AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Günün qoroskopu: Başqalarının mövqelərini nəzərə alın

  88

Demokratikmusavat.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin. Fəqət özünüzə həddən artıq güvənməyin. Təşəxxüs sizi illüziyalara aldanaraq reallıqdan uzaqlaşdıra bilər.
Günün ikinci yarısında vəd və öhdəlikləri unutmayın. Müstəqil fəaliyyət göstərin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda həlim, mehriban olun. Başqalarının mövqelərini nəzərə alın.
Axşam saatlarında evdən kənarda dincəlmək olar.

Buğa - Günün ilk yarısı uğurlu olacaq. Son vaxtlar darıxdığınız insanla görüş və ya sizə əziz insandan xəbərlərin alınması istisna deyil. Maraqlı ideyalardan birini yaxın vaxtlarda dostlar və ya qohumlardan birinin yardımı ilə həyata keçirə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Qəflətən yaranan problemlərdən biri sizi planlarda təcili dəyişikliyə vadar edəcək.
Əsla maraqlanmadığınız işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Maliyyə itkiləri istisna deyil.

Əkizlər - Maliyyə problemlərinin həllində süstlük etməyin. Önəmli işlərin çözülməsində başqalarından yardım gözləməyin. Şərik və ya tərəfdaş kömək etmək istəyirsə, təklifi dəyərləndirin. 
Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Eyni zamanda bilik və bacarıqlarınıza tələbat da artacaq. Qəfil tapşırıq, öhdəlik də istisna deyil. Sənədləşdirmələrdə, hesabatlarda diqqətli olun. 
Ailə üzvlərinizin səmimiyyət və qayğıya daha çox ehtiyacı var.

Xərçəng - Müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Emosional fon yaxşı olmadığından əhvalınız tez-tez dəyişəcək. Bədbinliyə qapılmayın. Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıq, fikir ayrılıqları yarana bilər. Ünsiyyətdəki problemlər əhəmiyyətli deyil. Hər şeyi ürəyinizə salmayın.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək əlverişli deyil. Alış-veriş zamanı kəskin zərurət duyulmayan əşyalar almayın.
Axşam saatlarında səyahətə və ya səfərə yollanmaq olar. Əhvalınız yaxşılaşacaq. Yeni tanışlıqlar istisna deyil.

Şir - Sirlərinizi hamı ilə bölüşməyin. Mübhəm nüansları aşkarlamayın. Faş olunmuş həqiqətlərin bəziləri zərərinizə işləyə bilər. Yaxınlarınızla səmimi və açıq olun. Peşəkar fəaliyyət sahəsindəki tapşırıqların detalları barədə çox danışmayın.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı planlarda zəruri dəyişikliklər edə bilərsiniz. Axşam saatlarını həmfikir və ya dostla müzakirələrdə keçirə bilərsiniz. Əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirin.
Kəskin mübahisələrə başlamayın.

Qız - Gün uğurlu olacaq. Səylə və iradə ilə çalışsanız, ciddi uğurlara nail ola bilərsiniz. Əməyinizin bəhrəsini görəcəksiniz. Səfərlər ehtimal olunandan artıq vaxt alacaq. Ailədə fikir ayrılıqları istisna deyil.
Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə suçlayacaqlar.
Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü ifrat yormayın.

Tərəzi - Yeni sifarişçi və ya müştəri ilə təmaslar olacaq. Bilik və bacarıqlarınızdan maksimum səviyyədə yararlana biləcəyiniz şərait yaranacaq. Məsul tapşırıqlarda səhvlərə yol verməyin.
Günün ikinci yarısında rəqabət artacaq. Biznes sxemi yenilənmə tələb edir. Yeni təmaslar qurduğunuz insanla işbirliyini intensivləşdirin. Sınaqlara sinə gərin.
Emosiyalara uymayın.

Əqrəb - Günün ilk yarısında karyera və yaradıcılıq müstəvilərində yeni perspektivlər açılacaq. Əvvəlki problemlər və sədlər aktuallığını itirir. İrəliləyiş üçün yaxşı imkanlar var.
Günün ikinci yarısında təhsil, təcrübə və informasiyanızı artırın. Şəxsi münasibətlərinizdə harmoniyanın yaranmasını istəyirsinizsə, qarşı tərəfin maraqlarını qulaqardına vurmayın. Yeni təklifləri dəyərləndirmədən razılaşmayın.
Axşam saatlarında səhhətinizdə kiçik problem yarana bilər.

Oxatan - Vəzifə səlahiyyətlərinin icrası zamanı diqqətli olun. Fəaliyyətinizə və kommersiya maraqlarınıza zidd ola biləcək addımlar atmayın. Karyera müstəvisində sürətlə irəliləməyin yollarını arayın. Gəlir mənbələrinin sayını çoxaldın.
Günün ikinci yarısında cəsarətli, eyni zamanda iradəli olun. Fəqət düşünülməmiş riskə varmayın, məntiqsiz addımlar atmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə əvvəlcədən bəlirlənmiş hədləri keçməyin. Onların fikir və mövqelərini nəzərə alın. Hissiyyatsız eqoist insan təsiri bağışlamayın.
Axşam saatlarında ailənizlə birlikdə istirahət edin.

Oğlaq - Təmkinli və səbirli olun. Gündəlik hadisələrin axarında qəfil olaylar, gözlənilməz məqamlar olacaq. Yanlışlıqlar sizi işdən soyutmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var qüvvənizlə çalışın.
Günün ikinci yarısında işdə rəhbərlik fəaliyyətinizi daha sərt şəkildə izləyəcək. Ciddi səhvlərə yol verməmək üçün sayıq işləyin. Yeni tərəfdaşlıq, şəriklik və əməkdaşlıq imkanları yaranacaq. Risklərə qapılmayın. Avantüralardan uzaq durun.
Axşam saatlarında stressdən qurtulun.

Dolça - Cari işlərdən usanaraq macəralar aramayın. Riskli işlərə başlamayın. Təcrübəli insanın məsləhətlərinə ehtiyacınız var. Tapşırıq və sifarişləri vaxtında yerinə yetirin. Ləngimələrlə təxirəsalmalar fəaliyyətinizdə ağır fəsadlar yarada bilər.
Günün ikinci yarısında təcrübəli şərikiniz mürəkkəb situasiyada sizə dəstək olacaq. Maliyyə məsələsində ehtiyatlı davranın. Pul müşkülləri şəxsi münasibətlərə mənfi təsir edəcək.

Balıqlar - Günün ilk yarısı aktiv fəaliyyət üçün əlverişlidir. İşlərinizdə yeni perspektivlər görəcəksiniz. Layihə çərçivəsində fərqli istiqamətləri sezə bilin. 
Günün ikinci yarısında yeni tanışlıqlar, şanslar və imkanlar istisna deyil. Qeyri-adi ideyanı dərhal rədd etməyin. Ailə üzvlərinin planlarından hali olun.
İşgüzar niyyətlərinizi yeniləyin.
 

Demokratikmusavat.com

Xəbər Lenti

Qazaxıstan millisinin sabiq üzvü "Sumqayıt"da

Firəngiz Mütəllimova arxiv FOTOlarını bölüşdü

Avropa Liqasında həftənin rəmzi heyəti - FOTO

Beyrutda partlayışda ölən ermənilərin sayı 13-ə çatıb

Ulduz futbolçu koronavirusdan sağaldı

ÜST Livana 15 milyon dollar yardım üçün dünya ictimaiyyətinə müraciət etdi

Cənubi Koreyada 7 region “xüsusi təbii fəlakət zonası” elan edildi

Hindistanda koronavirusa yoluxanların sayı hazırda 2 milyondan çoxdur

BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb

Azərbaycanda qızıl rekord həddə bahalaşıb

"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist

Nigar Camal cazibədar bədən quruluşu ilə heyran etdi - FOTO

Bank Respublika Neftçala sakinlərini içməli su ilə təmin etdi

"Tottenhem"də yeni transfer

Manana 5 ay sonra övladlarının yanına getdi

Super Liqa klubunda yeni baş məşqçi

"Rəqqasə oldum, hamı bizdən üz döndərdi"

"Dövlət yeni yanaşma ilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək"

Komandada virus aşkarlandı, oyun təxirə salındı

İran XİN: Rəsmi Tehran Ukraynaya təzminat verməkdən boyun qaçırmır

Öz gücümüzə arxalanırıq

Mina açıq-saçıq paylaşımına görə qınandı - FOTO

"Prezident ölkənin iqtisadi inkişafı üçün yeni bir mənbə yaratmaq haqqında çox ciddi düşünür"

Bakıda məşhur restoranda polis əməliyyatı - Qaçan müştəri belə tutuldu - VİDEO

Türkiyədə karantin yenidən bərpa olundu

Belarusda prezident seçkilərində erkən səsvermədə iştirak edənlərin sayı açıqlandı

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib

Partlayışın təsirindən dənizə düşən kişi 30 saat sonra sudan sağ çıxarıldı - VİDEO - FOTO

Növbəti qəbul imtahanın vaxtı və qaydaları açıqlandı - QRAFİK

"Bizdə öpüşmə səhnəsinə çəkilmək üçün gərək küçə qızı olasan" - Azərbaycanlı aktrisa ilə MÜSAHİBƏ - FOTO

Bolqarıstanda koronavirusa yoluxmalar artır

COVID-19: Avropada vəziyyət pisləşir

Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir

Beyrutda hökumət əleyhinə etirazlar başladı - FOTO

General-mayor Polad Həşimov küçəsindən REPORTAJ - VİDEO - FOTO

Hindistanda COVID-19-a yoluxanların sayı 2 milyonu ötüb

“Fənərbağça” Rusiyalı hücumçuya təklif göndərdi

Sakit okeanda zəlzələ olub

Azərbaycanlı model alt paltarı geyinmədi, o halda şəhərə çıxdı - FOTO

Qazaxıstanda koronavirusa yoluxanların sayı 96 min nəfəri ötüb

Orta məktəbin binası yanıb

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Brayan Huk istefaya gedir

Kimlər COVID-19-a yenidən YOLUXACAQ? - İkinci dağlanın təsirləri qiymətləndirildi

İpəkqurdunun sürfəsindən COVID-19 peyvəndi hazırlanır - Professor detalları açıqladı

Yaponiyada əhalinin sayı görünməmiş sürətlə azalır

Pandemiyanın ikinci dalğasını bu şəxslər yayır - ÜST xəbərdarlıq edir

Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq

Braziliyanın Amazon meşələrindəki yanğınlar artıb

Manaf Ağayev: "İlhamə Quliyevadan sonra şou-biznes başsız qalıb"

Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb

Trampdan gözlənilməz addım

Başımı aşağı salıb quşlarıma baxıram - Əli Mirəliyev

Bu ölkədə istehlak qiymətləri sürətlə artır

Sentyabr ayından yenidən sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA

Dünya ulduzlarını geyindirən livanlı dizaynerlərin atelyeləri dağıntılar altında qaldı - VİDEO

Dünyada koronavirusa yoluxanların sayı 19 MİLYON NƏFƏRİ ÖTÜB

Avropa Liqasının bütün 1/4 finalçıları məlum oldu

Fransada bankda bir neçə nəfəri girov götürən Mehdi saxlanılıb

ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb

İnfeksiyanın yayılmaması üçün ən yaxşı qorunma tədbiri karantin rejimidir

"Avstriya Hava Yolları" pandemiya ilə əlaqədar bir rüb ərzində 100 milyon avro zərərə düşüb

BMT koronavirus dağıntılarının "dalğası"ndan narahatdır

Gürcüstan iqtisadiyyatında cari ildə 5 faiz azalma olacaq

Əməkdar artistin oğlu sevgilisi ilə səmimi FOTOLARINI paylaşdı

Milyonluq qarət - Koronavirusa yoluxan ən varlı iş adamlarından biri "soyuldu"

Mumbay şəhərinə bir gündə düşən yağıntı son 46 ilin rekordunu yeniləyib

Bu ölkədə 10 milyon insan koronavirusa yoluxub - Səhiyyə nazirindən ŞOK AÇIQLAMA

İlin "quyruq doğdu" dövrü

Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub

Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması üçün yerlər seçilir

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”

Yaponiya Hiroşimaya atom bombası atılmasının 75-ci ildönümünü qeyd edir

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Aberdində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq

Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyəti təsdiqlənib

Ermənistanda son günlər ərzində mindən çox koronavirus xəstəsi ölüb