AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Başkəsən" pambığımız

  1195

Pambıq istehsalına son qoyulmalıdır

 Artıq bir aya yaxındır ki, ölkənin aran rayonlarında pambıq "baş kəsir", desək yanılmarıq. Kütləvi zəhərlənmələr ara vermir, kəndlərdə evinə bir tikə çörəkpulu aparmağa çalışan qadınlar zəhərlənərək xəstəxanalara yerləşdirilir, gündə 10 manat qazanmaqdansa, 100 manat xərcə düşürlər.

Ölkədə səhiyyənin vəziyyəti isə elə bir durumdadır ki, vətəndaşlara qanunda nəzərdə tutulduğu kimi, pulsuz xidmət göstərilmir, ya zəlzələdən, ya vəlvələdən, bu reallıqdır, pulun olmasa, səni heç bir həkim müayinə və müalicə etməyəcək. Beləcə, bir tikə çörəyə möhtac vətəndaşlarımız çıxılmaz duruma düşür. Axı buna səbəb nədir?

Səbəblər çox rəngarəng və müxtəlifdir. İlk növbədə ondan başlayaq ki, pambıq bitkisi Azərbaycan torpağına və iqliminə uyğun olmayan texniki bitkidir. Bu səbəbdən də onun ölkəmizdə yetişdirilməsi baha başa gəlir. Məsələn, götürək elə pambıq tarlalarında pambıqçılırın zəhərlənməsinə səbəb olan pestisitlərin tətbiqini. Azərbaycanın münbit torpaq ortüyü alaq otları ilə zəngin olduğundan alaq otlları qarşısında aciz olan bitkilərin bu torpaqda becərilməsi məsləhətli deyil.

Pambığın bu torpaqlarda alaq otlarına qəlib gəlməsi üçün onu azı 3-4 ay becərmək, alaq otlarından təmizləmək lazımdır. Bu isə kifayət qədər zəhmət və əlavə xərc tələb edir. Fermerlər isə öz xərclərini azaltmaq üçün yüksək konsentrasiyalı pestisitlərdən (alaq otlarını məhv edən dərman peraparatları qrupu) istifadə etmək məcburiyyətində qalırlar.

Lakin bizim torpaqlar aşırı münbitliyə malik olduğundan pestisitlərdən dərhal sonra, dərman səpilənə qələr hələ cücərməyən toxumlar inkişaf edir və alaq yenidən qalxmağa başlayır. Belə halda fermerlər tarlaya işçiləri vaxtından tez, pestisitlərin canlıya təsir müddəti ötməmiş çıxarır və nəticədə kütləvi zəhərlənmə halları baş verir. Bu o deməkdir ki, biz pambığı Azərbaycanda zor gücünə yetişdiririk. Axı nə üçün, bu bizə vacibdirmi? Bu suala cavab tapmaq üçün isə ciddi araşdırmaya ehtiyac duyulur.

Əvəzində biz bu torpaqlarda yem bitkiləri, taxıl, arpa, yonca, vələmir, qarğıdalı və s. əksək onların alaq otlarından təmizlənməsinə qəti ehtiyacı yoxdur. Bu bitkilər öz vegitatif inkişaf dövrü ərzində alaq otlarından daha sürətli inkişafda olur, onları həm Günəş işığından, həm də torpaqdakı qida ehtiyatından məhrum edərək öldürür. Yonca aprel ayında biçildikdən sonra sahədə bir dənə də olsun alaq otu tapmaq mümkün olmur.

Yəni, bizim torpaqlar əsasən yem bitkilərinin becərilməsi üçün ixtisaslaşmalıdır, bu bitkilər bizim torpaq örtüyünə və iqlimə daha münasibdir. Bunun da əsasında yerli sortlardan ibarət heyvandarlığı inkişaf etdirməliyik. Məsələn, Azərbaycanın aran rayonlarında yetişdirilən ətlik iri və xırda buynuzlu heyvanların əti bütün dünyada brendə çevrilə bilər. Çünki yerli sortların əti insan sağlamlığı üçün vacib olan elementlərlə zəngin və xüsusi dada malikdir.

Ölkəmizdə yetişdirilən pambıq isə tam əksinə, dünyanın ən keyfiyyətsiz məhsuludur. Azərbaycan pambığının bir tonundan çıxan lif Özbəkistan pambığının 200-300 kiloqramından, Misir pambığının 200-400 kiloqramından, Meksika pambığının isə 150 kiloqramından çıxır. Elə isə dünya bazarında bizim pambığı hansı keyfiyyətinə görə alsınlar?

Digər tərəfdən, Azərbaycan pambığı keyfiyyətli məhsul olsaydı, biz onu heç mahlıc kimi ixrac etməzdik. Petroldan qazandığımız pulla qardaş türkiyədən trikataj texnalogiyasını idxal edib, böyük sənaye mərkəzi formalaşdıraraq, dünyada böyük tələbata malik olan trikataj məhsulları istehsal edib satardıq. Lakin Azərbaycan pambığı aşağı keyfiyyətə malik olduğu üçün bu mümkün deyil. Ona görə də Azərbaycanda pambıq istehsalına son qoyulmalı, onun yeri digər kənd təsərrüfatı bitkilərinə verilməlidir.

O ki qaldı sovetlər dönəmindəki təcrübəyə, o zaman pambığın tədarükü ilə məşğul olanlar Azərbaycan pambığının ittifaqdakı "hörmətini" yaxşı bilir. Həmin vaxt sovet hökuməti, sadəcə olaraq əhalinin məşğuliyyətini təmin etmək məqsədilə Azərbaycanda pambıq istehsalını genişləndirirdi. İstehsal edilən pambıq isə Səmərqənd anbarlarında çürüyürdu.

Xəbər Lenti

Azərbaycanlı model yarımçılpaq şəkillərini paylaşdı - FOTO

İdman TV-nin məşhur şərhçisi CBC Sport-da

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb

Mer süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu - FOTO

Novak Cokoviç koronavirusdan sağalıb

Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

Şou-biznes nümayəndələri arasında SORĞU - VİDEO - FOTO

"Get, öz uşaqlarının dərdini çək" - Niyamdan Zaura

“Bizi birləşdirn mədəniyyət” layihəsinin bu dəfəki buraxılışı növbəti dəfə gənclərə həsr olunub

Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb - FOTO

CAR-da neft emalı zavodunda partlayış olub, ölənlər var

"Türkiyədə Günel və Tunardan başqa müğənnimizi tanımırlar"

İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb

Polşa və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər

Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

Xaricdə əmlakı olanlara PİS XƏBƏR

Çində meydana çıxan yeni virus ikinci pandemiyaya səbəb ola bilər? - Mütəxəssislər açıqladı

Bahar Muradova: Bələdiyyələrdə gender komissiyalarının yaradılması mühüm məsələdir

Bayram Nurlu karantin rejimini pozduğu üçün cərimələndi - VİDEO

Nüşabə Ələsgərli xəstəlikdən arıqlayıb

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

Rusiyada koronavirusa yoluxanların sayı 660 min nəfəri keçib

Koronavirusu məhv edən robot hazırlandı - FOTO

Hikmət Babaoğlu: Yaz və növbədənkənar sessiyalar ərzində qəbul olunmuş qanunlar ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək

Azərbaycanın Xalq artistindən yarıçılpaq FOTO

Azərbaycan gimnastları polisləri peşə bayramı münasibətilə təbrik edib - VİDEO

Myanmada torpaq sürüşməsi olub - 113 nəfər həlak olub

Pandemiya dövründə Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimi açıqlandı

Koronavirusun kabusa çevrildiyi 3 ÖLKƏ - Bir gündə 2213 ÖLÜ - FOTO

"Çelsi" uduzdu - VİDEO

Türkan Vəlizadədən cazibədar FOTO

Bikinisi açılan 43 yaşlı məşhur aparıcının SİNƏSİ GÖRÜNDÜ - FOTO

Polşa liman infrastrukturlarının inkişafı təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib - FOTO

Vilayət Eyvazov: “Son illərdə 21 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 mindən artıq şəxs saxlanılıb”

“Everton” və “Arsenal” qələbə qazanıb

Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək

COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları Azərbaycandakı xəstəxanaların depolarında var

Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Şabranda qaz qumbarası aşkar olunub - FOTO

Efiopiyada toqquşmalarda 80-dən çox insan öldü

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib - FOTO

Günün qoroskopu: peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir

Xaricdə çalışan Azərbaycan vətəndaşının vergi öhdəliyi nələrdir?

Yuxarı vergi orqanlarında inzibati şikayətlərə hansı halda baxılır?

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

Rusiyada ümumxalq səsverməsi başa çatıb

Bakıda koronavirusa yoluxan şəxs marketdə saxlanıldı - VİDEO - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 175 min nəfəri ötüb

Dünyada cinsə görə ayrı-seçkilik səbəbindən "itirilmiş" qızların sayı 140 milyondur

Koronavirus Yaponiyada böyük biznesə inamı sarsıdır

Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb

Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib

İspaniya və Portuqaliya sərhədlərini açdı