PA nümayəndəsi: “Alternativ cəzalar tətbiq etməklə məhkumların sayını azaltmağı düşünürük”

 

“Ölkədə alternativ cəzalar tətbiq etməklə məhkumların sayını azaltmağı düşünürük”.

APA-nın məlumatına görə, bunuPrezident AdministrasiyasıHüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmələrdə bildirib. O qeyd edib ki, bunun yolu alternativ cəzaların tətbiq edilməsidir: “Biz alternativ cəzalar tətbiq etməsək, məhkumların sayını necə azalda bilərik? Məhz buna görə son dəyişikliklərdə bəzi maddələr dekriminallaşdırılıb”.

Qeyd edək ki, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik təklif edilir. Nəticədə 34 cinayət üzrə cəza müddəti aşağıalınır, bəzilərində isə azadlıqdan məhrumetmə cəzası maliyyə sanksiyası və azadlığın məhdudlaşdırılması ilə əvəz edilir. 

"Demokratik Musavat.com"

0.19962096214294