AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Yük maşını traktora çırpılıb, xəsarət alan var

  10

Sabirabadda yük maşını ilə traktorun toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. 

Demokratikmusavat.com report.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Nəsimi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1971-ci il təvəlüdlü Məmmədov İntizar Şulu oğlu idarə etdiyi traktorla hərəkətdə olarkən arxadan gələn "Shaqman" yük maşını ona çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan traktorun sürücüsü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Demokratikmusavat.com