AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan – dağ yəhudilərinin vətəni

  27

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri cənab Ramin Həsənovla müsahibə

- Zati-aliləri, bizimlə Cənubi Qafqaz mövzusunda müsahibəyə razılıq verdiyiniz üçün çox şadıq. Azərbaycanda yəhudiliyin dərin izlərindən çoxları xəbərsizdir. Azərbaycandakı yəhudi icmasının hazırkı durumunu necə qiymətləndirərdiniz?

- Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olub. İlk yəhudilər Azərbaycanda hələ xristianlıq yaranmazdan əvvəl məskunlaşmışdı. Onlar yeni, tolerant və multikultural dəyərlərin başlıca rol oynadığı vətənlərində yad kimi qəbul olunmurdular. Həmin insanlar ölkəmizin tarixinin formalaşmasında və ictimai həyatında da yaxından iştirak edib. Məsələn, yəhudilər Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində və Nazirlər Kabinetində (1918-1920) təmsil olunurdular. Yevsey Gindes Cümhuriyyət dövründə ölkənin səhiyyə naziri idi.

Bu gün Azərbaycanda təxminən 47 min yəhudi yaşayır. Onların əksəriyyəti, daha dəqiq desək 37 min nəfəri əsasən, Bakı və  Qubada yaşayan dağ yəhudiləridir. Yəhudilər Azərbaycanın sosial, siyasi və mədəni həyatına yaxşı inteqrasiya olunub. Azərbaycanda onların övladlarının təhsil ala bilməsi üçün 5 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 1500 şagird təhsil alır. Eyni zamanda, yəhudi uşaqları üçün 2 uşaq bağçası da fəaliyyətdədir. Ölkəmizdə 7 aktiv sinaqoq var. Onlardan biri 2003-cü, digəri 2012-ci ildə Azərbaycan hökumətinin hesabına tikilib. Əksər yəhudi vətəndaşlarımız müxtəlif assosiasiyalar və cəmiyyətlərin fəal üzvləridir və üzv olduqları həmin qurumlar daxilində müxtəlif tədbirlər təşkil etmə imkanlarına malikdirlər. Yəhudi icmasının özünün mətbu orqanı da var.

- Yəhudilərin müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə təhlükəsiz şəraitdə yaşaması həqiqətən qeyri-adi uğurun göstəricisidir. Bu məqamın İsraillə ikitərəfli münasibətlərə hər hansı müsbət təsiri varmı? Azərbaycanla İsrail hansı sahələrdə əməkdaşlıq edir və gələcək üçün hansı sahələri prioritet sayırsınız?

- Vaxtilə Azərbaycanda yaşamış, sonradan İsrailə köçmüş yəhudilər (təxminən 70 min nəfər) bu gün iki ölkə arasında xüsusi körpü rolunu oynayır. Onlar ikitərəfli əlaqələri fəal şəkildə dəstəkləyir. Yeri gəlmişkən, İsrail dövləti Azərbaycanın müstəqilliyini (25 dekabr, 1991-ci il) tanımış və onunla diplomatik münasibətlər qurmuş (6 aprel, 1992-ci il) ilk dövlətlərdəndir. Son illərdə Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrin müsbətə doğru inkişafını görmək məmnunluq doğurur. İsrail Azərbaycanın aparıcı ticarət və investisiya tərəfdaşlarından biri olaraq qalır. İkitərəfli ticarətin həcmi müntəzəm olaraq artır. Bu göstərici 2017-ci ildə təxminən 700 milyon dollar təşkil edirdi. Hazırda Azərbaycanda təxminən 40 İsrail şirkəti fəaliyyət göstərir. Xüsusilə, kənd təsərrüfatı və telekommunikasiya sahələrinə investisiya qoyan bu şirkətlər Azərbaycan iqtisadiyyatının şaxələnməsində böyük rol oynayır. Azərbaycan İsraildən əsasən, sənaye malları idxal edir. Üstəlik, iqtisadi əməkdaşlıq sahəsində daha böyük potensial var. Azərbaycanda doğulmuş israillilər ölkəmizə gələn turistlər arasında önəmli çəkiyə malikdir. Əlbəttə ki, bu insanlar ölkəmizdə turizmin inkişafına da öz töhfələrini verəcək.

- İsrailin baş naziri Benyamin Netanyahu 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyevi ziyarət etmişdi. Həmin görüşün nəticələri haqda nə deyə bilərsiniz?

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq mövcuddur. İsrailin baş naziri, cənab Benyamin Netanyahunun Azərbaycana səfəri, təbii ki, ikitərəfli münasibətlərimizə əhəmiyyətli təkan verib. Səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq üçün bir neçə saziş imzalanıb. Bundan əlavə, hökumətlərarası birgə komissiya yaradılıb. Bu komissiyaya Azərbaycan tərəfindən vergilər naziri, İsrail tərəfinindən isə ətraf mühit naziri başçılıq edir.

Parlamentlərimiz arasında da uğurlu əməkdaşlıq mövcuddur. Parlamentarilər birgə işçi qrupunda fəaliyyət göstərir. İki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin müntəzəm mübadiləsi baş tutur. Ölkələrimiz arasında sıx siyasi dialoq qurulub. Azərbaycanın prezidenti cənab İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahu bu ilin yanvarında Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində də görüşüblər.

- 19-cu əsrdən bəri Azərbaycanla Almaniya arasında sıx əlaqələr var. Ötən il tərəflər arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, tərəfdaşlığın bir çox aspektlərinə həsr olunmuş simpozium keçirilib. Almaniya-Azərbaycan əlaqələrini daha da genişləndirmək üçün bu ilki prioritetləriniz nələrdir?

- Azərbaycan Almaniya və Avropa İttifaqı ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Ümumiyyətlə, Azərbaycan-Almaniya münasibətləri geniş spektri əhatə edir. Almaniyanın Azərbaycandakı imici əsasən müsbətdir. Almaniya da Azərbaycanın müstəqilliyini tanımış və onunla diplomatik əlaqələr qurmuş ilk ölkələrdəndir.

Bir çox yüksək səviyyəli səfərlər və görüşlər sayəsində ölkələrimiz arasında sıx siyasi dialoq davam edir. Azərbaycan Cənubi Qafqazda Almaniya və Avropa İttifaqının mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz arasındakı ticarətin həcmi Almaniya ilə Cənubi Qafqaz ölkələri arasındakı ümumi ticarətin təqribən 70% -ni təşkil edib. Azərbaycan Almaniyanın neft təchizatçıları arasında 7-ci yeri tutur. 2012-ci ilin payızında Almaniya-Azərbaycan Ticarət Palatası Bakıda bütün MDB regionunda açılmış ikinci palata olub. Hazırda Azərbaycanda Almaniyanın 150-yə yaxın şirkəti fəaliyyət göstərir.

Mədəni əlaqələrimizin təməlinisə şvab köçkünlərinin Azərbaycanda buraxdığı tarixi-mədəni irs təşkil edir. Bu miras bizim ümumi tariximizdir. 2017-ci ildə Azərbaycanda ilk alman koloniyalarının qurulmasının 200 illiyi Azərbaycan və Almaniyada müxtəlif tədbirlərlə təntənəli şəkildə qeyd olunub. Bu il də ölkələrarası əlaqələrə həsr olunmuş tədbirlər keçirilməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi ilə əlaqədar olaraq, builki tədbirlərin gündəliyində məhz bu mövzu üstünlük təşkil edir.

Təhsil və elm sahəsində də çox sıx əməkdaşlıq mövcuddur. Bunu münasibətlərimizin gələcəyi üçün yaxşı investisiya hesab etmək olar. Hazırda Almaniyada təxminən 1100 azərbaycanlı tələbə təhsil alır və bu, gələcək münasibətlərimiz üçün əlbəttə ki, körpü rolunu oynayacaq. Ayrı-ayrı Azərbaycan və Almaniya akademik institutları arasında əməkdaşlıq qurulub. Bu yaxınlarda Bakıda Höte Mərkəzinin rəsmi açılışı olub. Höte-Institutun bu nümayəndəliyi, uzun illərdir Azərbaycanda fəaliyyət göstərən Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə birgə Almaniya-Azərbaycan mədəni əlaqələrinə mühüm töhfə verəcək.

- Azərbaycan həm də təbii qaz və xam neft tədarükündə Avropanın mühüm tərəfdaşıdır. "Cənub Qaz Dəhlizi" layihələsinin gerçəkləşdirilməsi prosesi nə yerdədir? İsrailin də iştirakı planlaşdırılan "Şərqi Aralıq dənizi boru kəməri"ni rəqabət gözləyirmi?

- Bildiyiniz kimi, Azərbaycan Xəzər dənizində neft və qaz ehtiyatlarını beynəlxalq bazara çıxaran ilk ölkədir. Azərbaycan və dünyanın qabaqcıl enerji şirkətləri arasında imzalanmış "Əsrin müqaviləsi" bu prosesdə dönüş nöqtəsi olub.

Əsası ölkəmizin ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu enerji strategiyası Azərbaycanı regionda aparıcı iqtisadi qüvvəyə çevirib və güclü beynəlxalq əməkdaşlığa öz töhfəsini verib. Bu strategiyanın mühüm tərkib hissəsi isə təchizat marşrutlarının şaxələndirilməsidir. Azərbaycan regionumuzda enerji və nəqliyyat infrastrukturunun inkişafında, genişləndirilməsində əsas rol oynayır.

Azərbaycanın təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri Xəzərin enerji resurslarının Qərbə çatdırılması üçün ən böyük boru kəmərləridir. Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsində də lider dövlətdir. Layihə 4 komponentdən ibarətdir: Transanadolu Qaz Boru Kəməri, Transxəzər Qaz Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və "Şahdəniz" qaz yatağı.

İsraildə təbii qaz yataqlarının aşkar edilməsi bu ölkənin təbii qazı ilə dünya bazarlarına çıxmasına imkan verir. Əlbəttə, ölkə mövcud və planlaşdırılmış nəqliyyat variantları arasında seçim edə bilər. "Cənub Qaz Dəhlizi"nin əsas məqsədi Azərbaycan təbii qazını Avropaya tədarük etməkdir. Amma o, İsrail kimi digər gələcək qaz təchizatçıları tərəfindən də istifadə oluna bilər. Bu səbəbdən "Cənub Qaz Dəhlizi" digər enerji layihələrilə rəqabət aparmır, əksinə, nəql variantlarının şaxələndirilməsində təchizatçılara kömək edir.

- Sonda Azərbaycanın geosiyasi mövqeyi haqda danışmaq istərdim. Yaxın Şərqdəki münaqişələrin siyahısı çöx uzundur və Suriya probleminin həlli istiqamətində demək olar ki, heç bir iş getmir. Bölgədəki münaqişələrin həll edilməsində Azərbaycan hansı strategiyanı yürüdür?

- Azərbaycanın ərazisinin 20% -i hərbi yolla qonşu Ermənistan tərəfindən işğal edilib. Nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Onların təminata ehtiyacı var. Suriyada baş verən fəlakətdən dolayı təəssüf hissi duyuruq. Azərbaycan Suriyanın ərazi bütövlüyünü və münaqişənin Birləşmiş Millətlər Təşkilatının himayəsilə sülh yolu ilə həllini dəstəkləyir. Biz problemlərin tez bir zamanda həllini tapacağına ümid edirik. Suriya münaqişəsində sülhə nail olmaq üçün atəşkəs razılaşması böyük əhəmiyyət daşıyır. Bu kontekstdə xüsusi qeyd etmək lazımdır ki, Ermənistan Suriyadan erməni qaçqınları Azərbaycanın işğal etdiyi ərazilərinə köçürmək üçün yaranmış vəziyyətdən istifadə edir. Bu isə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.

Worldmedia.az

Xəbər Lenti

Qarakənd faciəsindən 27 il ötür

Qarakənd faciəsindən 27 il ötürс

Günün qoroskopu: Səmimi, qayğıkeş olmağa çalışın

İnək yol qəzasına səbəb olub, xəsarət alan var

Avropanın ən güclüsü olan azərbaycanlı yeniyetmə - Portret - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada "Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində" mövzusunda konfransın işində iştirak edib

Sevdiyi xanıma hisslərini etiraf edə bilməyən xalq artisti - Keçmişdəki mən - FOTO

Maşın piyadanı vuraraq öldürüb

Yaxın 10 ildə əmək bazarında durum necə olacaq?

Minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Vətənpərvər Məmmədəli - Örnək - FOTO

Arzularının arxasınca gedən sənətçi - FOTO

"Tanınmaq üçün oxumuram" - FOTO

Koreyada vergi islahatı yanacağın qiymətinin enməsinə səbəb olub

Rüşvətdə təqsirləndirilən müdir: "Heç olmasa kişi qızı kimi düzünü danışaq..."

Aleksandr Lukaşenko: "Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar"

Qızıl-gümüş bazarında bahalaşma

Prezident İlham Əliyev: "Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir"

Prezident İlham Əliyev: "Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var"

İspaniya "Brexit" sazişini dəstəkləmək üçün şərt irəli sürüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimində iştirak edib - FOTO

İranın daha üç fiziki və bir hüquqi şəxsinə sanksiya tətbiq edilə bilər

Bakıda xurma məhsulundan Aralıq dənizi meyvə milçəyi aşkar olunub - FOTO

Türkiyə ordusu İNANILMAZI BACARDI - FOTO

Aparıcıya vəzifə verildi

Diaspor fəaliyyətində qadınların rolu güclənir - Mini milli "matriarxat" nələr vəd edir?

5 nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başladı

Kosovo yığmasının baş məşqçisi: "Azərbaycanı favorit sayıram"

"Əhməd haradadır?" filminin sürücüsü Əhməd: "Qırmızı işıqdan keçəndə polis dedi ki, Nərgiz xala elə düz edib səni maşının arxasınca qaçırdıb" - FOTO

Niko Kovaç çox iddialıdır, amma... - Robben

Lukaşenko: "Belarus və Azərbaycan xalqlarının dostluğu ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir"

Ruhanidən Azərbaycan açıqlaması: İranın düşmənləri...

Kral Salman Xaşogi cinayəti haqda ilk dəfə danışdı

Prezident İlham Əliyev: "Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır"

Sabiq ingilis futbolçu cinsi zorakılıqda ittiham edilir

Ərdoğan Baxçalı ilə yeni ittifaq yaradır: 2019 hədəfi...

ABŞ-ın sanksiyaları İranda işsizliyə səbəb olur

Ermənistanda cinsi azlıqların festivalı keçirilir - VİDEO

Luka Modriç: “Mükafata layiq görülməsəm...”

Almaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırdı

Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb - FOTO

Dünya çempionumuz Fransa Kubokunun qalibi oldu - FOTO

Dövlət Komitəsinin rəhbərliyi Nyu Yorkda görüşlər keçirib - FOTO

Səudiyyəyə gedən prezidentin yoxa çıxmasından 1 ay ötür - Xəbər yoxdur...

Azərbaycan Premyer Liqasında 12-ci turun oyun cədvəli açıqlandı

“Eurovision” üçün Belarusa getdi - FOTO

Hamıdan gizli saxladığı sevgilisi o imiş - FOTO

"Barselona" futbolçusuna ultimatum verdi

“Abır-həyaya görə, utanırdım” - Əməkdar artist səhnədə göz yaşı tökdü - VİDEO - FOTO

Avropa İttifaqından Səudiyyə Ərəbistanına SANKSİYA - 18 rəsmi şəxs...

Fransalı ekspert: "Neftin qiyməti yaxın gələcəkdə sabitləşməyəcək"

Güclü yağışlar İspaniyanı iflic etdi

Yağış İspaniyanı "ağ yuyub, qara sərdi" - Ölkə iflic olub

Türkiyədə həbsxanada yer olmadığı üçün buraxılan təqsirkar Azərbaycana qaçdı - Ölkəsinə qaytarılacaq

Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirildi

Neymar özündən çıxdı: "Axmaq jurnalistlər..."

“Şərait qurmaq üçün milyonçu olmaq lazım deyil” - Əməkdar artist - VİDEO - FOTO

Gürcüstanda işsizlik səviyyəsi artıb

Azərbaycan güləşçiləri “Continental Cup” turnirində iki medal qazanıblar

Millimiz Bosniya və Herseqovinaya uduzdu - YENİLƏNİB

İdeal futbolçu formatı: Xavinin beyni, Messinin sol ayağı və...

"Onsuz da tutulacağıq, heç olmasa kişi qızı kimi düzünü danışaq" - Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri

"Dollar gələn ildən ucuzlaşacaq"

“Nissan”ın rəhbəri Tokioda həbs olundu - Maaşını az göstərib...

İranda gəmi qəzaya uğrayıb - Ölənlər var

Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyi qeyd olunacaq

Almanlar millinin uğursuzluğunun səbəbkarını tapdılar - Qvardiola

Türkiyədə “Türk axını” qaz kəmərinin dəniz sahəsinin açılışı baş tutub

Vladimir Putinin Türkiyəyə səfəri başladı

Rusiyada “Ford” zavodunun işçiləri tətil edir - NƏ istəyirlər?

Sampaoli Çin millisində?

Qapıçıdan möhtəşəm qol - VİDEO

Tanınmış aparıcı iş yerini dəyişir

Tanınmış aparıcı “Lider”dən getdi

Qvatemalada "Fueqo" ikinci dəfə çoşdu

Məşhur qadın sənətçi canlı yayımda LÜT SOYUNDU - (18+) FOTO

Məşhur qadın sənətçi canlı yayımda

UEFA Nazarovun qolu ilə bağlı qərarını dəyişdi

“Ən böyük hədiyyəsini, ən böyük dərdlə verdi” - 41 yaşında dünyasını dəyişən jurnalistin HƏYAT YOLDAŞI - VİDEO - FOTO

İngiltərədə biabırçılıq: “Evlənmək istəyənlər verilişə çılpaq gəlirlər” - FOTO

Ermənistan hərbçisi qəza törədib: 1 nəfər ölüb, 4-ü yaralanıb

Lukaşenko: "Belarus və Azərbaycan arasında mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır"

Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev: "Azərbaycan və Belarus arasında əməkdaşlıq müstəqillik dövründə tamamilə yeni səviyyəyə çatıb"

"Qəbələ"dən 5 cavabsız qol

6 yaşlı qızı "tok" vurdu, nə gəzə bilir, nə danışa - VİDEO

Qrizmann "Barselona"dan niyə imtina edib?

Muğam mərkəzində qısa filmlər festivalının qalibləri mükafatlandırıldı - FOTO

Soğanın qiyməti kəskin artdı - Türkiyədə

Xalq artisti danışdı, Xatirə ağladı - VİDEO

Rəşad Sadıqovun komandası Bosniya və Herseqovinaya qarşı

Bu şadlıq sarayları BAĞLACAQ - VİDEO - FOTO

Sevgilisini evdə başqa kişi ilə çılpaq halda tutdu - Hər ikisini ... - VİDEO - FOTO

“Qaz balonu ilə üstümə hücum etdi” - Sayqa Cahid ölümlə üz-üzə QALDI - VİDEO - FOTO

SON DƏQİQƏ! Afrində növbəti əməliyyat başladı

Cavanşir Məmmədov məşhur pencəyindən danışdı: "İlk dəfə Əliağa Vahid, ondan sonra Süleyman Rüstəm və Brejnyev..."

"Qalatasaray"a daha bir şok - O da zədələndi

Deputat: "Dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır"

Aparıcı Vüsalə İstanbulda əməliyyat olundu - FOTO

Çində 30-a yaxın avtomobil zəncirvari qəza törətdi: ölənlər var

Livan Türkiyə istehsalı olan malların ölkəyə girişinə qadağa qoyub

"Avroliqanın final oyununa hazırlıq işləri ilin sonuna qədər yekunlaşacaq" - Elxan Məmmədov

Bir həyat hekayəsi

Yunanlar Türk bayrağını yandırdılar - FOTO

Gürcüstanda 600 min nəfərin banklara borcları LƏĞV OLUNUR

Nigar Camalın qızı gözəllikdə anasını kölgədə qoydu - FOTO

Türkiyədə təyyarə qəzası

Azərbaycan Beynəlxalq Bankının IBAm mobil əlavəsində daha bir neçə yeni funksiya

“Sənəti yox, ailəni seçərəm...”

DEMƏK OLAR KI, HƏR BIRIMIZ BIR DƏFƏ SAÇ TÖKÜLMƏSI PROBLEMI ILƏ ÜZLƏŞMIŞIK (YA DA ÜZLƏŞƏCƏYIK).

"Bunu etməsəydim, 300 min cərimə ödəyəcəkdim" - Anar

Burun əməliyyatına girən qadın komaya düşdü - FOTO

"Aygün, Röya, Faiq oxuyur, mən niyə..." - "Fəlakət" rep dedi - VİDEO

Baş məşqçi Müllerə pivə qonaqlığı verəcək

Eddi İsrafilov üçün 90 dəqiqə və 3 xal

Üzeyiri Rəhimdən üstün bildi - Güneldən qalmaqallı açıqlama - VİDEO

Trampdan jurnalistin qətli ilə bağlı GÖZLƏNİLMƏZ BƏYANAT

"Çox qaynar bir duel olacaq" - Rüfət Dadaşov

Mətbuat konfranslarının vaxtı açıqlandı - Kosovo - Azərbaycan

Türkiyə Egeydə 40 miqrantı xilas etməyə başladı

"Formula-3" yarışında faciə: 17 yaşlı qız "uçdu" - VİDEO - FOTO

Əli Həsənov: "Azərbaycan-İran sərhədinin nəzarətsiz zonasından narkotik vasitələr daşınır"

“Şikayət edib ağlamaq istəmirəm” - Xalq artisti

"Keşlə"dən darmadağın

İspaniya hazırlıq oyununda qalib gəldi - VİDEO - FOTO

Millimizi Kosovoda bir azarkeş qarşıladı - VİDEO

"Hakim Türkiyənin qapısına iki penalti təyin edəcəyini dedi" - İsveçli futbolçudan şok iddia

Məkkə üzərində uçarkən imana gələn braziliyalı pilot İslamı qəbul etdi - VİDEO

Mercedes-Benz avtomobillərinə xüsusi təkliflər

Fantastik oyun: Belçika başladı, İsveçrə bitirdi - VİDEO - FOTO

Prezident İlham Əliyev Belarusda rəsmi səfərdədir - YENİLƏNİB - FOTO

Ekspert: "Azərbaycan Fransanın ATƏT Minsk qrupundan çıxarılması məsələsini qaldırmaq hüququna malikdir"

Prezident İlham Əliyev Belarusda səfərdədir - YENİLƏNİB - FOTO

"Qəbələ"nin futbolçusu Əlcəzairə qarşı 90 dəqiqə oynadı

“Apple” rəhbərindən gözlənilməz etiraf

Çin Filippini dialoqa çağırdı

Astana görüşünün vaxtı dəqiqləşdi

Brilliant Dadaşovanın oğlu: "Buna görə məni qayışla döydülər" - FOTO

Rusiyada ticarət mərkəzində güclü yanğın olub

Səfir: "Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir"

Tramp tutduğu vəzifədə öz işini "5 +" kimi qiymətləndirib

Həbibdən TƏKLİF

Ferma yanıb

Təzyiq aşağı düşdü - təyyarə aeroporta qayıtdı

Təzyiq aşağı düşdü - yollanan təyyarə aeroporta qayıtdı

Salvadordan ABŞ-a miqrant karvanı yola düşüb

Fransada əhalinin narazılığına səbəb olan vergilər ləğv olunmayacaq

Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək

UEFA Millətlər Liqası: VI turun növbəti oyunlarından sonra daha 3 qrupun qalibi müəyyənləşəcək - AFİŞA

Fici sahillərində zəlzələ olub

UEFA Millətlər Liqası: Daha 3 ölkə növbəti mərhələyə yüksəlib - FOTO

Vaqif Əsədov: "Piyadaya yol vermədiyi üçün sürücülərə..."

ABŞ-da propan daşıyan qatar relsdən çıxıb

Vyetnamda qasırğa nəticəsində 12 nəfər ölüb

İki maşın toqquşub, ağır xəsarət alan var

Avropada ən böyük külək elektrik stansiyalarından biri tikiləcək

Hamı üçün bərabər hüquqlar və imkanlar yaradılmalıdır - FOTO