AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanlı aktyor: "Ev olmadığı üçün toy haqda fikirləşmək çox tezdir" - FOTO

  189

Aktyor Ülvi Həsənlinin Demokratikmusavat.com-a müsahibəsi.

- Ülvi, mövsümə hansı yeniliklərlə qayıtdınız?

- Demək olar ki, mən bu mövsüm istirahət etməmişəm. Yay boyunca "İkili həyat" filminə çəkildim. Emil Quliyevin "Fəlakət" adlı filmində baş rollardan birini oynadım. Bu filmin çox maraqlı ekran işlərindən biri olacağına əminəm. Rejissor Rövşən Ağayevin "Mama Liza" filmində kiçik də olsa bir rolda çəkildim. Bunlarla yanaşı ATV telekanalında bizim "Stand up Baku comedy" şoumuz yayımlanır. Biz hər həftə tamaşaçılara konsert veririk. Demək olar ki, stand up artıq bizdə də inkişaf etməyə başlayıb.

- Bu sahədə Türkiyənin Cem Yılmazı, bizim isə Fərda Xudaverdiyev kimi aktyorumuz var. Onları necə müqayisə edərdiniz?

- Mən onları müqayisə edə bilmərəm. Çünki Cem Yılmazın başqa kütləsi var, Fərdanın başqa. Cem Yılmaz Fərdadan daha təcrübəlidir, bu sənətə illərini verib. Azərbaycan üçün Fərda komedik aktyor kimi yaxşıdır. Mən Cem Yılmazdan çox şey öyrənmişəm.

- Bəs Fərdadan nə öyrənmisiniz?

- Bakı Estrada teatrında Fərda ilə bir yerdə çalışmışam. Fərda yumorist kimi Azərbaycan üçün yaxşıdır, ondan da nələrsə öyrənmişəm.

- Stand up edən aktyorda ilk öncə hansı xüsusiyyətlər olmalıdır?

- Stand up əslində çox çətin bir janrdır. Mənim fikrimcə onu hər aktyor edə bilməz. Stand up-la məşğul olan aktyorun ilk öncə hazırcavablığı, "ekspromt" bacarığı olmalıdır. Çünki bu tamaşaçı ilə canlı ünsiyyətdir, yerdən hər an nəsə söz ata bilərlər. Tamaşada sənə kömək edən aktyorlar olur, amma burda tək özün olursan. Yeri gəlmişkən sentyabr ayının 11-də Nizami Kino Mərkəzinin böyük zalında bizim möhtəşəm konsertimiz baş tutdu.

- Sənətdə idealınız kim olub?

- AZDRAMA-da çalışdığım illərdə mənə "gələcəyin Siyavuşu" deyə müraciət edirdilər. Bəziləri məni Yaşar Nuriyə də oxşadırdı. Universitetdə Rafiq Əliyev, Vidadi Həsənov, Pərviz Məmmədrzayev kimi sənətkarlardan dərs almışam. Sənətə gəlməyim isə rejissor Rəhman Əlizadənin adı ilə bağlıdır. Rəhman Əlizadə o vaxt Mərdəkanda xalq teatrının rəhbəri idi. Mən artıq 5-ci sinifdən həmin teatrda işləyirdim. 10-cu sinifə kimi evdəkilər bilməyib ki, mən teatrla məşğulam.

- Bəs necə oldu ki, atanızı razılığa gətirdiniz?

- Tamaşalardan sonra atamı harda görürdülərsə deyirdilər ki, oğlun yaxşı aktyor olacaq. Axır bir gün özü gəlib mənə dedi ki, həvəsin varsa get aktyor ol!

- Hal-hazırda hansı teatrda çalışırsınız?

- Mən universitet illərində Qorxmaz Əlilinin yaratdığı Bakı Estrada teatrında işləmişəm. Vüqar Əbdülovla bu teatrda "Olur belə şeylər" layihəsini yaratmışdıq. Elə oldu ki, bir müddət sonra teatr dağıldı. Bu zaman mən Pərviz Məmmədrzayevin rəhbərlik etdiyi "Simsar" teatr studiyasında işə başladım. Daha sonra AZDRAMA-da teatr studiyası yarandı. Nicat Kazımov da bu teatrda o vaxt bizim diplom işimizdə rəqsləri qururdu. O mənə təklif etdi ki, gəl Gənc Tamaşaçılar Teatrında çalış. Müəyyən səbəblərdən mənim o teatra getməyim alınmadı. Nicat Kazımov yenidən "Kölgə" adlı tamaşaya quruluş verməyə başladı. Mənə də həmin tamaşada kiçik bir rol verdi. Bununla paralel mən teatr studiyasında "Banan qabığı" tamaşasında oynayırdım. Ramiz Novruz məni həmin tamaşada  görəndən sonra "Silindr" tamaşasında Antonio obrazına dəvət etdi. Elə oldu ki, ictimai baxışı da, premyeranı da mən oynadım. Bəsti Cəfərova da mənə "Nağıllar" tamaşasında rol verdi. Mən həmin tamaşada 4 obraz oynayırdım. Demək olar ki, Akademik Milli Dram Teatrının bütün kollektivi məndən razı idi. Hətta söhbət gedirdi ki, məni ştata da qəbul edəcəklər. Hər şeyin yaxşı getdiyi bir gündə məni teatrdan uzaqlaşdırdılar. Halbuki mən teatrla nəfəs alırdım.

- Nəyi bəhanə gətirib sizi teatrdan uzaqlaşdırdılar?

- Əslində orda elə də böyük bəhanə olmadı. Bəsti Cəfərovanın hazırladığı "Nağıllar" tamaşasını yeni il repertuarına saldılar. O vaxtı da mənə "Dəfnə ağacı" serialından dəvət gəlmişdi. Maddi imkanım yaxşı olmadığına görə həqiqətən də gedib serialda çəkilməli idim. Anam xəstə olduğundan buna daha çox məcbur idim. Təklif etdim ki, günə 4 tamaşadır, ikisini mən oynayım, ikisini də dublyorum. Məni yenə başa düşmədilər. Dedim ki, məni ştata götürün, bilim ki, burdayam, heç yerə getməyim. Teatrdan istəmirdilər ki, seriala gedim, gedəndən sonra mənim haqqımda rəhbərliyə ərizə yazmağa başladılar. Məni yavaş-yavaş bütün tamaşalardan, rollardan azad etdilər.

- Yenidən teatra qayıtmağınız üçün müraciət etmisiniz?

- Azərpaşa Nemətov teatra gələndə fikirləşdim ki, hər şey mənim üçün daha yaxşı olacaq. Çünki o, məni tələbəlik illərimdən tanıyırdı, tamaşalarıma gəlib baxmışdı. Onunla görüşüb, vəziyyəti olduğu kimi danışdım. O da mənə bildirdi ki, səni götürməyə ştatım yoxdur. Mən Azərpaşa müəllimə dedim ki, mənə nə ştat, nə də pul lazım deyil. Yenə də dedi ki, hələ ki, alınmır. Mənə xəbər çatmışdı ki, Azərpaşa müəllim kiminsə yanında deyib ki, Ülvini kollektiv istəmir. Bir Allah şahiddir ki, mən o teatrda hamıyla dostam. Mən teatrdan çıxandan sonra 4-5 aktyoru ştata götürmüşdülər. Halbuki onlar hələ universitetdə oxuyurdular. Yəqin ki, məndən Azərpaşa müəllimə olmayan nələrsə çatdırıblar. Mənim o insana həm böyük insan, həm də rejissor kimi çox böyük hörmətim var.

- Nicat Kazımovun vaxtilə etdiyi təklifi qəbul etmədiyiniz üçün peşmansınız?

- Nicat Kazımov mənə deyirdi ki, sən Gənc Tamaşaçılar Teatrında çox şey edə bilərdin. Çünki həmin teatrda tamaşalar plastikdir. Hal-hazırda da digər teatrlardan  mənə dəvət var, sadəcə olaraq mən AZDRAMA-ya üstünlük verdiyimdən hələ də cavab gözləyirəm. Çünki teatr xəstəlik kimi mənim qanıma işləyib.

- Maddi vəziyyətiniz necədir?

- Mən günü bu gün də Mərdəkandan şəhərə 1 manatlıq taksi ilə, bəzən isə avtobus, metro ilə gəlirəm. İctimai nəqliyyatdan istifadə etdiyimə görə sıxılmıram, sadəcə olaraq aktyorla insanlar arasında pərdə olmalıdır ki, o əlçatmaz olsun. Axşam məni serialda görən tamaşaçı ilə səhər metroda sıxılaraq, qucaqlaşa-qucaqlaşa gedirəm. "Quru-quru" tanınırıq...

- Bu cür tanınmaq sizə lazımdır?

- Biz aktyoruq, tanınmaq bizim işimizdir. Mən bilirəm ki, nə vaxtsa hər şey yaxşı olacaq. Amma 60 yaşımda rahat həyat yaşayacağamsa mənim nəyimə lazımdır o həyat?! Bəzən elə olur ki, ehtiyac üzündən 3 seriala eyni anda çəkilirik. Onda da keyfiyyət olmur.

- Hər mövsüm yeni bir serialla efirə qayıdırdınız. Bu mövsüm nədənsə sizi heç bir serialda görmədik.

- Mən bu il həqiqətən sıxıldım! Hər il eyni ssenari, eyni obraza dəvət edirlər. Bu il də dəvət etmişdilər, amma qəbul etmədim. Həm maddiyat aşağı idi, həm də obraz xoşuma gəlmədi. Mən çox istərdim ki, mənfi xarakterləri oynayım. Məsələn dəlini, xəstəni, oğrunu və s.

- Barmağınızda üzük görürəm. Olmaya nişanlanmısınız?

- Bəli, keçən ilin dekabr ayında "həri" mərasimim baş tutdu. 3 ildir ki, bir yerdə idik. Əvvəl dost idik, sonra münasibətlərimizi bu yolda rəsmiləşdirdik.

- Toyunuzu nə vaxta planlaşdırırsınız?

- Hələ ki, ev olmadığı üçün bu haqda fikirləşmək çox tezdir. Qismət deyək.

Əli Novruzəliyev
Demokratikmusavat.com

Xəbər Lenti

Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi

Parlament seçkiləri Azərbaycanda tarixində mühüm bir hadisə oldu – Məzahir Pənahov

Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoyub

Alternativ var - Azərbaycan təmiz enerjini seçir

Ukrayna millisinin üzvü futboldan uzaqlaşdırıldı

"Real"la müqaviləm uzadılacaq" - Ramos

Tokio-2020 keçirilməyə bilər

Virus Avroliqanı da "vurdu" - Bu oyuna azarkeş buraxılmayacaq

Türkiyə Prezidenti: Biz Azərbaycanın uğurları ilə fəxr edirik

Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm

Bakıda çoxmərtəbəli binada yanğın baş verib - FOTO

BŞBPİ-də Xocalı qurbanları yad edildi - FOTO

Prezident İlham Əliyev: Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək

İranın səhiyyə nazirinin müavininin koronavirusa yoluxduğu təsdiqlənib

Prezident İlham Əliyev: Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir

Ərdəbil apellyasiya məhkəməsi Yusuf Karini 2 il həbsə məhkum edib

Karnaval qəzasından sonra Almaniyada 35 nəfər xəstəxanaya yerləşdirilib

Mühacirlərin "zənginlik testi"- ABŞ-da yeni qaydalar

Trampın Hindistan səfəri böyük nikbinliklə başa çatıb

Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb

Zaqatalada itkin düşən məktəbli tapılıb

Prezident İlham Əliyev: "Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub"

20 saatda bir dəfə yemək yeyir - FOTO

Azərbaycan çempionatında kütləvi dava - AFFA cəzalandırdı

Ərdoğanın Azərbaycana səfəri başa çatıb - FOTO

"Liverpul" çempionluğu nə vaxt rəsmiləşdirəcək?

"El Klassiko"nun baş hakimi müəyyənləşdi

Ölməmək üçün sınmış ayağı ilə on saat süründü - FOTO

"Qarabağ" Avropanın dördüncüsüdür

87 məntəqə seçki komissiyası buraxıldı

Belə qırmızı vərəqə görülməyib - VİDEO

Yaponiyada koronavirusa yoluxanların sayı artdı

Ronaldu və övladları çılpaq FOTOları ilə gündəmdə

Ölümdən dönən əməkdar artist canlı efirdə - VİDEO

MSK parlament seçkilərin ümumi yekunlarına dair protokolun tərtibinə başlayıb

Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlandı

Daha iki seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

MSK lider namizədin müraciətini təmin etmədi

Hikmət Babaoğlunun lider olduğu dairədə 10 məntəqənin nəticələri ləğv edildi

Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib - FOTO

Arxeoloqlar qədim dövrə aid itmiş şəhər aşkar etdilər

"Qobustanda Hindistan Mədəni İrsinin İnciləri"adlı tədbir keçiriləcək

"Yuventus"dan Sarri açıqlaması

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar videoçarx yerləşdirilib - VİDEO

İranlı deputat da koronavirusa yoluxdu

Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı

"Gülmək istəyirdik, amma Mourinyodan qorxurduq"

"Di Mariya "Mançester Yunayted"ə nifrət edir"

Şillə vurmaq istəyən atasını balta ilə öldürdü

"Nar" 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu - Hindistanda

Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

Yaponiyada işçilərə evdən işləmək əmri verildi

Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib

İtaliyada "Messi, Messi" şüarı və pizza - VİDEO - FOTO

Koronovirusa görə AVRO 2020-nin Bakıdakı matçları TƏXİRƏ SALINIR? - UEFA AÇIQLADI

İki yaşlı qızını çörək qırıntılarını yerə tökdüyünə görə öldürdü

"Qarabağ" polisə görə cərimələndi

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

“Başımdan vururdular, ağlayırdım” - VİDEO

Koronavirusa görə A Seriyasının 6 oyunu azarkeşsiz keçiriləcək

MSK daha 9 məntəqədə nəticələri etibarsız saydı

İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olundu

Tolik efirə MASKADA ÇIXDI: Koronovirusdan ölsəm də, bu maskanı ... - FOTO

“Xanım balıq ətli olar, məni belə sevirlər” - Şəbnəm Tovuzlu - VİDEO - FOTO

Azərbaycanlı aktyorların toy tarixi bəlli oldu

Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Si Cinpin Prezident İlham Əliyevə təşəkkür edib

Muğam Mərkəzində şair Məmməd İlqarın yubileyi qeyd edilib

MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı

Röya 4 gün konsert verəcək

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib

MSK parlament seçkilərinə yekun vurur

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib

Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət”lə bağlı fərman imzalayıb

""Tarqovı"da maskanı turistlərə 2 manata satırlar"

Ceki Çan koronavirusa görə karantinə alındı

ABŞ-da 11 yaşlı qız parlamentə dolu tüfənglə girdi

İranın cənubunda zəlzələ oldu

Hindistanda vətəndaşlıq haqqında qanuna etirazlarda 7 nəfər ölüb

Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb

SON DƏQİQƏ: İran Səhiyyə nazirinin müavini də KORONAVİRUSA YOLUXDU - FOTO

Dünyaya xəstəlik yayan Ermənistan - SENSASİYA

Assosiasiya rəhbəri: "Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir"

AzTV Novruz bayramı üçün telelayihə hazırlayır - VİDEO

Koronavirus azərbaycanlı milyarderi də "vurdu"

"Napoli" "Barselona" ilə oyuna ciddi itki ilə çıxacaq

Bal ayına yollanan Aynişanın BAŞINA İŞ GƏLDİ: Boğuluruq, hələ dərindən... - FOTO

Ölkədə yaranan maska qıtlığı - VİDEO

Pərvizdən "Survivor"da MÖHTƏŞƏM QƏLƏBƏ - Rəqibə şans vermədi - VİDEO

"Ciddi iş istəyirəm" - Seriala çəkilməyən Vəfa

Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı

İnanılmaz GÖRÜNTÜLƏR: tankın "başına" oyun açdılar - ANBAAN VİDEO

Dörd minə yaxın qadın öldürüldü - Paytaxtda ara qarışdı

İrəvanda koronavirus həyəcanı: Paşinyan qurban verir

Hüsnü Mübarək vəfat etdi

Koronavirus artıq 37 ölkəyə yayılıb, ölənlərin sayı artır

Azərbaycan Prezidenti İlham Əliyevin Ərdoğan ilə təkbətək görüşü olub - FOTO

“Qız övladı istəyirəm” - Atalığa hazır olmayan Anar Ağakişiyev - VİDEO - FOTO

Rabitəbankdan "Made in Azerbaijan" brendinə dəstək!

Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ

Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO

Hərbi prokuror: "Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib"

Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb

Əli Əhmədov: "Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir" - FOTO

Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıblar

Xalq artisti: “Oğluma qohum qız almaq istəyirdim, amma…” - FOTO

Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq

İlhamə Quliyevanın anım günüdür

"Burnumu əməliyyat etdirmişəm, danmaq olmaz"

Azərbaycan karateçiləri olimpiya lisenziyası üçün Avstriyaya getdilər

Əli Əhmədov: "Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir"

Azərbaycan tanınmışların məhkum olmuş yaxınları - Arif Quliyev, Mətanət Əsədova… - SİYAHI

XİN: Azərbaycan əsgərinin qətlə yetirilməsinin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir

İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi

AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış

"Bacım homoseksualdı, mən də siqaret çəkirəm..." - Məşhur futbolçu

Kim koronavirusa yoluxmur? - Mühüm statistika

İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb

Sahibini itirən it polis bölməsinə gəlib, yardım istədi - FOTO

Azərbaycan və Türkiyə arasında gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur

Azərbaycan Premyer Liqası ən intizamsız çempionatlar arasında

Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib - FOTO

"4 uşağım olmağını istəyərdim" - Azərbaycanlı qadın müğənninin İSTƏYİ... - FOTO

“Mənə kömək et ki, yanına gələ bilim…” - FOTO

Ərdoğan: "2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb"

Respublikada #dahaetibarlı və sərfəli depozit hardadır?

Burada bütün evlər üzü qibləyə tikilib - Xanımınıza ən gözəl hədiyyələrdən birini ala biləcəyiniz Azərbaycanın füsunkar məkanı - FOTO

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

Əfsanəvi basketbolçunun anım mərasimində duyğusal anlar yaşandı - VİDEO - FOTO

Əfsanəvi basketbolçunun anım mərasimində duyğusan anları yaşandı - VİDEO - FOTO

20 Yanvarın qatillərindən biri öldü - Təcili

Azərbaycanlı aparıcı Banunun atası ilə dodaq-dodağa - VİDEO - FOTO

"Keşlə"nin gənc futbolçusundan İbrahimoviçsayağı qol - VİDEO

Qız nişanlısının başını kəsdi - Səbəb dəhşətə gətirir - FOTO

“Çelsi” “Bavariya” ilə oyuna ciddi itkilərlə çıxacaq

İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

Azərbaycan gözəli sinəsi açıq FOTOsunu paylaşdı

Bu ölkədə koronavirusa yoluxanların hamısı sağaldı

Rafiq Həşimova AzTV-də yüksək vəzifə verildi

Rusiyalı ekspert: "Xocalı faciəsində erməni tərəfinin fəaliyyətinə bəraət qazandıran hər kəs mühakimə olunmağa layiqdir"

Azərbaycan alternativ enerjiyə investisiyaları əhəmiyyətli dərəcədə artıracaq

Xırdalanda kafedə bıçaqlanma olub

Dünyada ən yaşlı kişi dünyasını dəyişib

VİSA: Azərbaycan maliyyə bazarlarında innovasiyalar üçün ən açıq ölkələrdən biridir

Kanadalılar İranda təyyarə qəzasında həlak olanların ailələri üçün 2,5 milyon dollar yığdılar

Çempionlar Liqası: “Napoli” “Barselona”, “Çelsi” “Bavariya” ilə üz-üzə

Baronessa Nikolson: Azərbaycan və Böyük Britaniya energetika sahəsində gələcək əməkdaşlıq üçün böyük perspektivlərə malikdir

"Liverpul"dan əzmkar qələbə

Blumberq təbliğat kampaniyasına 500 milyon dollardan çox vəsait xərclədi

Türkiyə futbolunda üzücü olay - FOTO

ABŞ Çin jurnalistlərinin ölkədən xaric edilmələrini istisna etmir

Superliqada lider yenidən dəyişdi

Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb

"Barselona" ilə oyun üçün 21 futbolçu - Siyahı

Tovuzda mərmi tapıldı - FOTO

Peruda iki avtobusun toqquşması nəticəsində ən az 11 nəfər öldü

Türkiyə və Böyük Britaniya Müdafiə Nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

Çindən kənarda koronavirusa yoluxanların sayı 2000-i keçdi

ABŞ Venesuelanın neft sektoruna qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir

Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur

Günün qoroskopu: mənasız hay-küy, aktivlik az olmaycaq

Sabiha Gökçendəki qəzaya görə pilot həbs edildi

Yetərli qədər pensiya almaq üçün nələrə diqqət etməliyik?

Avropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırır

"Dedim ki, sağsınızsa, 5 manatımı qaytarın" - Məktəb illəri

Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axını gücləndiriləcək

Şagirdlərimiz ABŞ-da 5 milyon dollar uğrunda yarışacaqlar - FOTO

Avropa Məhkəməsi Yunanıstanda qapalı qaçqın düşərgələrini inşa etməyə icazə verib