AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Cəbhədə erməni təxribatının SƏBƏBİ? - Ehtiyatda olan polkovniklə MÜSAHİBƏ

  81

"Bu təxribatlar haqqında artıq müdafiə naziri general-polkovnik Zakir Həsənov öz müşavirəsində diqqəti cəlb etmişdi ki, hər hansı bir təxribata cavab vermək üçün hazır olmaq lazımdır. Ondan sonra Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə müşaviri general-polkovnik Məhərrəm Əliyev cəbhə bölgəsində oldu. Nazir general-polkovnik Zakir Həsənov da son zamanlar dəfələrlə cəbhə bölgəsində oldu və bu vəziyyəti yerində təhlil edərək lazım olan tapşırıqları verdi".

Bunu Demokratikmusavat.com-a müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribatını şərh edərkən deyib:

"Ermənistanın belə bir mövqeyi, danışıqlar prosesinin belə bir vəziyyətə salınması, əlbəttə, təxribatla nəticələnməli idi".

Paşinyan diqqəti cəbhəyə yönəltməklə nəyə nail olmaq istəyir?

- Əsas səbəblərindən biri ondan ibarətdir ki, bilirsiniz, indi pandemiya dövründə Ermənistanın sosial durumu elə də ürəkaçan deyil. Hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran hökm sürür, vəziyyət daha da çətinləşir. Cəmiyyətdə anti-Paşinyan ritorikası gündən-günə yüksəlməkdədir. Belə olduğu halda Ermənistanın demək olar ki, bütün zamanlarda dövlət rəhbərləri həmişə "kozır" kimi Azərbaycan-Ermənistan sərhəddində hansısa bir istiqamətdə təxribat törədərək vəziyyəti gərginləşdirməklə əhalisinin diqqətini sadaladığım həmin problemlərdən yayındırmağa çalışır.

Ermənistan silahlı qüvvələri cəbhədə tez-tez belə təxribatlar törədiblər. Bəs pandemiyanın hökm sürdüyü bir vaxtda Ermənistandan bu gözlənilən idimi?

- Bu dəfə o təxribatı biz Tovuz rayonunda müşahidə etdik. Bizim üçün demək olar ki, gözlənilməz deyildi. Bütün istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əməliyyat şəraitinə nəzarət edir, düşmənin bütün yerdəyişmələri və hərəkətləri müşahidə altındadır və vaxtında qabaqlayıcı tədbirlər görürlər. Hər bir variantın cərəyan etməsinə və cavab verməyə hazırdırlar. O cümlədən, biz bunu Tovuz rayonunda dövlət sərhəddində erməni tərəfinin növbəti təxribatı zamanı gördük. Bizim orada yerləşən silahlı qüvvələrin bölmələri və hərbi qulluqçuların qəhrəmancasına cavab verməsi, ayıq-sayıqlığı düşmənin xeyli itkilərlə üzləşməsiylə nəticələndi və öz məqsədlərinə nail olmadılar. Erməni təxribatına birinci daxildə olan proseslər səbəbdir. Daxili proseslərdən vətəndaşlarının diqqətini Azərbaycan-Ermənistan sərhəddindəki gərginliyə yönəltməyə çalışdılar. 

Ordusu günü-gündən tənəzzülə uğrayan Paşinyan hakimiyyətinin cəbhədə təxribat törətməyə özündə "cəsarət" tapmasına nə səbəb ola bilər?

- Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Onların hüquqi sənədinə görə, o təşkilatın hər hansı bir üzv dövlətinə, ərazisinə müdaxilə, təzyiq olarsa o təşkilatın üzv dövlətləri bu münaqişədə iştirak etməlidirlər. İkinci səbəb ondan ibarətdir, bunu nəzərə alaraq ermənilər o istiqamətdə bu təxribatı törətdilər. O biri tərəfdən də növbəti addımları yenə də həmin təşkilata müraciətləri olacaq ki, Ermənistanı silahlandırsınlar və yeni silahlarla onları gücləndirsinlər.

Təxribat üçün niyə məhz o istiqamət seçilib?

- Ona görə ki, Azərbaycan dövlətinin humanitar mövqeyindən çıxış edərək dövlət sərhəddində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilərək Müdafiə Nazirliyinin bölmələri oradan çıxarılıb. Bu da dövlət sərhəddi boyu sabitliyi təmin etmək və oradakı dinc əhalinin artıq həyatını daha təhlükəsiz şəkildə yaşamaq məqsədilə edilib. Bu proses başlayıb və artıq dövlət sərhəddi Qazax istiqamətində tam şəkildə Dövlət Sərhəd Xidmətinin peşəkar hərbiçiləri öz vəzifələrini peşəkarlıqla yerinə yetirirlər. Orada da gərginlik var idi, amma dəfələrlə cavablarını da veriblər. Hazırda bu proses Tovuz istiqamətində genişlənməli idi və Tovuz istiqamətində yerləşən Müdafiə Nazirliyinin bölmələri Dövlət Sərhəd Xidmətinin bölmələri ilə əvəz edilməli idi. Bu məsələni əngəlləmək üçün Ermənistan Tovuz istiqamətində təxribat törətməyi seçib ki, bu proses müəyyən bir şəkildə gecikdirilsin. Erməni tərəfi gizlətmirdi ki, onlar bunun marağında deyillər. Ona görə də, onlar düşünürlər ki, o istiqamətdə azad olunmuş Müdafiə Nazirliyinə məxsus hərbi hissələri sabah işğal olunmuş torpaqların azad edilməsində istifadə oluna bilər. Ona görə də, çalışırlar bu məsələni hər cürə əngəlləsinlər. Ancaq bizim bölmələrimiz bütün istiqamətlərdə, Ermənistanla dövlət sərhəddində, o cümlədən Tovuz istiqamətində də bütün tədbirləri görürlər, layiqli cavabı veriblər və verəcəklər də. Düşmən də indiyə kimi necə itkilərə məruz qalmışdısa, bundan sonra da ancaq itkilərlə nəticələnəcək. 

Ermənistanın cəbhədə bu cür təxribatları müharibə ocağını yenidən alovlandıra bilərmi?

- Təxribatlar prinsipcə müharibə ocağını hər an alovlandıra bilər. Bu addım da bizi həmin o alova daha da yaxınlaşdırır. 

Təhməz Təkin
Demokratikmusavat.com

Xəbər Lenti

"Mançester Siti"də ciddi itki

Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı

12 avqust - Beynəlxalq Gənclər Günüdür

Uşağa təcavüz edən pedofil kameraya düşdü - VİDEO

Narkotik becərən şəxs saxlanıldı - FOTO

"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!

“Twitter”də yeni funksiya işə düşüb

Premyer Liqamızda yeni mövsümün püşkü atılır

Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır

Bu il sosial ödənişlər 707 milyon manat artıb

I, V, IX sinifləri üçün həftədə üç, X və XI siniflər üçün tam onlayn qaydada dərslər təşkil edilsin - TƏKLİF

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı - FİFA

Pirlo Merih Dəmiralla bağlı qərar verdi

Finlandiya ölkəyə daxil olan şəxslər üçün məcburi karantin rejimi tətbiq edəcək

Ən yaxşı oyunçu adına 4 namizəd

Bolqarıstanda koronavirusla bağlı son vəziyyət

Böyük Britaniyada 730 min insan işsiz qalıb

"Bu sərəncam, sadəcə, hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir"

İspaniyada şəhər sel sularına qərq oldu

Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlandı

“Barselona”nın futbolçusu koronavirusa yoluxub - "Bavariya" ilə oyun təxirə salınacaq?

Mədəniyyət nazirinə yeni müşaviri təyin edildi

Ata-bala koronavirusdan öldü - İkisi də həkim idi - FOTO

Azərbaycanda əməkhaqqı artıb - RƏSMİ

Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb

Rusiyanın Səhiyyə naziri COVID-19 peyvəndi ilə bağlı tənqidlərə münasibət bildirdi

Ermənistanda 201 yeni yoluxma qeydə alınıb

Rusiyanın Səhiyyə naziri: “Peyvəndin istehsalı, ilk növbədə, daxili bazara istiqamətlənəcək”

"’Bu sözləri ürəyimdə qalmasın deyə yazıram..." - Aysellə Oktayın boşanmasında adı hallanan model

Almaniyalı nazir Rusiya peyvəndindən danışdı

Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır

Rusiya vaksinin istifadəyə veriləcəyi tarixi açıqladı

Pirşağının bütün küçələri təmir edilir - FOTO

"Xəyanət etməmişəm, ağzımı açmayım" - Oqtaydan iddialara cavab

Prezident İlham Əliyev əhalinin içməli su təminatı ilə bağlı 756 min manat ayırdı

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

Gürcüstanda 14 yoluxma qeydə alınıb

Bərdədə kütləvi dava: 1 ölü, 3 yaralı

Yüzdən çox erməni Livandan Ermənistana gətirilib

Güclü yağışlar 33 nəfərin ölümünə səbəb oldu

Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrıldı - FOTO

Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib

BNA: Xətlərə rekord sayda avtobus çıxarılıb

Qalmaqallı kitabın müəllifi danışdı - FOTO

"Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır" - İnstitut direktoru

Messi məşqə sarğı ilə çıxdı

“Xəyanətin yox, bir mərdimazarın şantajının qurbanı oldum” - Samirdən açıqlama

“Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı - FOTO

Nazirlik cəbhədəki son durumu açıqladı

Qazaxıstanda daha 691 nəfər koronavirusa yoluxub

Həbs olunan DSX generalı azad edilməyib - AÇIQLAMA

İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb

Qızılın qiyməti düşüb

Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb

Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb

Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb

Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib

Si Cinpin çinliləri qidaya qənaət etməyə çağırıb

Avroliqada bütün yarımfinalçılar müəyyənləşdi

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 216 mindən çox artıb

Bu ölkədə koronavirus 102 gün sonra yenidən baş qaldırdı - Bir ailə...

"Bəzi gənclər qol və biləklərinə maska taxıb..." - Həkimdən İRAD

Almaniya su qıtlığından əziyyət çəkir

Nabrandan göz oxşayan FOTOlar

Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu - VİDEO

Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər

Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi hazırlanıb

Aynişanın boşanmasını reklam adlandıran Naibə Allahverdiyevadan AÇIQLAMA

Əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında döyüş noyabrda baş tutacaq

Azərbaycanda bəylə gəlin karantin şəraitində TOY ETDİ - VİDEO

Meksikada koronavirus böhranı nəticəsində 2,5 milyon məktəbli təhsili atmağa məcbur olub

Fərda Xudaverdiyev ilk evliliyindən olan oğlanlarının fotosunu PAYLAŞDI

Pandemiya Gürcüstanda özəlləşmə proseslərinə mənfi təsir göstərib

Koronavirusla ən yaxşı mübarizə aparan ÖLKƏLƏR AÇIQLANDI

ÜST: Yeni növ koronavirusa qarşı təzyiqi azaltmaq olmaz

Böyük yaş fərqilə evlənən azərbaycanlı məşhurlar - FOTO

Bu ölkədə məhdudiyyətlər qüvvədə qalacaq

“Hədəf” də gündəmin ən aktual mövzuları təhlil olunub - FOTO

Çempionlar Liqasının matçı koronavirusa görə təxirə salınıb

Azərbaycan həqiqətləri Avropa gənclərinin diqqətinə çatdırıldı - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 226 min nəfəri ötüb

Dövlət Komitəsi sosial şəbəkədə tənqid olunan uşaq ədəbiyyatı ilə bağlı açıqlama yaydı

Bakıda aeroport yolunda qəza olub

Dövlət Komitəsi köçkün ailəsini nəzarətə götürdü - FOTO

“Yuventus” Belçikalı hücumçunu transfer etdi

"Real" fransalı qapıçı ilə vidalaşdı

De Byazi AFFA-nın qərargahında - FOTO

FİFA "Qızıl top-2020"ni təqdim edə bilər

Qəbilələr arasında münaqişə: 13 nəfər həlak olub

Sevgimiz elə bura qədərmiş - Son 1 ayın 3 qalmaqallı ayrılığı

"Qəbələ"də yeni transfer

Gürcüstanda koronavirusa yoluxma halları artır

Fransa klubunda yeni baş məşqçi

"Messi dünyanın ən yaxşı oyunçusu ilə qarşılaşacaq"

BMT Livana 50 min ton un göndərəcək

Zidan Edeqorla bağlı qərarını verdi

"Qarabağ"ın rəqibi Bakıya nə vaxt gələcək?

Çində aramsız yağıntılar nəticəsində ölənlər var

"Valensiya"nın iki üzvü koronavirusa yoluxdu

Putin qızının COVID-19-a qarşı peyvənd olunduğunu açıqlayıb

Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında - FOTO

Telekommunikasiya ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib

İranda koronavirusdan ölənlərin sayı 18 800 nəfərə çatıb