AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Məktəblinin “ağır yükü” - Çantaların ağırlığı nə qədər olmalıdır?

  12

Artıq yeni tədris ili başlayır. Valideynlər büdcələrinə uyğun olaraq, övladları üçün məktəbə lazım olan ləvazimatları alıblar. Bu ləvazimatların ən əsası məktəb çantalarıdır. Çünki uşaq bütün tədris ili boyu alınan çantanı daşıyır. Bəzən valideynlərin seçdiyi çantalar uşaqların sağlamlığında problemə yol açır.

Çanta məktəblilərin hər gün istifadə etdiyi əsas əşyalardan biridir. Ona görə də valideynlər çanta seçimində diqqətli olmalıdırlar.

Demokratikmusavat.com xəbər verir ki, ekspert Nadir İsrafilov oxu.az-a açıqlamasında bildirib ki, hər il yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbli çantalarının ağırlığı məsələsi gündəmə gəlir:

"Valideynlər məktəbli çantasına kitab-dəftər, qələm, qələm yonan, pozan, xətkeş, boya, rəsm dəftəri, iş dəftəri, test kitabçası, uşaq üçün yemək qabı, su və daha nələr qoyurlar. Yaş fiziologiyasına uyğun seçilməyən çantanın öz ağırlığını da nəzərə alsaq, əlavə şərhə ehtiyac qalmır. Təhsil Nazirliyinin məsələyə münasibəti belə olub ki, çantaları valideynlərin özləri ağırlaşdırır.

Əksər valideynlər isə məktəb bufetlərində normal, sağlamlığa ziyanı olmayan qida məhsullarının yoxluğunu əsas gətirərək və bir çox mənşəyi məlum olmayan "bufet məhsullarının" övladlarının sağlamlığına hər hansı bir ziyan yetirəcəyindən ehtiyatlanaraq, çantalara qida və su qoymaqda israrlıdırlar.

Baxmayaraq ki, uşaqlar üçün fiziki, zehni və maddi yükə çevrilən iş dəftərləri artıq neçə illərdir ki, Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılıb, bununla belə, bir çox məktəblərdə bəzi məktəb rəhbərləri və müəllimlər hələ də valideynləri bu ləğv olunan və nəşriyyatlar tərəfindən hələ də satışa çıxarılan iş dəftərlərini valideynlərə məcburi aldırmaqda maraqlıdırlar. Uşaqlarımızın fiziki və mənəvi sağlamlığının pozulması bizim üçün onların ağırlaşdırılmış tədris yükündən daha ağır yükə çevrilə bilər".

Ekspert qeyd edib ki, uşaqların çantalarının ağırlığı bədən çəkisinin 15 faizini keçməməlidir:

"Bəzi rəylərə əsasən, şagirdin çəkisinin 10 faizindən aşağı olması tövsiyə olunur".

Pediatr Vaqif Qarayevin sözlərinə görə, son zamanlar uşaqların onurğa sütununda deformasiyalar artıb:

"Bunun əsas səbəblərindən biri ağır çantalardır. Çanta seçimində valideynlər diqqətli olmalıdırlar. Vizual görünüş üçün ağır çantalar almaq mənasızdır. Çanta yüngül, praktik olmalıdır. Hər iki kürəyi eyni qaydada tutmalıdır. Uzunluğu kəmərə kimi gəlməlidir ki, çanta onurğa sütununu bütövlüklə tutsun. Fikrimcə, dərs yükünün azaldılması çanta ağırlığını da azaldacaq".

Vaqif Qarayev bildirib ki, ləvazimatla birlikdə çantanın ağırlığı uşağın çəkisinin 10 faizini təşkil etməlidir:

"Tutaq ki, altı yaşında uşağın çəkisi 22 kiloqramdırsa, onun çantasının çəkisi 2,2 kiloqram olmalıdır. Bu, çox vacibdir. Amerika Birləşmiş Ştatlarında isə həkimlərin fikirləri başqadır. Onlar hesab edir ki, birinci sinifdə ləvazimatla birlikdə çantanın çəkisi 1,2, ikinci sinifdə 1,6, üçüncü sinifdə 2-3, dördüncü sinifdə isə 2,6 kiloqram olmalıdır. Başqa cür olan zaman skolyoz yarana bilər. Eyni zamanda, çanta ağırlığı uşaqlara psixoloji təsir edir".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır:

"Şagird  özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib-çıxarır.

Beynəlxalq təcrübə və qəbul olunan prinsiplərə görə, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir".

Bəs, şagirdlər üçün çanta necə seçilməlidir?

Çiyin asqıları enli və ortopedik olan çantalar seçilməlidir. Onu alan zaman boş vəziyyətdəki ağırlığına diqqət edilməlidir. Ağır çanta uzun müddət daşındığı vaxt, uşaqlarda onurğa probleminə səbəb olur. Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa kömək edir.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov bildirib ki, yeni tədris ilində şagirdlərin qiymətləndirməsində yeniliklər olacaq. Bu yeniliklərə şagirdlərin dərs yükü də daxildir.

Demokratikmusavat.com

Xəbər Lenti

"Keşlə"nin futbolçusunun başına 8 tikiş qoyuldu

Baş nazir küçədə zibil yığdı - FOTO

İranda matəm elan edildi

Ayovada yük qatarı çaya aşıb

"Suriyada Trampın hədələri sayəsində kimyəvi silah tətbiq edilmir"

Tripolidə silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 115-ə çatıb

Sakit okeanda "Trami" tayfun formalaşıb

Kubada yük maşını qəzaya uğrayıb: 36 yaralı

d sahilləində 500-dən artıq miqrant aşkar edilib

Ərdoğan Nyu-Yorka səfərə gəlib

Maduroya qarşı sui-qəsdlə bağlılığı olan 3 nəfər saxlanılıb

Konqoda silahlıların hücumu nəticəsində 18 nəfər həlak olub

Yol qəzası olub, ölənlər və yaralananlar var

Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?

Qaraçıya işgəncə verənlər həbs ediləcəklər

"Əgər istəyirsənsə, özün cəhd et" tövsiyəsindən sonra karyera quran gənc - Sadə peşə adamı

"Komplekslərimi ayaqlarımla birgə qatarın altında qoydum" - Örnək

"Toppuş bacı"nın xəstəliyi ilə reytinq tutmaq, Rəqsanənin jurnalistə pul "atmağı", Elzanın bankir axtarmağı, Könülün iti - HƏFTƏBECƏR

Günün qoroskopu: çətinliklərdən qorxmayın, problemlərdən yan keçməyin

Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkar edilib - FOTO

Türkiyə Paraqvayda öz səfirliyini açacaq

Oksana: "Süni mayalanma ilə doğulan uşaq atasız olmur" - FOTO

Tunisdə daşqınlar bir neçə nəfərin həyatına son qoyub

Samuxun Düldül çinarı: Arzu, niyyət, inam yeri - FOTO

16 yaşa inanılmaz nailiyyətlər sığdıran yeniyetmə - Portret - FOTO

"Cəzalandırılmalı insanlar cəzalanacaqlar"

"Nə Pərviz Bülbüləni, nə də Aydın Samini tanıyıram..." - Debüt - FOTO

İki avtomobil toqquşub, xəsarət alanlar var

İsraildə doğulan futbolçu Azərbaycan millisində oynamaq istəyir

Silsilə oğurluqlar törədilib - 6 nəfər tutulub - VİDEO

"Qalatasaray" mövsümdə ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb - FOTO

Binəli Yıldırım Özbəkistana səfərə gəlib

"Cəld futbolçudur, onu bağlamalı idilər"

81 ədəd partlamamış hərbi sursat aşkar olunub - FOTO

Gəmi turizmini necə inkişaf etdirək?

"Milli komanda mənim üçün maraqlı deyil"

Torpaq alıb ev tikmək, hazır mənzil almaqdan daha sərfəlidir - VİDEO

Azərbaycanda təkafül sistemi tətbiq ediləcək? - VİDEO

"Kim istəyər ki, nəticə pis olsun?" - Nazim Süleymanov

Korporativ və işgüzar yazışmalarda nələrə diqqət etməli? - Gənclərə məsləhət

Bakıda xəstəxanada yanğın olub

Ali təhsili onlar üçün əlçatan edək ki...

Mənzil alarkən nəyə diqqət yetirilməlidir?

"Sumqayıt" qalib gəldi

Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb

Almeyda "Astana"da ilk qolunu vurdu

Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun ən yaxşı qolu seçilib - VİDEO

Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun ən yaxşı qolu seçilib

Yol nişanları problemi: piyadalar və sürücülər təhlükədə - VİDEO

"Məğlub olsaq da..."

Kürəkənin qaynanasını öldürməsinin və həyat yoldaşını yaralamasının təfərrüatları məlum olub

Nazarov oynamadı, komandası qalib gəldi

Kran gəmiləri, liman buksirləri və neftdoldurma tankerlərinin tikintisi ilə bağlı danışıqlar aparılır

"Çelsi"dən bu mövsümün ilk xal itkisi

Sərnişin gəmisinin qəzası nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb

Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub - FOTO

Futzal yığmamız futbol yığmamızdan geri qalmır

İsveçdə deputat seçilən 20 yaşlı gənc: “Evdə Azərbaycan dilində danışırıq”

"O, meydanda rəqib müdafiəçilərlə məzələnir"

3 nəfərin başını kəsib şəkil çəkdirən terrorçu tutuldu – FOTO

"Fiberoptikanın atası" öldü

Çaylarda sululuq səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi barədə

İraqda ilk dəfə qadın prezidentliyə namizədliyini irəli sürdü

Komanda olaraq Ronaldodan asılı deyilik - Alleqri

Energetika naziri OPEC-in Baş katibi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşdü - FOTO

Azərbaycanlı futbolçu azarkeşlərə qarpız payladı - FOTO

Piratlar İsveçrə gəmisinin 12 üzvünü qaçırdı

Donadoni Yaponiya millisinə gedə bilər

Makron nüfuzunu itirməyə davam edir - SORĞU

Bu şəhərdə rus dili qadağan edildi

Almanların ən çox fəxr etdiyi şəxs məlum oldu

Klopp 600-ə çatdı

Ukrayna hərbi gəmiləri Rusiyanın xüsusi iqtisadi zonasına daxil oldular - VİDEO

Gürcüstanda keçiriləcək prezident seçkilərində 25 namizəd mübarizə aparacaq

Qızı ilə yatdığım üçün məni heyətə salmırdı - MY-nin keçmiş futbolçusu

ABŞ-dan terror açıqlaması: Məlumatımız var

Bakıdan Masallıya qonaq gedən 23 yaşlı gənc on gündür itkin düşüb - FOTO

Ərdoğandan Trampla görüş barədə açıqlama

"Fenerbahçe"nin baş məşqçisi postuna namizədlərdən biri odur

TOY YASA DÖNDÜ: Gəlin özünü xınayaxdı gecəsi güllələdi

İtalyan mütəxəssis "Arsenal"dan getdi

İtalyan mütəxəsis "Arsenal"dan getdi

Altmış beş ildən sonra bir ilk yaşanacaq

Azərbaycan hakerlərinin ermənilərə kütləvi hücumu

Bü görüntülər sizi dəhşətə gətirəcək – Dünyada nə baş verir? - VİDEO

Çində 4 min sayt bloklandı

"Napoli"nin kapitanı karyerası ilə bağlı qərar verib

ABŞ-dan “yaşıl kart” qərarı: Şərtlər dəyişir

"Qrizmann hələ o səviyyəyə çatmayıb"

Millət vəkili: "Yeni hakimiyyətin səriştəsiz siyasəti Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq"

Köçəryanın oğlu MTX direktoruna qarşı iddia qaldırdı

Rusiyadan İl-20 açıqlaması: İsrail məsuliyyət daşıyır

Bu gün Premyer Liqanın nəhəngləri "döyüşəcək" - “Qarabağ” “Qəbələ”yə qarşı

Ərdoğan: "BMT-də bu məsələlər qaldırılacaq" - Humanitar böhran...

Milyonçunun 15 yaşlı qızı təyyarədə öldü – Səbəb sendviç...

Ən çox medal hansı ölkə qazanıb? - Dünya çempionatı ilə bağlı STATİSTİKA

Ukraynada Poroşenko dövrü başa çatır: Cəmi 5 faiz

Ərdoğandan terror açıqlaması: Nə baş verir, bilmirik

Mətanət oğlunu evləndirir

ABŞ hərbi bazası yaxınlığında güclü zəlzələ

ABŞ sanksiyaları: Milyardlar Moskvaya qayıdır

Conatan Knoff: "Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyir, amma... sülh yolu ilə”

Moskva aeroportlarında 30-dan çox reys gecikir - SƏBƏB

Bakının yüksəksürətli iki prospektində sürət həddi 20 km/saat endirildi

Ruhanidən sərt açıqlama: ABŞ peşman olacaq

Vandamın oğlunun toyuna gedən Xəyyam kişi - sosial şəbəkələrin fenomeninə çevrilən bu adam kimdir? - VİDEO

Qəbul qaydaları dəyişdi – Bəs, o abituriyentlərin aqibəti necə olacaq? - VİDEO

Azərbaycan çempionatında məşqçilər meydandan qovulub - VİDEO

Musiqiçilər şadlıq saraylarından narazıdır - Onlar ödənilən pulun artırılmasını istəyirlər - VİDEO

Əflatun Amaşov: "Azərbaycan Prezidenti parlamentdəki çıxışı ilə Ermənistana nəticə çıxarmaq və düz yola gəlmək üçün şans verdi"

Açıqladı - Yanvarda “Çelsi”dən ayrılacaq

Bakıda yağan leysan nəticəsində bir neçə küçəni su basdı – FOTO

Nebenzya: ABŞ İdlibdən istifadə edir, çünki ordusu...

Millimiz Qazaxıstana qarşı: Hakimlər bəlli oldu

İl-20 təyyarəsinin vurulmasına cavab addımları? - İsrail Rusiyanın qisasından ehtiyatlanır

Pakistan-Əfqanıstan sərhədində AĞIR DÖYÜŞLƏR: 16 ölü

Cəbhədən YENİ XƏBƏR - Silahlar susmur