AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır - Mahmud Məmməd-Quliyev

  12

Azərbaycan öz ixrac potensialının genişlənməsində Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Azərbayca xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Fransanın milli bayramı - Bastiliyanın alınması gününə həsr olunmuş tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub: "İki ölkə arasında əməkdaşlıq diplomatik münasibətlərin yarandığı gündən dinamik inkişaf edib. Düşünürəm ki, əməkdaşlığımızın daha da genişlənməsi üçün böyük potensial var".

M.Məmməd-Quliyev bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişafında da Fransanın təcrübəsindən istifadə etməkdə maraqlıdır.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez öz növbəsində qeyd edib ki, 2018 il Fransa ilə Azərbaycan münasibətlərdə xüsusi bir ildir: "Bu il Fransanın xarici işlər naziri Le Drian Azərbaycan Xalq Cumhurriyətinin yaranmasının 100 illiyi ilə bağlı Azərbaycana ilk səfərini edib. Bundan sonra, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edib".

Demokratikmusavat.com