AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Yolu Bakıdan keçən marşal: Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri - FOTO

  81

O, SSRİ-nin 70 il mövcud olduğu dövrün 40 ilində ən yüksək vəzifə kürsülərinə sahiblik edib, 1935-ci ildə marşal rütbəsi təsis ediləndə bu ali rütbəni alan ilk beş nəfərdən biri də məhz Kliment Voroşilov olub. 

On beş hərbi nazir vəzifəsini daşıyan Voroşilovun heç bir ali təhsili olmayıb. 1930-cu illərdə ölkədə universitetlər, akademiyalar yaradılanda, Siyasi Büroda yüksək vəzifəli hərbçilərin təhsil alması müzakirəyə çıxarılarkən Kliment Voroşilov İosif Stalinə müraciət edib:

- Koba, məni nə vaxt oxumağa göndərəcəksən?

Stalin bu suala təbəssümlə cavab verib:

- Heç vaxt, sənin oxumağına ehtiyac yoxdur.

Voroşilov Stalinə məhz "sən" və "Koba" deyərək müraciət edib. Onların arasında dostluq münasibətləri hələ inqilabdan əvvəlki illərdə yaranıb. 1900-cü illərin əvvələrindən Voroşilov inqilabi hərəkata qoşulub, "Volodin" təxəllüsü ilə Luqanskda, Petroqradda və Bakıda gizli partiya fəaliyyəti ilə məşğul olub.

Demokratikmusavat.com musavat.com-a istinadən bildirir ki, vətəndaş müharibəsinin ən fəal iştirakçılarından olan Voroşilov 1918-1920-ci illərdə 10-cu ordunun komandanı, cənub cəbhəsi hərbi şurasının üzvü, bir neçə ay Ukrayna daxili işlər komissarı, Xarkov hərbi dairəsinin komandanı vəzifələrində işləyib.

Qatı Stalinçi kimi tanınan Voroşilov 1925-ci ildə SSRİ-nin hərbi naziri təyin edilib. Onun bu quruma 15 illik rəhbərlik dövrü hərbi araşdırmaçılar tərəfindən ordu quruculuğunda heç də uğurlu bir dövr kimi qiymətləndirlməyib.

1939-1940-cı illərdə sovet-fin müharibəsində ən uğursuz hərbi əməliyyat Voroşilovun adı ilə bağlı olub. Sovet-alman müharibəsi zamanı Dövlət Müdafiə Komitəsinin üzvü olan Voroşilov şimal-qərb cəbhəsinə komandanlıq edib. Məhz onun səriştəsizliyi ucbatından Leninqrad alman qoşunları tərəfindən mühasirəyə düşüb. Vəziyyətin son dərəcə gərgin və mürəkkəb olduğunu anlayan İosif Stalin Georgi Jukovu Leninqrada göndərərək Voroşilovu geriyə, Moskvaya çağırıb.

Əslində Voroşilovu şimal-qərb cəbhəsindəki uğursuzluğa görə ən ağır cəza gözləyib, Kreml məmurları onun hərbi kollegiya tərəfindən güllələnəcəyi haqqında hökmün çıxarılacağını düşünüb. Amma hər şey əksinə olub. Stalin köhnə dostluğu unutmayıb. Qeyd edək ki, Voroşilov yeganə şəxs olub ki, buraxdığı səhvlərə görə Stalin tərəfindən bir-neçə dəfə bağışlanıb.
Təbii ki, Stalinin marşala bu cür münasibəti səbəbsiz olmayıb. Voroşilov öz sədaqəti ilə Stalini ovsunlaya bilib, onun ən güclü təbliğatçısına çevrilib. Stalin repressiyaları zamanı Voroşilov çox vaxt könüllü olaraq illərlə tanıdığı, ailə dostu olduğu insanları çox asanlıqla güdaza verib. Müntəzəm olaraq orduda xidmət edən yüksək çinli hərbçilərin siyahısını Yejovun "repressiya aparatına" göndərib. Siyahılarda marşal Rokossovskinin adı da əks olunub. Bu məsələdə onun üçün əsas meyar yalnız Stalinin xoşuna gəlmək, rəhbərin "sevimli kadr"na çevrilmək prinsipi əsas tutulub.

Voroşilovu digərlərindən fərqləndirən cəhətlərindən biri cəlbedici nitqi, insan kütlələrini inandırmaq bacarığı, xoş ünsiyyət yaratmaqla nüfuz qazanmağı olub. O, xalq arasında böyük populyarlığı ilə özünü sevdirməyi bacarıb.

Kremldaxili oyunlardan həmişə qalib çıxan Voroşilov Stalinin vəfatından sonra da mövqelərini qoruya bilib. Vaxtilə Stalinin ən yaxın silahdaşı olan marşal Xruşovun da ürəyinə yol tapıb və 1953-cü ildə o, Nikita Xruşovun təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib.

Xruşovu ələ alaraq hakimiyyətin ən yüksək eşalonunda təmsil olunan Kliment Voroşilov 1957-ci ildə sonralar "antipartiya qrupu" adlanan Vyaçeslav Molotov, Gorgi Malenkov, Lazar Kaqanoviçə dəstək verərək saray çevrilişinə cəhd edənlərin fəallarından birinə çevrilib. Şanslı marşalın bu dəfə də bəxti gətirib. Hakimiyyəti əldə saxlaya bilən Xruşov Voroşilovu bu xəyanətinə görə vəzifəsindən uzaqlaşdırmayıb. Amma sözsüz ki, onunla vidalaşmağa məqam gözləyib.

Xruşovun oğlu Sergey Xruşov öz xatirələrində bu haqda yazıb:
"Atamla Voroşilovun arasındakı münasibətlər çox da səmimi olmayıb. Voroşilov hakim dairələrdə olduğu bütün dövrlərdə qisas hissi ilə yaşayıb. O, vəzifədə qalmağı üçün ən yaxın silahdaşlarını belə güdaza verməyə hazır olub. Uzun illər orduda birgə xidmət etdiyi Konstantin Rokossovski haqqında Stalinə yazdığı məktub bu gün də arxivlərdə saxlanılır. Bu qısqanclıqdan irəli gəlib. Voroşilov Stalinin yanında yalnız özünü görmək istəyib. Atam yeni siyasi konfliktlərin yaranmaması üçün Voroşilovu SSRİ Ali Soveti Rəyasət Heyətinə sədr vəzifəsinə seçdirmişdi. Əslində onun bu vəzifədəki səlahiyyətləri məhdudlaşdırılmışdı və özü də bunu bilirdi və deyirdi ki, mən heç bir səlahiyyətə malik olmayan SSRİ-nin fəxri prezidentiyəm. İranın SSRİ-dəki səfiri ilə görüşündən sonra isə atam onunla konkret danışıb və artıq getmək vaxtının olduğunu bildirib. Belə ki, bu görüş zamanı Voroşilovun səfirə "siz nə qədər bu şahla (İran şahı nəzərdə tutulur) işləyəcəksiniz, nə qədər ona dözəcəksiniz" deməsi atamı qəzəbləndirib. Görüşdən sonra atamın onunla ciddi söhbəti olub. "Sənin bu cür danışıqların yeni müharibələr yaradacaq, sən artıq getməlisən" deyərək fikrini bildirib..."

Bununla da, 1960-cı ilin may ayında 80 yaşlı Kliment Voroşilov SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad edilib. Uzunömürlü marşal 1969-cu ildə 89 yaşında vəfat edib. Onun nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

Demokratikmusavat.com

Xəbər Lenti

Belarusda prezident seçkilərində səsvermə başa çatıb

ABŞ-da koronavirus ilə yoluxma hallarının sayı 5 milyonu keçdi

“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO

Minskdə gərginlik artır - rusiyalı jurnalistlər həbs olundu, Tixanovskaya üzə çıxdı - FOTO

Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub

"Fənərbağça"dan növbəti transfer

"Bezmişəm, heç kim vecimə deyil" - Aysel boşanması haqda - FOTO

Parisdə maska taxmaq məcburi olacaq

ABŞ-da atışma: ölən var

Avropa Liqasında həftənin ən yaxşısı seçildi

ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib

Norveç millisinin ulduzu "Qalatasaray"da

"Gözəl qadın deyiləm..." - Roza Zərgərli

“Sileks”in baş məşqçisi: ""Qarabağ" qarşılaşmanın aşkar favoritidir"

Günay diqqət çəkən köynəyindən danışdı: "Əvvəllər azərbaycanlı kişilər... " - FOTO

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Britaniyanın miqrantlara qarşı yeni mübarizə üsulu...

Kavaninin yeni klubu müəyyənləşdi

Rusiyada daha 77 nəfər koronavirusdan öldü

Azərbaycanda əsgərlər ilk dəfə belə and içdilər - FOTO

Lukaşenko: "Belarusda xaos olmayacaq"

“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub

Sabahdan Maştağa sakinləri "BakuBus" avtobusları ilə gedib-gələcəklər

Qurban Qurbanov: “Rəqiblə durumumuz eynidir”

Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

ABŞ kəşfiyyatı: “Rusiya Trampın, Çin isə Co Baydenin prezident olmasını istəyir”

Velosiped oğrusu tutuldu

“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - FOTO - VİDEO

İranda güclü zəlzələ olub

Toylarsız qalan meyxanaçı Vüqar Əbdülov "maklerliyə" başladı - FOTO

Çimərliklərdə bugünkü vəziyyət - Yenə sıxlıq - FOTO

Avropa Liqasında mövsümün ilk püşkü atıldı

Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı

Levandovski 4-cü oldu

Ermənistanda daha 225 nəfərdə koronavirus aşkarlandı

“Daha pis olacağını gözləyirdim”

Rasim Balayevin 72 yaşı tamam oldu - FOTO

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi

Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% olub

"Yuventus" Sarriyə təzminat ödəyəcək

Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb

Arzu Nağıyev: "Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir" - FOTO

Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi: "Dedi polisə şikayət etsən, səni tapıb öldürəcəm"

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - FOTO - VİDEO

Lukaşenko səs verdi

"Arsenal"da mövsümün futbolçusu müəyyənləşdi

"Qlyukoza" 3 illik deportasiya olundu

Alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

"Başakşehir"də yeni transfer

İstanbulda avtobus qəzaya uğradı: 5 ölü, 26 yaralı - VİDEO

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan YENİ PROQNOZ

Hindistanda oteldə yanğın: 7 nəfər ölüb - VİDEO

Suraxanıda qardaşını öldürən şəxs saxlanıldı

Azərbaycan-Türkiyə təlimlərində xüsusi təyinatlılar - FOTO - VİDEO

Arye Qut: "Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib"

Gürcüstanda 9 yeni yoluxma...

Tovuzda bıçaqlanan qadın öldü

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda avtobuslar üçün zolaqların təşkili ilə bağlı təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək

Çində koronavirusa 23 nəfər yoluxub

Çexiyada güclü yanğın: 11 nəfər öldü, 3-ü uşaqdı

"İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm"

Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib

Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Çempionlar Liqasının 1/4 finalçıları bilindi - "Bavariya" "Barselona"ya rəqib oldu"

Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Belarusda prezident seçkiləri başlayıb

Cəbhədə son vəziyyət: mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu

Beyrutda iğtişaşlar: 728 nəfər yaralandı

Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub

"Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq"

Moskvada koronavirusdan daha 12 nəfər öldü

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb