AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bitkoin ucuzlaşmaqda davam edir

  13

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmasını davam etdirir.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, kriptovalyuta 6,2 min dollar ətrafında alınıb satılır. Mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,06% ucuzlaşaraq 6 265 dollar təşkil edib.

Alternativ kriptovalyutalar müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,78% və ya 437,3 dollaradək ucuzlaşıb, "Ripple" 0,04% (0,44 dollara qədər), "Bitcoin Cash" 0,26% (698,49 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 249,75 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.

Demokratikmusavat.com