AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Tibb bacılarımız niyə təzə doğulmuş körpəyə "Allah xeyir verməsin" dedi?

  13

Feysbukda tanış olduğum həkim məni qısa müddətdə siqareti tərgitdirəcəyinə inandırmışdı. Yaşlı, qozbel kişiydi. Özəl xəstəxanada çalışır. Yanına gedəndə isti qarşıladı. Ayaqda qalmamağım üçün oturmağıma işarə elədi. Sonra dolabçadan şüşə qab çıxardı. İçində pis qoxulu nəsə vardı. Dedi, bu qarışıq səni siqaretdən biryolluq uzaqlaşdıracaq. Cümləsini təntənəli nidayla bitirdi. Şüşəni əlimə götürüb ehmalca iylədim. Həqiqətən, iyrənc idi. Qayıtdı ki, 100 manat verəcəksən, vəssalam. Duruxdum. Dedim, məndə o qədər pul hardandı, doktor? Diksindi. Ayağa qalxıb o baş-bu başa addımladı. Dedi, 50 manat. Hə, 50 manat! Ver, heç kimə heç nə demədən bunu götür, get. Bu dəfə acizanə baxışlarımla pulumun olmadığını göstərdim. Tamam özündən çıxdı. Yumruqlarını düyünlədi. Sonra əllərini açıb gülümsündü. Qayıtdı ki, iyirmicə manatı qoy masanın üstünə, götür get. Dinmədim. Lombasıyla tüpürdü şüşə qabın içinə. Mən də özümdən çıxdım. Qapını çırpıb çıxdım çölə. Arxamca şüşəni çırpdı divara. Salam-sağ olumuz bu məşum sonluqla da bitdi.

Sonralar öyrəndim ki, öz qarışığını 2-3 siqaret asılısına 50-60 manata sırıyıb. Hələ qarışıqdan fayda görməyən bir nəfərlə əlbəyaxa olub. Zorla aralayıblar. Adam ödədiyi pulu, həkimsə ondan vaxt tələb edirmiş. Belə...

Bu hadisəni Azərbaycan həkiminin xəstəsinə ümumi münasibəti səviyyəsinə qaldırmaq niyyətim yoxdur. Hərçənd, xəstəxanalarımızda xəstənin səhhəti və heysiyyatı ilə oynamaq, etinasız münsaibətlə təhlükəyə çəkmək halları kifayət qədər olub və bu narazılıq aktualdır. Ölkədə həkimlərlə bağlı əsas problemlərdən biri onların xəstə üzərindəki hakimiyyətini danlamalarla, qışqır-bağırla, tibbi biliklərini xəstənin gözünə soxmaqla (bağırsağımı yoxlatmaq üçün getdiyim həkim buna ən yaxşı nümunədir. İstifadə etdiyi aparatı istehsal edən şirkətin adını deyəndə gözlərini bərəltdi. "Sən qanmarsan" ədasıyla sözümü ağzımda qoydu) möhkəmləndirmək cəhdidir. Bundan əlavə, heç bir tibbi əsası olmadan xəstə orqanizminə etdikləri istənilən müdaxiləyə boğazdanyuxarı zəmanət verirlər (diş həkimim də beləcə alt dişlərimə qoyduğu plomba 1 il zəmanət verib pulunu artıqlamasıyla almışdı. Bir ay keçmədi, ovxalanıb töküldü).

Həkimin vicdanla işləməsi üçün nəyə and içməsinin xəstəyə heç bir aidiyyəti yoxdur. O, yalnız mərhəmət, dəqiqlik, mümkün qədər az ödəniş müqabilində çoxlu fayda, xeyir, sağalmaq istəyir. Bəli, çox sadədir. Tələb daha çox yaşamağa göstərilən xidmətin keyfiyyətli və ucuz olmasıdır.

Doğum evlərindən gileylənənlər daha çoxdur. Qiymətlər baha, xəstəxana şərtləri ağır, həkimlər, onların köməkçiləri pulgir, belə deyirlər. Xəstəxananın qapıçısından tutmuş, baş həkimə qədər hamısı şirinlik tamarzısında olur. Bu istəkləri ilə silahlanıb düşürlər xəstənin yaxınlarının canına. Mövqeyindən, vəzifəsindən asılı olaraq hər şirinlik istəyənin də öz gözləntisi, tələbi olur. Bu tələb qarşılanmadıqda üzləri çönür, nə yeni doğulmuş körpə, nə də anası veclərinə olur. "Yolaverdi" xidmətə keçirlər. Ən ucuz münasibət növü olan "mənəvi öhdəlik" yaddan çıxır. Xəstənin özü və yaxınları ilə eybəcər rəftar edirlər.

Doğum evlərinin birində rastlaşdığım mənzərə daha dəhşətli idi. Xəstəxananı əhatə edən hasarın hər yeri yeni doğulan körpənin adıyla, doğulduğu tarixlə, onları mədh edən qırıq-qırıq sözlərlə doludur. Belə demək olarsa, hasar yazıq-yazıqdır. Harasına baxsan, müxtəlif körpə adlarını, valideynlərin, nənə-babanın onlara təbrikini soyuq divardan oxuya bilərsən. Bunun nə qədər yaxşı əlamət olub-olmadığı başqa məsələdir. Amma iki tibb bacısının təbaşirlə hasara nə isə yazdığını, məni görəndə duruxduqlarını, oradan bir az uzaqlaşdıqda sağa-sola boylana-boylana işlərinə davam etdiklərini görəndə bu mənzərə maraqlı gəldi mənə. Onların getməsini gözlədim. Yaxınlaşdım hasara. Qırmızı karandaşla yeni doğulan körpənin adı və doğulduğu tarix yazılmışdı. 4-5 gün əvvəl dünyaya göz açıbmış. Təbaşirlə altda belə yazılmışdı: "Allah xeyir verməsin". Sarsıldım. Əlimdəki sudan çiləyib bu dəhşətli qarğışı birtəhər sildim. Görünürdü ki, həmin körpənin yaxınlarından narazı qaldıqlarına görə belə əməl eləmişdilər. Çox güman yenə şirinlik məsələsiymiş.

Həkimlik insana müdaxilənin ən dərin formasıdırsa, həkim də burada bazis icraçıdır. Ondan aşağı vəzifədəkilər - tibb bacıları, qardaşları, nəzarətçilər bu sistemin vacib hissələridir. Nəticədə, xəstənin sağlamlığı komleks işin keyfiyyəti və səmərəli olmasıyla bilavasitə əlaqədardır. Həkimlərdən mərhəmətli olmağı, vicdanlı yanaşmağı və səbrlə davranmağı xahiş edirəm. Qoy istənilən müdaxilələri təkcə tibbi əsasa yox, həm də vicdana, mənliyə söykənsin. Ortadakı insan amili, onun həyatda qalması üçün hər şeyə razı olması vəziyyəti unudulmasın. 

Orxan İsmayıl
Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: məqsədə aparan yolda səd və maneələr az olmayacaq

Azərbaycan neftinin 1 bareli təqribən 81 dollara satılır

Dünya ictimaiyyəti Camal Kaşıkçının qətlinə reaksiya verməyə başlayıb

Drezdendə ksenofobiya əleyhinə nümayiş keçirilib

Leyla Əliyeva "Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə" mövzusunda II gənclər sərgisində iştirak edib - FOTO

Avtomobil 15 yaşlı gənci vurub

İndoneziyaya zəlzələ nəticəsində 911 milyon dollar zərər dəyib

Gürcüstanda prezidentliyə namizəd azərbaycanlıları narahat edən məsələlərlə tanış olub

60 yaşlı kişi naməlum şəraitdə xəsarət aldı, döş qəfəsi və qabırğaları qırıldı

Daha bir xarici portalda Azərbaycan qutabından bəhs edilib

Azərbaycanda üzü tamamilə yanan qızın İNANILMAZ DƏYİŞİMİ

Əməkdar artistin avtomobilini soydular - FOTO

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında bir medalla kifayətlənib

Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR qaxdı

Daha bir qanunsuz ağac kəsimi aşkarlanıb

London və Brüssel "Brexit" üzrə yekun sazişi 95 faiz razılaşdırıblar

"Xeyir ola çəkirsən məni?" - Açıq havada ət satanlar jurnalistə hücum etdilər - VİDEO - FOTO

Azərbaycanlı rəqqasədən ŞOK SÖZLƏR: "Nikahsız uşaq dünyaya gətirərəm, amma evli kişi..." - VİDEO

Məşhur futbolçumuzun dostunun həyat yoldaşı elə bilib ki...

"Oğlu olmadığına görə aborta apardılar" - Uşağını bətnində öldürənlər - VİDEO - FOTO

Türkiyə Səudiyyə Ərəbistanı ilə münasibətlərin korlanmasını istəmir

Baldızını bıçaqlayan şəxs məhkəmədə aclıq aksiyasına başladı

1948-1953-cü illərdə azərbaycanlıların deportasiyasından 70 il keçir - VİDEO - FOTO

Restoranda qadına təcavüz edən ofisianta hökm oxundu

Azərbaycanda 9 ayda 458 avtomobil istehsal olunub

Həmkarları Əlikramı efirdə İFŞA ETDİLƏR

"Bəyin oğurlanması" filminin Gülbadamı həmkarı ilə bağlı SİRRİ illər sonra açdı: "Bəli, Arifi sevmişəm, o da məni sevib" - FOTO

Putin Ukraynaya sanksiya tətbiq etdi

Azərbaycan Ermənistanı bir günə məhv edəcək - Rus ekspert

Azərbaycanlılar Ukraynada Türkiyə vətəndaşını oğurladılar

Kaşıkçı qətlindən əvvəl şahzadə ilə telefonda danışıb - YENİ İDDİA

Paşinyan keçmiş deputatın bütün qardaşlarını həbs etdirdi

Marcelo "Yuventus"a gedir

Türkiyə olmadan heç bir addıma icazə verilməyəcək - Akar

Azərbaycan Prezidenti: "Kompleks tədbirlər nəticəsində kənd təsərrüfatının inkişafına nail oluruq"

Prezident İlham Əliyev: "Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir"

"Barselona" qapılarını Neymarın üzünə bağladı

Stolüstü tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlara start verilib - FOTO

Prezident İlham Əliyev: "Araz çayının yeni qol-kanalının açılışı kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək"

Saakaşvili: "Bəzən anam pul göndərir"

Türkiyənin tanınmış məşqçisindən “Fənərbaxça” rəhbərliyinə komik çağırış

Bələdiyyə sədri güllələndi - VİDEO

İran "sikkə sultanı" haqqında edam hökmü verdi

“Yeri qazıb basdırdım” - Narkotacirin ETİRAFI - VİDEO - FOTO

Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verildi - KİV

Kokorin və Mamayev təcridxanada tualet yuyurlar

"Təcridxanada tualet yuyurlar" - Rusiyalı futbolçular

"El-Klassiko” əsl zibildir" - alman futbolçu

Konte: Qulaqlarınızı açıb eşidin, İtaliya Aİ-dən çıxmayacaq

Röyanın sərvət dəyərində geyimləri - FOTO

"Qartalın başı" Xəzərdə
batacaq bir gün

Prezident İlham Əliyev macarıstanlı həmkarını təbrik edib

Deputat: “Star” NEZ-in açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir"

"Real" İbrahimoviçə "elçi düşdü"

İmişlidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb

"El Klasiko"nun Premyer Liqamıza təsiri - "Neftçi" - "Qarabağ" matçı tez başlayacaq

İmişli şəhərində 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayrılıb

Rusiya hərbçiləri Pakistana daxil oldular

Camal Qaşıqçının ölümü ilə bağlı yoxa çıxmış avtomobil tapıldı

"Bakirəliymi o pozdu" - İntihara cəhd edən model - FOTO

“Nazmehr”də zəhərlənərək ölən şəxslər İranda dəfn edildi - Ailələri narazıdır - FOTO

9-cu turun oyun cədvəli müəyyənləşdi - Premyer Liqa

Azərbaycan XİN: "Fransalı merin adı arzu olunmayan şəxslər siyahısına daxil ediləcək"

2025-ci ilədək Azərbaycan 50-yə yaxın yeni gəmi almağı və tikməyi planlaşdırır - FOTO

"Barselona"dan Neymar açıqlaması

Məsud Bərzani "qayıtdı"

"İnter"də ciddi itki - "Barselona"ya qarşı oynamayacaq

Qazaxıstan Dəmir Yolları: Azərbaycan Trans-Xəzər dəhlizində əsas tranzit nöqtəsidir

Müəllimin başına silah dayayan şagird həbs olundu - VİDEO - FOTO

Prezident İlham Əliyev: "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir"

"Məni kim döyə bilər?" - "Azəri Vandam"dan döyülməsi xəbərinə REAKSİYA

“Yaxşı kişi maşının qiymətini deməz” - Əməkdar artistdən ATMACA - VİDEO - FOTO

Bu da "Şöşü"nün həyat yoldaşı - Görün harada işləyib... - FOTO

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq krediti şərtlərini asanlaşdırdı

“Azəri Vandam”ı Bakıda döydülər

Bilal Əliyev atası ilə - FOTO

Vüqar Rəhimzadə: "Star" NEZ kimi böyük layihələr Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirir"

"Qarabağ"ın rəqibində maaş problemi - "Klubun hələ də futbolçulara borcu var"

"Evdə unudulmuşdu ki, mən məktəbə getməliyəm" - Atasını müharibədə itirən Cahangir Məmmədli - VİDEO - FOTO

Putin Səudiyyə Ərəbistanına səfər edəcək - Jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra

"Real"ın baş məşqçisi postuna sürpriz namizəd

İlkin Alisası ilə - FOTO

Sibir koloniyasından məhbuslar qaçıblar

Dünyada ilk dəfə: miqrant ordusu ABŞ-a tərəf gedir - VİDEO - FOTO

"Nar" Tərtərdə 4G şəbəkəsini qurdu

"Spartak" baş məşqçisini istefaya göndərdi

Gecə klubunda döşəmə çökdü, insanlar zirzəmiyə düşdü - VİDEO

Moskvada "Xəzər-Lənkəran"la "Qarabağ"ın yoldaşlıq oyunu - XL-in kapitanından hakimə şillə kimi cavab - FOTO - VİDEO

"Şahzadə qətldən xəbərsiz də ola bilər" - Tramp müttəfiqini dəstəklədi - FOTO

Ermənistanda Konstitusiyadan kənar vəziyyət yaranıb

Həbsxanada lüt soyundurulan qız intihar etdi - FOTO

Jurnalistin son görüntüsü - Evlilik həyəcanını yaşayırdı, konsulluqda doğrandı - VİDEO -FOTO

Gülyaz və Gülyanaq bacıları efirdə göz yaşı tökdülər - VİDEO - FOTO

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının sayı artıb

"Bacılarıma qardaşlıq edə bilmədim" - Reketliyə görə həbs olunan hüquqşünas - VİDEO - FOTO

“Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcək

Murad Boz qərarını dəyişdi - FOTO

Əliyar Ağayev "Bayer"in oyununa təyinat aldı - Avropa Liqası

"Qarabağ" - "Vorskla": hakimlər açıqlandı

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb

İranda kütləvi zəhərlənmə - Spirtdən

Litvalı politoloq: "Dağlıq Qarabağ münaqişəsinin həlli bilavasitə tərəflərdən asılıdır" - FOTO

Prezident İlham Əliyevin İmişli rayonuna səfəri - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyevin İmişli rayonuna səfəri - YENİLƏNİB

Prezident İlham Əliyev Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Aparıcıdan kəskin ittiham: “Təpik atan, dombalaq aşan, dilənçilik edən aparıcılar...”

Natavanın klip çəklişində yanğın oldu - VİDEO

""Star" neft emalı zavodu həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatına töhfə verəcək"

Türkiyədə mühacirləri daşıyan qayıq batdı: 2 uşaq ölüb, 10 nəfər itkin düşüb - YENİLƏNİB

Prezident İlham Əliyev İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib - FOTO

Azərbaycan Pakistana kredit verməyə hazırdır, məhz bu problemin həlli üçün...

8-ci turu neçə azarkeş izlədi? - Premyer Liqa

8-ci turu neçə azarkeş izlədi? - Topaz Premyer Liqası

Kanada 7 bala yaxın zəlzələ ilə oyandı

Prezident İlham Əliyev İmişli rayonuna səfərə gedib

Neftin qiyməti, manatın stabilliyi və dollara tələblə bağlı tanınmış ekspertdən proqnozlar

Yaponiyanın Facebook-dan TƏLƏBLƏRİ

Əsgər silahla hərbi hissədən qaçdı, alış-veriş mərkəzinin işçilərini əsr götürdü - YENİLƏNİB - FOTO

“Gülay məni izləyəndə belə onu izləmirdim” - FOTO

Türkiyə lirəsi dirçələcək?

Əsgər silahla hərbi hissədən qaçdı, alış-veriş mərkəzinin işçilərini əsr götürdü

“Röya ilə Natavan not bilmirlər” - Elnarə - VİDEO - FOTO

Ermənistan yeni kabus dolaşır: Qarabağda müharibə anonsu səslənəcək?

İlkin Həsəni biznesə başladı - FOTO

“Tovuzdan gəlib seks-simvol oldun” - VİDEO

Əməkdar artist əsəbiləşib efiri tərk etdi: “Siz kimsiniz ki?” - VİDEO - FOTO

Təranə Qumralın halı pisləşdi - Xəstəxanaya yerləşdirildi

Anar Brazilyada belə qarşılandı - VİDEO

Toya hazırlaşan qız adaxlısına xəyanət etdi, öldürüldü - FOTO

Azərbaycanda futbol matçı zamanı kütləvi dava - xəsarət alanlar var - VİDEO

Roza Namiqə: "Bunu yuxusunda görər"

Türkiyə sahillərində gəmi batdı, 30 miqrant itkin düşüb

Əməkdar artist: "Evləndirməzdən əvvəl övladlarınıza təhsil verin"

Jurnalistin ölümündə ittiham edilən şahzadə onun ailəsinə zəng etdi

"2019-cu ildə neftin qiyməti 100 dollar/barel həddini keçə bilər"

"Beşiktaş" İzmirdən xalsız dönür - VİDEO - FOTO

Dadaşov üçün 90 dəqiqə və 3 xal

Milan derbisində qalib son dəqiqədə müəyyənləşdi - VİDEO - FOTO

Toyuq əti alan zaman ilk növbədə nələrə diqqət yetirməliyik? - Sən demə böyük çəkili toyuqlar... - Ekspertdən dəyərli fikirlər

Ana 3 övladının başını bədənindən ayırdı - FOTO

Paşayev 90 dəqiqə oynadı, komandası qalib gəldi

Millət vəkili: ""Star" layihəsi Azərbaycan və Türkiyənin nüfuzunu daha da artıracaq"

"Heç kəsə ixtiyar verməmişəm ki, məni ələ salsın"

Merkeldən jurnalistin öldürülməsinə reaksiya

Ərdoğan Haşoqqiyə görə Trampa zəng edib

ABŞ "Qran-prisi"nin qalibi bəlli oldu

Qazaxıstanda zəlzələ baş verib

İntihar cəhdinin qarşısı alınıb

Azərbaycanda eramızdan əvvələ aid "Bərəkət ilahəsi" tapılıb - FOTO

Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib - FOTO

"Beşiktaş" məğlub olaraq beşinci sıraya enib - FOTO

Vüqar Talıbov: "İnanıram ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının qalibi olacağam"

Romada dolu və yağışa görə metronun bəzi stansiyalarını su basıb - FOTO

Bakıda yaşayış binasında yanğın baş verib

Səudiyyə Ərəbistanının XİN rəhbəri öldürülən jurnalistin ailəsinə başsağlığı verib

Həyətyanı sahələrinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi? - Nazirlikdən CAVAB

"İnter" 92-ci dəqiqədə vurduğu qolla "Milan"ı məğlub edib - FOTO

Bakıda avtomobil yanıb

Yük və minik avtomobilləri toqquşub, xəsarət alan var - FOTO

ABŞ-da küçədə atışma nəticəsində 6 nəfər yaralanıb

Olimpiadada iştirak etmiş Azərbaycan idmançıları Bakıya qayıdıblar - FOTO

Əsas diqqət dövlət dilinin tədrisinə yönəldilməlidir