AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanlı teleaparıcı ad günündə kövrəldi: "O boşluğu hələ də heç kim doldura bilmir" - FOTO

  11

Teleaparıcı Səidə Bəkirqızının Demokratikmusavat.com-a müsahibəsi.

- Səidə xanım, televiziya sahəsinə gəlişinizi necə xatırlayırsınız?

- Televiziyaya 2001-ci ildə gəlmişəm. Ağlım kəsəndən əlimə daraq alıb evdə aparıcılıq edirdim. Qəzetləri intonasiya ilə evdə oxuyurdum ki, guya xəbər aparıram (gülür). Beləliklə 2001-ci ildə arzularımın ardınca gəldim Dünya Müstəqil Teleradio Şirkətinə. Bax belə, televiziya ilə ayrılmaz bağlılığım yarandı.

- Bu sahədə kimlərdən dərs almısınız?

- Desəm ki, öz müəllimim özüm olmuşam bəlkə də inandırıcı görünməz. Sözün yaxşi mənasinda oğruyam. Gözəl danışan aparıcılardan, jurnalistlərdən çox məqamlari oğurlamişam, baxıb öyrənmişəm. Amma təbii ki, televiziya sahəsində bəhrələndiyim insanlar da olub. Televiziyada fəaliyyətə başladığım müddətdə "İnternews Azərbaycan"la əməkdaşlıq etmişəm. Orda Zeynal Məmmədli və Lalə Ədalətqızı kimi müəllimlərim olub. Televiziyanın çox incəliklərini onlardan öyrənmişəm.

- Sizcə teleaparıcının təhsili olmalıdır yoxsa, bu bir o qədər də önəm daşımır?

- Mən "Televiziya və Radio Verilişləri" ixtisasını bitirmişəm. Əslində televiziya mühəndisiyəm (gülür). Səlist danışığı, efir mədəniyyəti olan aparıcılar sırasındayam. Mən jurnalistikanı bitirib, iki cümləni bir-birinin ardınca deyə bilməyən o qədər tələbə görmüşəm ki... "Dünya TV"də həm də baş redaktor olduğum üçün belə tələbələrlə çox işləyirdim. İnanın ki, çox hallarda təhsil işə yaramır. İstedad bətindən gəlməlidir. Quyunun su məsələsi kimi.. Sonradan dolmaz, sadəcə arta bilər.

- Teleaparıcı hansı vacib xüsusiyyətlərə malik olmalıdır?

-  Mütləq səlis danışığı, söz ehtiyyatı və görünüşü olmalıdır.

- Görünüş çox önəmlidir?

- Bəli, önəmlidir. Düzdür, dünya gözəli olmaq lazım deyil. Amma tamaşaçıya müsbət enerji ötürmək üçün baxımlı və qəşəng olmaq lazımdır. Siz baxımsız, səliqəsiz aparıcıya nə qədər baxa bilərsiniz?

- Özünüzü hansı kateqoriyalı aparıcılara aid edirsiniz?

- Bircə onu deyə bilərəm ki, aşağı səviyyəyə, özünü apara bilməyənlər kateqoriyasına aid deyiləm. Həm də bizim kateqoriyamızı təyin edən tamaşaçıdır. Özümüzdən razı və ya narazı olmağımız heç nəyi dəyişmir. Amma yenə də əsas efir mədəniyyətidir ki, mən onu həmişə qoruyuram.

- İlk aparıcılıq etdiyiniz veriliş hansı olub?

- Televiziyada fəaliyyətə başladığım 7 ay idi ki, xəbərlər informasiya proqramına aparıcı təyin olundum və bununla da mənim uşağlıqdakı darağımı mikrofon əvəz etdi. Mən həyatımın ən böyük arzusunu reallaşdırdım. Düzdü, televiziyada müxtəlif səpkili proqramlar aparmışam, amma xəbərlərin xüsusi yeri var. Xəbər çatdirmaq mənim üçün ayrı bir zövqdür. Təbii ki, yenə də işimi məhz xəbər aparıcısı kimi davam etdirməyi düşünürəm. Əslində, xarakterimdəki ciddilikdən də irəli gəlir xəbərləri sevməyim.

- Bir çox telekanallarda teleaparıcı olaraq çalışmısınız. Əslində sizi hansısa telekanalın siması saymaq düzgün deyil. Telekanal simasına çevrilmək sizin maraq dairənizdə olmayıb?

- Mənim üçün əyalət və paytaxt heç vaxt fərq etməyib. Bilirsiniz niyə? Çünki onların hamısının bir adı var - televiziya. Mənim sevdiyim, rahatlıq tapdığım və zövq aldığım məkan. Mən "Dünya TV"də 10 il çalışmışam. Hamı məni oranın ən sevilən və yaxşı aparıcısı kimi xatırlayır. İnsanın harada çalışmasından asılı olmayaraq yaxşı aparıcıdırsa, həmişə seviləcək və xatırlanacaq. Mənim bir simam var və telekanallara da məhz o sima ilə çıxıram (gülür). Əsas odur ki, simasız olmayasan.

- Deyəsən simasız insanlarla yolunuz çox kəsişib.

- Təəssüf ki, çox! Xaraktersiz, mənən kasıb insanla desəm daha düzgün olar. Nəticə etibarı ilə gətirib simasızlığa çıxarır. Həm də indi insanların neçə üzlü olduğunu təyin etməyin çətin olduğu bir zamanda yaşayırıq.

- "ANS TV"də "Əslində mən" verilişinin həm müəllifi, həm də aparıcısı oldunuz. Niyə bu verilişə bir neçə aparıcı təyin olundu?

- Bəli, "Əslində mən" verilişinin müəllif və aparıcısı olmuşam. Sonra məni gündəlik başqa bir verlişə təyin etdilər və mən o verilişi sevərək həmkarım Zabirə təhvil verdim. Amma daha sonra çox təəssüf ki, veriliş daha iki aparıcı dəyişdi. Bilirsiniz, bəzən rəhbər olmaq televiziyanı yaxşı idarə etmək, gözəl bilmək, işçini anlamaq mənasına gəlmir. Bəzən televiziya elə təyinatlar olur ki, insan bilmir necə reaksiya versin. Nə susa bilirsən, nə də danışa. O verilişdə rəhbərliyin dəyişkən fikirinin qurbanı oldu.

- Əslində siz...

- Əslində mən Səidə Bəkirqızıyam. Olduğu kimi görünən, göründüyü kimi olan Səidə Bəkirqızı. İşinin alınması və ya yaxşı getməsi xatirinə heç kəsə yaltaqlanmayan, bacardığı qədər yaxşılıq etməyə, əl tutmağa çalışan Səidə Bəkirqızı.

- Atanızın adını soyad kimi götürmək sizin istəyiniz olub yoxsa atanızın?

- Bu atamın istəyi ilə oldu. Çox şadam ki, onun arzusunu yerinə yetirdim. Teleaparıcılığa yeni başlamışdım. Dost-tanışlar atamdan soruşublar ki, Bəkir, bu sənin qızın Səidədir?  Bir gün işdən evə gələndə atam dedi ki, qızım olar ki, sən efirdə Səidə Bəkirıqızı kimi təqdim olunasan? Mən də böyük məmuniyyətlə "hə" dedim və səhəri gündən televiziyada məhz Səidə Bəkirqızı kimi təqdim olundum. Beləliklə insanlar sualının cavabını tapdı, mənsə fəxrlə ata adını daşıdım. 18 ildir ki, atamın adı mənim adımla bərabər çəkilir (kövrəlir). Düşünürəm ki, mənim adıma ancaq Bəkirqızı yaraşardı.

- Hansı yaşda olursan ol, valideynə həmişə ehtiyac olur. Atanızı itirəndə insan itkisindən də əlavə nəyi itirdiniz?

- Desəm ki, hər şeyimi itirdim, inanarsınız? Düzdür, anam həyatdadır. Allah bütün anaların canını sağ etsin. Amma atalar qızları üçün başqa bir zirvədə dayanırlar. Atasız qız həqiqətən də boynubükük olur. Atamın rəhmətə gedəcəyi günü mən bilirdim. Səhər saat 6 idi. Yuxuda gördüm ki, bir qadın mənə deyir ki, sənin atan bu gün öləcək. Hələ də o səs qulağımdadır və məni dəhşət bürüyür. Öz ağlamağıma yuxudan ayıldım. Təəssüf ki, yuxuda qadının mənə dediyi gerçək oldu. Mən təkcə atamı yox, dostumu, qardaşımı, arxamı, güvənimi, yerişinə həsəd apardığım, duruşundan zövq aldığım, qızı ilə fəxr edən bir insanı itirdim. Ailədə 3 uşağıq - 2 qardaş, 1 bacı. Biz xəstələnəndə atam körpə uşaq kimi başımızın üstündə durub ağlayırdı, "övladıma gələn dərd-bəla mənə gəlsin" deyirdi. İndi sizcə mən nəyimi itirmişəm? (kövrəlir).

- Onun boşluğunu həyatınızda kim doldurdu?

- Əslində boşluqlar dolmur və heç vaxt da dolmayacaq. Düzdü əmilərimdən atamın ətrini alıram. Amma onlar boşluq doldurmurlar, sadəcə təsəlli verirlər. Böyük qardaşım atama bənzəyir. Amma yenə də atam ola bilməz. Bu həyatda kimsə kimsəni əvəz etmir.

- Bəzən deyirlər ki, həyat yoldaşı atanın yarısıdır.

- Həyat yoldaşı da atadır, çünki onun da balaları var. Amma o, öz balalarının atasıdır. Həyat yoldaşın atanın yarısı ola bilməz. Çünki ata yarılanmır.

- Səidə, sonuncu dəfə keçən il "Lider TV"də "Sizin səhhət" verilişinə aparıcılıq etmisiniz. Hal-hazırda fəaliyyətinizi harada və necə davam etdirirsiniz?

- Hal-hazırda ATV telekanalında "ATV səhər" verilişinin redaktoru kimi çalışıram.

- Teleaparıcı kimi fəaliyyətinizə son qoymusunuz?

- Xeyr, hələ bunu demək olmaz.

- Çalışdığınız hansı televiziyanı daha çox sevirsiniz?

- Mənim üçün hamısı doğmadır. Amma ATV-nin sözün həqiqi mənasında bir ayrı yeri var. Mən həmişə deyirəm ki, ora cavan, həm də cavanların kanalıdır. Elə düşünürəm ki, ATV-də çalışan 50-60 yaşlı insan da özünü 30-35 yaşında hiss edir. İnsanın işlədiyi mühit çox önəmlidir. ATV həmişə birinci olub və bunu hamı bilir.

- Reallaşmayan arzunuz var?

- Necə deyərlər, "Bu kino ki var, çox qəliz məsələdir". İndi bu arzular da yaman qəlizləşib. Hər gün yeni arzular doğur. Onların həyata keçməsi üçün heç ömür də bəs etməz. Bir ananın ən böyük arzusu nə ola bilər? Övladlarını sağlam və xoşbəxt görmək. Allah bizə onları yaxşı böyütmək üçün maddi və mənəvi imkan versin.

- Özünüzə neçə il ömür arzulayırsınız?

- Sözün düzü qocalmaqdan, kiməsə möhtac qalmaqdan çox qorxuram. Hərdən yaşlı qadın görəndə pis oluram. Bilirəm ki, mənim də birazdan əllərim əsəcək, belim büküləcək və əvvəlki təravətim qalmayacaq. Ona görə də Allahdan özümə 50 yaş arzu edirəm. Qoy öləndən sonra da yaddaşlarda gözəl qalım və kimsəyə möhtac olmadan ölüm. Necə deyərlər, yerdə qalan ömrümü də Allah balalarıma bağışlasın.

Əli Novruzəliyev
Demokratikmusavat.com

Xəbər Lenti

İnstaqramda bunlar paylaşıldı

"Jara" festivalı Rusiya telekanallarında ən yüksək reytinq nümayiş etdirdi

Bunun üçün də çox əsəbiyəm - Koku

Deputat: "Ermənistanın işğalçılıq siyasəti üzündən Azərbaycanın reallaşdırdığı layihələrdən kənarda qalması regional gerçəklikdir"

Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində

Səudiyyənin ilk qadın aparıcısı

BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində

Xarici valyuta ilə götürülən kreditlərlə bağlı QƏRAR AÇIQLANDI

“Mən yetim ağlaya-ağlaya oynamışam”- Renka - VİDEO - FOTO

Bakıda ecazkar MIROCA PARIS konserti keçiriləcək

"Qarabağ" "Valensiya" və "Milan"dan öndə - UEFA REYTİNQİ

"Bu pul mənim heç nəyimə çatmır" - Zümrüd Qasımova

Aygünlə Rauf yenidən bir araya gəldi - ViDEO

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim" - "Neftçi"nin sabiq baş məşqçisi

Ermənistanın keçmiş prezidentləri bayram tədbirlərinə dəvəti qəbul etməyiblər

Prezident İlham Əliyev: "Azərbaycanın nəqliyyat mərkəzlərindən birinə çevrilməyi artıq reallıqdır"

Azərbaycan Prezidenti Malinin dövlət başçısını təbrik edib

Dövlət Turizm Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev: "Biz Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə qaz xətti ilə Avropa ilə birləşdiririk"

"Rahibənin lənəti" premyeradan 2 gün öncə "CinemaPlus"da

Azərbaycan Prezidenti: "Bizim siyasətimiz Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını çökdürməkdir"

Prezident İlham Əliyev: "Ermənistanın yeni hökumətinin addımları göstərir ki, bu adamların heç bir biliyi yoxdur və bu, bölgə üçün böyük təhlükə mənbəyidir"

Almanların yarıdan çoxu Merkelin istefasını istəyir - SORĞU

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"

İbrahim Əhməd Ömər: "Sudan Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmindədir"

Azərbaycan Prezidenti: "Nəyə görə Ermənistanda gedən təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir?"

Azərbaycan Prezidenti: "İşğalçıya qarşı çox ciddi tədbirlər görülməsinin vaxtı çatıb"

Prezident İlham Əliyev: "1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi"

Türkiyədən İraqın şimalında genişmiqyaslı əməliyyat - 8 terrorçu məhv edildi

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir"

Rusiyalı ekspert: "Yerevanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır"

Binəli Yıldırım Bakıda namaz qıldı, hədik payladı - VİDEO

Azərbaycanlı rəqqasədən maraqlı FOTOSESSİYA

"Qarabağ"a qol vuran futbolçu Avropa Liqasının rəmzi komandasında - FOTO

Aygün Bəylər: "Bəsdirin, 40-dan sonra dəyişməyəcəyəm" - ViDEO

Aydan 9 il sonra efirə qayıtdı

Britaniyalı parlamentari: "Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir"

İrandan OPEC-ə təhdid

Emeri Avroliqa tarixinə düşdü

Jan-Fransua Mansel: "Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır"

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Binəli Yıldırım: "Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmirik"

Qırğızıstan spikeri: "Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb"

Azərbaycanlı aktyor: Şəhərdəki “qaqa”ları azaltmaq lazımdır

Pike tennis turniri keçirəcək - Qalibə 10 milyon dollar mükafat

ATƏT PA-nın sədri: "Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib"

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib - FOTOSESSİYA

Qadın uşaq bağçasına bıçaqla hücum etdi - 5 yaralı var

İlkin Həsəninin bu FOTOsu gülüşlə qarşılandı

Amerika büdcəsindən yüz milyonlarla dollar oğurlayan mafioz “Pzo” Yerevanda - FOTO

Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

Küveyt Millət Məclisinin sədri: "Azərbaycan bir çox sahələrdə mühüm nailiyyətlər əldə edən dövlətdir"

Rəqsanə ilə jurnalist arasında qalmaqal: "Pulumu vermir, haramı olsun"

Ayaz Quliyev Rusiyada ən yaxşı futbolçu seçildi

Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

Azərbaycan Prezidenti: "Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir"

Bolqarıstan Milli Assambleyasının sədri: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir

Prezident İlham Əliyev: "Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var"

Ermənilər girov götürdükləri azərbaycanlılara qarşı beynəlxalq konvensiyanı kobud şəkildə pozub

Ermənilər Fəxrəddin Abbaszadənin müdafiəsinə qalxdılar - Paşinyan ona vətəndaşlıq verə bilər

Ata fiziki qüsurlu oğlunu görün nə hala saldı - Səbəbi DƏHŞƏTƏ GƏTİRİR - VİDEO

Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edirlər

Aquero "Mançester Siti" ilə yeni müqavilə imzaladı

Merkel Meyi təhqir etdi - VİDEO

Şahin Zəkizadənin xanımı Azərbaycandan getdi: "Nə qohum, nə də dostlarım yanımda olmadılar"

“Mən ondan artıq qızla ailə qurası deyiləm” - Aşıq Namiq bu sənətçi xanımla evlənir - VİDEO - FOTO

Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığır

Qadın ona yol verməyən kişi sürücünü peşman etdi - Olayın anbaan VİDEOsu - FOTO

İki cüdoçumuz mübarizəni dayandırdı - Dünya çempionatı

Avropa İttifaqı: "Azərbaycan hökuməti xidmətlərin "bir pəncərə" prinsipi ilə həyata keçirilməsi üçün bütün səylərini nümayiş etdirir"

Vyetnam prezidentinin ölüm səbəbi açıqlandı - Dərmanı olmayan virus

"Hansı kişi məni belə geyindirib, yedizdirə bilər?" - Elza - VİDEO

Gürcüstan parlamenti Tbilisiyə qaytarılır

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb - FOTO

Sonu ölümlü dünyada əcəlimiz çatmamış niyə ölək axı?!

"İphone 8" sevdası iş adamı Elçinin sonu oldu - Həmin gecə yoxa çıxdı - VİDEO

Cavid Gülün yerinə Murad gəldi

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-prezidenti Ramin Qurbanov Avropa dövlətlərini uğurla təmsil edir - FOTO

Xaricdə öldürülən azərbaycanlı iş adamları - FOTO

"Qarabağ" Portuqaliyadan qayıtdı

Aşurada iraqlı atanın oğlunun "başını kəsməsi" VİDEOsu saxta çıxıdı

Ailəli qadınları İnstaqram-da "tələyə salan" şəxs belə İFŞA OLUNDU - Özünü həkim kimi təqdim edərək ... - FOTO

Lütfən, qocalarımız daha çox yaşasın

Tramp: “Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır”

"Təklif gəlsə, ilk düşüncəm getmək olacaq" - Qara Qarayev - MÜSAHİBƏ

BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib - FOTO

Yunanıstanda "Qərbi Nil" qızdırması yayıldı: 27 nəfər öldü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək

Gülay şahzadə ilə eyni geyimdə - FOTO

Almeyda və Pedro oynadı, "Astana" "Dinamo" ilə heç-heçə etdi - VİDEO

ABŞ və Yaponiya yenidən danışıqlar masasına oturur

Çılpaq şəkilləri ilə şantaj edilən qadın: Mənimlə olmaq istədiyini dedi - FOTO

"Beşiktaş"dan Avropa Liqasına uğurlu start - VİDEO - FOTO

Yol kəsərək pul tələb edən şəxs görün hansı məşhurun qardaşı çıxdı - VİDEO - FOTO

"Qarabağ" yaxşı futbol oynadı" - Nani

Xatirənin təklifi kövrəltdi - "Özüm bir siyahı tutacağam"

Azər Axşamın yeni verilişi bəlli oldu - FOTO

Gecəsinə 100 minlik təklif alan azərbaycanlı rəqqasənin xalatda FOTOları yayıldı

Millimiz yenə böyükhesabla uduzdu

Rusiyalı iş adamları Azərbaycanda tərəfdaş axtarırlar - FOTO

Qurban Qurbanov: "Hər şey düşündüyüz kimi deyil" - MÜSAHİBƏ

"Fənərbağça" Xorvatiyada darmadağın oldu - VİDEO

Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda iştirak edir

Qızı oğurlamaqda şübhəli bilinən şəxsin telefonundan çıxanlar ŞOK ETDİ - FOTO

"Qarabağ"ın rəqiblərinin oyununda 6 qol - FOTO - VİDEO

"Komandaya xeyir verməsən, meydanda olmağın mənası yoxdur" - Rəşad Sadıqov

"Qarabağ" "Sportinq"ə belə uduzdu - VİDEO

Bakıda dünya çempionu olan 17 yaşlı gözəl... - FOTO

Cəbhədə vəziyyət gərgin olaraq qalır

Vyetnam prezidenti vəfat edib

Bakının bu ərazilərində su olmayacaq

Makqreqor və Nurməhəmmədov mətbuat konfransında bir-birini hədələdi

ABŞ-da atışmada 7 nəfər xəsarət alıb

Minik və yük maşınları toqquşub, xəsarət alanlar var

Tramp ABŞ-ın yeni kibertəhlükəsizlik strategiyasını təsdiq edib

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Abe yenidən partiya sədri seçilib

Məşhur qida məhsullarında virus aşkarlandı - VİDEO

Qubalı pəhləvan qardaşlar bu dəfə kolumbiyalı izləyiciləri heyrətləndiriblər - FOTO

Avropa Liqası: "Arsenal" və "Milan"da qələbə, "Fənərbağça" darmadağın oldu

Terminologiya Komissiyası: Soyadlarının Türksoy, Alp Arslan kimi dəyişdirilməsi üçün müraciət edənlər var

Zaurla Günay konsertdə - FOTO

Heyvanları botulizm xəstəliyindən necə qorumalı?

"Bütün bunlar Qarabağda müharibənin başlanacağına işarədir"

Tanınmış xanım müğənnimizə elçi gəldi: "Dəfələrlə..."

Serialda özündən 12 yaş böyük qadınla EŞQ YAŞAYAN azərbaycanlı aktyor: "Qohumlar arasında dava düşür" - FOTO

Manana həyat yoldaşı və övladları ilə - FOTO

"Qarabağ" "Sportinq"ə məğlub oldu - YENİLƏNİB - FOTO

Teleaparıcı ATV-dən getmə xəbərindən danışdı: Buna səbəb yeni verilişimin olmamasıdır

Günün qoroskopu: yardıma ehtiyacı olan insanlara diqqətlə yanaşın

Lənkəranda "təcili yardım" maşını qulaqcıqla velosiped sürən kişini vurub

İsrail Hərbi-Hava Qüvvələrinin komandanı Rusiyaya hesabat verdi

"Beşiktaş" Avropa Liqasına darmadağınla başladı

Əliyar Ağayevdən 1 penalti, 4 sarı vərəqə

Türkiyə iqtisadiyyatı: indi nə olacaq?

Volkswagen də İrana qarşı çıxdı

Hücum etmәyә hazırlaşan terrorçular zәrәrsizlәşdirilib

Kərəm Kamal qızıl medal qazandı

“Yeni İqtisadiyyat Proqramı ilə yeni müvəffəqiyyət hekayəmizi yazmağı hədəflədik" - Bərat Albayraq

İranda alış-verişdə kupon dövrü başlayır

Gürcüstanda marixuana qanunu yarımçıq qaldı

Abe yenidən sədr seçildi

Angela Merkeldən brexit açıqlaması

"Qarabağ" "Sportinq"ə qarşı - YENİLƏNİR - FOTO

Malidә sel fəlakəti: 13 ölü

Şəkidə qəza zamanı iki nəfər xəsarət alıb

Şəkidə 6 yaşlı qızın üzünü sahibsiz it dişləyib

Almeydanın komandası Ukraynadan xalla dönür

Bayılda 36 yaşlı kişi itkin düşüb

Azərbaycana gətirilən “ikinci çörək”də təhlükə aşkarlandı

Qadın ətrafdakıları atəşə tutdu, 4 nəfəri öldürdü

Qoruq ərazisində ov edən şəxs 1000 manat cərimələndi

Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb

Gürcüstanda Temur Abazovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Start “11-lik”: Rəşad Sadıqov heyətə salınmadı

Bakıda şok olay: qadın bıçaqlı kişini zərərsizləşdirdi

II Qaregin "vurulacaq" – Paşinyan erməni kilsəsinə qarşı

“Münaqişənin dinc yolla həllini istəyirik” – İrəvandan sülh çağırışı

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Azərbaycanda axtarışda olan cinayətkarların 47-si uşaq olub

Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının daha bir göstəricisidir

Binəli Yıldırım Azərbaycanda səfərdədir

Etimad İsmayılovun qatili danışdı: Qorxudan silah çəkdim

"Mən Etimadı qoruya bilərdim…" - İlyas İsmayılov

Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

"Yarışda idmançılarımızdan medallar gözləyirəm" - Elnur Məmmədli

Telman İsmayılovun bacısı oğlu həbs edildi

Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü

“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək

Bakının bir hissəsində su olmayacaq

İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi

İlyas İsmayılovun oğlu buna görə öldürüldü - TƏFƏRRÜAT

İkinci DokuBaku beynəlxalq sənədli film festivalı keçiriləcək

Ölkənin qızıl-gümüş bazarı bahalaşıb

"Qəbələ"nin legioneri sıraya döndü

Turun ən yaxşısı müəyyənləşdi - Premyer Liqamızda

Superliqa klubunda yeni baş məşqçi

"Qarabağ"da zəif nöqtə tapmaq çətindir" - Danilo Dias

"Turan Tovuz"dan növbəti məğlubiyyət

Bakıda dünya çempionatı start götürdü - ilk medalçılar

Ermənistanda girovluqda olan azərbaycanlıların sayı açqlanıb - VİDEO

Bakıda market sahibi saxlanılıb - TƏFƏRRÜAT - VİDEO

Bakıda dəhşətli qəza: 4 nəfər ölüb - VİDEO

Uşağı maşın vurdu, sürücü davaya çıxdı - Polis hərəkətə keçdi - VİDEO

“Əsrin müqaviləsi”ndən 24 il ötür - VİDEO

Azərbaycanda unikal arxeopark yaradılır - VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir - VİDEO

Azərbaycanlı aktrisadan sevgi ETİRAFI: "Sevdiyim şəxs üçün..." - FOTO

Pambığın alış qiyməti artırılıb - VİDEO

Rusiyalı tarixçi Bakıda erməni faşizmindən danışdı - Kuznetsov tarixi faktları açıqladı - VİDEO

"Əsrin müqaviləsi"nin imzalandığı qələm hələ də qalır - Qələm veteran neftçi tərəfindən qorunur - VİDEO

Ailənin 10-cu övladı doğuldu - Uşaqların sayının 10-a çatdırılmasının maraqlı izahı var - VİDEO

Azərbaycanlı aktrisadan ETİRAF: "Afaq xanım məni həyəcanlandırdı" - FOTO

Çörəyin içərisindən sümük çıxdı - VİDEO

Xaçmaz sakini qeyri-adi maşın düzəldib - VİDEO

Tanınmış azərbaycanlı aktrisaların arxiv FOTOları görənləri təəccübləndirdi

"Ailəmdən dəyərli heç nə yoxdur" - Safurə

“Həbib Axundov şərt qoydu ki, qazancın yarısını ona verim” - Məhkəmə

İsko: "Modriç "Qızıl top"a layiqdir"

ABŞ-da ATIŞMA: 3 nəfər ölüb, 5-i yaralanıb - YENİLƏNİB

Atası ulduz futbolçunun baş məşqçisi oldu

Şou əhlinin yeni FOTOları

Erməni ekspert: "Ermənistan informasiya müharibəsində də Azərbaycana uduzur"

"Biz qadın deyilik, futbol oynayırıq" - Əmrə Can