AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bir yay da əyləncəsiz, sevincsiz, gülüşsüz, dənizsiz keçdi...

  39

Bir yay da beləcə keçdi.

Aşiq olmadan, səfərə çıxmadan, xoşbəxt olmadan tükətdim zamanı.

Bundan sonra neçə yay görəcəyim bəlli deyil.

Sahib olduğum ən dəyərli şeyi - zamanı - boşuna xərclədim getdi.

Buna kədərlənmək yerinə, kiçik uğursuzluqlara üzüldüm.

Zaman axıb getdi.

Bir yay da əyləncəsiz, sevincsiz, gülüşsüz, dənizsiz keçdi.

Ömür də belədir - fürsətləri qaçırdınsa, su kimi axıb gedir.

Ömür də belədir - bir göz qırpımında bitir.

***

Bu yay da onlarla oxumadığım kitabı düşünüb üzüldüm.

Baxmadığım filmlər, dinləmədiyim musiqilər yığılıb qaldı.

Gedə bilmədiyim uzaqlara dikdim gözlərimi.

İçimdəki uzaqlara səfərə çıxdım.

Yol çantama bir az şeir, bir hüzn, bir az gözyaşı qoydum.

Günlərlə bir dağ çayının kənarında oturub həyatı və insanları düşündüm.

Bu yay da aldandım, bu yaya da aldandım.

Keçdi getdi.

Əlimdən qaçırdığım fürsətləri gözümün önündən keçirdim.

Hələ nə qədər fürsətləri qaçıracağımı düşündüm.

***

Artıq dünənlə və dünəndəkilərlə beynimi məşğul etmirəm.

Daim yanımda olanlarla və olcaqlarla kifayətlənirəm.

Bu yay səbr etməyi, düşünməyi və vaz keçməyi öyrəndim.

Unutmağın zamana ehtiyacı olmadığını fərq etdim.

Bu yay içimdəki o məsum uşağı tərk etdim.

Bir günəşli iyun sabahında buraxdım əlini.

Hardasa yol ayrıcında azıb qalsın istədim.

Bu yay uşaqlığıma uzaqdan baxdım.

Günəşli günlərdə sentyabr, yağışlar və buludlar üçün darıxdım.

İçimdəki son məsumu öldürdüm.

Gözümdəki son damla yaşı qanlı əllərimlə sildim.

Bütün keçmişimi silib atdım, rahatladım bir az.

Uşaqlığımı, qırılan oyuncaqlarımı unutduğum kimi qəlbimin qırılmağını da unutdum.

***

Ötüb-keçən isti və günəşli günlərdə susqunluğum dərinləşdi.

Anladım ki, bir az yaşıllıq, bir az şeir və quşların səsiylə daha tez sağalır yaralar.

Göylərin intəhasız, ağacların, daşların nə qədər qayğısız olduğunu fərq etdim.

Sonra nə oldu bilmirəm, mən çox şeyin fərqinə vardım.

Məsələn, anladım ki, etdiklərimiz mütləq bir gün qarşımıza çıxır.

Anladım ki, hər şeyi başlamaq üçün gözləmək zaman itkisidir.

İndi susqunam.

İllər keçsə də danışmayacağam.

Heç vaxt intiqam almayacağam.

Daha sözlərimin hansısa qəlbə toxunmasını istəmirəm.

Bu yay daha çox susmağı öyrəndim.

***

Uzun müddət "Biz" olduğum üçün, bu yay "Mən" olmağa çalışdım.

"Mən" olmağa necə ehtiyacım varmış.

Bu yay bütün "daşlar yerinə oturdu".

Boşuna keçən bütün fəsillər kimi, bu yayı da yola saldım.

Nə qaldı əlimdə, ovucumda?

Bilmirəm.

Həyatımla bağlı hesab-kitab tutmuram.

Nə qazanıb, nə itirdiyim umrumda deyil.

Bu ay ən hüznlü, ən kədərli bir fəsil başlayacaq.

Sonra?

Sonra mən yenə aşiq olmadan, səfərə çıxmadan, xoşbəxtliyi dadmadan o çıxıb gedəcək.

Sonra, getmədiyim uzaqlara üzülüb, şeir-zad yazaram yəqin.

Bir də oxumadığım kitabları oxumaq ümidiylə sığınaram peçin yanına.

Buludları və yağışı sevərəm bir az.

Bir az günəş, bir az yaşıllıq üçün darıxaram.

Sonra...

Sonra bu fəsil də gəlib keçər...

Cəlil Cavanşir
Demokratikmusavat.com

Xəbər Lenti

Rakitiç üçün 4 klub mübarizə aparacaq

Güneldən sevgi dolu paylaşım: “Saçlarındakı təri sevin...”

Türkiyə AB-də ən böyük dəstəkçisini itirə bilər - Britaniya

11 ildir axtarılan “vor zakon”un köməkçisi tutuldu

Avropadakı böyük Qarabağ mitinqi başlayıb - YENİLƏNİB - FOTO

Trampdan Suriya ilə bağlı vacib qərar

Malidə silahlı hücum: BMT-nin 3 sülhməramlısı öldü

Afət Fərmanqızına daha bir bahalı HƏDİYYƏ - VİDEO

Zülfiyyə Xanbabayeva: "Susan tərəfdə o, sevən tərəfdə mən..."

Hakimiyyət, əjdahalar və səssiz kino barədə: Park Cinema-da dolğun həftə - FOTO

Hüseyn Dəryanın keçmiş xanımı gündəmi alt-üst etdi: 16 yaşlı Sona ailəmi dağıtdı... - VİDEO

“İnter”dən Mauro İkardiyə böyük jest - İllik 6,5 milyon avro...

Paytaxtda silahlı şəxs saxlanıldı - FOTO

Türkiyənin səfiri: "Xocalıdakı qanlı faciə heç zaman unudulmayacaq"

Xoşqədəm Hidayətqızı məhkəməni uddu - Nazilə Səfərli üzr istəyib, təzminat ödəyəcək

Borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanıldı

Türkiyə Dardanel boğazını yenə bağladı, bu dəfə başqa SƏBƏB

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbli Zəhra Salmanlıya hədiyyə göndərdi - FOTO

“Heç nə, aparıb satdım” - Kirayədə qaldığı evi soydu - VİDEO - FOTO

"Türkiyənin S-400 almasından narahatıq" - Şanahan

Gürcü Arzusu dağılır: İvanişvili deputatları partiyadan çıxarır

Qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoyan Züleyxa HAKİM QARŞISINDA

GAZAPİZM Bakıya gələ bilmədiyi üçün konsert təxirə salındı

Tramp Heylinin yerinə onu təyin edir

Qəbələdə qolsuz heç-heçə

İş adamı bir günə 4,3 milyard dollar itirdi

“Qərara gəldik ki, marketə girək” - Borc-xərclərinə “çarə” tapan oğrular - VİDEO - FOTO

Avropadakı böyük Qarabağ mitinqinə lap az qaldı - Yüzlərlə azərbaycanlı Brüsselə axışır

Ərdoğan-Tramp razılaşması nə vəd edir? - ŞƏRH

Gülü Hüseynova Rəmişin səhhətindən danışıb, ağladı - MÜSAHİBƏ

Gülü Hüseynova Rəmişin səhətindən danışıb, ağladı - MÜSAHİBƏ

Prezident İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib

Əməkdar artist 50 ildir görmədiyi dayısını tapdı - VİDEO

UEFA Simeoneyə cəza verəcək?

Azərbaycan çempionatında fantastik hesab - Bir oyunda 42 qol

Kökəlib 60 kq olan Röya: "Bu ölkədə bir dənə gombul bizik?” - FOTO

Əmanətlərin tam sığortalanması haqqında qanuna dəyişikliklər olunub

Ata futbola baxan vaxt ağlayan qızını öldürdü - FOTO

Messi diqqət mərkəzində - 200 min avro bağışladı

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Vüqar Nadirov klubunu dəyişdi

Vüqar Nadirov klubunu dəyişdi ar

Elza iştirakçını tənqid etdi: Cücə kimi dayanıb taksi gözləyir...

Arvadına xəyanət edən futbolçunun yazışmaları yayıldı - FOTO

“Liverpul”da yanvar ayının ən yaxşısı o oldu

9 yaşlı qız dondurmadan öldü - FOTO

Doğum tarixini gizlədən Brilyant Dadaşovanın yaşı bilindi

Zəhra Salmanlı: "Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etiraz etdim"

Xocalı soyqırımından bəhs edən film dünya TV-lərində - VİDEO

PSJ-nin ulduzu "Barselona"ya transfer olunmaq üçün anasını qovdu

Qurban Qurbanovun oğlu dubl etdi - VİDEO

Canlı yayımda Nazpərinin halı pisləşdi - VİDEO

Bakıya gələn türk aktyor Röyanın adını eşidib çaşbaş qaldı - FOTO

Həbib öz ətrini buraxdı - FOTO

"Barselona" və "Real"ın Reşford savaşı

Tanınmış aktyor özünü asdı - FOTO

"Milan" 3 xalı 3 qolla qazandı - VİDEO - FOTO

Azərbaycanın üç cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır

"Qəbələ" "Keşlə"yə, "Sabah" "Qarabağ"a qarşı

İstanbulda zəncirvari qəza: ölən və yaralananlar var - FОТО

İranda Azərbaycan dilində qəzet nəşr olunacaq

Türkiyəli məşhurlar Bakıya gəldi - FOTO

Əhali bir ayda rabitə xidmətlərinə nə qədər pul xərcləyib?

Həbib kumirini döyüşə çağırdı - Seçim sənindir...

"Mançester Siti"də yeni müqavilə - FOTO

Sudan prezidenti yeni baş nazir təyin etdi

Bu ölkədə keyfiyyətsiz alkoqoldan ölənlərin sayı 50-ə çayıb

Məşhur müğənni həbs olundu

Benites "Lester"in baş məşqçisi ola bilər

ABŞ və Çin valyuta tənzimlənməsi sahəsində son razılaşmaya gəliblər

Gürcü futbolçu Azərbaycan yığmasının üzvünün müalicəsini maliyyələşdirib - FOTO

Turistlər polisdən razılıq edirlər - FOTO

UEFA "Arsenal"ın futbolçusunu 3 oyunluq cəzalandırıb

Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

Ucarda Mercedes yoldan çıxaraq aşıb

Tovuzda raket qalıqları aşkarlanıb - FOTO

Şəmkirçay sutəmizləyici qurğusunda işlər son mərhələdədir - FOTO

Azərbaycanda yaşayış binalarının istismarına icazənin sadələşdirilməsi haqqında fərman nə qədər mənzili əhatə edəcək?

Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

Hindistanda spirtli içkidən ölənlərin sayı 50 nəfərə çatıb

Teleaparıcının vəzifəyə təyin olunması xəbəri yalan çıxdı

Sudanda bir illik fövqəladə vəziyyət elan edildi

Gədəbəydə yaşayış evindən əl qumbarası və partladıcı tapıldı - FOTO

Superliqada 23-cü tur başladı - "Trabzonspor"dan qələbə

"Milan"dan böyükhesablı qələbə

Amit Quluzadə Bosniya və Herseqovina klubunda

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanlar dərk etməlidir ki...

UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq

Azərbaycan futbolunda nadir olay

Nazir canlı efirdə 36 vətəndaş müraciətini cavablandırıb

Avropa Liqası: "Arsenal"ın 3 futbolçusu həftənin rəmzi komandasına düşüb

İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

"Bəxt üzüyü"nün Sarası "üzük və pul oğurladı" - MÜSAHİBƏ

2021-ci ildə ÇL-in finalını keçirməyə namizəd şəhərlərin adı açıqlanıb

İki dost bir-birini bıçaqladı

Üç mindən artıq turist fironun "günəşli təbəssümünü" izləyib

IAEA İranın nüvə sazişinə əməl etdiyini təsdiqləyib

Ağdamda zenit top mərmisi tapılıb - FOTO

"Sosial şəbəkələr boşanmalara səbəb olur"

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiq edilib

Əməkdar artist Cennifer Lopesin ayaqqabılarından aldı - 3300 MANATA - FOTO

Prezident İlham Əliyev Qızılağac Milli Parkı haqqında Əsasnaməni təsdiqləyib

Nazarbayev milli valyutanın dizaynını dəyişir - Rus dili ləğv edilir

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Belə də olur. Ərini dəfn etməyə pulu olmayan qadın görün nə etdi... - FOTO

MTRŞ sədri: "Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir"

Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi

Prezident İlham Əliyev Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edib

Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edilib

Bu hadisə eşidənləri dəhşətə gətirir: Sevgilisinin gözü qarşısında 14 yaşlı qızını zorladı - FOTO

Əsgərlər helikopterdən qayığa endi: Mafiyaya qarşı film kimi əməliyyat - VİDEO

Nigeriyada içi pulla dolu təyyarə havaya qalxa bilmədi - VİDEO

İŞİD-in maliyyə şəbəkəsi çökdürüldü - Kəşfiyyatdan gözlənilməz həmlə

Moldova prezidentinin korteji qəzaya düşdü

“Hazırlaşın, cəhənnəmdən sanksiyalar gəlir...” - Senator Lindsi Qrem

Ərzaq niyə bahalaşır?

İnna Bakıya gəlir

Lavrov İrəvanı hədələdi - Nikol “şou-cavab” hazırlayır

Azərbaycan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr

Damlaya aid olduğu iddia edilən videodan Nigar Camal da danışdı: Oğlu var...

Rusiyada bazar təxliyə olundu - Bomba xəbərdarlığı

Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün "real töhfələri"

“Vanda "İnter"i bezdirib”- Keçmiş həyat yoldaşı

Qubada “zek”dən həmyerlisinə dəhşətli əməl - TƏFƏRRÜAT

Murad Hüseynov: "Heksameron" əsərinin Bakıda ifası böyük musiqi bayramıdır" - VİDEO