1918-ci il Quba
soyqırımının
davamı- 26 fevral
Xocalı soyqırımı

 

Oyunçular:

 -Lətifə-Xocalı soyqırımından qaçaraq Qubaya sığınmış gənc bir qız.

-Səfurə xanım- Soyqırım haqqında danışan adam.

-Nuru paşa.

-On gənc insan-Quba soyqırımı muzeyində müəlliməni dinləyən gənclər.

-Azərbaycan bayrağına sarılmış kiçik oğlan

I pərdə

Quba soyqırım muzeyi.- Gənclər toplanıb.- Səfurə xanım gənclərə 1918-ci ıl, Quba soyqırımı haqqında danışır.

Səfurə xanım- Uşaqlar, bəli, 1918-ci ıl türkün tarixindən silinməyəcək bir tarixdir. Ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri bu qorxunc olay türkün soyqırımıydı.

Səfurə xanım əlində kəllələr, üzərinə taxılmış çıvılərdən birini tutub.

-Gördüyünüz bu çivi dört yaşlı bir uşağın başından tapılıb. Onlar gənc, yaşlı, körpə demədən hər kəsi böyük bir amansızlıqla qətlə yetiriblər. Bu soyqırım öz amansızlığı ilə bir daha tarixdə təkrarlanmayacaq qədər qorxuncdur. Bunu unutmamağımız lazımdır. Unutmayacağıq! Hər zaman, hər yerdə anladacağıq. Və sadəcə özümüzə deyil, dünyaya anlatmağımız lazımdır. Tariximiz siz gənclərə əmanətdir!.

Hər kəs məzarlığı tərk edir. Lətifə isə düşüncələrə dalmış şəkildə hələ də ordadır. Öz-özünə danışır. Nənə, sən nə qədər də haqlı idin. Xocalı soyqırımı 1918-ci ilin soyqırımının davamıydı. O məşum gecədə erməni güllələrindən məni qorumaq üçün bağrına basaraq üzü-üstə düşən anamın soyumuş vücudundan ayırarkən nələr yaşamışdın?!. Düşündükcə ağlım, ruhum az qala məni tərk edir. Bu gün sənin sayəndə yaşıyıram. Məni o qarlı gecədə erməni güllələrinin altından qaçırmağı bacarmışdın. Mənə, qızımın biricik yadigarı deyirdin. Sənə o qədər çox ehtiyacım var ki, ah nənəm ah...

II pərdə

Lətifə kiçik bir otağa girir. Ayaqqabılarını və üst geyimini çıxarır. Nənəsinin şalını götürüb çiyinlərinə salır.

-Mənim gül qoxulu nənəm. Hələ də qoxun burnumdadır.

Sakitcə uzanır və televizoru seyr edir.

Televizorda Rübabə xanım Muradova mahnı oxuyur:

-Gəlmişəm otağına oyadam səni qara gilə, oyadam səni,

Nə gözəl xəlq eyləmiş yaradan səni Qara Gilə, Yaradan səni,

Götürüb mən gaçaram aradan səni, Qara gilə, aradan səni...

 Nənə yadındamı?- sən həmişə mənə deyirdin ki, bu mahnı Rübabə Muradovanın səsi üçün bəstələnmiş bir mahnıdır. Deyirdin ki, Güney Azərbaycanda qalan sevgilisi yazmış bu mahnını ona. O da, ömrünün sonuna qədər unutmadı Güneydə yaşamış olduğu eşqi.

Bu düşüncələrdəykən Lətifənin gözləri qapanır və yuxuya dalır.

III pərdə.

Yuxuda Lətifə özünü bir məzarlıqda görür. Yağmurlu- çiskinli bir yerdə. Qurd ulaşmasının səsi gəlir.

-Aman Allahım, bura haradır, mən bura necə düşmüsəm?

O, bir məzara yaxınlaşır. Məzar avtomat silahdan dəlik-deşik olmuşdu.

- Ya Rəbbim, bu məzari kim bu hala salıb? Bunlar ki, güllə izləridir.

Bu arada Nuru paşanın selueti canlanır.

Nuru Paşa- Lətifə, qızım...

Lətifə- Paşam bu sizmisiniz?

Nuru Paşa- Bəli, yavrum nə qədər ki, haqq-ədalət öz yerini tapmayıb, bizim ruhumuz hər an buralarda dolaşacaq. Sən isə get və sənə əmanət edilənə sahib çıx.

Sonda işıq dekarasiyanın üzərinə düşür. Lətifə ona doğru yeriyir. Yerdə Azərbaycan bayrağına sarılmış kiçik bir uşaq var. Lətifə uşağı başı üzərinə qaldırır. Bu zaman "Can, Can, Can Azərbaycan" mahnısı səslənir.

IV pərdə

Lətifə gözlərini açır. "Can Azərbaycan" musiqisinin sədaları altında Azərbaycan ordusu parad yürüşü edir. Lətifənin üzündə xoşbəxtlik işarəsi görünür.

0.16288614273071