AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Gəmi turizmini necə inkişaf etdirək?

  136

Xəzərdə kruiz marşrutlarının təşkili üçün böyük potensial var 

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Sahilyanı ölkələr kruiz (gəmi) turizminin inkişafına böyük önəm verirlər. Okeana, dənizə çıxışı olan dövlətlər üçün bu tip marşrut hazırda turizm sənayesinin əsas gəlir sahələrindəndir. Coğrafi baxımdan qapalı hövzə olsa da, beş sahilyanı dövləti birləşdirən Xəzər dənizinin də başqa dənizlərə çıxmaq baxımından kruiz turizm imkanları mövcuddur. Ölkə başçısının "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında yer alan məsələ, nəhayət bu yaxınlarda ilk nəticəsi ilə səyahətsevərləri sevindirəcək. Belə ki, Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması iki ölkənin bu sahədə daha da yaxınlaşmasına təkan verəcək. Bu yaxınlarda istifadəyə veriləcək Bakı-Həştərxan gəmi marşrutu bu sahədə əməkdaşlığın təməlini qoyacaq. 

Kruiz səfərlərini turistlərin istirahəti üçün ən maraqlı proqram hesab edən ekspertlərin fikrincə, Xəzərin turizm potensialı büdcəni zənginləşdirəcək. Belə ki, Xəzərsahili kruiz səfəri üçün turistlərin cəlb ediləcəyi yerlər kifayət qədərdir. Xalqımızın zəngin mədəniyyətə malik olması, dənizdə çoxlu adaların mövcudluğu, təbiətin əsrarəngizliyi, dənizin özünün bioloji resursları, habelə zəngin enerji mənbələri, Neft Daşları şəhərciyi və s. kimi marağa səbəb ola biləcək resurslar mövcuddur. 
 
Həştərxana gedən gəmi
 
Kruiz marşrutlarının ideya kimi müzakirə edildiyini deyən Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirir ki, hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə İpək yolu marşrutunu müzakirə edir: "Belə nəzərdə tutulub ki, bu marşrut bir neçə ölkənin ərazisindən keçmək şərti ilə tam olaraq fəaliyyətə başlayanda, ölkəyə bir milyona yaxın turist cəlb edəcək. Burda Xəzər vasitəsi ilə turistlərin gedib-gəlməsi də nəzərdə tutulur. Hazırda Xəzərin o tayından bu tayına mövcud nəqliyyat vasitələri ilə gedib-gələn turistlər var. Ancaq bu xidmətin daha da genişləndirilməsi, kommersiya cəhətdən turistlərə göstərilən xüsusi xidmət kimi nəzərdə tutulub". 

K.Quluzadənin bildirdiyinə görə, digər marşrutlar isə Rusiyanın iki vilayəti ilə - Dağıstan Respublikası və Həştərxan vilayəti ilə müzakirə olunur: "Yaxın vaxtlarda Həştərxan vilayəti ilə gəmi turizmi həllini tapacaq və Bakı-Həştərxan marşrutu fəaliyyətə başlayacaq. Rusiyanın bu vilayətləri ilə əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulub. Həmçinin bu əlaqələrin təkcə su üzərində deyil, digər nəqliyyat növləri vasitəsi ilə də həyata keçirilməsi planlaşdırılır. Bunlar həm də tarixi marşrutlardır". 

Agentlik nümayəndəsinin sözlərinə görə, bu marşrutların işə düşməsi hər şeydən əvvəl turistlərin sayının artmasına kömək edəcək, regional turizm paketlərinin formalaşmasına təkan verəcək. Belə ki, turist turpaketlə səyahətini quranda, bir neçə ölkəni gəzməsi ona üstünlüklər verir. Bu məsələnin ən vacib tərəfi kommersiya ilə bağlıdır ki, marşrutlar turistlər üçün sərfəli olsun: "Bu marşrutlara ya özəl sektor, ya iş adamları maliyyə ayıranda sərmayənin rentabellik məsələsi də öyrənilir. Yəni biznes nöqteyi-nəzərindən sərf edən qərarlar olmalıdır". Azərbaycandan hər hansı bir turistik marşrutla, məsələn, Volqa-Don vasitəsi ilə dünya okeanına çıxmaq məsələsinə gəlincə, agentlik təmsilçisi bildirir ki, bu marşrutlar turizm nöqteyi-nəzərindən bir qədər qeyri-perspektivli görünür. Yəni bu marşrutların təşkili hələ müzakirə olunmur.
 
Turistlərin sayı artdıqca...
 
"SKAL İnternational Baku" klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) sədri Ceyhun Aşurov kruiz marşrutlarının üstünlüyünü, həmçinin turistlərin bir neçə ölkəni gəzmək imkanı ilə əlaqələndirir: "Bu tip gəzintilər xüsusən okeana açıq olan marşrutlarda özünü daha açıq göstərir. Turizmin növ müxtəlifliyi baxımından turizm məhsulu kimi bu marşrutların hazırlanması faydalı olar. Çünki bu, Xəzəryanı qonşu ölkələr üçün də çox maraq yaradar. Hərçənd xüsusi bərələr vasitəsi ilə ölkələr arasında müəyyən mal daşınmaları həyata keçirilir. Məlumatlara görə, sovet dövründə müəyyən kruizlər də fəaliyyət göstərib. Hətta Bakı-Sumqayıt arasında, o cümlədən cənub rayonlarına gəmi marşrutları olub. Bu gün də bu marşrutların fəaliyyətə gətirilməsinə ehtiyac var". 

C.Aşurov hesab edir ki, tələbat olduqca, yəni gələn turistlərin sayı artdıqca, çeşidli məhsullar da yaranacaq: "Vaxtilə belə bir məsələ Mədəniyyət və Turizm Nazirliyində, Turizm Assosiasiyasının iclaslarında da müzakirə olunmuşdu. Həmçinin Turizm üzrə strateji yol xəritəsində də bu marşrutların inkişaf etdirilməsi nəzərdə tutulub. Gələcəkdə bu marşrutların tətbiqi məsələsi üçün ölkələrdən razılıq almaq elə də çətin olmayacaq. Çünki bu, qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcək. Bu yaxınlarda Xəzərin statusu ilə bağlı danışıqlarda da bu məsələlərə toxunulub. Turizm məqsədilə Xəzər dənizindən istifadədə hər hansı bir problem görünmür. Bu marşrutların yaranması ölkələr arasında turistlərin axınına müsbət təsir göstərəcək". 

SKAL sədri hesab edir ki, bu marşrutların yaranması və ideyanın tətbiqi müəyyən resurslar tələb edir. Hər şeydən əvvəl turistlər üçün uyğun olan gəmilər hazırlanmalı, turistlərə yönəlik məhsullar olmalıdır: "Hazırda gələn turistlərin sayında artım müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə bu məsələlər reallaşacaq. Xəzər qapalı hövzə olmasına baxmayaraq, regionda 5 ölkəni birləşdirir. İpək yolu layihəsi ilə bağlı danışıqlar davam edir. Bu, təkcə ticari məsələ deyil. Əgər bu marşrut varsa, turistlərin xüsusi axınına səbəb olacaq. Daşınmalarda ticarətlə bərabər, həmin marşrut üzərində infrastruktur dəyişiklikləri olacaq. Həmin yerdə iaşə obyektləri və ya turistlərə xidmət göstərən başqa obyektlər yaranacaq. Bu da turizmin inkişafına səbəb olacaq. Turizm sahəsinin iqtisadiyyatın bir neçə sahəsinə təsiri var, həmçinin qarışıq sahələrin inkişafına təsir göstərir. Eyni zamanda, bu təsir qarşılıqlıdır. Hesab edirəm ki, Həştərxan-Bakı kruiz marşrutundan sonra digər marşrutlar da nəzərdən keçiriləcək. Xüsusilə Orta Asiya ölkələri - Qazaxıstan, Türkmənistan, Özbəkistanla razılığa gəlinəcək. İpək yolu layihəsi Çindən üzü bəri turistləri və ya iş adamlarını nəzərdə tutur. Azərbaycan o xətt üzrə olan ölkələri birləşdirən bir nöqtədir. Bu baxımdan Azərbaycan strateji bir yerdədir. Hesab edirəm ki, bu yerləşmənin də müsbət təsiri olacaq". 

Ekspert hesab edir ki, maraqlı turist marşrutlarının açılması üçün o qədər uzağa getməyə ehtiyac da yoxdur. Dənizin özündə və yaxın ətrafda gəzməli-görməli yerlər kifayət qədərdir və sadəcə marşrutları təşkil etmək lazımdır: "Fikrimcə, ən azı Bulvardan kiçik kruizləri hərəkətə gətirməklə, biz bu marşrutların fəaliyyətinə başlaya bilərik. Məsələn, Bakıya gələn turistlər hansısa bir adaya səyahət edə bilərlər. Xəzərdə bu adalar kifayət qədərdir. Günorta və axşam yeməyi daxil, əyləncəli bir kruiz təşkil oluna bilər. Bunlar hamısı məhsuldur. Bu marşrutların üzərində dövlətin dəstəyi ilə sahibkarlar işləməlidir. Marşrutlar işə salınmalı, orada müəyyən infrastruktur yaradılmalıdır. İlk olaraq biz bu marşrutlardan başlaya bilərik. Və yaxud Bakıdan Sumqayıta marşrutun açılması yaxşı olardı. Bu marşrut özünü doğruldandan sonra ölkələr arasında marşrutları da genişləndirmək olar. Bizə gələn turistlər üçün Xəzər dənizinə səyahət etmək çox maraqlıdır". 
 
Əlavə gəlir mənbəyi kimi
 
"Millenium Turizm Konqres DMC" şirkətinin rəhbəri Ruslan Quliyev Xəzəryanı kruiz layihəsi ilə bağlı müxtəlif fikirlərin mövcud olduğunu deyir. Bəziləri bu layihəni vacib hesab edir, digərləri isə Xəzər dənizinin kruiz üçün əlverişli olmadığını söyləyir: "Fikrimcə, Xəzəryanı ölkələri əhatə edən kruiz layihəsi bu gün çox aktualdır. Burada bir sıra məqamları da nəzərə almaq lazımdır. Məsələn, Xəzər küləkli dənizdir. Digər dənizlərə çıxışı yoxdur. Digər tərəfdən, kruiz üçün lazım olan gəmini də başqa ölkələrdən gətirmək çətindir. Bu gəmi texniki şərtlərə cavab verməlidir. Tutumu isə ən azı 400 nəfər olmalıdır. Bundan az sərnişinlə bu layihəni həyata keçirmək rentabelli olmaz. Təbii ki, bütün bunları nəzərə aldıqdan sonra kruiz layihəsinin gerçəkləşdirilməsi Azərbaycanın turizm potensialının tanıdılması baxımından çox əhəmiyyətlidir. Bu həm ölkəmizə turist axınını gücləndirər, həm də ölkəmizin təbliği baxımından güclü bir vasitə olardı". 

R.Quliyev hesab edir ki,  Xəzəryanı dövlətlərin son toplantısından sonra Xəzərdə kruiz səyahətlərin təşkil edilməsi artıq reallığa çevrilməlidir: "Dövlətlərin liman şəhərlərindən qarşılıqlı marşrutlar təşkil edilə bilər. Bu da bir il öncədən gələn il üçün təsdiqlənmiş qrafik üzrə. Təbii ki, burda dövlətlərarası bir saziş olmalıdır. Eyni zamanda, həmin dövlətlərdə fəaliyyət göstərən özəl sahələr bu işə maraqlı olmalıdır. Azərbaycan üçün üstünlük ondan ibarətdir ki, bura səyahət edən turistlər müxtəlif turizm xidmətlərindən də istifadə edə biləcəklər. Onlar 3, 5, və ya 8 saatlıq turlarda iştirak etmək imkanı qazanacaqlar. Bu da əlavə gəlir mənbəyi kimi qiymətləndirilə bilər".   

Göründüyü kimi, turizmin müxtəlif marşrutlarının təşkili və fəaliyyəti üçün kifayət qədər imkan və şərait var. Necə deyərlər, indi danışıqdan və vədlərdən çox, iş görmək zamanı çatıb. Turizm marşrutlarının formalaşması da bunu tələb edir, qeyri-neft sektoru kimi ölkənin iqtisadiyyatı da, səyahət sevən turistlər də...

Demokratikmusavat.com

Xəbər Lenti

9 aylıq körpəsini quyuya atıb öldürən Mətanət yenidən hakim qarşısına çıxarılır

Koreya Respublikasında "5G" şəbəkəsindən kommersiya məqsədləri üçün istifadə ediləcək

ÜTT rəsmisi: Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparılıb - FOTO

Günün qoroskopu: Risk etməkdən çəkinməyin

Brilliant Dadaşova gündəm olan videosundan danışıb SİRLƏRİ AÇDI: İllər əvvəl bir məmur... - FOTO

Suriyada 3 min cəsədin olduğu məzarlıq tapıldı

“Fənərbaxça” Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

Eldar Qasımov: Ən çox Qazaxıstanda toylara gedirəm

Yaponiyanın şimalında zəlzələ olub

Kürdəmirdə 19 yaşlı ana doğuş zamanı ölüb

Əri ilə mübahisə etdi, baltayla vurub öldürdü...

Bakıda məktəbin tualetinə kamera quraşdırılıb

Avtomobil sahiblərinin diqqətinə: bu detalı ustalar sökərək başqasına sata bilərlər

Ağstafa sakininin evində 201 yaşlı royal var

Mitinqə icazə verilmədi - Müxalifət aksiyanın qanun çərçivəsində keçiriləcəyinə dair məsuliyyət götürmür

Obyektlərin tikintisi üçün icazənin alınması elektronlaşdırılıb

Bakıda ruhi xəstə bacısını bıçaqladı

Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı

Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir

Azərbaycanda bu il işə qəbul olan direktorların sayı açıqlanıb - SİYAHI

Kadrların seçilmə meyarları niyə məlum deyil?

Kamal Abdulla Venesuela xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO

Moskva nüvə silahına əl ata bilər?!

İraqda İŞİD-i maliyyələşdirən gizli şəbəkə ifşa olundu

Ankarada yeni kanal tikiləcək

ABŞ və KXDR liderləri arasındakı növbəti görüşün formatı açıqlanıb

Suriyada partlayış nəticəsində 15 nəfər ölüb

Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman yeniliyə və tərəqqiyə açıqdır, milli mədəniyyətin inkişafına misilsiz töhfə verir – Firəngiz Əlizadə

Dastin Porye və El Yakuinta UFC-dən getmək istəyirlər

Anjelika Sidorova Almaniyada qış çempionu oldu

Norveçdə çalışan neft şirkətləri 2019-cu il üçün investisiya proqnozunu azaldıblar

Dünya futbol ulduzları Bakıya gələcəklər

“Avro-2021”: qadın futbolçularımızın rəqibləri müəyyənləşib

Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar" siyahısında birinci olub

Hazırda əcnəbilərin ölkəmizdə ən çox istifadə etdiyi xidmətlərindən biri olduğu yer üzrə qeydiyyatdır

Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir

Manenin evi soyuldu

Bir gün hər gün deyil

Çempionlar Liqasında həftənin rəmzi komandası

"Mourinyo getməsəydi, "Mançester Yunayted"də qalardım"

"Zenit" - "Fənərbaxça": heyətlər açıqlandı

"Fənərbaxça" "Zenit"ə, "Qalatasaray" "Benfika"ya qarşı

Məğlub olunmuş İD yenidən peyda ola bilərmi?

Daşkəsəndə dayı bacısı qızını qaçıranın başını kəsdi

DTX-nin arxivində saxlanılan tarixi əhəmiyyətli sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə təqdim olundu - FOTO

3 nəslin nümayəndəsi - Eyni tale

Ərdoğan: "Ankarada yeni kanal tikiləcək"

Beynəlxalq Muğam Mərkəzində 8 mart - Beynəlxalq qadınlar gününə həsr olunmuş konsert keçirilib

Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri

Açıq-saçıq geyimli Aysundan dekolteli FOTOlar

Gürcü siyasətçi: "Gürcüstan parlamenti Xocalı qətliamını soyqırım kimi tanımalıdır"

Azərbaycanda paralimpiyaçı könüllülər hərəkatı yaradılır - FOTO

"Komandamızda saqqallı futbolçuların olmasını istəmirik" - Berluskoni

"Mehriban Əliyeva Birinci vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirir" - Millət vəkili

Şəmistan Əlizamanlı yenidən “Diriliş Ertuğrul”da - VİDEO

Azərbaycan və İspaniya eyni qrupda

Azərbaycan Premyer Liqasında 17-ci turun rəmzi heyəti - FOTO

Suriyada PARTLAYIŞ: 15 ölü, çoxsaylı yaralı var

"Real Madrid" Beyli satacaq

Telman İsmayılov agentliklə olan məhkəməni uduzdu

"Mançester Yunayted"in futbolçusu xəyanətə görə üzr istədi

Azərbaycan Gimnastika Federasiyası birinci olub

Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı

Albaniya prezidenti: "TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb"

Premyer Liqada 19-cu turun proqramı açıqlandı

Fazil Mustafa: İşdə elə şərt qoyurlar ki, qadınlar başqa yollara üz tutur - MÜSAHİBƏ

Aleks "Fənərbağça"ya qayıdır

3 qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur - FOTO - VİDEO

Britaniya baş nazirinin ticarət elçisinə Azərbaycan musiqisi barədə məlumat verildi - FOTO

Bir az ordan, bir az burdan...

Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərdi

"Ağılsız başım, onunla evlənmədim"

Soydaşımız Niderland mediasında Xocalıdan yazdı - FOTO

PSJ türk futbolçuyla müqavilə imzaladı

"Sosial şəbəkədəkilər "gədə-güdə"dirlər" - Vasif Məhərrəmli

"Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti insanların mütləq əksəriyyəti üçün gözəl təcrübə və örnəkdir" - Bahar Muradova

Arsen Venger PSJ-də? - Klub prezidenti ilə gizli görüşdü

Prezident Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı

Netanyahunun əsas rəqibləri seçkilərdə qalib gəlmək üçün birləşdilər

Sarkisyanın qardaşı ərəb ölkəsinə qaçıb

Xərçəng xəstəliyi dünyada 69%, bu ölkədə isə iki dəfə artacaq

Prezident İlham Əliyev bu ailələrin təqaüdünü artırdı

Moskvada qadını bıçaqlayan 32 yaşlı azərbaycanlı saxlanıldı

Nihat Kahveci də Bakıya gəlir

İdmançılarımız vətənə 5 medalla dönürlər

Azərbaycan sərhədini pozmağa cəhd edən 5 Şri-Lanka vətəndaşı saxlanıl - FOTO

Türkiyədə yeni ƏMƏLİYYAT - Terrora hazırlaşan 10 nəfər saxlanıldı

"Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür"

ATƏT PA prezidenti: "Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat artırmaq lazımdır"

ATƏT-də Xocalı məsələsi qaldırılacaq

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə zəmanət verir

Qətər hərbçiləri Səudiyyə Ərəbistanında keçirilən təlimdə iştirak edir

Hüseyn Dəryanın həyat yoldaşından DNT tələbinə cavab

Magistraturalara qəbul imtahanında 12685 bakalavr iştirak edəcək

ATƏT baş katibi: "Azərbaycan və Ermənistanın əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır"

Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı? - VİDEO – FOTO

Sevilin səhhəti pisləşdi - “Ağrıları kəskinləşib”

Gömrük komitəsi müzakirələrə səbəb olan quzu ətinin gömrük dəyərini AÇIQLADI

Azərbaycanlı futbolçu Çexiya klubuna getdi

Əlcəzairdə hərbi təyyarə qəzaya uğradı: ölənlər var

"Muğanbank" ASC-nin yeni "Ticarət" filialı fəaliyyətə başladı

Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb

İran hərbi dəniz təlimlərinə başladı və ilk dəfə...

"Bavariya" ilə oyun zamanı ulduz futbolçunun evi yenidən qarət olundu

Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində Azərbaycan mədəniyyəti intibah dövrünü yaşayır - Zərifə Salahova

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında dəyişiklik edildi

Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir - FOTO

Ermənistana məxsus taktiki PUA məhv edildi - FOTO

Xəyyam küsülü olduğu Röyaya - "Bir-birimizə ehtiyacımız var"

Dünya futbol ulduzları Bakıya gəlirlər

Kəndlilərin canına və malına qənim kəsilən canavarlar - VİDEO - FOTO

“Tutulmasaydıq, götürəcəkdi” - Evindən silah tapılan şəxsin ETİRAFI - VİDEO - FOTO

"Qarabağ"dan "Yuventus"a atmaca

Türkiyə Prezidentinin müşaviri: Azərbaycan-Türkiyə münasibətləri öz qızıl dövrünü yaşayır

Tahir İmanov: ""Məhəllə" yaradılanda Qüdrət harda idi axı?"

Nazirlərdən baş nazirə xəbərdarlıq: “Qiyam olacaq”

Münhendə atışma: 2 nəfər öldü

İslandiya balina ovuna icazəni daha 5 il uzatdı

Rusiyalı və avropalı alimlər Marsda böyük buz ehtiyatı aşkar ediblər

"Köçəryan qurtulmaq üçün yenidən Qarabağ kartından istifadə etmək istəyir"

Mətanət əsəbiləşdi: “Könül xanımı ad günümə çağırmamışdım” - VİDEO

Xərçəngdən əziyyət çəkən Zülfiyyə xəstəliyə qalib gəldi: "Həyatın dadı duzu yerinə gəlib"

Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb

İntim videosu yayılan Damladır? - AÇIQLAMA - FOTO

Premyer Liqamızda həftənin ən yaxşısı odur - FOTO

Cırtdan və Bəbir "Bakı 2019"un talismanı seçildi

Rusiyada hərbçi tankın altında qalıb

Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış

Rəsmi Vaşinqton Ermənstanın XİN başçısının ABŞ-a səfərini təxirə salıb

Kiyevdə restorana polis basqını - “Vor zakon”lar saxlanıldılar - VİDEO

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağladı - SƏBƏB

Nuriyyə Hüseynovanın solo konserti keçiriləcək

Qadın uşağını əmizdirərkən zəlzələ baş verdi - Həyəcanlı anlar kamerada - VİDEO

"Heç vaxt bu cür bərbad oynamamışdıq" - Alleqri

Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib

Dünya Bankı: "Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk" - FOTO

Vəfat etmiş şəxslərin pensiyaları onların varislərinə verilə bilər - Rusiyada

Amputasiya edilmiş ayaqları ilə 70 yaşında Everestə çıxan ilk alpinist

Türkiyədə 5 mərtəbəli bina çökdü - FOTO

Samiraldo Afəti ələ saldı - VİDEO

Komitə sədri: "Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib"

Könül Xasıyeva: “Gülyanaq atasının 40-ı çıxmamış oxudu”

Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd

PSJ-dən 5 qollu qələbə - VİDEO - FOTO

Ronaldu "Atletiko"ya sataşdı - VİDEO

Türkiyədə ev almaq istəyənlərə xoş xəbər - VİDEO - FOTO

18 yaşlı tələbə kokain satmaq üçün telefon proqramı hazırlayıb - FOTO

Arif Babayev üçün İstanbuldan həkim gəldi - Ağır əməliyyat keçirdi

4 kəndlə əlaqəsi kəsilən yollarda hərəkət bərpa olundu - VİDEO - FOTO

İzzət: "Bakının bütün kəndləri mənlikdir"

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Simeonedən qeyri-etik qol sevinci - VİDEO

"Evlənməmiş cinsi əlaqədə olmayaq" deyən kişi bal ayında pis vəziyyətdə qaldı - FOTO

Hüseyn yenə Talıba söz atdı: "Əxlaqsız videolarında milyon baxışı var"

Türkiyədə dərslər dayandırıldı - Zəlzələyə görə

Elşad İskəndərovun Türkiyə girişinə qadağa qoyulub? - XİN-dən rəsmi açıqlama

Britaniyanın sərnişin təyyarəsi səsin sürətini aşdı

Hüseyn Dəryanın qızı: "Həqiqətləri öyrənə bilmədən atamı itirdim, qardaşım DNT analizi versin”

"Qarabağ" "Sabah"la oyuna itkiylə hazırlaşır

Çində şəhərə çıxan "ruhi xəstə" 11 nəfəri bıçaqladı

"O tapşırığı mən vermişəm" - Trampdan İŞİD üzvünün arvadı ilə bağlı AÇIQLAMA

Avropa Liqası - "Fənərbağça" "Zenit"ə, "Qalatasaray" "Benfika"ya qarşı

"Lassa" qızdırması ilə bağlı XƏBƏRDARLIQ

Tramp KXDR əleyhinə sanksiyaların ləğvinə hazır olduğunu bildirib

Cəfərbəylidə ikimərtəbəli ev yanıb

Ukrayna əhalisi ötən il 233 min nəfər azalıb

ABŞ-ın zabit terror aktı hazırlığında süçlanıb

İraqda 5 terrorçu kamikadze zərərsizləşdirilib

Nigeriyada naməlum silahlılar vilayətə hücum edib, ölənlər və yaralananlar var

Naxçıvanda 168 milyon 313 min 400 manatlıq ÜDM istehsal olunub

Ötən ay Çində yoluxucu xəstəliklərdən 1901 nəfər ölüb

Xocalı məktəbində “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub - FOTO

Dakkada yanğın zamanı 56 nəfər həlak olub - YENİLƏNİB

Azərbaycanda yeni zəli növləri aşkar edilib

Kürdə VAZ yanıb

Hicran Hüseynova: Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır

Almaniya Rusiyadan raketlərin sayını azaltmağı tələb edir

Çempionlar Liqası: 2 oyun, 2 möhtəşəm qələbə

“Mançester Siti”dən Almaniyada əzmkar qələbə

Ronaldulu “Yuventus”u Madriddə məğlub etdilər