AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Prezident İlham Əliyev: "Bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər"

  39

Bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev məktəbin bir qrup müəllim və şagirdi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Sabahınız xeyir olsun, mən sizi ürəkdən salamlayıram və qarşıdan gələn yeni dərs ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yeni dərs ili ərəfəsində biz Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yeni məktəbin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu məktəb sakinlərin xahişi ilə tikilib. Mənə verilən məlumata görə, bu yaşayış massivində məktəb yox idi. Ona görə həm uşaqlar, həm valideynlər böyük əziyyət çəkirdilər. Göstəriş verildi və qısa müddət ərzində belə gözəl məktəb tikildi. 960 şagird yerlik məktəbdə indi oxumaq, işləmək üçün bütün şərait yaradılıb. Ərazisi də böyükdür. Böyük idman meydançası var. Yəni, burada işlər ən yüksək səviyyədə aparılıb. Hesab edirəm, bu gözəl təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir.

Əlbəttə, harada ki, məktəbin inşasına ehtiyac var, biz orada mütləq məktəb tikintisi ilə məşğul oluruq, o cümlədən bu yerdə".

Prezident İlham Əliyev deyib ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub:

"Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir.

Məktəbdə uşaqlar yaxşı oxumalıdır. Bir halda ki, belə gözəl şərait var, burada təhsilin keyfiyyəti də yüksək olmalıdır. Məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır. Çünki müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir".

Dövlət başçısı bildirib ki, son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir:

"Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir.

Uşaqlar isə yaxşı oxumalıdırlar, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün, ilk növbədə, gərək bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar".

Azərbaycan Prezidenti deyib:

"Bilirsiniz ki, bu gün ölkəmizin dünyadakı rolu, əhəmiyyəti artır. Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır. Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin də sayı az deyil. Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Hesab edirəm, Prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulubdur və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır. Belə olan halda Azərbaycan daim müstəqil siyasət aparacaq. Çünki bizim siyasətimiz həyatda öz əksini tapıb. İndi baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır. Getdikcə daha çox narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır:

"İndi baxın, ölkəmizə nə qədər böyük investisiyalar qoyulur. Əgər biz təkcə təhsil sahəsini götürsək, üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti tələb edir. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücümüzün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza etmişik. Bu gün dünya miqyasında, xüsusilə yaşadığımız regionda Azərbaycan seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhə yoxdur. Çünki biz bundan sonra da ancaq inkişaf yolu ilə gedəcəyik.

Bunu təmin etmək üçün biz, ilk növbədə, daha güclü olmalıyıq. Bir daha demək istəyirəm ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə bilməz. Bunu son 15 il ərzindəki vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Ölkəmizin, xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki, ilk növbədə, milli maraqlardır, ilk növbədə, Vətənin xoşbəxtliyidir, ilk növbədə, müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu işdə öz rolunu oynayır və oynayacaq. Belə gözəl məktəbdə oxumaq və tərbiyə almaq üçün bütün şərait var.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun".

Demokratikmusavat.com 

Xəbər Lenti

"Qarabağ" da xal itirdi

Trampı Vyetnamda 200 nəfər qoruyacaq

PSJ Neymar və Mbappe ilə bağlı qərarını açıqladı

Rakitiç üçün 4 klub mübarizə aparacaq

Güneldən sevgi dolu paylaşım: “Saçlarındakı təri sevin...”

Türkiyə AB-də ən böyük dəstəkçisini itirə bilər - Britaniya

11 ildir axtarılan “vor zakon”un köməkçisi tutuldu

Avropadakı böyük Qarabağ mitinqi başlayıb - YENİLƏNİB - FOTO

Trampdan Suriya ilə bağlı vacib qərar

Malidə silahlı hücum: BMT-nin 3 sülhməramlısı öldü

Afət Fərmanqızına daha bir bahalı HƏDİYYƏ - VİDEO

Zülfiyyə Xanbabayeva: "Susan tərəfdə o, sevən tərəfdə mən..."

Hakimiyyət, əjdahalar və səssiz kino barədə: Park Cinema-da dolğun həftə - FOTO

Hüseyn Dəryanın keçmiş xanımı gündəmi alt-üst etdi: 16 yaşlı Sona ailəmi dağıtdı... - VİDEO

“İnter”dən Mauro İkardiyə böyük jest - İllik 6,5 milyon avro...

Paytaxtda silahlı şəxs saxlanıldı - FOTO

Türkiyənin səfiri: "Xocalıdakı qanlı faciə heç zaman unudulmayacaq"

Xoşqədəm Hidayətqızı məhkəməni uddu - Nazilə Səfərli üzr istəyib, təzminat ödəyəcək

Borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanıldı

Türkiyə Dardanel boğazını yenə bağladı, bu dəfə başqa SƏBƏB

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbli Zəhra Salmanlıya hədiyyə göndərdi - FOTO

“Heç nə, aparıb satdım” - Kirayədə qaldığı evi soydu - VİDEO - FOTO

"Türkiyənin S-400 almasından narahatıq" - Şanahan

Gürcü Arzusu dağılır: İvanişvili deputatları partiyadan çıxarır

Qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoyan Züleyxa HAKİM QARŞISINDA

GAZAPİZM Bakıya gələ bilmədiyi üçün konsert təxirə salındı

Tramp Heylinin yerinə onu təyin edir

Qəbələdə qolsuz heç-heçə

İş adamı bir günə 4,3 milyard dollar itirdi

“Qərara gəldik ki, marketə girək” - Borc-xərclərinə “çarə” tapan oğrular - VİDEO - FOTO

Avropadakı böyük Qarabağ mitinqinə lap az qaldı - Yüzlərlə azərbaycanlı Brüsselə axışır

Ərdoğan-Tramp razılaşması nə vəd edir? - ŞƏRH

Gülü Hüseynova Rəmişin səhhətindən danışıb, ağladı - MÜSAHİBƏ

Gülü Hüseynova Rəmişin səhətindən danışıb, ağladı - MÜSAHİBƏ

Prezident İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib

Əməkdar artist 50 ildir görmədiyi dayısını tapdı - VİDEO

UEFA Simeoneyə cəza verəcək?

Azərbaycan çempionatında fantastik hesab - Bir oyunda 42 qol

Kökəlib 60 kq olan Röya: "Bu ölkədə bir dənə gombul bizik?” - FOTO

Əmanətlərin tam sığortalanması haqqında qanuna dəyişikliklər olunub

Ata futbola baxan vaxt ağlayan qızını öldürdü - FOTO

Messi diqqət mərkəzində - 200 min avro bağışladı

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Vüqar Nadirov klubunu dəyişdi

Vüqar Nadirov klubunu dəyişdi ar

Elza iştirakçını tənqid etdi: Cücə kimi dayanıb taksi gözləyir...

Arvadına xəyanət edən futbolçunun yazışmaları yayıldı - FOTO

“Liverpul”da yanvar ayının ən yaxşısı o oldu

9 yaşlı qız dondurmadan öldü - FOTO

Doğum tarixini gizlədən Brilyant Dadaşovanın yaşı bilindi

Zəhra Salmanlı: "Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etiraz etdim"

Xocalı soyqırımından bəhs edən film dünya TV-lərində - VİDEO

PSJ-nin ulduzu "Barselona"ya transfer olunmaq üçün anasını qovdu

Qurban Qurbanovun oğlu dubl etdi - VİDEO

Canlı yayımda Nazpərinin halı pisləşdi - VİDEO

Bakıya gələn türk aktyor Röyanın adını eşidib çaşbaş qaldı - FOTO

Həbib öz ətrini buraxdı - FOTO

"Barselona" və "Real"ın Reşford savaşı

Tanınmış aktyor özünü asdı - FOTO

"Milan" 3 xalı 3 qolla qazandı - VİDEO - FOTO

Azərbaycanın üç cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır

"Qəbələ" "Keşlə"yə, "Sabah" "Qarabağ"a qarşı

İstanbulda zəncirvari qəza: ölən və yaralananlar var - FОТО

İranda Azərbaycan dilində qəzet nəşr olunacaq

Türkiyəli məşhurlar Bakıya gəldi - FOTO

Əhali bir ayda rabitə xidmətlərinə nə qədər pul xərcləyib?

Həbib kumirini döyüşə çağırdı - Seçim sənindir...

"Mançester Siti"də yeni müqavilə - FOTO

Sudan prezidenti yeni baş nazir təyin etdi

Bu ölkədə keyfiyyətsiz alkoqoldan ölənlərin sayı 50-ə çayıb

Məşhur müğənni həbs olundu

Benites "Lester"in baş məşqçisi ola bilər

ABŞ və Çin valyuta tənzimlənməsi sahəsində son razılaşmaya gəliblər

Gürcü futbolçu Azərbaycan yığmasının üzvünün müalicəsini maliyyələşdirib - FOTO

Turistlər polisdən razılıq edirlər - FOTO

UEFA "Arsenal"ın futbolçusunu 3 oyunluq cəzalandırıb

Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

Ucarda Mercedes yoldan çıxaraq aşıb

Tovuzda raket qalıqları aşkarlanıb - FOTO

Şəmkirçay sutəmizləyici qurğusunda işlər son mərhələdədir - FOTO

Azərbaycanda yaşayış binalarının istismarına icazənin sadələşdirilməsi haqqında fərman nə qədər mənzili əhatə edəcək?

Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

Hindistanda spirtli içkidən ölənlərin sayı 50 nəfərə çatıb

Teleaparıcının vəzifəyə təyin olunması xəbəri yalan çıxdı

Sudanda bir illik fövqəladə vəziyyət elan edildi

Gədəbəydə yaşayış evindən əl qumbarası və partladıcı tapıldı - FOTO

Superliqada 23-cü tur başladı - "Trabzonspor"dan qələbə

"Milan"dan böyükhesablı qələbə

Amit Quluzadə Bosniya və Herseqovina klubunda

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanlar dərk etməlidir ki...

UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq

Azərbaycan futbolunda nadir olay

Nazir canlı efirdə 36 vətəndaş müraciətini cavablandırıb

Avropa Liqası: "Arsenal"ın 3 futbolçusu həftənin rəmzi komandasına düşüb

İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

"Bəxt üzüyü"nün Sarası "üzük və pul oğurladı" - MÜSAHİBƏ

2021-ci ildə ÇL-in finalını keçirməyə namizəd şəhərlərin adı açıqlanıb

İki dost bir-birini bıçaqladı

Üç mindən artıq turist fironun "günəşli təbəssümünü" izləyib

IAEA İranın nüvə sazişinə əməl etdiyini təsdiqləyib

Ağdamda zenit top mərmisi tapılıb - FOTO

"Sosial şəbəkələr boşanmalara səbəb olur"

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiq edilib

Əməkdar artist Cennifer Lopesin ayaqqabılarından aldı - 3300 MANATA - FOTO

Prezident İlham Əliyev Qızılağac Milli Parkı haqqında Əsasnaməni təsdiqləyib

Nazarbayev milli valyutanın dizaynını dəyişir - Rus dili ləğv edilir

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Belə də olur. Ərini dəfn etməyə pulu olmayan qadın görün nə etdi... - FOTO

MTRŞ sədri: "Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir"

Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi

Prezident İlham Əliyev Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edib

Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edilib

Bu hadisə eşidənləri dəhşətə gətirir: Sevgilisinin gözü qarşısında 14 yaşlı qızını zorladı - FOTO

Əsgərlər helikopterdən qayığa endi: Mafiyaya qarşı film kimi əməliyyat - VİDEO

Nigeriyada içi pulla dolu təyyarə havaya qalxa bilmədi - VİDEO

İŞİD-in maliyyə şəbəkəsi çökdürüldü - Kəşfiyyatdan gözlənilməz həmlə

Moldova prezidentinin korteji qəzaya düşdü

“Hazırlaşın, cəhənnəmdən sanksiyalar gəlir...” - Senator Lindsi Qrem

Ərzaq niyə bahalaşır?

İnna Bakıya gəlir

Lavrov İrəvanı hədələdi - Nikol “şou-cavab” hazırlayır

Azərbaycan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr

Damlaya aid olduğu iddia edilən videodan Nigar Camal da danışdı: Oğlu var...

Rusiyada bazar təxliyə olundu - Bomba xəbərdarlığı

Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün "real töhfələri"