AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Tesla Çində zavod quracaq

  53

Elektrikli avtomobil istehsalçısı Tesla şirkəti, ABŞ xaricindəki ilk zavodunu Çində quracaq.

"Tesla" Çinin Şanxay şəhərində yaxın gələcəkdə zavod tikintisinə başlanacağını açıqlayıb.

Şirkət Şanxayda tikiləcək zavodda istehsalın 2- 3 il sonra başlayacağını və ildə 500 min avtomobil istehsal edilməsinin planlaşdırıldığını açıqlayıb.

Demokratikmusavat.com marja.az-a istinadən bildirir ki, Şanxay şəhər rəhbərliyindən verilən açıqlamada da, "Tesla"-nın rəhbəri İlon Musk, Şanxay Şəhərinin meri Ying Yong və digər rəsmi şəxslər arasında zavodun yaradılması barədə müqavilə imzalandığı bildirilib.

Açıqlamada, zavodun, Şanxaydakı ən böyük xarici investisiya olacağı qeyd olunub.

Çində 2014-cü ildə elektromobillərini satmağa başlayan "Tesla"-nın Kaliforniyadan ölkəyə göndərdiyi avtomobillərin qiymətlərinə 15 faiz idxal vergisi əlavə olunur. Buna baxmayaraq, Çin "Tesla" üçün ABŞ-dan sonra ən böyük ikinci bazardır.

ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını qaldırmasına cavab tədbirləri kimi Pekin rəhbərliyi tərəfindən əlavə 25 faiz idxal vergisi tətbiq etdiyi şirkətlər arasında "Tesla"-da yer alır.

Şirkətin Çində elektrikli avtomobil satışlarının ötən il 82 faiz artaraq 468 min olduğu bildirilir.

"Tesla"nın Şanxayda araşdırma mərkəzi də quracağı qeyd edilib.

"Tesla"-nın Çinə investisiyanın ABŞ ilə Çin arasında ticarət müharibəsinin olduğu bir vaxtda açıqlanması diqqəti çəkir.

Demokratikmusavat.com