AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Paşinyan ölkəni dövlətçilik təfəkkürü zəminində deyil, küçə psixologiyası ilə idarə etməyə çalışır"

  16

Beynəlxalq münasibətlər sisteminin tənəzzülə uğradığı bir məqamda geosiyasi ziddiyyətlərin kəskinləşməsi dövlətlərin konstruktiv əlaqə şanslarını getdikcə azaldır. Qlobal miqyasda geosiyasi durum son dərəcə həssas bir mərhələyə qədəm qoysa da, böyük dövlətlər, dünya nizamına təsir gücünə malik siyasi mərkəzlər böhrandan çıxış yolu axtarmaq əvəzinə, onu daha da dərinləşdirirlər. Üçüncü minilliyin əvvəlindən başlayan proseslər onu göstərir ki, hələlik ABŞ-ın razılığı olmadan beynəlxalq münasibətlər sistemində real dəyişikliklər etmək, qlobal təhlükəsizliyə yeni təhdidlərin qarşısını almaq imkansızdır. Müasir dünyada strateji balansın və sabitliyin təminatı mühüm vəzifə kimi ön plana çıxsa da, geosiyasi qərarların qəbulu mexanizmi təkmil deyil, böyük dövlətlər isə problemlərin açıq və ədalətli müzakirəsindən yayınırlar. Planetin gələcəyini, bəşəriyyətin taleyini təhdid edən yeni təhlükələr, risklər, şiddətlənən terror və separatizm dalğası dünyanı daha dərin qatlarda parçalamaqdadır. Qlobal miqyasda baş verən hadisələrin təhlili aydın göstərir ki, böyük dövlətləri yalnız öz maraqlarının təmini düşündürür, onların radikal addımlarının əsas səbəbi də budur. İkili standartlar, xristian həmrəyliyi beynəlxalq hüquq sistemini getdikcə arxa plana daha çox sıxışdırır. Milli radikal mövqenin güclənməsi Qərbdə qarşısıalınmaz prosesə çevrilməkdədir. Ölkələrin idarəetmə, intellektual, strateji və maliyyə imkanlarını nəzarətdə saxlamaq üçün yeniyeni təsisatlar, mexanizmlər formalaşdırılır.

Təbii ki, dünyada baş verən proseslərin fonunda Cənubi Qafqazda da risklər çoxalır. Vaxtilə SSRİ-ni dağıtmaq məqsədilə milli münaqişələri, o cümlədən ilk növbədə Dağlıq Qarabağda alovlanan müharibə ocağını körükləyən Qərb bu gün də məkirli planlarını genişləndirir. ABŞ və Rusiya arasında Cənubi Qafqaz uğrunda savaş kəskinləşməkdədir. Gec və ya tez Ermənistanın sahibinin kim olduğu aydınlaşacaq. Çünki Ermənistanın yalan və yaltaqlıq üzərində qurulan siyasəti artıq iflasa uğrayıb, "erməni baharı"nın sonu çatıb. Ermənistanda baş verən iğtişaşlara, küçə yürüşlərinə "mədəni inqilab" donu geyindirməyə çalışan Qərb dairələri erməni diasporunun uydurmalarına aldanıb Ermənistanı Rusiyanın ağuşundan qoparacaqlarına inanırdılar. Görünür, Qərb geosiyasi, ideoloji-siyasi aspektdə bunun o qədər də asan olmadığının fərqinə varmamışdı. Az sonra hamıya bəlli oldu ki, "azad ölkə" kimi ictimai şüura sırınan bu məmləkətdə demokratiya və insan hüquqlarından əsər-əlamət yoxdur.

Serj Sarkisyanın hərbixunta rejimini əvəzləyən Nikol Paşinyan iqtidarı sürətlə uçuruma yuvarlanmaqdadır. Qərbin və Paşinyanın Ermənistanın yönünü dəyişmək niyyətləri ölkəni qarşıdurma vəziyyətinə salıb. İlk vaxtlar Paşinyanın müstəqil siyasət yeritməyə qabil olub-olmaması barədə fikirlər gündəmə hakim kəsilsə də, çox qısa zamanda bəlli oldu ki, Rusiyanın qoyduğu çərçivədən çıxmaq Ermənistana baha başa gələ bilər. Soçidə Avrasiya İqtisadi İttifaqının toplantısında "rusiyapərəst" yox, "ermənipərəst" siyasətçi olduğunu dilə gətirən Nikol Paşinyan özü də artıq siyasətçi olmadığını anlamağa başlayıb. Onun "Rusiya ilə yeni strateji əməkdaşlıq modeli" barədə fikirləri də xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil. Ermənistan cəmiyyətində obyektivliyini az-çox qoruyub saxlayan politoloqlar da bunun bir "feyk" olduğunu etiraf edirlər. Moskva ilə bütün sahələrdə əməkdaşlığın inkişafına çalışacağını bəyan edərək, böyük ümidlərlə bu günlərdə Rusiyaya səfər edən Nikol, heç şübhəsiz ki, uğursuzluğa düçar olacağını əvvəlcədən görürdü. Ancaq baş nazir özünün siyasi, ideoloji və diplomatik hazırlıqsızlığını pərdələmək üçün daxildə ictimai rəylə spekulyasiya etməkdən belə çəkinmədi.

Paşinyanı boynunu bükərək Moskvada qapıları döyməyə, "sədaqət" andı içməyə vadar edən səbəblər çoxdur. O, yaxşı bilir ki, Ermənistanın siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Bu forpostu Avropa İttifaqı ilə yarımçıq saziş imzalamağa sövq edən də Rusiyadır. Ermənistanın Moskvadan umacağı çoxdur, lakin Rusiyanın bu qondarma, cırtdan dövlətin istəklərini yerinə yetirmək imkanları məhduddur. Bu səbəbdən də Paşinyan gah nala vurur, gah da mıxa. Rusiya və Qərbin arasında vurnuxmaq heç də yaxşı gələcək vəd etmir və şimal qonşumuzun xəyanətkar forpostdan narazılığı getdikcə güclənir.

Cənubi Qafqazın ən demokratik ölkəsi Azərbaycanın beynəlxalq nüfuzu və qüdrəti isə günbəgün artır. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən önəmli layihələrin təşəbbüskarıdır, müstəqil siyasət yeridir, bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əsasında bərabərhüquqlu subyekt kimi əlaqə qurur. "Şimal-Cənub", "Şərq-Qərb", "Cənub-Qərb" nəqliyyat dəhlizləri böyük bir geosiyasi məkanın xəritəsini dəyişməklə Azərbaycana geosiyasi qovşaq statusu qazandırıb.

Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Aprel döyüşləri, Günnüt əməliyyatı göstərdi ki, Ermənistanın manevr imkanları tükənib, ölkəmiz həm diplomatiya, həm də hərbi sahədə düşməni diz çökdürməyə və torpaqlarını azad etməyə qadirdir. Bu fakt düşməni vahiməyə salır, Qərblə Rusiya arasında seçimə sövq edir.

İki güc arasında vurnuxan Ermənistanın etibarsızlığı Rusiyada siyasi-analitik müstəvidə ciddi aqressiya və hiddət doğurur. Paşinyanın Moskvada qeyri-ciddi, diletant fiqur kimi qarşılanmasının, öz ölkəsinə əliboş, üzüqara qayıtmasının əsas səbəblərindən biri də budur. Onun Ermənistanda verdiyi müsahibələrdən, populist çıxışlarından və Moskvada səsləndirdiyi fikirlərdən bəlli olur ki, erməni baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dumanlı və qeyri-obyektiv təsəvvürə malikdir. O, danışıqların Dağlıq Qarabağ separatçıları ilə aparılmalı olduğunu iddia etsə də, az sonra özünü təkzib edərək Ermənistanın münaqişədə bir tərəf olduğunu bildirir. Deməli, Dağlıq Qarabağdakı separatçıların, terrorçuların danışıqlarda tərəf olması barədə səsləndirilən iddialar, yüngül desək, baş nazirin sərsəm xülyasından başqa bir şey deyil. Moskva səfərindən əvvəl Paşinyana yaxın kütləvi informasiya vasitələri qarşıdakı danışıqlardan gözləntilər və diplomatik uğurlar barədə materiallar dərc edir, müxtəlif versiyalar səsləndirirdilər. Baş nazir Ermənistanın Rusiyaya sədaqətinə dair difiramblar söyləməklə güzəştlər qoparacağına ümid etsə də, Putinin istehzalı baxışlarını görəndə yanıldığını anladı. Nikolun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın "yeni" mövqeyinə dəstək qazanmaq, "Qazprom"dan alınan qazın qiymətində güzəştlər əldə etmək, Azərbaycana silah satışının və ölkələrarası hərbi əməkdaşlığın qarşısını almaq, Ermənistana investisiyalar cəlb etmək arzusu ürəyində qaldı. Təkcə Nikol yox, bütün Ermənistan ictimaiyyəti bu səfərin yekunlarından, daha doğrusu, yekunsuzluğundan ciddi məyusluğa düçar oldu. Erməni iş adamları ilə görüş də bir nəticə vermədi.

Nikol Paşinyanın uğursuzluğu bununla bitmədi, onu öz ölkəsində daha bir sürpriz gözləyirdi. Sentyabrın 11-də Ermənistanın iki xüsusi xidmət orqanının - Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin sədri Sasun Xaçaturyan arasında telefon danışığının audioyazısının internetdə yayımlanması ölkədə gərginliyi daha da artırdı. Paşinyan Ermənistanda həyata keçirilən həbslərdən xəbərsiz olduğunu bildirərək, baş verən olayları şantaj adlandırsa da, audioyazı baş nazirin növbəti yalanını ifşa etdi. İstintaqçılar sabiq prezident Robert Koçaryanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi barədə qərarın siyasi sifariş olduğunu və Nikol Paşinyan tərəfindən verildiyini açıq etiraf etmişlər. Telefon danışığı zamanı İstintaq Komitəsinin sədrindən Yuri Xaçaturovun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə hazırlıq getdiyini eşidən Təhlükəsizlik Xidmətinin rəhbəri ciddi narahatlıq keçirərək, "bircə Xaçaturovu yox, KTMT rəhbəridir, tam biabır olarıq" deyir. Komitə sədri Sasun Xaçaturyan isə Artur Vanetsyana Rusiya ilə "razılaşma" olduğunu söyləyərək, baş nazirlə danışmağı məsləhət görür. Öz rəqiblərini, Rusiyanın adamlarını, vaxtilə zərbə aldığı şəxsləri aradan qaldırmağa qərar verən baş nazir bu gün ciddi təlaş və qorxu içərisindədir. Əks təqdirdə o, "Nikol Paşinyana nəsə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq" deməzdi. Görünür, Paşinyan özünü baş nazir postunda deyil, yenə küçə mitinqlərində "Soros uşaqları"nın yanında sərsəm fikirlər söylədiyi yerdə hiss edir. Aqillər doğru deyiblər: "Bundan sonra hara gedəcəyini bilmək üçün, bundan əvvəl haradan gəldiyini bilmək lazıımdır". Nikol Paşinyan küçədən gəlib, qayıdacağı yer də küçə olacaq.

Həsən Həsənov
"Xalq qəzeti"nin baş redaktoru, Əməkdar jurnalist

Trend

Xəbər Lenti

İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüblər - FOTO

Karikari: İşimiz yalnız qol vurmaqdan ibarət deyil

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Putinin Bakı səfəri: ciddi razılaşmalar olacaq - Kalaşnikov

Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında

Liviyada toqquşma - 11 ölü

İnstaqramda bunlar paylaşıldı

"Jara" festivalı Rusiya telekanallarında ən yüksək reytinq nümayiş etdirdi

Bunun üçün də çox əsəbiyəm - Koku

Deputat: "Ermənistanın işğalçılıq siyasəti üzündən Azərbaycanın reallaşdırdığı layihələrdən kənarda qalması regional gerçəklikdir"

Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində

Səudiyyənin ilk qadın aparıcısı

BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində

Xarici valyuta ilə götürülən kreditlərlə bağlı QƏRAR AÇIQLANDI

“Mən yetim ağlaya-ağlaya oynamışam”- Renka - VİDEO - FOTO

Bakıda ecazkar MIROCA PARIS konserti keçiriləcək

"Qarabağ" "Valensiya" və "Milan"dan öndə - UEFA REYTİNQİ

"Bu pul mənim heç nəyimə çatmır" - Zümrüd Qasımova

Aygünlə Rauf yenidən bir araya gəldi - ViDEO

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim" - "Neftçi"nin sabiq baş məşqçisi

Ermənistanın keçmiş prezidentləri bayram tədbirlərinə dəvəti qəbul etməyiblər

Prezident İlham Əliyev: "Azərbaycanın nəqliyyat mərkəzlərindən birinə çevrilməyi artıq reallıqdır"

Azərbaycan Prezidenti Malinin dövlət başçısını təbrik edib

Dövlət Turizm Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev: "Biz Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə qaz xətti ilə Avropa ilə birləşdiririk"

"Rahibənin lənəti" premyeradan 2 gün öncə "CinemaPlus"da

Azərbaycan Prezidenti: "Bizim siyasətimiz Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını çökdürməkdir"

Prezident İlham Əliyev: "Ermənistanın yeni hökumətinin addımları göstərir ki, bu adamların heç bir biliyi yoxdur və bu, bölgə üçün böyük təhlükə mənbəyidir"

Almanların yarıdan çoxu Merkelin istefasını istəyir - SORĞU

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"

İbrahim Əhməd Ömər: "Sudan Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmindədir"

Azərbaycan Prezidenti: "Nəyə görə Ermənistanda gedən təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir?"

Azərbaycan Prezidenti: "İşğalçıya qarşı çox ciddi tədbirlər görülməsinin vaxtı çatıb"

Prezident İlham Əliyev: "1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi"

Türkiyədən İraqın şimalında genişmiqyaslı əməliyyat - 8 terrorçu məhv edildi

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir"

Rusiyalı ekspert: "Yerevanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır"

Binəli Yıldırım Bakıda namaz qıldı, hədik payladı - VİDEO

Azərbaycanlı rəqqasədən maraqlı FOTOSESSİYA

"Qarabağ"a qol vuran futbolçu Avropa Liqasının rəmzi komandasında - FOTO

Aygün Bəylər: "Bəsdirin, 40-dan sonra dəyişməyəcəyəm" - ViDEO

Aydan 9 il sonra efirə qayıtdı

Britaniyalı parlamentari: "Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir"

İrandan OPEC-ə təhdid

Emeri Avroliqa tarixinə düşdü

Jan-Fransua Mansel: "Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır"

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Binəli Yıldırım: "Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmirik"

Qırğızıstan spikeri: "Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb"

Azərbaycanlı aktyor: Şəhərdəki “qaqa”ları azaltmaq lazımdır

Pike tennis turniri keçirəcək - Qalibə 10 milyon dollar mükafat

ATƏT PA-nın sədri: "Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib"

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib - FOTOSESSİYA

Qadın uşaq bağçasına bıçaqla hücum etdi - 5 yaralı var

İlkin Həsəninin bu FOTOsu gülüşlə qarşılandı

Amerika büdcəsindən yüz milyonlarla dollar oğurlayan mafioz “Pzo” Yerevanda - FOTO

Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

Küveyt Millət Məclisinin sədri: "Azərbaycan bir çox sahələrdə mühüm nailiyyətlər əldə edən dövlətdir"

Rəqsanə ilə jurnalist arasında qalmaqal: "Pulumu vermir, haramı olsun"

Ayaz Quliyev Rusiyada ən yaxşı futbolçu seçildi

Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

Azərbaycan Prezidenti: "Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir"

Bolqarıstan Milli Assambleyasının sədri: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir

Prezident İlham Əliyev: "Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var"

Ermənilər girov götürdükləri azərbaycanlılara qarşı beynəlxalq konvensiyanı kobud şəkildə pozub

Ermənilər Fəxrəddin Abbaszadənin müdafiəsinə qalxdılar - Paşinyan ona vətəndaşlıq verə bilər

Ata fiziki qüsurlu oğlunu görün nə hala saldı - Səbəbi DƏHŞƏTƏ GƏTİRİR - VİDEO

Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edirlər

Aquero "Mançester Siti" ilə yeni müqavilə imzaladı

Merkel Meyi təhqir etdi - VİDEO

Şahin Zəkizadənin xanımı Azərbaycandan getdi: "Nə qohum, nə də dostlarım yanımda olmadılar"

“Mən ondan artıq qızla ailə qurası deyiləm” - Aşıq Namiq bu sənətçi xanımla evlənir - VİDEO - FOTO

Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığır

Qadın ona yol verməyən kişi sürücünü peşman etdi - Olayın anbaan VİDEOsu - FOTO

İki cüdoçumuz mübarizəni dayandırdı - Dünya çempionatı

Avropa İttifaqı: "Azərbaycan hökuməti xidmətlərin "bir pəncərə" prinsipi ilə həyata keçirilməsi üçün bütün səylərini nümayiş etdirir"

Vyetnam prezidentinin ölüm səbəbi açıqlandı - Dərmanı olmayan virus

"Hansı kişi məni belə geyindirib, yedizdirə bilər?" - Elza - VİDEO

Gürcüstan parlamenti Tbilisiyə qaytarılır

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb - FOTO

Sonu ölümlü dünyada əcəlimiz çatmamış niyə ölək axı?!

"İphone 8" sevdası iş adamı Elçinin sonu oldu - Həmin gecə yoxa çıxdı - VİDEO

Cavid Gülün yerinə Murad gəldi

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-prezidenti Ramin Qurbanov Avropa dövlətlərini uğurla təmsil edir - FOTO

Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTO

"Qarabağ" Portuqaliyadan qayıtdı

Aşurada iraqlı atanın oğlunun "başını kəsməsi" VİDEOsu saxta çıxıdı

Ailəli qadınları İnstaqram-da "tələyə salan" şəxs belə İFŞA OLUNDU - Özünü həkim kimi təqdim edərək ... - FOTO

Lütfən, qocalarımız daha çox yaşasın

Tramp: “Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır”

"Təklif gəlsə, ilk düşüncəm getmək olacaq" - Qara Qarayev - MÜSAHİBƏ

BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib - FOTO

Yunanıstanda "Qərbi Nil" qızdırması yayıldı: 27 nəfər öldü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək

Gülay şahzadə ilə eyni geyimdə - FOTO

Almeyda və Pedro oynadı, "Astana" "Dinamo" ilə heç-heçə etdi - VİDEO

ABŞ və Yaponiya yenidən danışıqlar masasına oturur

Çılpaq şəkilləri ilə şantaj edilən qadın: Mənimlə olmaq istədiyini dedi - FOTO

"Beşiktaş"dan Avropa Liqasına uğurlu start - VİDEO - FOTO

Yol kəsərək pul tələb edən şəxs görün hansı məşhurun qardaşı çıxdı - VİDEO - FOTO

"Qarabağ" yaxşı futbol oynadı" - Nani

Xatirənin təklifi kövrəltdi - "Özüm bir siyahı tutacağam"

Azər Axşamın yeni verilişi bəlli oldu - FOTO

Gecəsinə 100 minlik təklif alan azərbaycanlı rəqqasənin xalatda FOTOları yayıldı

Millimiz yenə böyükhesabla uduzdu

Rusiyalı iş adamları Azərbaycanda tərəfdaş axtarırlar - FOTO

Qurban Qurbanov: "Hər şey düşündüyüz kimi deyil" - MÜSAHİBƏ

"Fənərbağça" Xorvatiyada darmadağın oldu - VİDEO

Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda iştirak edir

Qızı oğurlamaqda şübhəli bilinən şəxsin telefonundan çıxanlar ŞOK ETDİ - FOTO

"Qarabağ"ın rəqiblərinin oyununda 6 qol - FOTO - VİDEO

"Komandaya xeyir verməsən, meydanda olmağın mənası yoxdur" - Rəşad Sadıqov

"Qarabağ" "Sportinq"ə belə uduzdu - VİDEO

Bakıda dünya çempionu olan 17 yaşlı gözəl... - FOTO

Cəbhədə vəziyyət gərgin olaraq qalır

Vyetnam prezidenti vəfat edib

Bakının bu ərazilərində su olmayacaq

Makqreqor və Nurməhəmmədov mətbuat konfransında bir-birini hədələdi

ABŞ-da atışmada 7 nəfər xəsarət alıb

Minik və yük maşınları toqquşub, xəsarət alanlar var

Tramp ABŞ-ın yeni kibertəhlükəsizlik strategiyasını təsdiq edib

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Abe yenidən partiya sədri seçilib

Məşhur qida məhsullarında virus aşkarlandı - VİDEO

Qubalı pəhləvan qardaşlar bu dəfə kolumbiyalı izləyiciləri heyrətləndiriblər - FOTO

Avropa Liqası: "Arsenal" və "Milan"da qələbə, "Fənərbağça" darmadağın oldu

Terminologiya Komissiyası: Soyadlarının Türksoy, Alp Arslan kimi dəyişdirilməsi üçün müraciət edənlər var

Zaurla Günay konsertdə - FOTO

Heyvanları botulizm xəstəliyindən necə qorumalı?

"Bütün bunlar Qarabağda müharibənin başlanacağına işarədir"

Tanınmış xanım müğənnimizə elçi gəldi: "Dəfələrlə..."

Serialda özündən 12 yaş böyük qadınla EŞQ YAŞAYAN azərbaycanlı aktyor: "Qohumlar arasında dava düşür" - FOTO

Manana həyat yoldaşı və övladları ilə - FOTO

"Qarabağ" "Sportinq"ə məğlub oldu - YENİLƏNİB - FOTO

Teleaparıcı ATV-dən getmə xəbərindən danışdı: Buna səbəb yeni verilişimin olmamasıdır

Günün qoroskopu: yardıma ehtiyacı olan insanlara diqqətlə yanaşın

Lənkəranda "təcili yardım" maşını qulaqcıqla velosiped sürən kişini vurub

İsrail Hərbi-Hava Qüvvələrinin komandanı Rusiyaya hesabat verdi

"Beşiktaş" Avropa Liqasına darmadağınla başladı

Əliyar Ağayevdən 1 penalti, 4 sarı vərəqə

Türkiyə iqtisadiyyatı: indi nə olacaq?

Volkswagen də İrana qarşı çıxdı

Hücum etmәyә hazırlaşan terrorçular zәrәrsizlәşdirilib

Kərəm Kamal qızıl medal qazandı

“Yeni İqtisadiyyat Proqramı ilə yeni müvəffəqiyyət hekayəmizi yazmağı hədəflədik" - Bərat Albayraq

İranda alış-verişdə kupon dövrü başlayır

Gürcüstanda marixuana qanunu yarımçıq qaldı

Abe yenidən sədr seçildi

Angela Merkeldən brexit açıqlaması

"Qarabağ" "Sportinq"ə qarşı - YENİLƏNİR - FOTO

Malidә sel fəlakəti: 13 ölü

Şəkidə qəza zamanı iki nəfər xəsarət alıb

Şəkidə 6 yaşlı qızın üzünü sahibsiz it dişləyib

Almeydanın komandası Ukraynadan xalla dönür

Bayılda 36 yaşlı kişi itkin düşüb

Azərbaycana gətirilən “ikinci çörək”də təhlükə aşkarlandı

Qadın ətrafdakıları atəşə tutdu, 4 nəfəri öldürdü

Qoruq ərazisində ov edən şəxs 1000 manat cərimələndi

Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb

Gürcüstanda Temur Abazovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Start “11-lik”: Rəşad Sadıqov heyətə salınmadı

Bakıda şok olay: qadın bıçaqlı kişini zərərsizləşdirdi

II Qaregin "vurulacaq" – Paşinyan erməni kilsəsinə qarşı

“Münaqişənin dinc yolla həllini istəyirik” – İrəvandan sülh çağırışı

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Azərbaycanda axtarışda olan cinayətkarların 47-si uşaq olub

Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının daha bir göstəricisidir

Binəli Yıldırım Azərbaycanda səfərdədir

Etimad İsmayılovun qatili danışdı: Qorxudan silah çəkdim

"Mən Etimadı qoruya bilərdim…" - İlyas İsmayılov

Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

"Yarışda idmançılarımızdan medallar gözləyirəm" - Elnur Məmmədli

Telman İsmayılovun bacısı oğlu həbs edildi

Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü

“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək

Bakının bir hissəsində su olmayacaq

İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi

İlyas İsmayılovun oğlu buna görə öldürüldü - TƏFƏRRÜAT

İkinci DokuBaku beynəlxalq sənədli film festivalı keçiriləcək

Ölkənin qızıl-gümüş bazarı bahalaşıb

"Qəbələ"nin legioneri sıraya döndü

Turun ən yaxşısı müəyyənləşdi - Premyer Liqamızda

Superliqa klubunda yeni baş məşqçi

"Qarabağ"da zəif nöqtə tapmaq çətindir" - Danilo Dias

"Turan Tovuz"dan növbəti məğlubiyyət

Bakıda dünya çempionatı start götürdü - ilk medalçılar

Ermənistanda girovluqda olan azərbaycanlıların sayı açqlanıb - VİDEO

Bakıda market sahibi saxlanılıb - TƏFƏRRÜAT - VİDEO

Bakıda dəhşətli qəza: 4 nəfər ölüb - VİDEO

Uşağı maşın vurdu, sürücü davaya çıxdı - Polis hərəkətə keçdi - VİDEO

“Əsrin müqaviləsi”ndən 24 il ötür - VİDEO

Azərbaycanda unikal arxeopark yaradılır - VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir - VİDEO

Azərbaycanlı aktrisadan sevgi ETİRAFI: "Sevdiyim şəxs üçün..." - FOTO

Pambığın alış qiyməti artırılıb - VİDEO

Rusiyalı tarixçi Bakıda erməni faşizmindən danışdı - Kuznetsov tarixi faktları açıqladı - VİDEO

"Əsrin müqaviləsi"nin imzalandığı qələm hələ də qalır - Qələm veteran neftçi tərəfindən qorunur - VİDEO

Ailənin 10-cu övladı doğuldu - Uşaqların sayının 10-a çatdırılmasının maraqlı izahı var - VİDEO

Azərbaycanlı aktrisadan ETİRAF: "Afaq xanım məni həyəcanlandırdı" - FOTO

Çörəyin içərisindən sümük çıxdı - VİDEO

Xaçmaz sakini qeyri-adi maşın düzəldib - VİDEO

Tanınmış azərbaycanlı aktrisaların arxiv FOTOları görənləri təəccübləndirdi

"Ailəmdən dəyərli heç nə yoxdur" - Safurə

“Həbib Axundov şərt qoydu ki, qazancın yarısını ona verim” - Məhkəmə

İsko: "Modriç "Qızıl top"a layiqdir"

ABŞ-da ATIŞMA: 3 nəfər ölüb, 5-i yaralanıb - YENİLƏNİB