AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Prezident İlham Əliyev: Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir

  194

Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani.

Hörmətli Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov.

Sizləri səmimiyyətlə salamlayır və bugünkü üçtərəfli görüşdə iştirak etməkdən məmnunluq hissimi ifadə edirəm. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə üçtərəfli görüşün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə təşəkkür edirəm. Bu görüş əməkdaşlığımızın hazırkı vəziyyətinin və gələcək inkişafının müzakirəsi baxımından faydalıdır.

Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir. Dövlət başçıları səviyyəsində həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimiz bu əlaqələrin inkişafına mühüm töhfə vermişdir.

Azərbaycan 2002-ci ildən NATO-nun Əfqanıstanda sülhməramlı missiyalarında iştirak edir. Biz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına hərbi qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə töhfə vermişik. Azərbaycanın "Qətiyyətli Dəstək" missiyasındakı sülhməramlılarının sayı 2018-ci ildə 30 faiz artırılaraq 120 nəfərə çatdırılmışdır.

Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmışdır. 2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər.

Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilmiş, 140 gəminin və platformaların təmiri həyata keçirilmişdir. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulmuşdur. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcəkdir.

Azərbaycan, eyni zamanda, avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmişdir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola "Dəmir İpək yolu" deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Ölkə daxilində dəmir yolu infrastrukturu yenilənir. Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir. Bütövlükdə Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir".

Demokratikmusavat.com 

Xəbər Lenti

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Məşhur futbolçunun xəyanət görüntüləri yayıldı - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTO

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOlar

Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist - Bağırov ona bayquş demişdi

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı - Maraqlı faktlar

Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır

“Mançester Yunayted” daha bir qapıçı tapdı - Bu dəfə İtaliyada

Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

1/8 finalda son gün - Çempionlar Liqası

22 yaşlı qız qonşusuna təcavuz edib öldürdü - FOTO

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan

"Niyə özünü xanım kimi aparmırsan?" - Səmranın "üçüncü gözü" - FOTO

Ronaldodan yeni rekord

“Liverpul”un futbolçusuna daha bir müştəri

Rayo Vallecano-nun yeni baş məşqçisi bilindi

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu

Lider xalsız qaldı, digərləri qazandı - UEFA reytinqində

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib

Ermənistanda koronavirusa yoluxanların sayı 40 min nəfəri keçdi

Premyer Liqamızın başlama tarixi - PFL açıqladı

"Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxub ayrılmır"

Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələlərinin sosial müdafiəsi daim diqqət mərkəzindədir

Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf

Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib

Prezidentin köməkçisindən rayonlara gediş-gəlişlə bağlı müjdəli xəbər

"Milli şuradıkıların əsas məqsədi ölkəmizi qan gölünə çevirib hakimiyyətə gəlməkdir"

Benzema Levandovskini arxada qoydu

Gürcüstanda dövlət bayraqları endirilib

Prosineçkinin yeni klubu

Çində daha bir təhlükəli epidemiya yayılır

Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edildi

“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib

Məşhur müğənni vəfat edib

Bu ölkədə güclü yağışlar daha 4 can aldı

Koronavirusa qarşı peyvənd hazırdır

"Zenit"dən növbəti kubok

Bakıda anqarda yanğın olub

Koronavirus əleyhinə peyvəndin təhlükəli olması barədə iddia təkzib edildi

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edilib

Tovuzda top mərmisi aşkar edilib - FOTO

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib

Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub

Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb

"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Bu gündən avqustun 10-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək