AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Məhz bu səbəbdən Nikol bir ölümcül nəticədən xilas olmaq üçün başqa bir ölümcül nəticəni - Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib"

  78

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a açıqlamasında Ermənistanın sərhəd təxribatı ilə bağlı səsləndirdiyi fikirlərin təsdiqini tapması özünü çox gözlətmədi.

Bunu Demokratikmusavat.com-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

"Hikmət Hacıyev açıqlamasında qeyd etmişdi ki, "Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır".

Paşinyanın parlamentdəki fraksiyasının rəhbəri Lilit Makuns Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və beynəlxalq təşkilatlardan baş verənlərə adekvat reaksiya verilməsini tələb etdi. Bundan dərhal sonra isə Ermənistanın Xarici işlər naziri ilə KTMT-nin baş katibi Stanislav Zas arasında birincinin xahişi ilə telefon danışığı baş tutdu.

Şübhəsiz ki, Makunsun bəyanatındakı "beynəlxalq təşkilatlar" ifadəsi müraciətin yayındırıcı, yaxud köməkçi hissəsidir. Əsas hissə, daha dəqiq desək müraciətin hədəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlıdır ki, bu da işğalçı ölkənin və maraqlı tərəflərin bu təxribata öncədən hazırlaşdıqlarını sübuta yetirir", - o, qeyd edib.

E.Mirzəbəylinin sözlərinə görə, KTMT-nin baş katibi ilə telefon əlaqəsi də, çox güman ki, öncədən hazırlanmış ssenarinin tərkib hissəsidir:

"Ermənistanın Azərbaycanla sərhəddə təxribatının başqa bir səbəbi isə, ənənəvi olaraq diqqəti daxili problemlərdən yayındırmaq cəhdidir. İşğalçı ölkədə COVİD-19 virusuna yoluxanların sayı 32 minə çatıb. Əhalisinin real sayı 1,5 milyon nəfər olan bir ölkə üçün bu, həddindən artıq böyük rəqəmdir. Ermənistanda indiyədək COVİD-19-a yoluxanları müəyyənləşdirmək üçün 5 aya yaxın bir zaman kəsiyində cəmi 135 minə yaxın test aparıldığını nəzərə alsaq yoluxanların sayının kifayət qədər yüksək olduğunu müəyyənləşdirmək olar. Müqayisə aparmaq üçün xatırladım ki, Azərbaycanda son 15-16 gün ərzində aparılan testlərin sayı Ermənistanda aparılan testlərin cəmindən çoxdur".

"Digər tərəfdən məlum olduğu kimi hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətinin tamamilə nüfuzdan düşməsinə zəmin yaradıb. Azərbaycanla sərhəddə törədilrən təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyanın və komandasının sözügedən təxribatla paralel olaraq, nəzarətlərində olan bütün informasiya resursları ilə ölkə daxilində total təbliğat kampaniyasına başlamaları da sübuta yetirir ki, əsas məqsədlərdən biri parmaparça olmuş Ermənistan cəmiyyətini xarici təhlükə qarşısında cəhdidir. Erməni siyasətinin "küçə uşaqları" belə hesab edirlər ki, bu yolla getdikcə daha çox tərəfdar toplayan müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

Ermənistan mediasının və müstəqil ekspertlərin verdiyi məlumatlara görə, ölkədəki iqtisadi böhran və sosial problemlər ən yüksək həddə çatıb. 
Bunun əsas səbəblərindən biri, COVİD-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi və sərhədlərin qapalı olmasıdır. Daxili resurlarla əhalinin minumum ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti onları aclıq və səfalətlə baş-başa buraxıb. Ermənistanın rəsmi qurumlarının verdiyi məlumatlara görə hər il 210 min nəfərdən çox ölkə vətəndaşı mövsümi işlərdə çalışmaq üçün Rusiya və digər ölkələrə getmək məcburiyyətində qalırlar. Bu şəxslərin 3-4 ay ərzində əldə etdikləri qazanc isə Ermənistanın illik ÜDM-nin 1/5 hissəsini təşkil edir. Ermənistan əhalisinin real sayını və gənclərin əhəmiyyətli hissəsinin ölkəni tərk etdiyini nəzərə alsaq, 210 min nəfərin, yəni bu ölkənin işçi potensialının təxminən, 35-40%-nin yalnız mövsümi işlərin ümidinə qaldığını müəyyənləşdirə bilərik. Bu isə indiki vəziyyətdə Ermənistanda işsizliyin sayının nə qədər yüksək olduğunu göstərir", - siyasi ekspert deyib.

"Ermənistan Mərkəzi Bankının verdiyi məlumata görə, hər il xaricdən ölkəyə 1,5 milyard ABŞ dollarından çox köçürmələr edilir. Bu köçürmələrin əhəmiyyətli hissəsini isə mövsümi işlərdə çalışan şəxslərin öz ailələrinə göndərdikləri vəsaitlər təşkil edir. Ermənistanın Əmək və sosial məsələlər naizrliyinin demoqrafiya şöbəsinin rəisi Artak Markosyanın Ermənistan mətbuatına verdiyi açıqlamada isə Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərin real göstəricilərdən dəfələrlə az olduğunu bildirib. Onun sözlərinə görə, mövsümi işlərdə çalışmaq üçün xarici ölkələrə üz tutan Ermənistan vətəndaşlarının çoxu qazandıqları vəsaitləri nəğd şəkildə, ölkəyə geri qayıdan zaman özləri ilə gətirirlər. Bu isə mövsümi işlərdən əldə edilən vəsaitlərin həcminin təxminən 3 milyard ABŞ dollarından çox olduğunu göstərir. Bi isə təxminən Ermənistanın dövlət büdcəsinə bərabərdir.

Göründüyü kimi, yaranmış vəziyyət Ermənistandakı daxili kataklizmlərin daha da dərinləşəcəyi ehtimalını yaradır. Ermənistanın, Paşinyan hakimiyyətinin isə COVİD-19 səbəbindən itirilən vəsaitləri kompensasiya etmək üçün heç bir resursu yoxdur. Məhz bu səbəbdən Nikol bir ölümcül nəticədən xilas olmaq üçün başqa bir ölümcül nəticəni - Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib", - o qeyd edib.

Aslan Məmmədov
Demokratikmusavat.com

Xəbər Lenti

Gürcüstanda 9 yeni yoluxma

Oyun meydançasında beton plitə aşdı: uşaq öldü

Qazaxıstandan indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib

Qəsəbəyə giriş-çıxış bağlandı - Toydan sonra kütləvi yoluxma

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi - FOTO

Beyrut partlayışı: həlak olan ermənilərin sayı artır - FOTO

Səfir: "Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur"

Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi - YENİLƏNİB

Seul KXDR ilə ticarətə başlaya bilər

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb

Avroliqada 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Rəşad Sadıqova ağır itki üz verib

Qayıdışı rəsmiləşdi - Arda Turanın

Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

Baklda piyadanı motosiklet vurub

Goranboyda qadın aldığı güllə yarasından ölüb

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək

Estoniyada koronavirusun ikinci dalğası başlayır

Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" - Tanınmış professor

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb

"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"

Virusun ikinci dalğası nə zaman gəlir?

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

Vasif İsmayıl: Çimərliklərin açılmasında əsas məqsəd D vitamini deyil

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir - VİDEO

Messi Kasilyasla vidalaşdı

Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

"Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq"

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

"Amerikada evim var, ora vətəndaşıyam"

Ukrayna hökuməti MDB-nin daha bir sazişindən çıxmaqla bağlı qərar qəbul edib

"Orient Queen" Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı

Almaniyanın federal əyalətləri arasında COVID-19 statistikasında Gessen "liderdir"

“Porsche” 400-dən çox avtomobili geri çağırır

Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir

Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub

Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev

Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır

“Ford” şirkətinin rəhbəri istefa verib

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb

Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır

Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb

"Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə

Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü

Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək

ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

"Azerbaijan Golden Kids Awards 2020"nin mükafatlandırma mərasimi onlayn formatda baş tutacaq - FOTOlar

"Mançester Siti"dən rəsmi transfer

Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"

AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO

Portuqaliya çempionatının başlama tarixi açıqlandı

"Azərbaycan kinosunu 1970-ci illərdəki səviyyədə görmək istəyərdim" - Xalq artisti

İtaliyada mövsümün ən yaxşıları bilindi

"Gecə ilə İnstaqram səhifəm ələ keçirilib" - Elnarə qalmaqallı status barədə

"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyri-mümkündür"

Kompüter siçanının yaradıcısı öldü

Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb

Banqladeşdə daha 50 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Baş infeksionist: "Yumşalma yalnız bu halda ola bilər"

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir

uBankdan yeni imkan: Sizə "Contact" ilə göndərilən pulu banka getmədən alın!

"Qucaqlarda oturmamışam"

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Smollinq "Roma"dan ayrıldı

"Dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi"

Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri

Fransada ikinci dalğa...

"Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır"

Alimlər İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər

Bu gün Avroliqa bərpa olunur - 4 oyun keçiriləcək

Yaponiyada təkrar fövqəladə vəziyyət rejimi elan oluna bilər

Qubernator: “Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır”

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Bu şəhər və rayonlarda məhkəmələrin keçirilməsi qaydaları açıqlandı

Quterreş pandemiya şəraitində qlobal təhsilin xilas edilməsi planını açıqladı

Beyrutdakı partlayışın yeni görüntüləri yayıldı - Çəkiliş edən şəxs öldü - VİDEO

"Baldızım məni dar geyinməyə qoymurdu" - Roza Zərgərli

Siyavuş Novruzov "Milli Şura"dan danışdı: "Onlar insanların taleyini düşünmür"

Sahibkarlığın İnkişafı Fondu və Bank Respublika sahibkarlara dövlət zəmanətli kreditlərin verilməsinə başlayıb

Rusiyada hərbi təlimlər zamanı körpü çökdü: onlarla yaralı var

Nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - Məhkəmə

"Avqustun 5-dən qaydalara riayət etməsələr..." - Baş infeksionist

Rüfət Dadaşov ABŞ-da rəmzi komandaya düşdü

Bu ölkə koronavirusa yoluxan turistlərə pul ödəyəcək

Beyrutda partlayışdan sonra başlayan yanğın söndürülməyib, 10 yanğınsöndürən itkin düşüb

Qadın futbolçu kişi klubuna transfer oldu

Beyrut dəhşətli partalyışdan sonra - CANLI

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

Gürcüstanda 15 nəfər koronavirusa yoluxub