AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan-Türkiyə-Rusiya-İran əməkdaşlığı: reallıqlar və üzdəniraq ekspertlərin qərəzli yazıları

  27

Demokratikmusavat.com bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar geosiyasi proseslərin sürəti daha da artıb. Tehranda Türkiyə, İran və Rusiya dövlət başçılarının görüşünə bu baxımdan böyük önəm verilirdi. Orada qəbul edilən qərarların regiondakı proseslərə ciddi təsir edəcəyi proqnozlaşdırılırdı. Eyni zamanda, məlum oldu ki, bir sıra qərəzli dairələr ortaya çıxa biləcək hər hansı fikir ayrılığını şişirtməyi gözləyirlərmiş. Onların üzdəniraq ekspertləri "analitik yazılarında" "yeni fikirlər" adı altında öz mənfur niyyətlərini ifadə etməyə girişiblər. Burada əsas hədəf kimi Azərbaycan və Türkiyə götürülüb. Ankara və Bakının müstəqil xarici siyasət yeritmək iqtidarında olmadığı barədə gizli tezis üzərində müxtəlif ssenarilər qururlar. O cümlədən Türkiyənin gah bu, gah da digər geosiyasi düşərgəyə reverans etdiyini iddia edirlər. Əslində isə müəyyən dairələr Ankara və Bakının qürurlu geosiyasi-hərbi duruşundan narahatdırlar. Bu vəziyyətin geosiyasi aspektləri üzərində geniş dayanmaq istərdik.

Tehran görüşü və İdlib məsələsi: böyük güclərin maraqları və mübarizəsi

Türkiyə, Rusiya və İran Prezidentlərinin Tehranda görüşündən sonra bir sıra KİV orqanları çox "fəallaşıblar". Onlar demək olar ki, bütün güclərini Türkiyəni aşağılamağa və onun fonunda Azərbaycanın çoxvektorlu xarici siyasətini təhrif etməyə çalışırlar. Bu işdə daha çox Ermənistan KİV-ləri və ermənilərə Rusiyada yaxın olan bəzi mətbu orqanlar canfəşanlıq göstərirlər. Təəssüf ki, Azərbaycanda da bir sıra rusdilli nəşrlər bu tələyə düşüb, reallığı əks etdirməyən və qərəzli, birtərəfli qələmə alınan cızma-qaraları təkrar dərc edirlər. Məsələn, erməni lobbisinin bədnam əlaltısı Stanislav Tarasovun liderlərin Tehran görüşündən sonra Türkiyənin İdlib siyasəti fonunda Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətləri ilə bağlı sərsəmliklə dolu "məqaləsini" "yeni fikir" kimi təqdim edən nəşr tapılıb.

Əslində isə düşmən dairələrin fəallaşmasının konkret səbəbləri vardır. Birincisi, geniş səviyyədə Türkiyə qlobal geosiyasi proseslərdə öz sözü olan dövlətə çevrilib. O cümlədən Ankara Suriyada söz sahibidir. Onun Moskva və Tehranla əməkdaşlığı kimlərəsə sığınmaq taktikası deyil, milli maraqlara uyğun nəticələr əldə etməkdir. Bunun üçün Türkiyə hər bir konstruktiv təklifə açıqdır. Bu barədə Rusiyanın Türkiyədəki səfiri açıq və konkret fikir bildirib. Təcrübəli diplomat ifadə edib ki, Türkiyə ciddi geosiyasi maraqları olan böyük dövlətdir və onun istədikləri ilə Rusiyanın istədikləri hansısa məqamda uyğun gəlməyə bilər. Çıxış yolu müzakirə vasitəsilə ortaq mövqeyə gəlməkdən ibarətdir.

Bizcə, dəqiq, obyektiv və konstruktiv ruhda söylənən fikirdir. Rusiya və Türkiyə Prezidentləri də ifadə etdikləri fikirlərdə məhz bu cür mövqe ortaya qoyurlar. İkincisi, Azərbaycan-Türkiyə münasibətləri Bakının xarici siyasətdə əldə etdiyi uğurların fonunda daha da inkişaf edir. Azərbaycan rəhbərliyi müstəqil və çoxvektorlu siyasəti ilə prioritet hesab etdiyi bütün istiqamətlərdə böyük nailiyyətlər əldə edir. Rusiya, Mərkəzi Asiya, Gürcüstan, türk dövlətləri, Avropa, ABŞ, müsəlman ölkələri, Çin və digər istiqamətlər üzrə Azərbaycan rəhbərliyinin atdığı səmərəli addımlar hər kəsə məlumdur. Bir sıra dost olmayan dairələri də daha çox məhz bu məqam narahat edir.

Onlar çalışırlar ki, Azərbaycanla yaxından əməkdaşlıq edən ölkələri bir-birinə qarşı qoysunlar. Bunun üçün isə özlərindən müəyyən ssenarilər uydururlar. İlk növbədə Türkiyəyə qarşı qarayaxma kampaniyasına əl atırlar. Son hadisələr buna nümunədir. Eyni zamanda, antitürkiyə ovqatının yüksəlməsi R.T.Ərdoğanın sentyabrın 15-də Bakıya gəlişi haqqında informasiya yayılandan sonra pik nöqtəsinə çatdı. Səbəbi, bizcə, hər kəsə aydındır. Məsələ belədir ki, bu il Azərbaycan və Türkiyə güclü həmrəylik nümayiş etdirən tədbirlər həyata keçirirlər. Azərbaycan Cümhuriyyətinin və Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə möhtəşəm tədbirlər dostları sevindirdi. Azərbaycan qırıcıları ilə bərabər türk şahinləri Bakı səmasında gözəl uçuşlar keçirdi. Türk şahinlərinin bundan əvvəl hansı hadisədən sonra eyni uçuşlar keçirdiyini yəqin ki, dost olmayanlar da xatırlayırlar.

İndi, sentyabrın 15-i Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyidir. Və yüz il əvvəl qazanılmış bu tarixi zəfərə həsr edilmiş tədbirdə Türkiyə Prezidenti və türk əsgəri də iştirak edir! Bu, həmrəyliyin, qardaşlığın, haqq işini müdafiənin gözəl nümayişidir və qərəzli dairələr məhz bunu götürmürlər!

Müstəqil mövqe: yüksələn Azərbaycan və Türkiyənin geosiyasi cəlbediciliyi

Bu səbəbdəndir ki, Stanislav Tarasov qəbildən üzdəniraq ekspertlər "Regnum" kimi qərəzli KİV orqanlarında yazırlar ki, Azərbaycan Türkiyədən uzaqlaşıb, Rusiya-İran tandeminə yaxınlaşmağa çalışır. Həqiqətdə isə Azərbaycan Türkiyə ilə nə qədər yaxınlaşsa da, balansı gözləyir. Eyni zamanda, Bakı tarixi unuda bilməz. Ona laqeyd qala bilməz. 100 il bundan əvvəl türk əsgərləri canları bahasına Bakını işğaldan azad etməkdə Azərbaycan Milli Ordusuna ciddi yardım edibsə, bunu niyə unutmalı və ya qeyd etməməliyik? Biz hansı dövlətin bu kimi tədbirlərinə qısqanclıqla yanaşırıq?

Məsələ ondan ibarətdir ki, Azərbaycan məhz müstəqil xarici siyasət yeridir, milli maraqlarına uyğun addımlar atır. Onun Türkiyə ilə münasibətlərinə də heç kimsə qarışa bilməz. Elə Rusiya ilə əlaqələrin yüksək səviyyədə olması Bakının müstəqil siyasəti ilə birbaşa bağlıdır. Azərbaycan Prezidenti Soçiyə səfər etdi, bu ayın sonunda Vladimir Putin Bakıya gəlməlidir. Bunlar çox gözəldir, çünki Azərbaycanın çoxvektorlu siyasətinin bəhrələridir. Ermənistan bu kimi nailiyyətlər əldə edə bilmir. Çünki forpostdur, kənardan idarə olunur, yalnız formal müstəqilliyə malikdir, öz dövlətçiliyini necə qorumağın və inkişaf etdirməyin geosiyasi meyarlarını müəyyənləşdirə bilmir. Gücü bədnam ekspertlər vasitəsilə Azərbaycan və Türkiyəni şər-böhtan kampaniyası ilə hədəfə almağa çatır.

Üçüncüsü, bəzi dairələr Qərbin böyük dövlətləri ilə Türkiyənin arasını vurmağa cəhdlər edirlər. Onlar əsasən ABŞ-la Türkiyə arasında yaranmış soyuqluqdan faydalanmağa çalışırlar. Anlamırlar ki, böyük dövlətlər arasında fikir ayrılığı ola bilər, lakin qlobal miqyasda onlar hər şeyə rasional yanaşmağı bacarırlar. Diqqət edin, indi Türkiyə ilə Fransa, Almaniya, Rusiya, İran və Çin kimi dövlətlər dil tapmağa çalışırlar. Ankara vurnuxmur, geosiyasi cəlbediciliyi artır. Bunun arxasında da Türkiyənin böyük hərbi, siyasi, diplomatik, iqtisadi və mədəni gücü dayanır. Nə yazıq ki, bunu Azərbaycan nəşrlərində də ya görmək istəməyən, ya da görməyi bacarmayanlar tapılır və onlar qərəzli dairələrin dəyirmanına su tökürlər.

Bütün bunlar nəyi ifadə edir? Hər şeydən öncə, aydındır ki, Cənubi Qafqazda ciddi geosiyasi dəyişikliklər getdikcə daha geniş miqyas alır və yeni məzmun çalarları kəsb edir. Bu prosesdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı birmənalı olaraq uduşlu vəziyyətdədir. Bunun başlıca səbəbi isə bu iki türk dövlətinin həqiqi mənada sülh, barış, əməkdaşlıq üçün çalışmalarıdır. Azərbaycanın yeganə tələbi işğal edilmiş torpaqlarından təcavüzkarın çəkilməsindən ibarətdir ki, bu da tarixi, hüquqi, mənəvi, əxlaqi və digər baxımdan tamamilə haqlı tələbdir. Türkiyə də bu tələbi müdafiə etdiyindən ona qarşı hansısa iradı bildirmək olmaz.

Yuxarıda vurğulanan proseslərin başqa aspekti Ermənistanın hazırda çox dolaşıq geosiyasi duruma düşməsi ilə bağlıdır. Bu gedişat İrəvanı hətta ən yaxın müttəfiqi və havadarı olan Rusiyadan uzaqlaşdırır. Nəticədə, rəsmi İrəvan öz səhvini düzəltmək əvəzinə Azərbaycan və Türkiyəni qaralamağa çalışır ki, bu da yel dəyirmanı ilə savaşa bənzəyir.

Digər məqam Rusiya-Türkiyə-İran-Azərbaycan "dördbucağı"nda son zamanlar müşahidə edilən faydalı geosiyasi aktivliklə bağlıdır. Burada söhbət kiminsə diqtəsindən və ya başqasını öz təsiri altına salmaq cəhdindən getmir. Əksinə, yeni geosiyasi reallığa uyğun olaraq faydalı əməkdaşlığın çox maraqlı modeli yaranır. Azərbaycana Rəcəb Tayyib Ərdoğan da, Vladimir Putin də, Həsən Ruhani də səfər edə bilər və edirlər. Hər üçü də qarşılıqlı fayda verən müzakirələr aparır, ölkələr arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəldirlər. Buna görə də V.Putinin səfərini R.T.Ərdoğanın səfərinə qarşı qoymaq tamamilə qərəzlilik və səfehlikdir. Bu barədə yazan adamın özünü ekspert adlandırması da ancaq gülüş doğura bilər!

Azərbaycandakı bəzi jurnalistlərin də anlamasında fayda vardır: Azərbaycan müstəqil xarici siyasət yeridir, onun kimsəyə, o cümlədən Rusiya və ya Türkiyəyə sığınmaq fikri yoxdur! Kimsə hansısa hərbi blokdan (NATO və ya KTMT) Azərbaycanın xilaskarı obrazı yaratmağa cəhd etməsin! İşğal edilmiş torpaqları yalnız Azərbaycan rəhbərliyi, xalqı və ordusu xilas edə bilər! Əməkdaşlıqda isə... hər bir konstruktiv təklifə Bakı açıqdır. Ancaq bu, kiminsə bizə böyük qardaşlıq edə biləcəyi anlamına gəlməməlidir.

Beləliklə, Azərbaycan müstəqil dövlət olaraq dünyada öz nüfuzunu durmadan artırır. Artıq dünyanın və regionun böyük dövlətlərinin başçıları Bakıya danışıqlara gəlir, əməkdaşlıq haqqında ismarıclar verirlər. Təbii ki, bu, bizi qürurlandırır. Eyni zamanda, xarici siyasətimizin nə dərəcədə səmərəli aparıldığını göstərir. Azərbaycan ekspertləri, mütəxəssislər və jurnalistlər hadisələrə məhz bu prizmadan yanaşmalıdırlar ki, hansısa faydalı nəticələr əldə olunsun. Azərbaycanlılar başqasının ağzına baxanları sevmirlər!

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: sözləri təhrif etməyin, intriqa və yalanlara əl atmayın

Milli komandada iki ciddi itki

Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu - Qurbanov

Kosovodan darmadağın, Türkiyə B liqasını tərk etdi - YENİLƏNİR

"Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi çox çətin olacaq" - Lars Olsen

Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm

Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi

Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB - FOTO

Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB

Millini dirçəldən qələbə və ya bayram hədiyyəsi - REPORTAJ

Cəlilabadda tibb işçisini avtomobil vurub

Xətai rayonuna içməli su verilşində yaranmış fasilənin səbəbi məlum olub

Azərbaycan Farer adalarına qalib gəldi - YENİLƏNİB - FOTO

Kosovodan darmadağın, Türkiyə uduzdu - YENİLƏNİR

Sən kimsən ki, izahat tələb edəsən?! – Deputatdan sərt reaksiya

Avropa Putinə şərt qoydu

Türkiyədə hamı bu qadından danışır - FOTO

Kimliyini gizlətdiyi sevgilisi ilə görüntüləndi – FOTO

Tovuzda ölən piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Salyanda velosipedçini maşın vurub

Yığmamız daha bir futbolçu itkisi ilə üzləşdi

Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?

Azərbaycan güləşçisi DÇ-də “gümüş” qazandı

Zərdabda "Opel" yanıb

Deputat: Azərbaycan cəmiyyəti inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir

Azərbaycan ABŞ-a qəti ETİRAZ ETDİ

Akrobatika gimnastikası üzrə Dünya Kubokunun birinci günü: Ən yaxşı anlar - FOTO

İnsanlıq örnəyi: Xeyriyyəçiliklə məşğul olaq, yoxsa olmayaq?

Partlayışda xəsarət alan azərbaycanlıların vəziyyəti ağır olaraq qalır

"Futbolçularım xarakter göstərdilər" - yığmamızın baş məşqçisi

Kosovo qalib gəlir, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

Tovuzda piyadanı avtomobil vuraraq öldürüb

Azərbaycan millisindən 2-ci qol - YENİLƏNİR - FOTO

Neymar Braziliya millisinin tarixinə düşdü

Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib

Siyavuş Novruzov: Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

"Belə getsə, İran neft sayəsində əldə etdiyi gücü itirəcək" - Umud Şükri

Tramp yanğının dağıtdığı əraziləri ziyarət edəcək - FOTO

Qırmızı kxmerlər soyqırım törətməkdə günahkar bilindi

Tanınmış müğənni VƏFAT ETDİ - FOTO

Azərbaycanda 120 minə yaxın pulsuz ağac tingi paylanıldı - FOTO

Kiyevdə erməni nazirin həbsi tələb edildi

Azərbaycan dövləti idmanın inkişafına böyük diqqət ayırır

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Ekspert: Milli dirçəliş tariximiz heç bir siyasi qurumun özünü reklam üsulu ola bilməz

Ukraynalı gimnast: Azarkeşlər mənə güc və əminlik verdi

“Real”dan ayrılmağım düzgün qərar idi - Kasilyas

Qrizmann Hollandiya məğlubiyyətini şərh etdi

Azərbaycan millisi Farer adalarına qarşı - YENİLƏNİR - FOTO

Çeçenistanda qadın polis postunda özünü partladıb

ABŞ Güləni Türkiyəyə təhvil verməyəcək

“Bəzi insanlar Gürcüstandakı birliyi pozmağa çalışırlar” - Salome Zurabişvili

Bakıda velosipedlərin qənimi yaxalandı

Akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində AGF Trophy Kubokunun mükafatlandlırma mərasimi keçirilib - FOTO

Millimizdən əzmkar qələbə

Daha bir Türkiyə klubuna transfer qadağası

Kosovo – Azərbaycan oyununun hakimləri açıqlandı

"Sabah"dan MOİK-ə 4 cavabsız qol

Xətai rayonuna sabah da su olmayacaq

Rusiyalı gimnast: "Dünya Kuboku çox yaxşı təşkil olunub, hər cür şərait yaradılıb"

Bir neçə şəhid ailəsinə 11 manat ödənildi - FOTO

Ulduz futbolçu "Fənərbağça"dan gedir

Bakıda “Topaz”dan oğurluq ANBAAN kameralara düşdü - VİDEO

"Sumqayıt" "Qarabağ"la qarşılaşacaq

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır

Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”

"Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun belə böyük arenada keçiriləcəyini gözləmirdim"

MOK-un vitse-prezidenti: "Azərbaycan Gimnastika Federasiyası öz işini çox yüksək səviyyədə görür"

Xaricdə təhsil almış gənclər yüksək məvacibli işə dəvət edilir

Fazil Məmmədovun müalicədən sonra FOTOsu yayıldı - Tanınmaz halda

Səfir: "Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub"

Yasamalda oğurluq edən şəxs tutuldu

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

“Ana sözünə həsrət qalmışam” - Afaq Gəncəlidən ürək dağlayan SÖZLƏR - VİDEO - FOTO

"Şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələri birdəfəlik ödəmə alacaq" - Nazir - FOTO

Suriyada daha 40 dinc sakin öldürüldü

Nazirdən 6 ayın hesabatı - “Hələ 1000 nəfər də gənc işçi gətirəcəm”

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokundakı çıxışlarından razıdırlar

Aygün Azərbaycandan getdi - FOTO

Rəsmi Minskdən CAVAB: "Paşinyan "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu hələ anlamayıb"

Kosovo - Azərbaycan oyununun hakimləri açıqlandı

Nazir: "Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib" - FOTO

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO

Belarusdan Paşinyana sərt cavab: "Bu sənə küçə demokratiyası deyil"

Gömrükdə sıxlığın yaranmaması üçün yeni sistem tətbiq ediləcək - FOTO

Pensiyaçılara şad xəbər: 35 faiz artım olacaq

Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur

Prezident İlham Əliyev Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Şəhid ailələrinə Bakıda və daha 2 rayonda mənzil veriləcək - SİYAHI

Rusiyada avtobus qatarla toqquşdu, yaralananlar var

Prezident İlham Əliyev Oman və Latviya dövlət başçılarını təbrik edib

"Bizim yaxşı çıxış etmək və yüksək yerlər tutmaq şansımız var"

“Məhkəməlik olan 450-dən çox şəhid ailəsinə ödənişlər edilib” - Nazir

Ermənistan ordusunun zabitləri cəzalandırıldı

"Gələn il Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq rəsmiləşəcək"

"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metalların hasilatından qazanc əldə edir"

Fransada “Sarı jiletlilər“ aksiya keçirir, ölən və yaralananlar var - FOTO

Nazir müavini: "Birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb"

"ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir"

"Neftçi"nin futbolçusu: "Birinci yerdə olmağımız təəccüblü deyil"

Gürcüstanda “Lotu Quli”nin adamı saxlanıldı - VİDEO - FOTO

Bu il Azərbaycanda əhalinin gəlirləri 9% artıb

Azərbaycan Fransaya etiraz notası verdi

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI

"Ermənistanda Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən tanına biləcəyi illüziyası yaranıb"

İranda yol qəzası: 7 nəfər öldü

"Milan" kapitanını da itirdi

Baş məşqçi: "Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur"

Belarus gimnastı: "Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunun təşkilatçılığı çox yüksəkdir"

Aygün çəkisi ilə təəccübləndirdi - FOTO

Bir il komada qalan şəxs: "3096-cı ildə yaşadım"

Oqtay Əsədov TÜRKPA-nın 10 illik yubileyi ilə bağlı Türkiyədə keçirilən konfransda iştirak edəcək

Hikmət Hacıyev: "Azərbaycanla Belarus arasında çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur"

Oğlan dostu ilə evə qız "atdı", cinsi əlaqə vaxtı öldü - FOTO

Messi və Poqba Nüsrətin qonağı oldular - VİDEO

XİN: "Fransa Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin “rəhbəri” ilə münasibətləri dəstəkləmir"

Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi qarşıdurmaya səbəb oldu

Təndir çörəyimiz xarici mətbuatda - FOTO

İraq prezidenti İranda səfərdədir

Azərbaycanlı aktrisanın oğlunun toyunda "vur-çatlasın" - VİDEO - FOTO

"Fransanın Minsk qrupunda həmsədrlik etməsinə son qoyulmalıdır"

Azərbaycanlı aktrisa oğlunun toyunda geyimi ilə göz qamaşdırdı - VİDEO - FOTO

DİQQƏT! Plastik qapı-pəncərələr TƏHLÜKƏLİDİR - VİDEO - FOTO

“Elə bil saçını yumamısan” - Elza iştirakçını tənqid etdi - VİDEO

"Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür"

Türkiyədə nazirlik namazın vaxtını dəyişdirdi

Rəsul Çunayevə paxılıq edən dünya çempionumuz - "Qılınc yarası sağalar, söz yarası sağalmaz" - VİDEO

“Azərbaycandan gəlmələr” İrəvanda ayağa qalxdılar - VİDEO

İtaliya Portuqaliyaya, Türkiyə İsveçə qarşı - Millətlər Liqası

Moskvada neft emalı zavodu yanır - YENİLƏNİB - FOTO

Xatun yenə söz atdı

Moskvada neft emalı zavodu yanır - FOTO

26 yaşlı qadın erotik fantaziyasına qurban getdi - FOTO

Rəqsanə xəstəxanaya yerləşdirilən qızından danışdı: "Çox çətindir..."

Röya türk fotoqrafa unitazda poza verdi - FOTO

Gözlənilən açıqlama: jurnalist şahzadənin əmri ilə öldürülüb - Kəbədə dualar oxundu - FOTO

İnterpol rəhbəri vəzifəsinə əsas namizədlər açıqlanıb

Türkiyəyə dünya çempionluğu qazandıran Ramil Quliyev əsgər andı içdi - FOTO

Rəqqasə Renka: “Kişinin “vidi” vacib deyil…” - VİDEO

"Heç bir ölkə idmançıların qarşılanma səviyyəsinə görə Azərbaycanla müqayisə oluna bilməz"

Messisiz Argentina Meksikaya qalib gəldi - VİDEO - FOTO

Uruqvay - Braziliya matçının taleyini 1 qol həll etdi - VİDEO - FOTO

Brayza: "Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq"

Hollandiya dünya çempionlarına qalib gəldi - VİDEO - FOTO

Federal Kəşfiyyat Agentliyi: Haşoqqinin qətlinin sifarişçisi şahzadədir - VİDEO - FOTO

Yanan Amerika: 71 ölü, 1100 itkin, məhv olmuş minlərlə ev - FOTO

Bundesliqada ayın ən yaxşısı 18 yaşlı futbolçu seçildi

Dünya çempionatında gümüş medal - FOTO

Zukerberq işçilərinə “Apple” məhsullarını qadağan etdi

ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib

Ərdoğanın Trampla telefonda danışdığı mövzular açıqlandı

Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır - XİN

Ermənistanda cinayətkərlığın kəskin artması müşahidə olunur

Meksikada miqrantları daşıyan avtobus aşıb - VİDEO - FOTO

Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında - FOTO

"Qaca" 20 nəfərin ölümünə səbəb oldu

Kanadaya yağan güclü qar yüzlərlə aviareysin ləğvinə səbəb olub

Bakıda “Trend of the Year 2018” keçiriləcək

Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb

Türkiyənin Kosovodakı səfiri yol qəzasında xəsarət alıb

ÇL-i qazanmaq şanslarımız çoxdur - Dibala

Ağ ev CNN-nin jurnalistini tədbirlərə buraxmağa razılıq verib

Kaliforniyada meşə yanğınları nəticəsində 71 nəfər ölüb

Şimali Koreya daha bir ABŞ vətəndaşını azad edib

Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

Yəmənin bərpasına 200 milyon dollar tələb olunur - BMT

Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

Heç vaxt onun kimi ola bilmərəm - Cerrard

Millimiz Farer adalarına qarşı - YENİLƏNİR - FOTO

Tramp Ərdoğanla Kaşıkçı məsələsini müzakirə etdi

Xorvatiya millsində ciddi itki

Hollandiya Fransaya “futbol dərsi” keçdi

Aykut Kocaman sabiq klubuna qayıtdı - rəsmi

Azərbaycan Fransa ilə əlaqələri kəsə bilər