AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanda güzəştli kredit almaq imkanları genişləndirilir

  219

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

İqtisadiyyat Nazirliyindən Demokratikmusavat.com-a verilən məlumata görə, yeni qaydalara əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcəkdir.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

Bununla yanaşı, sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətləri tətbiq olunacaq.

Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir.

Qeyd olunan mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması (www.e-edf.gov.az) vasitəsilə həyata keçirilir.

Belə ki, dövlət zəmanəti verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına (www.e-edf.gov.az) zəruri məlumatları daxil edir, müvəkkil kredit təşkilatını seçir və biznes-planına uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200.000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciətinə imtina verilərsə, səbəb kimi qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra, sahibkarın həmin və ya digər müvəkkil bank vasitəsi ilə yenidən müraciət etmək hüququ vardır.

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaq.

Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların maliyyə yükünün azaldılmasında əhəmiyyətli rol oynayacaq.

Ümumilikdə qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına imkan yaradacadır.

Demokratikmusavat.com

Xəbər Lenti

"Barselona"dan antirekord - Messidən rekord

"Utanıram" - Jerar Pike

BMT TŞ-da İrana qarşı silah embarqosunun müddəti uzadılmayıb

"Barselona"nın müdafiəçisi koronavirusa yoluxub

Səfir Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda videokonfransda iştirak edib - FOTO

"Bavariya" "Barselona"nın qapısından 8 top keçirdi - FOTO

Dəniz səviyyəsindən 2200 metr yüksəklikdəki məşhur Qırız kəndi - FOTOREPORTAJ

Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri ötüb

"6G" şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

PSJ-də ciddi itki

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 286 mindən çox artıb

ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA

Naqelsmann Deşamın rekordunu qırdı

"Sumqayıt"dan ayrılan futbolçu Yunanıstan klubunda

Litvada xarici tələbələrin ölkəyə girişinə icazə veriləcək

Makron İran üzrə sammitdə iştirak etməyə razılaşıb

Nişan mərasimi keçirənlər barəsində toplanmış materiallar məhkəməyə göndərildi - FOTO

Trampın qardaşı xəstəxanaya yerləşdirilib

Türkiyədə koronavirusdan daha 923 nəfər sağalıb

Həbib son döyüşünə çıxır? - Özü açıqladı

Başına yarım milyon pul qoyulan terrorçu məhv edildi - TÜRKİYƏDƏ

YAP tərəfindən "Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz" kitabının ingilis və rus dillərində elektron versiyası hazırlanıb

Koronavirusun yeni dağlası harada alovlanacaq? - ÜST rəsmiləri elan etdi

Ərdoğan: “BƏƏ-dəki səfirimiz geri çağırıla bilər”

Həkim koronavirus xəstəsini qucağında apardı - FOTO

Ukraynada COVID-19 xəstələrinin gündəlik artımı üzrə antirekord qeydə alınıb

İdxal edilən toyuq məhsullarında koronavirus aşkarlandı

Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir - Adil Əliyev

Böyük Britaniyada maska taxmaqdan imtina edən şəxslər 3200 funt sterlinqə qədər cərimə olunacaqlar

Avropa ölkələri yüz milyonlarla doza koronavirus vaksini alacaq

Bəkir Sarıyev yeni vəzifəyə təyin edilib

Kim Çen In daşqınlarla mübarizədə xarici yardıma ümid etməməyə çağırıb

“Qanun” nəşriyyatında işçilərin xüsusi karantin qaydalarını pozması ilə bağlı videogörüntü yayılıb - VİDEO

İkinci dalğa təşvişi: siqaret çəkmək qadağan edildi

Gürcüstanın Azərbaycana 6 milyon 107 min dollar borcu var

Türkiyə klubunda kütləvi yoluxma

Xətai rayonunda 4 küçə təmir olunub - FOTO

Son sutkada Özbəkistanda koronavirusa 671 nəfər yoluxub

СOVID-19 əleyhinə 9 vaksin sınaqların ikinci və ya üçüncü mərhələsindədir - ÜST

Premyer Liqanın ən yaxşı gənc futbolçusu

Şehiçin yeni klubu müəyyənləşdi

20 yaşlı boksçu güllələnərək öldürüldü

“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu

"Qaloşa öyrəşən, quru çörəklə yaşayan adamam" - Elnarə pandemiyadan danışdı

Qadın altı ayda iki dəfə COVID-19-a yoluxub

Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Biletsiz daxil olan sərnişini təyyarədən yerə atdılar - VİDEO

"Başa düşdüm ki, insan fahişə olsa belə, onu alçaltmaq olmaz”

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib

Nigar qızları ilə hovuz görüntülərini paylaşdı - VİDEO - FOTO

“Azərkosmos” “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb

Seroloji testlərlə xəstələrdə bu əlamətlər müəyyən ediləcək - Professor

Bakıda bu həftə avtobuslarla 8 milyon sərnişin daşınıb

Fransa sərt karantinə qayıdır: Paris “qırmızı zona” elan edildi

Villian "Arsenal"da

Qırğızıstanda koronavirusa daha 304 nəfər yoluxub

Yaponiyada son sutka ərzində koronavirusdan 11 nəfər həyatını itirib

Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Yeni Zelandiya koronavirusun yayılması ilə əlaqədar təhlükə səviyyəsini qaldırıb

Gürcüstana qanunsuz keçməyə çalışan Ermənistan vətəndaşları saxlanıldılar

ÜST "peyvənd millətçiliyi"ndən çəkinməyə çağırır

"Bu gün dünyanın ən xoşbəxt insanı mənəm"

Tarixçi Paşinyanın iddialarına cavab verdi: "Ərsak" sözünü saxtalaşdıra bilmədiklərindən dəyişib "Artsax" ediblər

İranda koronavirusdan daha 169 nəfər öldü

Nəsrin Cavadzadə yenə göz oxşadı - VİDEO

Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək

Mikayıl Cabbarov: Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir

BMTİP vasitəsilə Azərbaycana 5130 qutu dərman preparatı gətirilib - FOTO

"AccessBank" biznes müştərilər üçün "AccessPartner" layihəsinə başlayır

Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır

Qərbi Avropada yoluxma artır

"Qarabağ" barədə düşünmürük" - "Sileks"in futbolçusu

Yol kənarında 6 kq heroin gizlətmişdi

"Papanin" stansiyasında SON VƏZİYYƏT açıqlandı - Yaxın zamanlarda açıla bilər

Latviyada büdcə kəsiri təxminən 1 milyard avro təşkil edə bilər

Nigar Camal bir şəkli 1500 manata paylaşır - Yerli məşhurlar sosial şəbəkələrdən nə qədər qazanırlar?

ÇL-də növbəti mövsüm "səkkizlər finalı" olacaq? - Açıqlama

Rusiyada daha 114 nəfər koronavirusdan ölüb

Hindistan koronavirus vaksinini sınaqdan keçirir

Velosipedçilərə qarşı reyd keçirilib - 9 nəfər cərimələnib - FOTO

“Hər kəsin tək düşüncəsi “Qarabağ”la oyunadır” - Zoran Steryovski

16 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb

"Messiyə o nəzarət edəcək" - "Bavariya" rəhbəri

Ombudsman onlayn beynəlxalq forumda iştirak edib

"Barselona" - "Bavariya" matçı bu kanllarda yayımlanacaq

Evdən çıxan 4 koronavirus xəstəsinin 2-si həbs edildi - FOTO

Avropa səması ermənilərə bağlandı - DETALLAR

"Rusiyanın Ermənistana gizli yollarla silah ötürməsi Cənubi Qafqazda sülhün və sabitliyin pozulmasına yol açır"

"Bəhanələr yoxdur" - Simeone

Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir

6 ayda ev şəraitində 83 uşaq doğulub

Azərbaycan XİN Pakistanı təbrik edib

Azərbaycanda 500 min hektara qədər torpaq sahəsinin şoranlaşma təhlükəsi yaranıb

Aztəminatlı ailələrə göndərilən yardımları mənimsəyən məmurun işi məhkəməyə göndərildi

Yaponiyada avqustda istivurmadan azı 26 nəfər ölüb

Telli Borçalı çətin durumda - Azərbaycana qayıda bilmir

Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır

Kontakt Home-un Xalqlar və Bakıxanov mağazaları tam yeni formatda - AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİM

Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatıb

Atambayev həbsdə qaldı

Ukraynada günlük yoluxma sayında yeni rekord

Əli Abbasova yeni vəzifə verildi

Pandemiyadan zərər çəkən fərdi sahibkara 12,3 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

"Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır"

"Bu əməl Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub"

Bakıda 68 yaşlı kişi öldürüldü

Müəllim işləmək istəyənlər üçün imtahanların TARİXLƏRİ açıqlandı

Bakıda "Wi-Fi"-lı, POS terminallı taksilər - İdarəetmə itəndə sürücüyə məlumat ötürülür - FOTO

Koronavirusa yoluxan mer vəfat etdi

Bahar Muradova: Təəssüf ki, pandemiya Azərbaycanda da ailədaxili zorakılığın daha çox baş verməsinin əsas səbəblərindəndir - MÜSAHİBƏ

""Virtual məktəb" layihəsi ənənəvi tədris prosesinin bərpa olunmasından sonra da davam etdiriləcək"

Əli Abbasov işdən çıxarıldı

"Fənərbağça"nın futbolçusu koronavirusa yoluxub

Dünyada COVID-19-a yoluxanların sayı 21 milyonu keçib

Pentaqon rəsmi olaraq NUO-larla bağlı işçi qrupu yaradır

ABŞ-da noyabr ayına qədər COVID-19 peyvəndinin hazırlanması mümkün deyil

Paytaxt sakinlərinə xəbərdarlıq: ehtiyac yaranmadıqda küçəyə çıxmayın - FOTO

"Anti-Azərbaycan qüvvələrin apardığı qarayaxma kampaniyaları Azərbaycanın nüfuzuna xələl gətirə bilməz"

Britaniya Fransa, Hollandiya və Monakodan ölkəyə gələnlərə yenidən karantin tətbiq edəcək

KXDR-də leysan yağışlar 16 min evə ziyan vurub

GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

İtaliya mətbuatı Prezident İlham Əliyevin "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

Kolumbiyada polis məntəqəsi yaxınlığında qumbara partladılıb

2 otaqlı evdə yanğın olub

Lənkəranda təhlükəli tapıntı - FOTO

Boliviyada seçkilər 18 oktyabrda keçiriləcək

Fələstin BƏƏ-dəki səfirini geri çağırır