AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar" - VİDEO

  32

Demokratikmusavat.com bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1991-ci ildə Rusiyanın Saratov şəhərində düyaya gələn Turqay Bədəlov  öz həyat hekayəsini danışıb.

Turqay Bədəlov - Məhkum (Cəzası 13 il 6 ay): "1995-ci ildə atam rəhmətə gedəndən sonra Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndinə köçmüşük. 2014-cü ilə qədər də həmin kənddə yaşamışam. 2014-cü ilin may ayında Bakıya işləmək üçün gəldim. Usta kimi mebel qapılar düzəldirdim.

İşimlə əlaqədar xırdavat satan bir nəfərlə münasibətim yarandı, sonra dost olduq. Bir gün bazardan gəlirdim, əlimdə mişar var idi. Gəldim bu dostumun evinə. Mənə ad günü olduğunu deməmişdi. 4-5 nəfərlə birlikdə onun ad gününü evdə qeyd etdik. Axşam təxminən saat 12-1 radələri idi onlardan çıxanda mişarı onlarda unutmuşdum.

Sabahısı gün gəldim mişarı götürməyə. Adi bir şeyin üstündə mübahisə başladı, söyüş söyməyə başladı. Mən söyüşləri bunun özünə qaytaranda məni vurmaq istədi. Əlimdə balaca oturacaq var idi, bununla vurdum onu. Sonra gördüm ki, əlində bıçaq var, gəlir üstümə. Çəkib bıçağı onun əlindən aldım, bıçaq əlimi kəsdi. Barmaqlarımın bir neçəsinin siniri kəsildi, hələ də işləmir barmaqlarım. Bıçağı əlindən alandan sonra görməzə-bilməzə buna iki bıçaq vurdum. Öldürmək məqsədilə vurmadım, qapının qarşısında dayanmışdı, vurdum ki, çəkilsin mən çıxım qaçım. Bıçağın onun harasına dəyməsini də hiss etmədim.

Mən onu ölümünə vurmadım, düşünmədim ki, ölə bilər, işə gedirdim. Həkim çağırmaq lazım idi, amma həmin an beynim dayanmışdı. Sonra mənə zəng gəldi, görüşə çağırdılar məni. Həmin yerə gedəndə mülki geyimli polislər gəldi, məni oradan götürüb həbs etdilər.

Ailəm Gürcüstanda qalır deyə mənim cinayətimdən xəbər tuta bilmədilər. Yalnız televiziya vasitəsilə xəbər tutublar mənim əməlimdən. Bir müddət evə zəng edə bilmədim, utandığımdan, sıxıldığımdan. Sonra zəng edib danışdım, bacım gəldi yanıma. Məsafə uzaqdır deyə yanıma tez-tez gələ bilmirlər. Daha sonra əmim gəldi yanıma.

Mən azadlığa çıxanda mənim 36 yaşım olacaq, mən o yaşda nə edəcəm? Bu yaşda həbsə girib, o yaşda çıxmaq adama çox ağır gəlir. Qapı ustası olsam da öz qapımı özüm üzümə bağladım. Qapı nə etsin ki, günahkar mən olandan sonra.

Azadlığa çıxandan sonra birinci bacımgilə getmək istəyirəm. Birinci onlara olan borcumu yerinə yetirməliyəm. Onlar mənim yolumda çox əziyyət çəkirlər.

Azadlıqda olanda sağlığıma badə qaldıran dostlarım indi mənim yanıma gəlmirlər. Törətdiyim əməlimdən çox peşmanam. Kaş ki, işə gecikərdim, amma bu hadisə baş verməzdi. Bir insan ki, bir qarışqa yarada bilmir, amma bir insanın həyatına qıyır, onu öldürür.

Ən böyük istəyim ekstradisiya olunmağımdır. Gürcüstanın cəzaçəkmə müəssisələrindən birinə ekstradisiya olunsam, ailəm də yanıma gəlib-gedər. İndi bura çox uzaqdır, yanıma gələ bilmirlər".

Demokratikmusavat.com

Xəbər Lenti

Qısqanc ər arvadının maşınını yandırmaq istədi

Polşa çempionatının qalibi müəyyənləşdi

"Sivasspor" səfərdə "Fənərbağça"nı məğlub etdi

Qazaxıstanda COVID-19 qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

"Qalatasaray" uduzdu

Başqa dinə mənsub olduğu üçün körpə qızın meyitini qəbirdən çıxardılar

London derbisində 3 qol

Məşhur hind aktrisası və qızı da koronavirusa yoluxdu

ABŞ-Meksika sərhədində yeni səddin 400 kilometrlik hissəsi çəkilib

Cəbhədə SON VƏZİYYƏT

Van gölündən çıxarılan cəsədlərin sayı 25-ə çatıb

Yaponiyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 72 nəfərə çatdı

Malidə iğtişaşlar zamanı ən az 11 nəfəri həlak olub

Venesuelada zəlzələ baş verib

Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb

Cənubi Afrikada koronavirus səbəbindən alkoqol satışına qadağa qoyuldu

Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır

Kaliforniyada hərbi gəmidə yanğın bir neçə gün davam edə bilər

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Qeyri-rezidentlərin vergi öhdəlikləri hansılardır?

Qadın sürücü avtomobilini saatda 703 km sürətlə idarə etdiyi üçün cərimələndi - FOTO

Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir - Hərbi ekspert

Günün qoroskopu: Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin

Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”

ABŞ-da koronavirusa rekord yeni 66528 yoluxma halı qeydə alınıb

Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub

Türkiyə Liviyada atəşkəs üçün şərti açıqladı

Hikmət Hacıyev: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"

İtaliya klubunda koronavirus şoku

Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub

"Hər şeyi bağlasaq insanlar aclıqdan və yoxsulluqdan küçələrə çıxacaq..." - Qonşuda vəziyyət

Koronavirusa yoluxan oğlunu öldürən futbolçu bəraət istəyir

Roza Zərgərlinin oğlu əsgərlikdən qayıtdı - VİDEO

Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü

Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”

Roma Papasından Aya Sofyanın məscidə çevrilməsinə REAKSİYA

Koronavirusun üçüncü dalğası da gözlənilir

“Formula-1”: 3-cü mərhələ də Avstriyada keçirə bilər

"Barselona" 19 yaşlı hücumçunu alır

Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

“Qarabağ”ın avrokuboklardakı daha bir mümkün rəqibi bəlli oldu

Yolu Bakıdan keçən marşal: Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

Ekspress avtobuslar dayanacaqlarda saxlamayacaq - FOTO

“Sosial şəbəkələrdəki görüntülər Hacıkəndə aid deyil”

İranda daha 194 nəfər koronavirusdan öldü

Tbilisidə partlayış olub: ölən var

Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlandı - VİDEO

Ağcabədi sakinindən tüfəng və marixuana götürüldü - FOTO

Bu gün Azərbaycandakı Rusiya vətəndaşları Vətənə gətiriləcəklər

Ermənistan klubunda koronavirusa kütləvi yoluxma

SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb

"COVID-19 çimərlikdə yoluxmur"

Mehdi Cənnətov "Sumqayıt"la yeni müqavilə bağladı

Səudiyyə Ərəbistanında 75 futbolçuda koronavirus aşkarlandı

Nəzakət Teymurova koronavirusa yoluxdu - FOTO

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarının COVID-19 tesinin nəticələri açıqlandı

Ötən gün Avropada koronavirusdan 462 nəfər ölüb

ATƏT-in Baş katibinin səlahiyyət müddəti uzadılmayıb

Rusiyada daha 6615 nəfər COVID-19-a yoluxub

Azərbaycanda ilginc əməliyyatın təfərrüatı - İrandan narkotiki gətirən kimlər olub?

Qardaşını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Sevil Mikayılova: "Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib"

Ermənistanda daha 577 nəfər koronavirusa yoluxub

"Bu, ölkəmizin beynəlxalq əməkdaşlığın canlandırılması prosesinə verdiyi töhfənin bariz nümunəsidir"

İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı

Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Messidən növbəti rekord göstərici

Dünyada koronavirusa yoluxan 565 min nəfər ölüb

Pakistanda koronavirusa yoluxanların ümumi sayı 246 mini ötüb

"Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır"

Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatıb

PSJ-də yeni müqavilə

Kürdəmirdə ata oğlunu güllələyərək öldürdü

Çində zəlzələ olub

Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı

Dünya çempionu vəfat etdi

Tramp ilk dəfə maska taxdı

Qırğızıstanda zəlzələ olub

Çində partlayış: 17 nəfər yaralanıb

ABŞ-da atışma: 2 polis öldürüldü