AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Vətəndaşlar Prezidentə yazırlar: "Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir"

  27

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə respublikamızın bütün guşələrindən vətəndaşlarımız Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.

Trend Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir:

Gəncə şəhərindən Sevda Abdullayeva yazır: "Hörmətli cənab Prezident, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz. Çox təəssüflər olsun ki, bütün dünyanın bəlasına çevrilmiş COVID-19 Azərbaycanımızdan da yan keçmədi. Lakin Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Ümummilli lider Heydər Əliyev xalqını böyük bəlalardan necə qorumuşdusa, Siz də bizi elə qoruyursunuz. Çünki Siz Ulu Öndərin layiqli davamçısısınız. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və firavan həyatımıza davam edəcəyik. Mən öz adımdan, ailəmin və qohumlarımın adından, eləcə də, Gəncə ziyalıları adından Sizə təşəkkür edirəm. Əziz Prezidentim, biz Sizinlə fəxr edirik. Tanrı Sizi və ailənizi qorusun!"

Bakı şəhərinin sakini Azər Səmədovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətindən minimum itkilərlə çıxır. Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir. Sizin düzgün idarəetməniz gələcəkdə ölkəmizin daha güclü olmasına zəmin yaradır. Hər şeyə görə Sizə təşəkkür edirəm".

Masallı rayonunun Ərkivan qəsəbəsindən şagird İntiqam İsmayılov: "Hörmətli cənab Prezident, mən Masallı rayonunun Ərkivan qəsəbəsindəki orta məktəbin 6-cı sinif şagirdiyəm. Kəndimizin bütün məktəbliləri adından Sizə böyük təşəkkür etmək istəyirəm. Koronavirus pandemiyası bütün dünyanı ağır sınaqlara çəkdi. Belə bir vaxtda Sizin xalqımıza, xüsusın uşaqlara qayğınız bizi qorudu. Biz məktəblilər də daha yaxşı oxumağa, dərslərimizdən geri qalmamağa çalışacağıq. Bu virus Allahın yardımı, Sizin əvvəldən gördüyünüz tədbirlərin köməyi ilə yox olub gedəcək. Buna görə Sizə təşəkkür edirəm. İnşallah, biz əvvəlki günlərə dönəcək, yenə qayğısız, xoşbəxt yaşayacağıq.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Həqiqət Ələkbərova Aynurə Ələkbərli, Adilə Əliyeva və Elşən Xəlilov yazırlar: "Hörmətli cənab Prezident, Vətənimiz və xalqımız üçün gördüyünüz işlər Sizin vətənpərvərliyinizin, siyasi səriştənizin göstəricisidir. Siz ölkəmizi bütün dünyada tanıdır, onun inkişafı üçün çalışırsınız. Bu günlərdə isə xalqımızı koronavirus pandemiyasından qorumaq üçün tədbirlər görürsünüz. Xalqımız Sizi sevir, dəstəkləyir və yanınızda olduğunu bildirir. Allah Sizi qorusun!"

Yasamal rayonundan Solmaz Çələbiyeva: "Çox hörmətli cənab Prezident, Sizin bu pandemiya dövründə Azərbaycan xalqının hər bir vətəndaşının yanında olub, onun arxasında təkcə Prezident kimi deyil, həm də ata, övlad, qardaş kimi dayanmağınızı vətəndaş olaraq mən də alqışlayıram və buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin yolu asan keçməkdən ötrü Sizə Allahdan möhkəm cansağlığı və bütün işlərinizdə daha böyük uğurlar diləyirəm".

Səbail rayonundan Bəşir Xəlilov: "Hörmətli cənab Prezident, Sizin koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirləriniz çoxsaylı insan tələfatının qarşısını aldı. Bu gün bizə həm maddi, həm də mənəvi dəstək verdiyinizə görə Sizə minnətdarıq. Çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz dövrdə və dövlətdə yaşayırıq. Biz özümüzün və ailə üzvlərimizin adından Sizə minnətdarlığımızı bildirərək, gələcəkdə daha uca zirvələr fəth etməyinizi arzulayırıq".

Gəncə şəhərindən müəllim Esmira Nəbiyeva: "Möhtərəm cənab Prezident, koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Əlbəttə ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir ağırlıq hiss etmir. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə vəsaitlərin verilməsi, eyni zamanda, xəstəliklə mübarizədə verdiyiniz qərarlar bir daha təsdiq etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. İndi Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır. Şəxsən öz adımdan, eyni zamanda, ailəmin adından bir daha Sizə minnətdarlığımı bildirirəm".

Məcburi köçkün Zülfiyyə Əliyeva: "Hörmətli cənab Prezident, mən Füzuli rayonundan məcburi köçkünəm. Dövlətimizin bugünkü şəraitinə baxanda Sizə minnətdarlıq hissi duyuram. Bu səviyyəyə qədər qət etdiyimiz yollar gözümün önündən keçir. Azərbaycanın bu günü bizi qane edir və gələcəyindən də arxayınıq. Sizə inanırıq. Nə yaxşı ki, varsınız!"

Hacıqabul rayonundan idmançı Elnur Şəfiyev: "Möhtərəm cənab Prezident, bir gənc olaraq gördüklərim və müşahidələrim əsasında əminliklə deyə bilərəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində biz koronavirusla mübarizədən qalib çıxacağıq. Vaxtında atdığınız addımlar, gördüyünüz qabaqcıl tədbirlər, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu vəziyyətdən az itkilərlə çıxarmağa zəmin yaradır. Hörmətli cənab Prezident, yüksək nüfuzunuza söykənərək, qətiyyətinizlə, vaxtında atdığınız addımlarla Azərbaycanın dünyada olan hörmətini yüz qat artırdınız. "Biz birlikdə güclüyük!" devizi altında gördüyünüz işlərlə təsdiq etdiniz ki, əgər rəhbər müstəqil, vətənpərvər siyasət yürüdərsə, taleyini xalqının taleyindən seçməzsə, aldığı nəfəsi eli ilə, obası ilə birgə olarsa, bütün bu sınaqlardan üzüağ çıxar. Təhlükəni hiss etdiyiniz andan etibarən xalqın yanındasınız. Yorulmaq bilmədən gərgin iş rejiminə keçmisiniz. Bir gənc olaraq Sizdən örnək alıram. Sizin xalqımıza necə səylə xidmət etməyiniz məni və mənim kimi xalqa xidmət edən çoxlu sayda gənci ruhlandırır. Gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, sosial müavinətlərin təyin olunması, qısa müddətdə təhvil verilən xəstəxanalar, maska, spirt zavodları və digər işlər bir daha onu sübut etdi ki, Siz həqiqətən də daim bu xalqı düşünürsünüz. Cənab Prezident, bütün bu işlərə və xalqımıza göstərdiyiniz dəyərli xidmətlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəxsən öz adımdan, eyni zamanda, rəhbərlik etdiyim Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul Rayon İdman Sağlamlıq Mərkəzinin kollektivi adından və Hacıqabul rayon gəncləri adından dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik".

Beyləqan rayonundan Gülnar Bayramova: "Cənab Prezident, Sizin və Mehriban xanim Əliyevanın yorulmaz fəaliyyətiniz, düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik. Cəbhə bölgəsində yaşayan füzulililər əmindirlər ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə koronavirus təhlükəsi tezliklə aradan qaldırılacaq, insanlarımızın sağlam və xoşbəxt həyatı təmin ediləcək. Biz hər zaman Sizinləyik. Allah Sizi var eləsin!"

Salyan rayonunun Sarvan kəndinin sakini Əlimirzə Bəşirovun məktubunda deyilir: "Möhtərəm cənab Prezident, biz böyük bir ailəyik. Uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışırıq. Sizin kənd təsərrüfatına olan diqqətiniz və kənd adamlarına qayğınız bizi daha da yaxşı işləməyə ruhlandırır. Qazandığımız uğurlara görə Sizə minnətdarıq. Heç bir texnika və dərman preparatı sarıdan çətinliyimiz yoxdur. Cənab Prezident, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizi və ailənizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram".

Bakının Suraxanı rayonundan Cabbar Musayev, Vüsalə HüseynovaSəmərqənd Qasımova yazırlar: "Möhtərəm cənab Prezident, koronavirus pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində görülən mühüm işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Qısa müddət ərzində yeni xəstəxanaların tikilməsi, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin xalqa olan qayğınızdan irəli gəlir. Xalq da Sizi sevir. Allah xalqımızı bu xəstəlikdən qorusun, Sizə cansağlığı və uzun ömür versin!"

Masallı rayonundan Qaraxan Ağayev, Lətifə Qənbərzadə, Xeybər Mirzəyev, Əşrəf NəzərovAzər Mirzəyev yazırlar: "Möhtərəm cənab Prezident, uzaqgörən, müdrik siyasətiniz sayəsində Azərbaycan dünyanı bürümüş koronavirusdan ən az itki verən ölkələrdən biridir. Böyükdən kiçiyə bütün əhalini qorumaq üçün düşünülmüş qərarlar verdiniz. Elə bu səbəbdən koronavirus pandemiyasının ən az təsir etdiyi ölkələr arasında birincilərdənik. Qəbul etdiyiniz qərarlara, qısa müddətdə pandemiyanı nəzarət altına aldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Uca Allahdan Sizə cansağlığı diləyirik".

Bakının Nizami rayonundan Elnarə Əliyeva Firdovsi Ağayev yazırlar: "Möhtərəm cənab Prezident, xalqımızın Sizə olan sevgisi tükənməzdir. Siz də bu çətin günlərdə xalqımıza qayğı göstərərək sevginizi nümayiş etdirdiniz. Biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Hər zaman xalqın yanında olduğunuza görə Sizə təşəkkür edir, cansağlığı və uzun ömür arzulayırıq".

Demokratikmusavat.com

Xəbər Lenti

"Qarışqanı belə incidən adam deyiləm. Nəyə görəsə incimişəm"

Yaxın illərdə yeni koronavirus yayılacaq - XƏBƏRDARLIQ

Hulusi Akar: Liviya liviyalılarındır

"Novavax" COVID-19 əleyhinə vaksin hazırlamaq üçün 1,6 milyard dollar alıb

İdman tarixinin ən bahalı müqaviləsi rəsmiləşdi

Altı yaşlı oğlunu meşəyə apardı, başına torba keçirib azdırdı... - FOTO

Türkiyəli menecer: "Oğuz Aydının "Qarabağ"a keçidi baş tutmayacaq"

İranda 1 gündә koronavirusdan 200 nәfәr öldü

Nyu-Yorkda quşla toqquşan təyyarə təcili eniş etdi

Azərbaycanlı model Dubayda belə dincəlir - VİDEO

Azərbaycan dünya miqyasında qətiyyətli addımlarla hərəkət edən ölkədir - Politoloq

"Məni zorla ərə verirlər" deyərək polisdən kömək istəyən qızdan ŞOK SÖZLƏR - VİDEO

Rusiyada son sutkada 198 nəfər koronavirusdan öldü

Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - FOTO

Operativ qərargah dörd komandaya məşqlərə başlamağa icazə verdi

Türkyədə bir kənd od tutub yanır - VİDEO

Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb

Bəla səngiməyib: məsuliyyətli olaq

"Çox narahatam, sabah bunun başqa fəsadları ortaya çıxacaq" - Nura Suri

Ermənistan bəşəriyyətin xilasının, humanizm prinsiplərinin əksinə yönəlmiş başadüşülməyən addımlar atır

Xəstələnən qohumunu ziyarətə gedən 4 nəfər koronavirusa yoluxdu

Sərnişindən maska taxmasını tələb edən avtobus sürücüsü amansızcasına döyüldü - VİDEO

Ronaldonun sevgilisi bədənini nümayiş etdirdi - FOTO

KOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!

Pandemiya dövründə Azərbaycandan ən çox sifariş edilən məhsullar açıqlanıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 500-ü keçdi

"Bu vəziyyətdə belə düşmənçilik hissi Ermənistanın rəhbərliyi üçün öz xalqının həyatından da üstün tutulur"

Yaponiyada güclü yağış və sürüşməyə görə 1,28 milyon insan təxliyə olunacaq

Pişik sahibinin yarasını yaladı, qadın öldü - FOTO

3 aylıq karantin rejimi yumşaldılan ölkədə insanlar restoranlara axışdı, pivəxanalar yenidən bağlandı - FOTO

Hindistanda koronavirusdan ölənlərin sayı 20 mini keçdi

Şəbnəm Tovuzlunun koronavirus testinin nəticəsi bilindi - FOTO

Kolumbiyada yanacaq maşını partlayıb, 7 nəfər ölüb, 50-dən çox insan yanıq xəsarəti alıb

Bakıda "otel macərası" hamıya dərs olmalıdır

Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunub

Braziliya prezidenti koronavirus simptomlarının olduğunu deyib

Çində sutkada daha 23 nəfər koronavirusa yoluxub

Qazaxıstan pandemiya ilə mübarizə üçün kredit alıb

Moskvada son sutkada koronavirusdan ölənlərin sayı 24 nəfərə çatıb

Yevlaxda yük maşınının vuraraq öldürdüyü qadının kimliyi məlum olub - YENİLƏNİB

Fransanın yeni hökumətinin tərkibi elan olunub

Ağcabədidə ikimərtəbəli evdə yanğın olub

Mandzukiç “Əl-Duhail”dən ayrılıb

Şamaxıda koronavirus pandemiyası əleyhinə tədbirlər gücləndirilib - FOTO

“Beşiktaş” səfərdə “Kayserispor”a məğlub olub

Koike Yuriko Tokio qubernatoru seçildi

KXDR ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını bildirib

İndoneziya sahillərində zəlzələ baş verib

Ərdoğan Nazarbayevlə danışıqlar aparıb

Dünyada 11,6 milyondan çox insan koronavirusa yoluxub

"Amazon"un kapitallaşması 1,5 trilyon dolları keçib

Günün qoroskopu: Münaqişəyə səbəb olmayın

Türkiyədə koronavirusdan sağalanların sayı 183 minə yaxınlaşır

Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olunur - FOTO

Şamaxıda koronavirus əleyhinə tədbirlər gücləndirilib - FOTO

Keçmiş məhkumdan narkotik götürülüb

Hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşan şəxs saxlanılıb - VİDEO

Riberinin evi qarət olundu

Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur

Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik

Prezident İlham Əliyev: Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir

Macar ekspert öz ölkəsində koronavirusdan ölüm göstəricisinin aşağı olmasının səbəbini izah edib