AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bakıda "otel macərası" hamıya dərs olmalıdır

  89

Qanun hamı üçündür və kimsənin də ölkədəki qanunları pozaraq bunu adi yaşam tərzi kimi qələmə verməyə ixtiyarı yoxdur. Çünki kimliyindən asılı olmayaraq qanunların pozulduğu bir məkanda dövlətin sadəcə adı qalır - özü olmur. Olan insan toplusunun yaşadığı məkandır.

Azərbaycan qanunların idarə etdiyi və qanunlarla idarə olunan bir ölkədir. Əksini düşünənlər, özlərini qanundan üstün bilənlərsə mütləq şəkildə elə həmin qanunların çərçivəsində cəzalarını alırlar.

Buna kimsənin şübhəsi olmasın.

"Fairmont Flame Towers Baku" hotelində və "Relax" istirahət mərkəzində insanların istirahəti və əyləncəsi barədə görüntülərin yayılması ilə əlaqədar sosial şəbəkələrdə əhalinin "ağlar" və "qaralara" bölündüyü, hakimiyyətə yaxın şəxslərin obyektləri üçün xüsusi imtiyazlar olduğu, karantin rejimindən yaılnız sıravi insanların əziyyət çəkidiyi, onların cərimələndiyi barədə iddialar irəli sürülür. Hazırda bu mövzu daha çox müzakirə olunur. Amma necə - bax, bu sualın cavabı maraqlıdır.

"Fairmont Flame Towers Baku" otelinin hovuzunda əylənənlərin istisnasız olaraq hamısı saxlanılıblar, onlarla profilaktiki söhbət aparılıb və cərimələrə məruz qalıblar.

Ötən bazar günü baş verən olay karantin rejiminin aşkar şəkildə, çox kobud pozuntusu idi. Bununla bağlı otelin baş meneceri Matye Qreppo cərimələnib.

Ən azı ona görə ki, "Fairmont Flame Towers Baku"nun İnstagram səhifəsində elan vardı: "Bu həftəsonu özünüzə "kiçik tətil" edin və həftəsonunu evdə deyil, "Fairmont Baku"da keçirin". Elanda vurğulanırdı ki, otelin hovuzunda çimmək istəyənlər mütləq "Deluxe" otaq sifariş verməlidirlər.

Əslində, bu elanın özü karantin rejiminin kobud pozuntusu idi. Fəqət, elan sosial şəbəkələrdə "qlamur" potensial mühtəriləri tərəfindən razılıqla qarşılandı və onlar otelə axışdılar.

Karantin rejiminin tələblərini pozaraq, qanunları heçə sayaraq.

Onların arasında iş adamlarının övladları, aktrisalar, teleaparıcılar vardı və bu şəxslərin kimliyi artıq hər birinizə bəllidir.

"Fairmont Flame Towers Baku"da "qlamur istirahət" edənlər təbii ki, hovuzda və hovuz kənarında çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşıblar.

Qalmaqal da bundan sonra başlanıb.

Özlərini "qızıl gənclik" sayan "qlamur"ların paylaşımları sosial şəbəkələrdə təbii ki, haqlı narazılıqla qarşılanıb.

Ölkədə koronavirus pandemiyasının olduğu, karantin rejiminin qüvvədə olduğu bir dönəmdə bir dəstə "major"un özlərini "həyatın ağaları" sayaraq qanunları heçə sayacaq gücdə hesab etmələri sərt qınaqlara səbəb olub, ciddi qıcıq yaradıb.

Vətəndaşlar qəzəblərində, hətta hiddətlərində haqlı idilər.

Polis əməkdaşları də elə həmin gün, oteldə "istirahət edən"lərin əyləncəsi davam edərkən "Fairmont Flame Towers Baku"ya yollandılar, qanunu pozanları saxladılar.

Onlar cəzalarını aldılar, amma sosial şəbəkələrdəki qınaqdan öz məqsədləri üçün istifadə etməyə çalışanlar cəzalarını özləri verdilər.

Ağıldan bəlalılar həmişəki kimi, fürsətdən maksimum yararlanmağa can atdılar və olanları az qala "irqi seqreqasiya", "cəmiyyətin tabanlara bölünərək qanunun selektiv münasibəti" kimi qələmə verdilər, sosiumun "ağlardan və qaralardan ibarət olduğunu" iddia etdilər.

Radikal müxalifətin funksionerləri vəcdə gəldilər, buyurdular ki, karantin rejimində adi vətəndaşlar "qaralar", "Fairmont"da istirahət edən kimilərsə "ağlar"dır.

Əslində isə ağ və qara bölgüsü, ətrafla şüurun bu iki rəngə parçalanması, reallığın məhz bu iki spektrdə qavranılması radikal müxalifətin yaşam tərzi, şüur formatı, düşüncə modelidir.

Gerçəksə budur ki, Azərbaycanda üzü, niyyəti, məramı və qəlbi qara olanlar elə həmin radikal müxalifət mənsublarıdır. O kəslər ki, sosial şəbəkələrdə özlərinə əl qatırlar, xaricdəki olmayan "vicdan səsləri"ni YouTube-da "müstəqil bloqer və ictimai fəal" kimi təqdim edirlər. Həmin fəallar da virtual laqqırtıxanalarında özlərini saxlaya bilməyərək "İşimizin adı elə hakimiyyəti şərləməkdir" deyərək etiraflarda bulunurlar.

Halbuki dövlət başçısı İlham Əliyev dövlət üçün isnsanların sağlamlığının və təhlükəsizliyinin prioritet olduğunu bəyan edib və hazırda həyata keçirilən siyasətin, reallaşdırılan tədbirlərin əsasında da məhz bu prinsip dayanır.

Prezident dəfələrlə bəyan edib ki, kimliyindən asılı olmayaraq karantin qaydalarını pozan, insanların həyatına təhlükə yaradan hər bir hal araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.

Yaşananlar da bunu təsdiqləyir. Karantin rejimi dönəmində bəzi məsuliyyyətsiz vətəndaşlar tərəfindən ad günləri, şadyanalıqlar və yas mərasimlərinin təşkil olunması, karantin qaydalarının kobud surətdə pozulması halları ilə müvafiq dövlət qurumları qətiyyətlə mübarizə aparırlar. Bununla bağlı mediada, sosial şəbəkələrdə yetərincə məlumatlar, xəbərlər var.

Prezident İlham Əliyev dünən "Fairmont Baku" otelindəki olayı çox qısa və konkret dəyərləndirib: "Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir".

O, daha sonra söyləyib: "Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir.

Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik".

... Bakıdakı oteldəki son olay da göstərdi ki, kimliyindən asılı olmayaraq qanunları heçə sayan, qaydaları pozan hər bir vətəndaş, bütün biznes subyekti məsuliyyətə cəlb olunacaq və onlarla bağlı müvafiq tədbir görülür və bundan sonra da onlar qanunun boz, sərt üzünü görəcəklər.

Vətəndaşlar, xüsusilə də iş adamları birdəfəlik anlamalıdırlar ki, koronavirus pandemiyasına qarşı mübarizə cəmiyyətin qarşısında duran ümdə, ən vacib vəzifədir. Hər kəs ümumi işə öz təhfəsini verməli, qaydalara riayət etməklə, nizam-intizam, məsuliyyətli davranışla örnək olmağa çalışmalıdır;

Qaydaların pozulması hallarına qarşı hər birimiz barışmaz olmalı, pozuntulara yol verənləri qınamalı və məsuliyyətə dəvət etməliyik.Yalnız belə olarsa cəmiyyətimiz koronavirus bəlasının öhdəsindən gələ bilər.

"Urra, neftin qiyməti 14 dollara düşdü, məni təbrik edin" deyənlər indi koronavirus pandemiyasının ölkədə yaratdığı obyektiv çətinliklərdən öz murdar məqsədləri üçün yararlanmağa, çirkin vasitələrlə siyasi dividentlər əldə etməyə çalışırlar.

Fəqət bu biçarələr dərk etmirlər ki, koronavirus insanları maddi durumuna, sosial statusuna, tutduğu vəzifəyə, habelə milli, dini, siyasi mənsubiyyətə görə ayırmır.

Koronavirus hamımız üçün eyni dərəcədə təhlükəlidir.

Virusla mübarizədə məsuliyyətsiz davrananlar, cəmiyyət və dövlət üçün problem yaradanlarsa bilməlidir: onlar ilk əvvəl özlərinin, ailə üzvlərinin, yaxıınlarının həyatlarını çox böyük təhlükəyə atırlar.

Heç olmasa, bunu dərk etsinlər...

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

"Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır"

Məşhur aktyor: "Könüllü olaraq Azərbaycan ordusuna yazılmağa hazıram" - VİDEO

"Başakşehir"də yeni müqavilə

Niyamın özünün təmir etdiyi evi - FOTO

Livan Prezidenti: "Partlayışda xarici müdaxilə ehtimalı da var"

SOCAR rəhbərliyi Prezidentin çıxışından irəli gələn vəzifələri müzakirə edib - FOTO

Qazaxıstan millisinin sabiq üzvü "Sumqayıt"da

Firəngiz Mütəllimova arxiv FOTOlarını bölüşdü

Avropa Liqasında həftənin rəmzi heyəti - FOTO

Beyrutda partlayışda ölən ermənilərin sayı 13-ə çatıb

Ulduz futbolçu koronavirusdan sağaldı

ÜST Livana 15 milyon dollar yardım üçün dünya ictimaiyyətinə müraciət etdi

Cənubi Koreyada 7 region “xüsusi təbii fəlakət zonası” elan edildi

Hindistanda koronavirusa yoluxanların sayı hazırda 2 milyondan çoxdur

BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb

Azərbaycanda qızıl rekord həddə bahalaşıb

"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist

Nigar Camal cazibədar bədən quruluşu ilə heyran etdi - FOTO

Bank Respublika Neftçala sakinlərini içməli su ilə təmin etdi

"Tottenhem"də yeni transfer

Manana 5 ay sonra övladlarının yanına getdi

Super Liqa klubunda yeni baş məşqçi

"Rəqqasə oldum, hamı bizdən üz döndərdi"

"Dövlət yeni yanaşma ilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək"

Komandada virus aşkarlandı, oyun təxirə salındı

İran XİN: Rəsmi Tehran Ukraynaya təzminat verməkdən boyun qaçırmır

Öz gücümüzə arxalanırıq

Mina açıq-saçıq paylaşımına görə qınandı - FOTO

"Prezident ölkənin iqtisadi inkişafı üçün yeni bir mənbə yaratmaq haqqında çox ciddi düşünür"

Bakıda məşhur restoranda polis əməliyyatı - Qaçan müştəri belə tutuldu - VİDEO

Türkiyədə karantin yenidən bərpa olundu

Belarusda prezident seçkilərində erkən səsvermədə iştirak edənlərin sayı açıqlandı

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib

Partlayışın təsirindən dənizə düşən kişi 30 saat sonra sudan sağ çıxarıldı - VİDEO - FOTO

Növbəti qəbul imtahanın vaxtı və qaydaları açıqlandı - QRAFİK

"Bizdə öpüşmə səhnəsinə çəkilmək üçün gərək küçə qızı olasan" - Azərbaycanlı aktrisa ilə MÜSAHİBƏ - FOTO

Bolqarıstanda koronavirusa yoluxmalar artır

COVID-19: Avropada vəziyyət pisləşir

Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir

Beyrutda hökumət əleyhinə etirazlar başladı - FOTO

General-mayor Polad Həşimov küçəsindən REPORTAJ - VİDEO - FOTO

Hindistanda COVID-19-a yoluxanların sayı 2 milyonu ötüb

“Fənərbağça” Rusiyalı hücumçuya təklif göndərdi

Sakit okeanda zəlzələ olub

Azərbaycanlı model alt paltarı geyinmədi, o halda şəhərə çıxdı - FOTO

Qazaxıstanda koronavirusa yoluxanların sayı 96 min nəfəri ötüb

Orta məktəbin binası yanıb

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Brayan Huk istefaya gedir

Kimlər COVID-19-a yenidən YOLUXACAQ? - İkinci dağlanın təsirləri qiymətləndirildi

İpəkqurdunun sürfəsindən COVID-19 peyvəndi hazırlanır - Professor detalları açıqladı

Yaponiyada əhalinin sayı görünməmiş sürətlə azalır

Pandemiyanın ikinci dalğasını bu şəxslər yayır - ÜST xəbərdarlıq edir

Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq

Braziliyanın Amazon meşələrindəki yanğınlar artıb

Manaf Ağayev: "İlhamə Quliyevadan sonra şou-biznes başsız qalıb"

Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb

Trampdan gözlənilməz addım

Başımı aşağı salıb quşlarıma baxıram - Əli Mirəliyev

Bu ölkədə istehlak qiymətləri sürətlə artır

Sentyabr ayından yenidən sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA

Dünya ulduzlarını geyindirən livanlı dizaynerlərin atelyeləri dağıntılar altında qaldı - VİDEO

Dünyada koronavirusa yoluxanların sayı 19 MİLYON NƏFƏRİ ÖTÜB

Avropa Liqasının bütün 1/4 finalçıları məlum oldu

Fransada bankda bir neçə nəfəri girov götürən Mehdi saxlanılıb

ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb

İnfeksiyanın yayılmaması üçün ən yaxşı qorunma tədbiri karantin rejimidir

"Avstriya Hava Yolları" pandemiya ilə əlaqədar bir rüb ərzində 100 milyon avro zərərə düşüb

BMT koronavirus dağıntılarının "dalğası"ndan narahatdır

Gürcüstan iqtisadiyyatında cari ildə 5 faiz azalma olacaq

Əməkdar artistin oğlu sevgilisi ilə səmimi FOTOLARINI paylaşdı

Milyonluq qarət - Koronavirusa yoluxan ən varlı iş adamlarından biri "soyuldu"

Mumbay şəhərinə bir gündə düşən yağıntı son 46 ilin rekordunu yeniləyib

Bu ölkədə 10 milyon insan koronavirusa yoluxub - Səhiyyə nazirindən ŞOK AÇIQLAMA

İlin "quyruq doğdu" dövrü

Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub

Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması üçün yerlər seçilir

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”