AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Yaqub Mahmudov: "Bakının azad olunması ilə ermənilərin şəhəri gələcək paytaxtları etmək siyasətinin qarşısı alındı"

  27

Demokratikmusavat.com Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun Trend-ə müsahibəsini təqdim edir.

- 1918-ci ildə Bakının iş­ğal­dan azad edil­mə­si Azər­bay­can döv­lət­çi­li­yinə hansı mühüm töh­fəni verdi?

- 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindən biridir. Bu şanlı hadisə şəhərin daşnak quldurlarının əlindən xilas olunması və Bakının Azərbaycan xalqına qaytarılması demək idi. Uzun zaman Azərbaycan Şirvanşahlar dövlətinin paytaxtı olmuş Bakıya 1918-ci ildə yenidən paytaxt statusu verildi.

O zaman Bakını milli şəhər statusundan çıxarmaq istəyir, ermənilər isə ona gələcək paytaxtları kimi baxırdılar. Bakının azad olunması ilə bu mənfur siyasətin qarşısı alındı və Bakı milli qüvvələrin cəmləşdiyi Azərbaycan şəhərinə çevrildi.

Osmanlı-Azərbaycan hərbi əməkdaşlığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi qorundu, Azərbaycan Ordusu yaradıldı və Bakı şəhəri azad edilərək Azərbaycanın paytaxtına çevrildi. Ən əsası isə 1918-ci ilin yazından başlayaraq erməni-bolşevik dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar dayandırıldı. Bakının azad edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir.

- Ba­kı iş­ğal al­tın­da olan zaman mil­li hö­ku­mə­tin ix­ti­ya­rın­da cə­mi 600 nə­fər­lik hər­bi qüv­və­ var idi. Be­lə bir ağır və­ziy­yət­də türk hərbi qüvvələri Bakının işğaldan azad edilməsinə hansı yardımı göstərdilər?

- Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə erməni-bolşevik dəstələrinə qarşı birgə savaşıblar. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev Bakının azad olunmasını belə xarakterizə edib: "Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır".

Bakının azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq göstəricisidir. Qeyd edək ki, Nuru Paşanın rəhbərliyi altında olan hərbi qüvvələr Azərbaycan xalqından təcrid olunmuş halda və Azərbaycanın milli hərbi qüvvələri ilə əməkdaşlıq etmədən üzərinə götürdüyü tarixi vəzifələri layiqincə yerinə yetirə bilməzdi. Qafqaz İslam Ordusu Azərbaycanda formalaşdırılıb. Xatırladaq ki, Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanlıya bu sözləri deyib: "Bütün vəziyyəti Osmanlı dövlətinə anlat, de ki, xalqımız müstəqil yaşamağa əzm etmişdir, bu yolda hər cür fədakarlıq göstərmişdir. Azərbaycanın dörddə üçü bu gün rusların hakimiyyətindən qurtarmış vəziyyətdədir. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar, istiqlalımızı elan etməyimizə kömək etsinlər. Ancaq bizi özlərinə ilhaq etmək istərlərsə, onda gəlməsinlər. Biz öz yağımızda qovrulub, başımıza çarə taparıq".

Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən zabitlərimiz, generallarımız çox böyük rol oynadı.

Azərbaycanın görkəmli hərb xadimi Əliağa Şıxlinski Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələri və könüllü dəstələrinin döyüş fəaliyyətini təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə getmiş və Bakının azad olunması zamanı şəhər ətrafındakı qərargahdan Nuru Paşa ilə birlikdə döyüşlərin idarə olunmasında bilavasitə iştirak etmişdir. Nuru Paşa uzun xidmət yolu keçmiş Əliağa Şıxlinskinin təcrübəsinə, onun hazırlıq səviyyəsinə böyük hörmətlə yanaşır və onun bilik və təcrübəsindən istifadə edilməsinə xüsusi dəyər verirdi. Həbib bəy Səlimov isə Əlahiddə Azərbaycan Korpusunun qərargah rəisi və Qafqaz İslam Ordusunun Cənub qrupunun komandanı idi.

Bakının azad olunmasında Bakı əhalisi, o cümlədən Azərbaycan süvari və könüllülərindən təşkil olunmuş Maştağa dəstəsi fəal iştirak edib.

O dövrün din xadimləri arasında Təzəpir məscidinin axundu Ağa Əlizadə xüsusi fəallığı və milli təəssübkeşliyi ilə seçilib. Bakı Soveti rəhbərliyi Ağa Əlizadədən Osmanlı əsgərlərinin hərəkətlərini lənətləyən fətva verməyi tələb edib. Hədə-qorxulara baxmayaraq, axund Ağa Əlizadə onların bu tələbini rədd edib.

Qeyd edək ki, Osmanlı imperiyası Qafqaz İslam Ordusu sıralarında vuruşmuş çoxsaylı Azərbaycan hərbçilərini orden və medallarla təltif edib.

- Azər­bay­can ta­ri­xçiləri tariximizin bu şanlı səhifəsi ilə bağlı hansı faktları üzə çıxara biliblər?

- Türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. AMEA-nın Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. İnstitut ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nı çap etdirib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. "Cümhuriyyət İli" çərçivəsində Tarix İnstitutu "Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü" və "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində" kitablarını çap etdirib. İnstitutda Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu, Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü, Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi, Bakı nefti və Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi, böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində və digər mövzularda elmi araşdırmalar aparılır.

Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" sərəncamlarına uyğun olaraq, Tarix İnstitutu Bakıda və bölgələrdə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edib.

Bu günlərdə AMEA-da "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda beynəlxalq simpozium keçirdik. Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunmuşdu.

Xalqımızı Bakının işğaldan azad olunması, doğma şəhərimizin özümüzə qaytarılması münasibətilə təbrik edirəm.

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: Ünsiyyətdə diqqətli olsanız, işlərinizdə uğur qazanacaqsınız

Avtomobil qəzası nəticəsində bir neçə nəfər yaralanıb

Azərbaycanlı aktrisa Atatürklə bağlı filmə çəkildi - FOTO

Nisə Qasımovadan etiraf: "O kişini 40 ildir sevirəm"

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb

Yol qəzası olub, xəsarət alanlar var

Rafael Dadaşovun aktrisayla sözü çəp gəldi - Amaliya Pənahovaya görə

"Amaliya xanım şeirlərimi səsləndirmək istəyirdi" - Elza Seyidcahan

Azərbaycanda vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

Tacikistanda İŞİD-in Rusiyada terror aktı planlaşdıran qruplaşma üzvləri saxlanılıb

Kəsdiyi ağacın altında qalıb öldü

Vyanada sosial marketlərin sayı getdikcə artır

Telman İsmayılovun məşhur hoteli icarəyə verildi - ALICI TAPILMADI - FOTO

Horst Zeyehofer istefaya hazırdır

Amaliya Pənahovanın heç yerdə yayımlanmayan filmi - VİDEO

İran enerji birjasında satdığı neftin qiymətini aşağı salıb

İranda bəzi estetik əməliyyatları edən və etdirənlər cəzalandırılacaq

İran XİN-in əməkdaşı casusluğa görə 10 il həbs olunub

Avropada buna görə hər il 33 min insan ölür - SOS

Qaz bollaşır, Türkiyə bazar rolunu oynayacaq - Ekspert

6 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

"Mercedes" "Muravey"lə toqquşdu, yaralanan var

Xalq artisti illərin SİRRi-ni açdı: "Çox əziyyətlər çəkmişəm, o illəri nisgillə xatırlayıram" - FOTO

Yeni müasir smart qaz sayğacları gətirilib - Əvvəlkindən çox fərqlənir

Xalq artistinin ilk dəfə həyat yoldaşı ilə birgə FOTOsu yayıldı

35 kilo arıqlayan azərbaycanlı aktrisanın əlil arabasında FOTOları yayıldı

35 kilo arıqlayan aktrisanın əlil arabasında FOTOları yayıldı

Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı - VİDEO

"Əhməd haradadır?"ın Əhmədinin qızı və həyat yoldaşı - FOTO

Azərbaycanlı aktrisa rusiyalı məşhurlarla - FOTO

Azərbaycanlı aktyor 5-ci mərtəbədən sallanıb ölümlə üz-üzə qaldı: "Elə bildim ki, ömrümün axırıdır" - FOTO

DƏHŞƏT: Vatsapdakı mesaja görə iki nəfəri yandırdılar

Qaşıqçı ilə bağlı Ər-Riyada sanksiya: 325 səslə qəbul edildi

KİV: Santyaqo Solari "Real Madrid"in baş məşqçisi olacaq

Tramp dünyanı təhdid etdi: Ya pulu ödəyin, ya da…

“Arsenal” - “Qarabağ” matçının biletləri satışda!

ABŞ-ın pilotsuz təyyarələri ölüm saçır - 2 mindən çox mülki şəxs...

Eskiz

İslam dinində “cin çıxartmaq” anlayışı varmı? - CAVAB

Məhkuma şalvarda "heroin sovqatı" - FOTO

Əfqanıstanda 29 polis və 9 dinc sakin öldürüldü

İranlı generallara qarşı sui-qəsd planı ortaya çıxdı

ABŞ Gürcüstanda hərbi aerodrom inşa edəcək

Elza keçmiş əri ilə - VİDEO

Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər

Xalq artistinin görüntüsü təəccübləndirdi - VİDEO

Donbasda saxta seçki: Kiyev tanımadı, Moskva isə...

Mata "Arsenal"a keçə bilər

Prezident İlham Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayırıb

Maksim Medvedev "Qarabağ"ın tarixinə düşdü

İrana qarşı sanksiyalar və PKK: Vaşinqtonun bir əldə iki "kartı"

Avropa çempionu olan Azərbaycan atletinə 4 illik cəza

Yunanıstan Energetika Nazirliyi: "Azərbaycan qazının Avropaya tranziti üçün boru kəmərinin tikintisi sürətlənəcək"

PSJ-nin futbolçusu topla operatoru vurdu - VİDEO

Ər-Riyad təsdiqlədi: OPEK-i buraxa bilərik

Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması sahəsində fərqlənən şəxslər təltif edilib - SİYAHI

Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfiri vəzifəsindən geri çağırılıb

Türkiyə klubu baş məşqçisini istefaya göndərdi

Fazil Məmmədovun “topdağıtmaz” biznes imperiyası...

Mədəniyyət evində konsert keçirildi - İzzət Bağırov...

Əli Abbasovun da Londonda əmlakları var?

Zamirə Hacıyevadan sonra London Ziya Məmmədovun oğluna girişəcək

Sahil Babayev vəzifələrə qohumlarını təyin edir?

Özəl xəstəxanalarda vergi yoxlamaları - Qanun pozuntuları, külli miqdarda cərimələr

Bakıda klassik musiqisi konserti keçiriləcək

Fatih Terim əməliyyat olundu

Fransadan çağırış: Avropa imperiyası yaradaq

Gənc müğənnidə hansı xəstəlik var? - Psixoloqdan şok sözlər

Azərbaycan Premyer Liqasında mövsümün rekordu

İtaliyada mafiya əməliyyatı: keçmiş deputat saxlanıldı

Rusiyada uşaq bağçası yandı: 60 nəfər təxliyə olundu

"Spartak"ın yeni baş məşqçisi müəyyənləşdi

“Lukoyl”dan sərt bəyanat: İranla müqavilə imzalamayacağıq

"Qarabağ"a qayıdacağım yalandır" - Riçard Almeyda

Ukraynada erməni azərbaycanlını gülləbaran edərək öldürdü - Etnik zəmində

Türkiyə ilk avtomobilini istehsal edir - 2019-cu ildə hazır olacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak ediblər

Alveşin Premyer Liqa arzusu

"Arsenal"ın hücumçusu "Qarabağ"a qarşı oynamayacaq

Natavanın başı yarılıb - FOTO

Xalq artistinin məzarından GÖRÜNTÜLƏR - VİDEO – FOTO

Politoloq: "Ermənilər cinayətkar imiclərini müxtəlif ölkələrdə daha da möhkəmləndirirlər"

17 yaşlı gənc bu mahnını dinlədikdən sonra İNTİHAR ETDİ - Səsə çıxdılar ki ... - FOTO

“Cinçıxarma”da iştirak edənlərin ŞOK ETİRAFLARI: “40 dəfə çubuqla vurub müalicə edirdi, dözməyib öldü” - VİDEO - FOTO

Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı oldu

"Elzaya görə İnstaqram-da bütün müğənniləri sildim" - Xatirə

"Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim" - Nazim Süleymanov

Mirkamil xəstəliyi haqqında faktlar açıqladı: “Həkim mənə 7 morfin iynəsi vurdu”

Avropa nəhənglərindən Zidana təklif

Bu "moyka" sahibləri cərimələnəcəklər - VİDEO - FOTO

Azərbaycanlı hakimlər VAR kursunda

Riberi jurnalisti yumruqla vurdu

Şanxay Ticarət Mərkəzində Azərbaycanın "Şərab evi" açılıb

Türkiyədə miqrantların qayığı batdı

Azərbaycan kubokunda püşkün vaxtı məlum oldu

Zorlanıb hamilə qalan qadın 20 illik həbs olundu - "İndiyə qədər gördüyüm ən dəhşətli qərardır" - FOTO

Azərbaycan XİN-dən Nikol Paşinyana CAVAB

“Utanıram, qarşısını ala bilmədim” - Oğluyla birgə cəza çəkməyini xahiş edən ŞÖBƏ RƏİSİ - VİDEO - FOTO

"İndi Şəbnəmlər, Türkanlar dəbdir" - Elnarədən qalmaqallı sözlər - VİDEO

İmtina edə bilmədiyimiz plastiklər - Bu məhsulların tərkibi nələrdən xəbər verir?

Daha 4 idmançımız ABŞ-da dünya çempionu oldu - FOTO

"Çempionluq barədə danışmaq hələ tezdir" - Qvardiola

Expressbank-da depozitlər indi daha çox gəlir gətirir!

"Sumqayıt"ın baş məşqçisi istefa verdi

Xəstələrinə porno izlətdirib, təcavüz edən ginekoloq tutuldu - FOTO

Azərbaycanlı hücumçu Latviyada bombardir və çempion oldu

Jirinovski: "Dağlıq Qarabağ probleminin yalnız bir həlli var. O da..."

“Efirə çıxmağa paltarım olmayıb, o, mənə paltar alıb” - Damladan ETİRAF - VİDEO - FOTO

Jirinovski: "Rusiya, Türkiyə və Azərbaycanın ittifaqını yaratmaq lazımdır"

Prezidentliyə namizəd: "Məni və övladlarımı ölümlə hədələyirlər"

Aİ nümayəndəsi: "Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq"

“Qarabağ”ın rəqibinin sabiq prezidenti həbs olundu

Futbolçuları daşıyan avtobus uçuruma düşdü: 7 ölü, 11 yaralı - FOTO

Avtobus yük maşını ilə toqquşdu: 35 yaralı

Palçıqlı avtobusun arxasında möhtəşəm əl işi - FOTO

Mançester derbisində "şəhərlilər" sevindi - VİDEO

Tarixi kitabdan ilhamlanan yazar qonşusunu qılıncla öldürdü - FOTO

Doqquz aylıq küsülülük bitdi - FOTO

Millimizə “Beşiktaş”dan 2 futbolçu çağırıldı

"Özün güzgüyə baxmısan?" - Nadirdən aparıcıya sərt cavab

Azərbaycanlı aktrisa əməliyyat zamanı komaya düşdü - FOTO

Mirabdulla milliyə çağırılmasından danışdı: “Sürpriz oldu”

Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu

“Erifə çıxmağa paltarım olmayıb, o, mənə paltar alıb” - Damladan ETİRAF - VİDEO - FOTO

Məşhur aktyorun evi yanıb kül oldu - FOTO

Neft bahalaşır

Ulduzların villaları və şəhər yanıb kül oldu: 29 ölü, 250 min insanın təxliyəsi - VİDEO - FOTO

Ulduzların villaları və şəhər yanıb kül oldu: 29 ölü, 250 min insanın təxliyəsi - FOTO

Şou-biznesdə daha bir barışıq - FOTO

Ulduzların villaları və şəhər yanıb kül oldu: 29 ölü, 250 min insanın təlxiyəsi - FOTO

Aygün Kazımova "Primadonna" titulundan imtina etdi

Netanyahu Fransa səfərini yarımçıq saxladı - Qəzzada vəziyyət gərginləşib

Bu tanınmış şəxs 7 ildir yeməyini zibilliklərdən yığır - FOTO

Misirdə onlarla mumiyalanmış pişik cəsədi tapılıb - FOTO

“Niyə də olmasın?” - Xalq artistinin deputat olmaq istəyi - VİDEO - FOTO

Los Ancelesdə "Əbədi ezamiyyət" filminin ABŞ premyerası keçirilib - FOTO

Gömrükdə özünü şübhəli aparan kişinin düz bağırsağından narkotik çıxdı

Qurban Qurbanov millinin heyətini açıqladı

Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentini qəbul edib

Kapital Bank-la "Ürəklər" toplayıb, hədiyyə qazanın!

"Elçin bəy, məni nə yerinə qoydunuz?" - Flora Kərimova

Ağdaşda piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Teymur Əmrah əməliyyat olunacaq

"Anamdan gizlin qızlara pul xərcləyirəm" - VİDEO - FOTO

ABŞ-ın hərbi təyyarəsi Yaponiyada dənizə düşdü

Çində fabrik partladı: ölənlər və yaralananlar var

Gecə yatan aktrisa səhər ayılmadı - 40 yaşında vəfat etdi - FOTO

Konqoda yük qatarı aşdı: azı 40 nəfər ölüb

"Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur"

Kilsəyə girmək istəyən ruhi xəstə iki nəfəri yaraladı

Avstraliyada Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib - FOTO

Türkiyədə terror aktı: 2 əsgər həlak olub

Putin Türkiyəyə səfər edir

Velosipedçini maşın vurub

"Milan" doğma meydanda "Yuventus"a məğlub oldu

1 otaqlı ev yanıb

Bakıda avtomobillərin parklanması ilə bağlı gözlənilən YENİLİKLƏR

Londonda avtobus dayanacağa çırpıldı: xəsarət alanlar var

"Real" "Selta"nı darmadağın etdi

Rumıniyada sürücü avtomobili insanların üstünə sürdü: xəsarət alanlar var

İkiüzlü Ermənistana siyasi şapalaq - "Qulpsuz çemodan"dan uzaqlaşmağın vaxtı çatdı

Məmur obrazındakı Amaliya Pənahova

"İnsan istədikdən sonra heç bir məhdudiyyət ona əngəl ola bilməz" - Örnək - FOTO

"Nyu Yorkda Azərbaycan mentaliteti ilə yaşayırıq" - FOTO

Su dostu, üzgüçülük həyat tərzi olan xanım - Portret - FOTO