa ilə hədələdi

Telekanalda yeni aparıcı - Model Həyat Aslani

Lider TV-də yeni aparıcı - Model Həyat Aslani

Maraqlı dönüş: Qaşıqçının qətlinə Trampın kürəkəninin də adı qarışdı

Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu Daniil Sayamovun konserti keçirildi - FOTO

“Habertürk”: Qaşıqçının cəsədini Türkiyə vətəndaşı aparıb - İDDİA

İran ABŞ-ın ittihamlarını rədd etdi

Rüfət Dadaşov üçün 90 dəqiqə və 3 xal

İŞİD lideri Kamal Kılıçdaroğlunun ölüm əmrini verdi

Gürcüstanda seçkiqabağı təxribat

ABŞ vəliəhddə “Hər şeyi edə bilərəm” hissi oyadıb - Norbert Rettqen

Ər-Riyadın bəyanatı kifayət etmir - ABŞ-dan Qaşıqçı açıqlaması

"El Klasiko"da 11 il sonra ilk

Peres Lopeteqiyə söz verdi - O oyuna qədər qovulmayacaqsan

Bakıda YAY Qalereyasında “Funksiya. Quruluş. Dəyişiklik” fotosərgisinin açılışı olub - FOTO

Bolt üçün 2 illik müqavilə

Futbolçu meydanın komandasına aid hissəsindən qol vurub - VİDEO

Macar futbolçu meydanın komandasına aid hissəsindən qol vurub - VİDEO

Azay Quliyev: “Star” layihəsinin təkcə iqtisadi deyil, siyasi və təhlükəsizlik baxımından da çox böyük əhəmiyyəti var"

Britaniyadan ABŞ-a dəstək: Müqavilədən çıxır

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

Şamaxılıları “Şorik” adlandıran müğənni: “Heç kim müdaxilə edə bilməz” - VİDEO

Rusiyadan ABŞ-a sərt cavab: Başqa yolumuz qalmır...

Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi - FOTO

"Qarabağ"a qalib gəlməyimiz vacibdir" - "Vorskla"nın hücumçusu

Aparıcı telekanallardakı qalmaqallara etiraz etdi: "Səviyyəsizliyə stop"

Kollecdəki terrorun görüntüləri yayıldı: terrorçu qarşısına çıxan hər kəsi güllələyir - VİDEO

Ronaldodan yeni rekord, Messi geridə qaldı

Qaşıqçı cinayətində şok iddia: Dindirilmə zamanı...

Sarri "Çelsi"nin tarixinə düşdü

Tayvanda FACİƏ: Sərnişin qatarı relsdən çıxbı - Ən azı 17 ölü

Jardim İngiltərə klubunun hədəfində

Çin sahillərində yük gəmisi batıb: 11 nəfər itkin düşüb

Gürcüstan kişiləri qırılır: İlk onluq

"Eləsinə ərə getməkdənsə, anamın evində oturmuşam da..." - SƏİDƏ

Eden Hazarda fantastik müqavilə təklifi

"Real"ın tranfserdəki bir nömrəli hədəfi

Nərmin Kərimbəyova: "Şou-biznes çox çirklidir" - MÜSAHİBƏ

Əfqanıstanda yenidən partlayış: 11 ölü

Messi başqa planetdən gəlib - Sabiq "Barselona"lı

Yaponiyada helikopter 600 kq betonu meşəliyin üstünə tökdü

“Futbolçu iki oyun yaxşı oynadı deyə, müqaviləsini yeniləmirik”

Tünzalənin "Şərhsiz" gecəsi baş tutdu

İsrail Qəzza zolağı ilə sərhədi açır

Qaşıqçının ölümü kimin maraqlarına uyğundur? - Politoloq

Kənan MM onu lağ edən blogerə: - “Mənim dırnağım biləni sənin başının bir hissəsi bilmir”

İkardi İquayndan daha yaxşı hücumçudur - Sabiq “İnter”li

Sərxoş sürücü pəncərədən sallanan DYP inspektorunu 100 metr sürüdü - VİDEO

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq - VİDEO - FOTO

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq - FOTO

Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları”ndan danışır

NYT: Səudiyyənin vəliəhd şahzadəsi “trollar ordusu” toplayıb

Çində onlarla mədən işçisi uçmuş şaxtanın altında qalıb

"Titli" can almaqda davam edir: qurbanların sayı 61 nəfərə çatıb, 57 min ev dağılıb

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

Nigeriyada toqquşmalar: 55 nəfər həlak olub

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxdı

Jurnalistlərdən Ər-Riyada qarşı sanksiya tələbi

İmişlidə naməlum kişi meyiti tapılıb

Nyu-York ştatında təyyarə avtomobil yoluna enib

Saleh Yılmaz: "Star" NEZ-in açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir"

Səbinə Kərimova beynəlxalq turnirdə bürünc medal qazanıb - FOTO

Sərnişin təyyarəsi təcili eniş edib

"Xaşkacinin qətli ilə bağlılığı olanların cavab vermələri üçün..."

"Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklər edilib

Kamerunda silahlılar 5 məktəblini qaçırıb

Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb

Tramp: "ABŞ Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacaq"

"Biz qətiyyətlə cinayəti pisləyirik"

Azərbaycan bu Xəzər qonşusu üçün potensial ixracat bazarıdır

Boşanmaq istəyən qadına qarşı AĞLASIĞMAZ ƏMƏL: çılpaq görüntüsünü... - BAKIDA

Həbib hansı azərbaycanlıya uduzub? - AÇIQLAMA - VİDEO

Avropanın ən böyük günəş elektrik stansiyası işə salınıb