AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanlı aktyor: Şəhərdəki “qaqa”ları azaltmaq lazımdır

  59

Demokratikmusavat.com oxu.az-ın "İkinci pərdə" filmi ilə müzakirə olunan aktyor Qorqud Cəfərlə müsahibəsini təqdim edir:

- Çəkildiyiniz filmlərdə, bəzi fotosessiyalarda ağlamısınız. Kişilər üçün ağlamaq ikiqat çətindir. Həmin səhnələrdə hansısa vasitədən istifadə edirsiniz, ya özünüz ağlayırsınız?

- Mənim gözümdə xəstəliyim var. Ümumiyyətlə, üz orqanlarımda çox problem var. Küləkli havada gəzəndə gözümdən su gəlir, ağlamağa başlayıram. Bir də gün işığı və çəkiliş zamanı istifadə olunan işıqlar gözlərimə pis təsir edir. Bu da mənə çəkilişlərdə rahat ağlamağa kömək edir.

- İlk dəfə 2007-ci ildə "Kuklalar" filminə çəkilmisiniz. Aradan 11 il keçib. Bir aktyor kimi sizdə hansı dəyişikliklər sezilir?

- "Kuklalar" mənim üçün doğmadır, əzizdir. Ancaq bu illər ərzində təcrübə yığmışam. Həm müəllimlərimdən, həm də filmlərdə birgə çəkildiyim aktyorlardan çox şey öyrənmişəm. Amma hər bir filmimdən sonra fikirləşmişəm ki, daha yaxşısını edə bilərdim. Bu variant elə həmişə var. Bunu hər kəs deyir ki, daha yaxşısını edə bilərdim. Həmişə narazı qalmalısan ki, inkişaf edəsən.

- Əvvəllər teatrlarda daha çox çıxış etmisiniz, ancaq indi bu sahədən uzaqsınız.

- Hazırda "Çıxış" teatrı ilə çalışırıq. Yeni tamaşamız olacaq. Teatr fəaliyyətim məktəb vaxtından başlayıb. "İbrus" teatrında beş il çalışdım. Bağlanandan sonra cəmi üç gün Gənc Tamaşaçılar Teatrında işlədim və bir daha oraya ayaq basmadım.

- Səbəb?

- Teatrda sənətlə məşğul olmaq lazımdır. Ancaq səhnəarxası çox problemlər çıxır. Beş il "İbrus" teatrında bir dəfə də olsun, qrim otağına girməmişəm. Mənə aktyorlar arasında olan söz-söhbət lazım deyil. O mübahisələri, paxıllıqları görürəm, mənə çox pis təsir edir. Düzdür, bunlar həmişə olub, olacaq da. 

- Son zamanlar bir neçə aktyor var ki, teatrlardan qaçır. Bunun da səbəbi, yəqin ki, həmin sənət ocaqlarında Sovet təfəkkürü ilə formalaşıb və onu hələ də davam etdirən insanların olmasıdır. Ocaq necə yanırsa, onun üzərinə atılan kiçik odunlar da onun kimi yanmağa başlayır.

- Bəli, onlardan qaynaqlar. Mən heç vaxt həmin odunlardan olmaq istəməmişəm. Səhnədə obraz üstündə dalaşırlar. Hansı ki, heç biri o obraza uyğun deyil. Nə görünüşü, nə də səs tembri. Bu obraza yaraşan, onu bacaran oynasın. Ona görə teatrdan uzaqlaşmışam. Xoşuma gəlir ki, festivallar, enerjili tamaşa və tamaşaçılar olsun.

- Bizim aktyorların dünyaya çıxa bilməməsinin səbəbi nədir?

- Çoxunun məişət problemləri var. Ona görə ölkədən kənara çıxıb, inkişaf edə bilmirlər. Mən də valideynlərimi qoyub gedə bilmirəm. Vacib məsələlərdən biri də dil problemidir. Baxırsan, deyir ki, mən "Oskar" alacağam, amma ingilis dilini bilmir. Qurban sənə, ingilis dilini öyrən, sonra "Oskar" alarsan (gülür).

- Sonuncu çəkildiyiniz "İkinci Pərdə" filmindəki performansınız insanlar tərəfindən çox bəyənildi. İctimai qınaqlardan qorxmadınız?

- Cəmiyyətin qınağından qorxmuram. Hiss etdiyim şeyi düzgün sayıram.

- Bu rola görə valideynlərinizin sizə qarşı reaksiyası necə oldu?

- Atam dedi ki, bir də belə rollara çəkilmə. Amma məndə çərçivə yoxdur. Təbii ki, söhbət keyfiyyətli işlərdən gedir. Şou xətrinə, hamı məndən yazsın deyə, çərçivədən çıxmaram.

Görmüşəm ssenari gözəldir, demişəm ki, çəkilmək lazımdır. Hiss etmişəm ki, bunu edə bilərəm, öhdəsindən gəlməyə çalışmışam.

- Deyirlər ki, zəiflər müharibə edir, güclülər isə müharibəyə yol vermir. Bu fikirlə razısınız?

- Bəli, bu fikirlə razıyam. Belə bir söz də var: Ağıllı insan düşdüyü vəziyyətdən çıxır, müdriklər isə bu vəziyyətə düşmür (gülür).

- Bəs siz kiminlə müharibə edirsiniz?

- Özümlə müharibə edirəm.

- Nə uğrunda?

- Heç kimin hələ də tapa bilmədiyi həqiqət uğrunda.

- Sizin üçün həqiqət nədir?

- Hələlik tapmamışam, tapanda danışarıq (gülür).

- İnsanlar daha çox pul çatışmazlığından gileylənir, sizcə, puldan daha çox nədən gileylənməlidirlər?

- İnsanlar sevgi almaqdan, verməkdən, isti münasibətdən gileylənməlidir. Hansı ki, yoxdur. Puldan da ona görə gileylənirlər ki, yaşamaq lazımdır, qidalanmaq lazımdır. Amma mən puldan gileylənmirəm. Allah valideynlərimin canını sağ eləsin. Düzdür, indi deyəcəklər 28 yaşı var, özü qazanmalıdır. Amma mən həyatımı tamam başqa cür yaşayıram.

- Valideynlərinizin hesabına yaşayırsınız?

- Yox, təbii ki. Filmlərə çəkilirəm, qazandığım pulu aparıb evə verirəm. Mənə qalan isə çəkilişdən aldığım zövq olur. Ona görə çox vaxt işləmək istəmirəm. Heç vaxt pulu fikirləşmirəm. Çünki insanı dəyişir. Adam hiss etmir, ancaq mühitin, cəmiyyətin ona qarşı münasibəti dəyişir.

- Qarşısındakı onu böyüdür deyə, o da başlayır "böyüməyə"...

- Bəli, bu da pulun dəyərindən asılıdır. Neçə dəfə görmüşük sən zala girmisən, bir dənə pullu gəlir deyə, onu aparıb başa keçirirlər. Sən isə qalırsan amfiteatrda. Amma sizə deyim ki, hər şey amfiteatrdan daha aydın görünür (gülür).

- Köhnə filmlərimizdə cəhalət daha çox tənqid olunur, indiki filmlərimizdə bunlar niyə azdır?

- Ssenaristlər yoxdur və bir-birini başa düşən insanlar bir yerdə işləmir. Baxırsan, çox istedadlı insanlardır, ancaq komanda şəklində çalışmağı bacarmırlar. Komediyanı isə çəkmək çox asandır, rahatdır. Bizdə hamı komediya çəkə bilir.

- Hansı ki, o çəkilən filmlərdə peşəkar aktyorlar yox, marketinq baxımından istifadə olunan simalar var. Bu, sizi narahat etmir?

- Bir neçə nümunə çəkə bilərəm ki, məşhur adamlar çəkilib, ancaq çox bərbad alınıb. Qoy, nə qədər istəyirlər, çəksinlər, amma bunu tamaşaçılar görməsin. Bu, hansısa bir mərhələdən keçməlidir. Orada rəy verilməlidir ki, bu filmi ekrana çıxarmaq olar, ya yox? Əvvəllər bizdə şura var idi, nəzarət edirdi. Demirəm ki, senzura çox olsun. Şurada olanları xalq seçməlidir. Kinoteatrlarda eyni üzlər, eyni adlar. Bu, artıq aktyorların gileyinə səbəb olur.

- Bəs tamaşaçı niyə eyni simalardan yorulmur?

- Tamaşaçı neyləməlidir ki, Pərviz? Necə etməlidir?

- Mən "Niyə" filminə baxmışamsa, "Niyə 2"yə niyə gedib baxım axı?

- Tamaşaçı necə deməlidir ki, bu filmi kinoteatra verməyin?

- Tamaşaçı qınamır axı. Götürür Kənan MM-ə mesaj yazır ki, sən əjdahasan, əla aktyorsan. Ancaq başqa yerdə rəy yazıb Kənanı yıxıb-sürüyür ki, o, niyə aktyor olsun ki? Məsələ də bundadır. Tamaşaçı riyakardır.

- Həmin kütləni Kənan yığıb, artıq onun auditoriyasıdır. İstedadlı insanlara şərait yaradılmalıdır ki, Kənan çəkdiyi film tamaşaçı üçün yaxşı idisə, daha yaxşısını görüb, desin ki, bu lap əladır. Auditoriyada bir az problem var. Ağıllı auditoriya azdır. Rəy yazmaq üçün yazırlar. Konkret fikirləri yoxdur. Heç kim demir ki, burada gözəl bir fikir var idi, mənim həyatıma təsir etdi.

Biz Hollivud, hind və Azərbaycan filmləri ilə böyümüşük. Həmin filmlərdə sevgi, dürüstlük, ailə qayğısı, dostluq var. Bunlar təbliğatdır. Bir filmə baxmaq roman oxumaq kimidir. Əgər filmdən bir şey anlamırsansa, niyə baxırsan? Ancaq gülmək üçün? Bu sənət komediya janrından ibarət deyil.

- Vətənpərvər filmlər ermənilərdə daha yaxşı alınır, bizdə isə vətənpərlik qol gücü, qışqırmaqla xarakterizə edilir. Halbuki nəzər yetirsək, xalqımızın sosial şəbəkədəki nümayəndələrinin yetərincə "vətənpərvər" olduğunu görə bilərik.

- Bu mövzularda intelektual filmlər çəkilsə, rəy yazanlar başa düşənə qədər susacaqlar. Çünki yazmağa bir şey tapmayacaqlar. Adi rəy yazmaqla neqativ ötürürlər və istedadlı insanları da işdən soyudurlar. Bunlarla üzbəüz gələndə də siz dediyiniz "ikiüzlülük" problemi ortaya çıxır. Çünki bayaq səni söyən adam indi gəlib şəkil çəkdirir.

Düşünürəm ki, sənət adamları bu tənqidlərə fikir verməməli, sənətini sevməlidir. Ancaq bizə rəy, stimul verən sözlər lazımdır. Hərdən elə sözlər yazırlar, adamın ürəyinə yağ kimi yayılır. Tamaşanın içində də bu, belədir. Tamaşaçı sənə enerji verməlidir. 

Hansısa filmin 30 saniyəlik tizeri çıxır. O dəqiqə yazırlar ki, filan filmin kopyasıdır. Sən buna necə rəy bildirə bilərsən? Bizi arxaya salan dayanmayan tənqidlər və təhqirlərdir. Xahiş edirəm, tənqidləri, təhqirləri saxlayaq. İndi bu müsahibənin də altına biri yazacaq ki, özünü ağıllı göstərir (gülür).

- Keçək başqa mövzulara. Sizin üçün ideal qadın necə olmalıdır?

- Öncə görünüşü və gülüşü gözəl olmalıdır. Əlləri, ayaq barmaqları, qulaqları yerində olmalıdır. Heykəltaraş olmuşam deyə, qadının bədənində hər bir şeyə baxıram. Lakin ən vacib olan gülüşüdür. Gülüş hər bir şeyi ört-basdır edə bilər.

- Mənim üçün qadının gülüşü onun zövqsüzlüyünü ört-basdır edə bilməz.

- Geyim düzələn məsələdir. Sonra özüm ona paltarlar alaram (gülür). Düzəlməyən intellektdir. Kim deyirsə, əsas daxili aləmdir. Ancaq bu, boş şeydir. İnsanı görünüşlə qarşılayıb, intellektinə görə qiymət verirsən. 

İndiki dövrdə sevgi azalıb. Heç kim sevmək istəmir. Görün, hansı dövrə gəlib çıxmışıq ki, hamı yanılmaqdan qorxur. Qorxmayın, sevməkdən çəkinməyin. Qoy, sevgilim məni aldatsın, qoy əzab çəkim. Bu, mənə sənətdə də, həyatda da kömək edəcək.

Təbii ki, bunun baş verməsini istəmərəm. Ancaq hamının başına gələ bilər. Özünü qorusan, həmin adama şübhə ilə yanaşsan, arada sevgi olmayacaq. Şübhə olmamalıdır. Anını yaşamalı, hər bir şeydən zövq almalısan. Sevirsənsə o qadını, bu hissləri ona da bəşx etməlisən.

- Mühafizəkar yanaşmaq sevgini təhlükəyə atır?

- Mühafizə mütləq olmalıdır. Kişi qadınını qorumalıdır. Demirəm, azadlığını əlindən almalıdır. Sevgi ilə balans yaradılmalıdır. İnsan sıxılmamalıdır. O, dayə, evdə qabyuyan deyil axı. Bərabərlik olmalıdır. Mentalitet də buradan irəli gəlir. Niyə axı? Siz hər şeyi birlikdə yaşamalısınız. O da həyatdan zövq almalıdır. Bu, sonda qadının aqressiyasına gətirib-çıxarır.

Balaca uşağın da azadlığını əlindən alanda travma yaşayır. Heç bir kişinin ixtiyarı yoxdur ki, qadının azadlığını əlindən alsın. Düzdür, bizdə azadlığı da səhv anlayırlar. Burada "aç-burax"dan söhbət getmir. Qarşındakı insanla sənin həyat prinsiplərin üst-üstə düşürsə, həyatı normal yaşamalısınız. 

Qorumaq isə mütləqdir. İndi vəziyyət çox pisləşib. Hətta şəhərdə gedəndə belə bəzi "qaqa"lar çox şeyləri unudurlar. O "qaqa"ları azaltmaq lazımdır. 

Yasamalda böyümüşəm. Baxmayaraq ki, oğlanam, ancaq çox problem yaşamışam. Gün ərzində nə qədər dəyişilməyə məruz qalıram. Məhəllədə "məhəllə uşağı", şəhərdə sənət adamı oluram. Nə qədər dəyişirəm. Bu, mənə çox əziyyət verir. Gedib Yasamalda desəm ki, filmdə saçımı rənglədim.

O dəqiqə söhbət "xırdalacayaqlar" ki, saçımı rənglədim nədir, "qaqaş"? Hər yerdə başqa cür oluram. Evdən şortikdə çıxanda, anam deyir ki, görüşə gedirsən, elə geyinmə. Onu başa düşürəm. Şəhərdə qalsaydım, heç vecimə olmazdı. "Tarqovı"dan Yasamala qədər çox şey dəyişir. 

Neçə dəfə olub, oturub söhbət "xırdalıyırlar". Başa salırsan ki, ay qardaş, vallah, elə deyil. Bir müddət sonra başa salmaqdan yoruldum. Bu da mentalitet məsələsidir. İndi isə dəstəkləyirlər. Rəy yazırlar. Görürlər ki, hər şey onların başa düşdüyü kimi deyil.

- Həyatınızda daha çox evlənilməli qızlar sınamısınız, ya əylənilməli?

- Həyatımda fərqli-fərqli çox qız olub. Saf hisslərlə yanaşmışam, başqa şeyləri fikirləşməmişəm.

- Buna inanmıram...

- Qızın görünüşündən hər şeyi, ondan nə istədiyini anlamaq olur. Həyatımın boşuna getməsini istəməmişəm. Məqsəd sevgi axtarışı olub, baxmışam ki, alınmır. Qəlblərini qırmaq istəməmişəm. Dost qalmağa çalışmışam. Amma qadın və kişi dostluğuna inanmıram. Qadın dostlarım çoxdur, amma elə bir məqamlarda bu dostluq itə bilər ki, adam çaşa bilər.

- Bəs seks məqsədilə yaxınlaşan qadınlar necə?

- Bu suala cavab vermək istəmirəm. Burada uzun-uzadı susqunluq getsin (gülür).

- Bu yaxınlarda subaylığınıza son qoyacağını demişdiniz. "Blöf" edirdiniz?

- Yox, "blöf" etmirdim. Ciddi fikrim var idi. Sonra başa düşdüm ki...(susur) Hərdən adam status yazmaq istəyir ki, haradasan, qurban olum sənə, gəl. Amma sosial mediada yox, həyatda axtarmaq lazımdır. Həyatda təsadüfi xoş məqam axtarıram. Həyatımda bir insan var, çox istəyirəm onu, amma bilmirəm necə olacaq...

Demokratikmusavat.com 

Xəbər Lenti

9 aylıq körpəsini quyuya atıb öldürən Mətanət yenidən hakim qarşısına çıxarılır

Koreya Respublikasında "5G" şəbəkəsindən kommersiya məqsədləri üçün istifadə ediləcək

ÜTT rəsmisi: Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparılıb - FOTO

Günün qoroskopu: Risk etməkdən çəkinməyin

Brilliant Dadaşova gündəm olan videosundan danışıb SİRLƏRİ AÇDI: İllər əvvəl bir məmur... - FOTO

Suriyada 3 min cəsədin olduğu məzarlıq tapıldı

“Fənərbaxça” Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

Eldar Qasımov: Ən çox Qazaxıstanda toylara gedirəm

Yaponiyanın şimalında zəlzələ olub

Kürdəmirdə 19 yaşlı ana doğuş zamanı ölüb

Əri ilə mübahisə etdi, baltayla vurub öldürdü...

Bakıda məktəbin tualetinə kamera quraşdırılıb

Avtomobil sahiblərinin diqqətinə: bu detalı ustalar sökərək başqasına sata bilərlər

Ağstafa sakininin evində 201 yaşlı royal var

Mitinqə icazə verilmədi - Müxalifət aksiyanın qanun çərçivəsində keçiriləcəyinə dair məsuliyyət götürmür

Obyektlərin tikintisi üçün icazənin alınması elektronlaşdırılıb

Bakıda ruhi xəstə bacısını bıçaqladı

Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı

Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir

Azərbaycanda bu il işə qəbul olan direktorların sayı açıqlanıb - SİYAHI

Kadrların seçilmə meyarları niyə məlum deyil?

Kamal Abdulla Venesuela xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO

Moskva nüvə silahına əl ata bilər?!

İraqda İŞİD-i maliyyələşdirən gizli şəbəkə ifşa olundu

Ankarada yeni kanal tikiləcək

ABŞ və KXDR liderləri arasındakı növbəti görüşün formatı açıqlanıb

Suriyada partlayış nəticəsində 15 nəfər ölüb

Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman yeniliyə və tərəqqiyə açıqdır, milli mədəniyyətin inkişafına misilsiz töhfə verir – Firəngiz Əlizadə

Dastin Porye və El Yakuinta UFC-dən getmək istəyirlər

Anjelika Sidorova Almaniyada qış çempionu oldu

Norveçdə çalışan neft şirkətləri 2019-cu il üçün investisiya proqnozunu azaldıblar

Dünya futbol ulduzları Bakıya gələcəklər

“Avro-2021”: qadın futbolçularımızın rəqibləri müəyyənləşib

Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar" siyahısında birinci olub

Hazırda əcnəbilərin ölkəmizdə ən çox istifadə etdiyi xidmətlərindən biri olduğu yer üzrə qeydiyyatdır

Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir

Manenin evi soyuldu

Bir gün hər gün deyil

Çempionlar Liqasında həftənin rəmzi komandası

"Mourinyo getməsəydi, "Mançester Yunayted"də qalardım"

"Zenit" - "Fənərbaxça": heyətlər açıqlandı

"Fənərbaxça" "Zenit"ə, "Qalatasaray" "Benfika"ya qarşı

Məğlub olunmuş İD yenidən peyda ola bilərmi?

Daşkəsəndə dayı bacısı qızını qaçıranın başını kəsdi

DTX-nin arxivində saxlanılan tarixi əhəmiyyətli sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə təqdim olundu - FOTO

3 nəslin nümayəndəsi - Eyni tale

Ərdoğan: "Ankarada yeni kanal tikiləcək"

Beynəlxalq Muğam Mərkəzində 8 mart - Beynəlxalq qadınlar gününə həsr olunmuş konsert keçirilib

Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri

Açıq-saçıq geyimli Aysundan dekolteli FOTOlar

Gürcü siyasətçi: "Gürcüstan parlamenti Xocalı qətliamını soyqırım kimi tanımalıdır"

Azərbaycanda paralimpiyaçı könüllülər hərəkatı yaradılır - FOTO

"Komandamızda saqqallı futbolçuların olmasını istəmirik" - Berluskoni

"Mehriban Əliyeva Birinci vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirir" - Millət vəkili

Şəmistan Əlizamanlı yenidən “Diriliş Ertuğrul”da - VİDEO

Azərbaycan və İspaniya eyni qrupda

Azərbaycan Premyer Liqasında 17-ci turun rəmzi heyəti - FOTO

Suriyada PARTLAYIŞ: 15 ölü, çoxsaylı yaralı var

"Real Madrid" Beyli satacaq

Telman İsmayılov agentliklə olan məhkəməni uduzdu

"Mançester Yunayted"in futbolçusu xəyanətə görə üzr istədi

Azərbaycan Gimnastika Federasiyası birinci olub

Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı

Albaniya prezidenti: "TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb"

Premyer Liqada 19-cu turun proqramı açıqlandı

Fazil Mustafa: İşdə elə şərt qoyurlar ki, qadınlar başqa yollara üz tutur - MÜSAHİBƏ

Aleks "Fənərbağça"ya qayıdır

3 qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur - FOTO - VİDEO

Britaniya baş nazirinin ticarət elçisinə Azərbaycan musiqisi barədə məlumat verildi - FOTO

Bir az ordan, bir az burdan...

Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərdi

"Ağılsız başım, onunla evlənmədim"

Soydaşımız Niderland mediasında Xocalıdan yazdı - FOTO

PSJ türk futbolçuyla müqavilə imzaladı

"Sosial şəbəkədəkilər "gədə-güdə"dirlər" - Vasif Məhərrəmli

"Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti insanların mütləq əksəriyyəti üçün gözəl təcrübə və örnəkdir" - Bahar Muradova

Arsen Venger PSJ-də? - Klub prezidenti ilə gizli görüşdü

Prezident Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı

Netanyahunun əsas rəqibləri seçkilərdə qalib gəlmək üçün birləşdilər

Sarkisyanın qardaşı ərəb ölkəsinə qaçıb

Xərçəng xəstəliyi dünyada 69%, bu ölkədə isə iki dəfə artacaq

Prezident İlham Əliyev bu ailələrin təqaüdünü artırdı

Moskvada qadını bıçaqlayan 32 yaşlı azərbaycanlı saxlanıldı

Nihat Kahveci də Bakıya gəlir

İdmançılarımız vətənə 5 medalla dönürlər

Azərbaycan sərhədini pozmağa cəhd edən 5 Şri-Lanka vətəndaşı saxlanıl - FOTO

Türkiyədə yeni ƏMƏLİYYAT - Terrora hazırlaşan 10 nəfər saxlanıldı

"Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür"

ATƏT PA prezidenti: "Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat artırmaq lazımdır"

ATƏT-də Xocalı məsələsi qaldırılacaq

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə zəmanət verir

Qətər hərbçiləri Səudiyyə Ərəbistanında keçirilən təlimdə iştirak edir

Hüseyn Dəryanın həyat yoldaşından DNT tələbinə cavab

Magistraturalara qəbul imtahanında 12685 bakalavr iştirak edəcək

ATƏT baş katibi: "Azərbaycan və Ermənistanın əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır"

Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı? - VİDEO – FOTO

Sevilin səhhəti pisləşdi - “Ağrıları kəskinləşib”

Gömrük komitəsi müzakirələrə səbəb olan quzu ətinin gömrük dəyərini AÇIQLADI

Azərbaycanlı futbolçu Çexiya klubuna getdi

Əlcəzairdə hərbi təyyarə qəzaya uğradı: ölənlər var

"Muğanbank" ASC-nin yeni "Ticarət" filialı fəaliyyətə başladı

Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb

İran hərbi dəniz təlimlərinə başladı və ilk dəfə...

"Bavariya" ilə oyun zamanı ulduz futbolçunun evi yenidən qarət olundu

Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində Azərbaycan mədəniyyəti intibah dövrünü yaşayır - Zərifə Salahova

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında dəyişiklik edildi

Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir - FOTO

Ermənistana məxsus taktiki PUA məhv edildi - FOTO

Xəyyam küsülü olduğu Röyaya - "Bir-birimizə ehtiyacımız var"

Dünya futbol ulduzları Bakıya gəlirlər

Kəndlilərin canına və malına qənim kəsilən canavarlar - VİDEO - FOTO

“Tutulmasaydıq, götürəcəkdi” - Evindən silah tapılan şəxsin ETİRAFI - VİDEO - FOTO

"Qarabağ"dan "Yuventus"a atmaca

Türkiyə Prezidentinin müşaviri: Azərbaycan-Türkiyə münasibətləri öz qızıl dövrünü yaşayır

Tahir İmanov: ""Məhəllə" yaradılanda Qüdrət harda idi axı?"

Nazirlərdən baş nazirə xəbərdarlıq: “Qiyam olacaq”

Münhendə atışma: 2 nəfər öldü

İslandiya balina ovuna icazəni daha 5 il uzatdı

Rusiyalı və avropalı alimlər Marsda böyük buz ehtiyatı aşkar ediblər

"Köçəryan qurtulmaq üçün yenidən Qarabağ kartından istifadə etmək istəyir"

Mətanət əsəbiləşdi: “Könül xanımı ad günümə çağırmamışdım” - VİDEO

Xərçəngdən əziyyət çəkən Zülfiyyə xəstəliyə qalib gəldi: "Həyatın dadı duzu yerinə gəlib"

Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb

İntim videosu yayılan Damladır? - AÇIQLAMA - FOTO

Premyer Liqamızda həftənin ən yaxşısı odur - FOTO

Cırtdan və Bəbir "Bakı 2019"un talismanı seçildi

Rusiyada hərbçi tankın altında qalıb

Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış

Rəsmi Vaşinqton Ermənstanın XİN başçısının ABŞ-a səfərini təxirə salıb

Kiyevdə restorana polis basqını - “Vor zakon”lar saxlanıldılar - VİDEO

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağladı - SƏBƏB

Nuriyyə Hüseynovanın solo konserti keçiriləcək

Qadın uşağını əmizdirərkən zəlzələ baş verdi - Həyəcanlı anlar kamerada - VİDEO

"Heç vaxt bu cür bərbad oynamamışdıq" - Alleqri

Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib

Dünya Bankı: "Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk" - FOTO

Vəfat etmiş şəxslərin pensiyaları onların varislərinə verilə bilər - Rusiyada

Amputasiya edilmiş ayaqları ilə 70 yaşında Everestə çıxan ilk alpinist

Türkiyədə 5 mərtəbəli bina çökdü - FOTO

Samiraldo Afəti ələ saldı - VİDEO

Komitə sədri: "Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib"

Könül Xasıyeva: “Gülyanaq atasının 40-ı çıxmamış oxudu”

Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd

PSJ-dən 5 qollu qələbə - VİDEO - FOTO

Ronaldu "Atletiko"ya sataşdı - VİDEO

Türkiyədə ev almaq istəyənlərə xoş xəbər - VİDEO - FOTO

18 yaşlı tələbə kokain satmaq üçün telefon proqramı hazırlayıb - FOTO

Arif Babayev üçün İstanbuldan həkim gəldi - Ağır əməliyyat keçirdi

4 kəndlə əlaqəsi kəsilən yollarda hərəkət bərpa olundu - VİDEO - FOTO

İzzət: "Bakının bütün kəndləri mənlikdir"

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Simeonedən qeyri-etik qol sevinci - VİDEO

"Evlənməmiş cinsi əlaqədə olmayaq" deyən kişi bal ayında pis vəziyyətdə qaldı - FOTO

Hüseyn yenə Talıba söz atdı: "Əxlaqsız videolarında milyon baxışı var"

Türkiyədə dərslər dayandırıldı - Zəlzələyə görə

Elşad İskəndərovun Türkiyə girişinə qadağa qoyulub? - XİN-dən rəsmi açıqlama

Britaniyanın sərnişin təyyarəsi səsin sürətini aşdı

Hüseyn Dəryanın qızı: "Həqiqətləri öyrənə bilmədən atamı itirdim, qardaşım DNT analizi versin”

"Qarabağ" "Sabah"la oyuna itkiylə hazırlaşır

Çində şəhərə çıxan "ruhi xəstə" 11 nəfəri bıçaqladı

"O tapşırığı mən vermişəm" - Trampdan İŞİD üzvünün arvadı ilə bağlı AÇIQLAMA

Avropa Liqası - "Fənərbağça" "Zenit"ə, "Qalatasaray" "Benfika"ya qarşı

"Lassa" qızdırması ilə bağlı XƏBƏRDARLIQ

Tramp KXDR əleyhinə sanksiyaların ləğvinə hazır olduğunu bildirib

Cəfərbəylidə ikimərtəbəli ev yanıb

Ukrayna əhalisi ötən il 233 min nəfər azalıb

ABŞ-ın zabit terror aktı hazırlığında süçlanıb

İraqda 5 terrorçu kamikadze zərərsizləşdirilib

Nigeriyada naməlum silahlılar vilayətə hücum edib, ölənlər və yaralananlar var

Naxçıvanda 168 milyon 313 min 400 manatlıq ÜDM istehsal olunub

Ötən ay Çində yoluxucu xəstəliklərdən 1901 nəfər ölüb

Xocalı məktəbində “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub - FOTO

Dakkada yanğın zamanı 56 nəfər həlak olub - YENİLƏNİB

Azərbaycanda yeni zəli növləri aşkar edilib

Kürdə VAZ yanıb

Hicran Hüseynova: Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır

Almaniya Rusiyadan raketlərin sayını azaltmağı tələb edir

Çempionlar Liqası: 2 oyun, 2 möhtəşəm qələbə

“Mançester Siti”dən Almaniyada əzmkar qələbə

Ronaldulu “Yuventus”u Madriddə məğlub etdilər