AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Bu, ölkəmizin beynəlxalq əməkdaşlığın canlandırılması prosesinə verdiyi töhfənin bariz nümunəsidir"

  80

Azərbaycanın BMT-nin "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü pillədə qərarlaşması və regionun ərazisinə, insan resurslarına, təbii ehtiyatlarına görə özündən dəfələrlə böyük dövlətləri üstələyərək lider olması çox önəmli bir göstəricidir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.

Bunu Demokratikmusavat.com-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

"Qeyd edim ki, BMT Baş Assambleyasının 2015-ci ildə qəbul etdiyi "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri 17 qlobal hədəfi və müvafiq qaydada 169 məsələni əhatə edir", - o bildirib.

Ekspertin sözlərinə görə, hesabat və indeks BMT-nin çoxsaylı struktur və proqramlarının, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Turizm Təşkilatı, Dünya Bankı, Beynəlxalq Mülki Avisaiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Valyuta Fondu, ümumilikdə isə dünyanın ən nüfuzlu 51 beynəlxalq təşkilat və proqramın təqdim etdiyi məlumatlar əsasında hazırlanır:
 
"Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020" hesabatında səhiyyə, rifah, yoxsulluğun aradan qaldırılması, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və digər istiqamətlər üzrə irəliləyişlər edib və mövqelərini xeyli yaxşılaşdırıb. Ölkəmiz "davamlı inkişaf məqsədləri indeksi"nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda "davamlı inkişaf məqsədləri indeksi" üzrə orta göstərici isə 70,9-dur".

E.Mirzəbəyli bildirib ki, indeksdə Azərbaycanla bağlı yer alan göstəriciləri yalnız mövcud zaman kəsiyində ölkəmizin əldə etdiyi uğurlar, beynəlxalq aləmdə mövqelərinin güclənməsi, nüfuzunun artması müstəvisindən dəyərləndirmək doğru olmazdı: "Əldə olunan nəticələr uzunmüddətli bir prosesin, həmçinin ölkəmizdə həyata keçirilən islahatların göstəricisi kimi, pandeniya ilə mübarizə və mövcud qlobal iqtisadi böhran şəraitində, həmçinin postpandemiya dönəmi üçün mühüm əhəmiyyət daşıyır".  

"Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması,  uşaq və qadınların hüquqlarının qorunması, əhalinin içməli su və digər problemlərinin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, ölkədə mövcud olan sabitlik və təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur", - ekspert qeyd edib.

"Azərbaycan öz təcrübəsində qlobal "davamlı inkişaf" anlayışının ənənəvi sərhədlərini daha da genişlənidirib və davamlı inkişafın "sabit, dayanıqlı, davamlı" üçlü inkişaf düsturu nümunəsini yaradıb. Çünki sabitlik inkişafın bünövrəsi, əldə olunan nəticələrin dayanıqlılığının, möhkəmliyinin təmin edilməsi isə əsas sütunlarıdır. Bütün bunlar olmadan inkişaf prosesinin ardıcıl şəkildə irəli aparılması, davamlı olması mümkün deyil.

Xatırladım ki, BMT-nin sözügedən gündəliyinin 17 əsas hədəfindən birini qlobal əməkdaşlığın canlandırılması, məqsədlər üçün tərəfdaşlıq təşkil edir.

Məhz bu baxımdan, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsinin Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşməsi, ölkəmizin beynəlxalq əməkdaşlığın canlandırılması prosesinə verdiyi töhfənin bariz nümunəsi kimi dəyərləndirilə bilər", - E.Mirzəbəyli bildirib.

Aslan Məmmədov
Demokratikmusavat.com

Xəbər Lenti

Belarusda prezident seçkilərində səsvermə başa çatıb

ABŞ-da koronavirus ilə yoluxma hallarının sayı 5 milyonu keçdi

“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO

Minskdə gərginlik artır - rusiyalı jurnalistlər həbs olundu, Tixanovskaya üzə çıxdı - FOTO

Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub

"Fənərbağça"dan növbəti transfer

"Bezmişəm, heç kim vecimə deyil" - Aysel boşanması haqda - FOTO

Parisdə maska taxmaq məcburi olacaq

ABŞ-da atışma: ölən var

Avropa Liqasında həftənin ən yaxşısı seçildi

ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib

Norveç millisinin ulduzu "Qalatasaray"da

"Gözəl qadın deyiləm..." - Roza Zərgərli

“Sileks”in baş məşqçisi: ""Qarabağ" qarşılaşmanın aşkar favoritidir"

Günay diqqət çəkən köynəyindən danışdı: "Əvvəllər azərbaycanlı kişilər... " - FOTO

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Britaniyanın miqrantlara qarşı yeni mübarizə üsulu...

Kavaninin yeni klubu müəyyənləşdi

Rusiyada daha 77 nəfər koronavirusdan öldü

Azərbaycanda əsgərlər ilk dəfə belə and içdilər - FOTO

Lukaşenko: "Belarusda xaos olmayacaq"

“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub

Sabahdan Maştağa sakinləri "BakuBus" avtobusları ilə gedib-gələcəklər

Qurban Qurbanov: “Rəqiblə durumumuz eynidir”

Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

ABŞ kəşfiyyatı: “Rusiya Trampın, Çin isə Co Baydenin prezident olmasını istəyir”

Velosiped oğrusu tutuldu

“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - FOTO - VİDEO

İranda güclü zəlzələ olub

Toylarsız qalan meyxanaçı Vüqar Əbdülov "maklerliyə" başladı - FOTO

Çimərliklərdə bugünkü vəziyyət - Yenə sıxlıq - FOTO

Avropa Liqasında mövsümün ilk püşkü atıldı

Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı

Levandovski 4-cü oldu

Ermənistanda daha 225 nəfərdə koronavirus aşkarlandı

“Daha pis olacağını gözləyirdim”

Rasim Balayevin 72 yaşı tamam oldu - FOTO

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi

Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% olub

"Yuventus" Sarriyə təzminat ödəyəcək

Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb

Arzu Nağıyev: "Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir" - FOTO

Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi: "Dedi polisə şikayət etsən, səni tapıb öldürəcəm"

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - FOTO - VİDEO

Lukaşenko səs verdi

"Arsenal"da mövsümün futbolçusu müəyyənləşdi

"Qlyukoza" 3 illik deportasiya olundu

Alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

"Başakşehir"də yeni transfer

İstanbulda avtobus qəzaya uğradı: 5 ölü, 26 yaralı - VİDEO

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan YENİ PROQNOZ

Hindistanda oteldə yanğın: 7 nəfər ölüb - VİDEO

Suraxanıda qardaşını öldürən şəxs saxlanıldı

Azərbaycan-Türkiyə təlimlərində xüsusi təyinatlılar - FOTO - VİDEO

Arye Qut: "Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib"

Gürcüstanda 9 yeni yoluxma...

Tovuzda bıçaqlanan qadın öldü

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda avtobuslar üçün zolaqların təşkili ilə bağlı təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək

Çində koronavirusa 23 nəfər yoluxub

Çexiyada güclü yanğın: 11 nəfər öldü, 3-ü uşaqdı

"İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm"

Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib

Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Çempionlar Liqasının 1/4 finalçıları bilindi - "Bavariya" "Barselona"ya rəqib oldu"

Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Belarusda prezident seçkiləri başlayıb

Cəbhədə son vəziyyət: mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu

Beyrutda iğtişaşlar: 728 nəfər yaralandı

Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub

"Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq"

Moskvada koronavirusdan daha 12 nəfər öldü

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb