AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Dünyada cinsə görə ayrı-seçkilik səbəbindən "itirilmiş" qızların sayı 140 milyondur

  84

BMT-nin Əhali Fondunun hazırladığı "Dünya Əhalisinin Vəziyyəti" adlı qlobal hesabatın builki sayı işıq üzü görüb.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb.

Hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla qız ailələrinin, yaxınlarının və yaşadıqları icmaların razılığı ilə onları fiziki və mənəvi əziyyətlərlə üz-üzə qoyan zərərli təcrübələrin təsirinə məruz qalır. Daha çox dünyanın müxtəlif yerlərində mövcud olan adət-ənənələrdən qaynaqlanan bu zərərli təcrübələr sırasında qızların erkən yaşda ərə verilməsini, qadın sünnətini, gender-əsaslı cinsi ayrıseçkiliyi (oğlan uşaqlarına qızlara nisbətən daha çox dəyər verilməsi) və digər spesifik halları qeyd etmək olar.

"Qızlara qarşı tətbiq olunan bu cür zərərli təcrübələr onların həyatında uzunmüddətli və dərin travma izləri qoymaqla yanaşı, qızların öz potensiallarını realizə etmək hüququnu əllərindən almış olur", - deyə BMT-nin Əhali Fondunun icraçı direktoru Nataliya Kanem qeyd edir.

Hesabata əsasən, ilin sonunadək dünyada təqribən 4,1 milyon qızın qadın sünnəti adlanan əziyyətli və zərərli prosedura məruz qalacağı gözlənilir. Eyni zamanda, hər gün dünyada orta hesabla 33 000 yetkinlik yaşına çatmayan qız uşağı özündən böyük şəxslərə zorla ərə verilir. Sənəddə o da vurğulanır ki, bəzi ölkələrdə qız uşaqları ilə müqayisədə oğlan uşaqlarına daha çox üstünlüyün verilməsi təcrübəsi cinsi zəmində ayrıseçkilik fenomeninin güclənməsi və beləliklə 140 milyon "itirilmiş" qız övladlarının həyata gəlməkdən məhrum edilməsi ilə nəticələnib.

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar əsasən qanunla qadağandır və bu hallar zəif sürətlə də olsa azalmaya doğru gedir. Buna baxmayaraq, regionun bəzi yerlərində erkən nikahlara hələ də geniş şəkildə rast gəlmək mümkündür - bəzi ölkələrdə qadınların 15 faizi 18 yaşına çatmazdan əvvəl ailə qurub, bəzi icmalarda isə iki qadından biri hətta uşaq yaşında ikən ərə verilib.

Qız övladlarına nisbətdə oğlan övladlarına üstünlüyün verilməsi də Şərqi Avropa və Mərkəzi Asiya regionunda müşahidə olunan zərərli təcrübələrdən biridir. Cənubi Qafqazın və Cənub-Şərqi Avropanın bir sıra bölgələrində daha çox qeydə alınan bu fenomen doğuşun cinslər arasındakı təbii nisbətin pozularaq qızlara nisbətən daha çox oğlan uşağının dünyaya gəlməsinə səbəb olur.

"Bütün bu zərərli təcrübələrin kökündə bir amil dayanır: bu da qadınlara və qızlara cəmiyyətdə daha az dəyər verilməsidir", - deyə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Alanna Armitaj qeyd edir. Buna baxmayaraq, hamımız - hökumətlər, vətəndaş cəmiyyəti, rəy öndərləri və influyenserlər - birlikdə işləyərək qızların insan hüquqlarını əlindən alan bu zərərli təcrübələri keçmişə qovuşdura bilərik.

Hesabatda dünyanı əhatə edən COVID-19 pandemiyasının sözügedən zərərli təcrübələrin daha da geniş yayılmasına şərait yaratdığı vurğulanır. Belə ki, pandemiya dünyanın bir çox yerində ailələrin öz iqtisadi yükünü azaltmaq üçün erkən nikahlara daha çox üz tutması ehtimalını artırır. Bununla yanaşı, sosial təcrid və karantin şəraitində təhsil müəssisələrinin bağlanması və hərəkətə qoyulan məhdudiyyət gənc qızların gündəlik həyat ritmini əngəlləyir, dəstək sistemlərinin fəaliyyəti qarşısında sədd çəkir.

"Pandemiya hər gün daha çox qızı müxtəlif risklərlə üz-üzə buraxır. Biz, dünyanın istənilən yerində qadınların və qızların öz hüquqlarından yararlana bilmələri və öz seçimlərini müstəqil şəkildə edə bilmələri üçün səylərimizi ikiqat artırmalıyıq", - deyə Alanna Armitaj bildirir.

Demokratikmusavat.com

Xəbər Lenti

Droqba prezidentliyə namizəd oldu

Çimərliklərin fəaliyyətinə icazə verilir

"Sevil-Sevinc kimi oxşarlığımız yoxdur"

General Polad Həşimov haqqında kitab nəşr olunub

Evdən oğurluq edən qadın saxlanıldı

"Futbolçu karyeramı başa vurduqdan sonra evlənəcəyəm"

Serbiyada deputatların avtomobillərinin qarşısını kəsdilər, yumurta atəşinə tutdular

Moskvada desantçılarla Milli Qvardiyaçılar arasında dava - VİDEO

"Messini ya yuxumda, ya da "Playstation"da dayandıra bilərəm"

"Ermənistanda diaspor siyasətinə məsul şəxslərin vəzifədən azad olunmaları təsadüfi deyil" - Deputat

İngiltərədə 50 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası tətbiq ediləcək

Oyun parkında kütləvi dava: 4 nəfər yaralandı

Həmkarlarını zorlayan sabiq nazir tutuldu

Pakistanda koronavirusdan 52 nəfər öldü

12 cinayətin üstü "isti izlər"lə açıldı

Britaniya parlamentinin deputatı cinsi təcavüz ittihamı ilə həbs olunub

Melburnda karantin rejimi sərtləşdirilir

FİFA-nın prezidenti istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq

Əfqanıstanda həbsxanaya hücum: 20 nəfər öldü

Venger ÇL-dəki favoritlərini açıqladı

"Paşinyan kosmetik dəyişikliklə nəyəsə nail olmaq niyyətindədir"

Ermənistan Ukraynanı da təhdid edir

Ermənistanda COVID-19-dan ölənlərin sayı 762 nəfərə çatıb

Bu abituriyentlər yenidən imtahan verəcəklər

Türkiyədə məktəbliləri daşıyan avtomobil qəzaya düşdü: 6 nəfər ölüb

"Barselona" Semedu ilə yeni müqavilə imzalayır

Ana uşağı ilə birlikdə özünü maşının altına atdı - FOTO

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu UFC prezidentinə etiraz məktubu göndərib - FOTO

Gürcüstanda koronavirusa cəmi 2 yoluxma qeydə alınıb

Arteta "Arsenal"ın tarixinə keçdi

Bəzi insanların koronavirusu rahat keçirməsinin səbəbi bilindi

Karantində elektron qolbaq daşımaq məcburi oldu

Cənubi Koreyada güclü yağışlar 6 nəfərin ölümünə səbəb oldu

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - SOROSUN ETİRAFLARI

Avtobusa maskasız minən gənclərin davası qanla bitdi: sürücü başından bıçaqlandı

"Ermənistanda orduya muzdlular cəlb edilir, Azərbaycanda isə minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılır"

AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır

De Byazi millimizə daha bir italiyalı məşqçi gətirir

"Sabah" monteneqrolu futbolçu aldı - Rəsmi

Finlandiyanın Baş naziri futbolçuya ərə getdi - FOTO

İsraillilər küçələrə axışacaq: Azərbaycana DƏSTƏK ÜÇÜN - FOTO

A seriyasında mövsüm bitdi - “Leççe” aşağı liqaya düşdü

Kolumbiyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb

ABŞ və Rusiya yaxın zamanda terrorizmlə mübarizəni müzakirə edə bilərlər

Qazaxıstanda koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb

Bakıda avtobuslar toqquşub, xəsarət alan var - FOTO

Misirdə mikroavtobus kanala aşıb, 8 nəfər ölüb

Moskvada koronavirusdan ölənlərin sayı 4 498 nəfərə çatıb

Tramp Şimali Karolinada fövqəladə vəziyyət rejimi elan edib

Dünyada 18 milyondan artıq insan koronavirusa yoluxub

Qırğızıstanda daha 420 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Ermənistanla Faşist Almaniyasının oxşarlıqları nədir? - VİDEO

ÜST ümidini kəsdi: "Həll yolu tapa bilmədik, uzun müddət..."

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 262 mindən çox artıb

Türkiyə 8 milyard dollar itirdi

Koronavirusdan daha DƏHŞƏTLİ VİRUS GƏLİR - 72 saat...

Əməkdar artist: "O filmdən sonra çimərliyə getmədim"

Berlində aksiyalar: 45 polis xəsarət alıb, 133 nəfər saxlanılıb

Azərbaycanlı Kanadalılar Şəbəkəsi Torontoda ermənilərin soydaşlarımıza hücumu ilə bağlı məlumat yaydı

Hindistanda nazir koronavirusa yoluxdu

Bakıda bu polislər elektromobillə xidmət aparacaq - FOTO

Gürcüstanda daha 6 nəfər koronavirusa yoluxub

"Məhərrəmlikdən sonra toylar keçirilə bilər" - AÇIQLAMA

"Trabzonspor"da yeni baş məşqçi

İngiltərə klubunda məşqçi ayrılığı

Türkiyədə koronavirusdan sağalanların sayı 216 min nəfəri ötüb

İbrahimoviç rekorda imza atdı

"Real"ın hücumçusu "Lazio"ya keçir

"Çelsi"də ciddi itkilər

"Mançester Yunayted"də ayın ən yaxşısı seçildi

Afrikada COVID-19-a yoluxanların sayı 950 minə çatıb

Türkiyədə 14 meşə yanğını baş verib

Dənizdə batan şəxsin meyiti tapılıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 25 mini ötüb

İsraildə üç nazir karantinə göndərilib

Əfqanıstanda güclü partlayış baş verib, ölən və yaralananlar var

Son iki həftə ərzində yeni yoluxma hallarının 27 faiz azalması vəziyyəti nəzarət altında saxlamağa imkan verir

Gürcüstanda 250 nəfərdən çox yerli sakin və turist təbii fəlakət zonasından təxliyə olunub

İranda silahlı qruplaşma məhv edilib

Əfqanıstanda daşqınlar 16 nəfərin həyatına son qoyub

ABŞ-da 60 milyondan çox koronavirus testi aparılıb

Bəhanə "generatorları", Yaxud erməniyə "dayı" deyənlər...

Kanadada ermənilər soydaşlarımıza hücum etdilər: xəsarət alanlar var - VİDEO - FOTO

Gürcüstanda yanacağın qiyməti bahalaşıb

Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı - Baş nazirdən QƏRAR

Şmeyxel atasının yolunda

Keçmiş sevgilisi tərəfindən amansızlıqla öldürülən tələbə qızın atası: "Cinayətdə başqalarının əli var"

"Yanq Boyz" vaxtından əvvəl İsveçrə çempionu olub

Bu il Gürcüstanda 314 nəfər HİV virusuna yoluxub

Ombudsman Bakı İstintaq Təcridxanasına baş çəkib

Baş Prokurorluq Fuad Qəhrəmanlı, Asif Yusifli, Seymur Əhmədov və digərlərinin həbsi ilə bağlı açıqlama yayıb

MN: General Polad Həşimov iddia edildiyi kimi, "cəbhə xəttindən 31 km geridə" deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub