Qadağan edilən pirotexniki vasitələr satışda

 

Sumqayıt şəhərində pirotexniki vasitələr satışa çıxarılıb.

Report-un məlumatına görə, satışı qadağan olunmuş məhsullara şəhərin müxtəlif ərazilərində, o cümlədən, 17-ci mikrorayon, Sülh küçəsi və digər yaşayış binalarının qarşısında rast gəlinir.

Sumqayıtda pirotexniki vasitələrin satışına qadağa qoyulsa da, buna məhəl qoymayan insanlar var. Bayram günündən istifadə edən şəxslər müxtəlif partlayıcı vasitələri istədiyi qiymətə satışa çıxarıblar.

Artıq iki gündür ki, açıq şəkildə satışa çıxarılan məhsullara aidiyyatı qurumlar məhəl qoymurlar.

 

0.13665509223938