Beyləqanın icra başçısından Prezidentə - ŞİKAYƏT

 

 

Vaqif Abdullayev rayon əhalisinin şikayətinə heç bir əhəmiyyət vermir

Beyləqanlılar bir neçə vaxtdır ki, şəhərin 3 km-liyində yerləşən Cərciz Peyğəmbər ziyarətgahına və onun ətrafında yerləşən ölkənin ən böyük qəbirsanlığına və rayon əhalisinə heç bir hörmət qoymayan, onların haqlı şikayətini eşitməyən icra başçısı Vaqif Abdullayevdən cənab Prezidentə şikayət edirlər.

Şikayətin məzmununu əhalinin etirazına baxmayaraq, şəhər kanalizasiyasının Peyğəmbərin və qəbirsanlığın yanından keçən su kanalına birləşdirilməsi təşkil edir. Əhalinin deməsinin nə qədər doğru olduğunu yerində öyrənmək məqsədi ilə Beyləqana getdik. Deməli, rayonun Şəfəq Qəsəbəsinin yanına çatan kimi insanı dözülməsi mümkün olmayan üfunət boğur və irəli getmək xeyli çətinləşir.

Qəbirsanlığa və ziyarətgaha gedən yol şəhər kanalizasiyasının birləşdirildiyi kanalınkənarı ilə keçdiyinə görə, dəhşətli üfunətin iyisinin yaratdığı çətin mühitdən keçmək üçün qaz əlehinə qurğudan istifadə etmək lazım gəlir.
Beyləqan ziyarətgahındakı biyabırçılığı təsvir etməklə insanda normal rəy yaratmağın qeyri mümkün olduğuna görə, gedib həmin dəhşətli şəraiti öz gözünlə görmək daha münasibdir. Orada çalışan işçilərlə söhbətdən məlum oldu ki, əhali bu məsələ barəsində ryonun icra başçısı Vaqif Abdullayevə dəfələrlə müraciət etsələr də, hələ ki, təbdir görən yoxdur.
Vaqif Abdullayevlə görüşüb məsələ barədə rəyini öyrənməyə cəhd etsək də, köməkçisinin bizə verdiyi məlumata görə, icra başçısı “rayonun ərazisində” olduğuna görə onunla görüşmək mümkün deyil. Başçının mobil telefonuna zəng etdik. Telefon işlək vəziyyətdə olsa da, açılmadı. Biz borcumuzdan çıxıb Beyləqan əhalisinin narazılığı barədə informasiyanı müvafiq orqanlara çatdırdıq. İndi sıra dövlət yetgililərinindir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seherxeber.org

0.54978585243225