AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı

  73

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) pandemiya dövründə Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulmasına və təlafatla nəticələnən təxribat cəhdinə etiraz olaraq bəyanat yayıb

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilindən (ombudsman) məlumat verilib.

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq Azərbaycan Respublikasının mövqelərini, o cümlədən dinc əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutması həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsinə səbəb olur. Dövlət sərhədində Ermənistanın hərbi təxribatlar törətməsi davamlı xarakter daşıyır və son bir neçə ay ərzində baş verənlər bu reallığın bariz ifadəsidir.

Bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlər, o cümlədən Cenevrə konvensiyaları (1949) kobud şəkildə pozulmuşdur və bu tendensiya davam edir.

Təəssüf hissi ilə bildirirəm ki, öz təcavüzkar və işğalçı siyasətindən əl çəkməyən Ermənistan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş hazırkı pandemiya dövründə də müxtəlif istiqamətlər üzrə atəşkəs rejimini pozmaqla təlafatla nəticələnən təxribatçı hərəkətlərini davam etdirir.

Belə ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutaraq hücuma keçməyə cəhd göstərmişdir.

BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, pandemiya dövründə belə işğalçı Ermənistan ordusunun atəşkəs rejimini pozması və təxribatçı hərəkətlərinə davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırır. Bir daha xatırlatmaq yerinə düşər ki, bir müddət öncə BMT-nin Baş katibi Antonio Quterreş qlobal atəşkəs çağırışı ilə çıxış etmiş, bu kontekstdə silahlı qarşıdurmalara son qoyulmasını, zorakı münaqişələrin qurbanı olan qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsini bəyan etmişdir. Heç şübhəsiz, beynəlxalq təhlükəsizlik məsələsi və qlobal problem olan pandemiya şəraitində Ermənistanın təxribatçı əməllərini davam etdirərək atəşkəsi dəfələrlə pozması beynəlxalq hüquq normalarının, humanizm prinsiplərinin heçə sayılması ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreşin məlum bəyanatına sayğısız və etinasız münasibətin əyani göstəricisidir.

Bir daha dünya ictimaiyyətini, xüsusilə də nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə - zəruri addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırıram.

Demokratikmusavat.com

Xəbər Lenti

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Məşhur futbolçunun xəyanət görüntüləri yayıldı - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTO

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOlar

Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist - Bağırov ona bayquş demişdi

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı - Maraqlı faktlar

Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır

“Mançester Yunayted” daha bir qapıçı tapdı - Bu dəfə İtaliyada

Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

1/8 finalda son gün - Çempionlar Liqası

22 yaşlı qız qonşusuna təcavuz edib öldürdü - FOTO

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan

"Niyə özünü xanım kimi aparmırsan?" - Səmranın "üçüncü gözü" - FOTO

Ronaldodan yeni rekord

“Liverpul”un futbolçusuna daha bir müştəri

Rayo Vallecano-nun yeni baş məşqçisi bilindi

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu

Lider xalsız qaldı, digərləri qazandı - UEFA reytinqində

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib

Ermənistanda koronavirusa yoluxanların sayı 40 min nəfəri keçdi

Premyer Liqamızın başlama tarixi - PFL açıqladı

"Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxub ayrılmır"

Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələlərinin sosial müdafiəsi daim diqqət mərkəzindədir

Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf

Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib

Prezidentin köməkçisindən rayonlara gediş-gəlişlə bağlı müjdəli xəbər

"Milli şuradıkıların əsas məqsədi ölkəmizi qan gölünə çevirib hakimiyyətə gəlməkdir"

Benzema Levandovskini arxada qoydu

Gürcüstanda dövlət bayraqları endirilib

Prosineçkinin yeni klubu

Çində daha bir təhlükəli epidemiya yayılır

Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edildi

“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib

Məşhur müğənni vəfat edib

Bu ölkədə güclü yağışlar daha 4 can aldı

Koronavirusa qarşı peyvənd hazırdır

"Zenit"dən növbəti kubok

Bakıda anqarda yanğın olub

Koronavirus əleyhinə peyvəndin təhlükəli olması barədə iddia təkzib edildi

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edilib

Tovuzda top mərmisi aşkar edilib - FOTO

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib

Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub

Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb

"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Bu gündən avqustun 10-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək