AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Günün qoroskopu: Ehtiyatlı olun

  23

Demokratikmusavat.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ünsiyyət üçün əlverişli olmayan gündür. Əla bələd olduğunuz insanlarla belə, dil tapa bilməyəcəksiniz. Şəxsi münasibətlərlə işgüzar təmasları qarışdırmaq əsla məsləhət deyil. İşlə bağlı qərar qəbul edərkən rəğbət və ya antipatiya hisslərinə əsaslanmayın. Yalnız işgüzar məziyyətləri önəmli bilin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Sevdiyiniz insanla təmaslarda sərt olmayın, aqressiv davranmayın. Maliyyə məsələlərini dərhal həll etməyə çalışmayın. Alış-verişi ertələmək mümkündürmü? Pullarınızı yelə verməyin. Gələcəyi düşünün.

Buğa - mürəkkəb, qarışıq gündür. Sizi çoxsaylı kiçik problemlər və anlaşılmazlıqlar gözləyir. Kiçik, ilk baxışdan önəmsiz, amma mühüm əşya və ya nəsnə itə bilər. Səfərlərlə bağlı ləngimələr mühüm görüşün təxirə salınmasına səbəb olacaq. Gərgin və emosional diskussiyada təmkinli olun. Qarşı tərəfin əlverişsiz şərtlərlə çıxış etdiyi müzakirələrin kəskin mübahisəyə çevrilməsinə imkan verməyin.

Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Narahat olmayın, problemlər müvəqqətidir. Şəxsi münasibətlər baxımından əlverişli gündür. Yaxınlarınız sizi dəstəkləyəcək, maneələrin dəf olunmasında sizə yardım edəcəklər.

Əkizlər - neqativ və ya pozitiv emosiyalarınızı gizlətməyə çalışın. Soyuqqanlı olun, hissləriniz simanıza "yazılmasın". Əks təqdirdə yanınızdakı insanlar sizi impulsiv, emosional, çılğın insan kimi tanıyacaqlar. Düşünülməmiş addımlar və tələsik qərarlar yaxşı ideyanızın dəstəkdən məhrum qalmasına, təşəbbüsünüzün yetərincə dəyərləndirilməməsinə səbəb ola bilər.

Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla təmaslarda həssas olun. Ailə üzvlərinizdən biri daha müstəqil olmaq istədiyini deyəcək.

Yaşlı qohumların məsləhətlərinə qulaq asın. Belədə bir sıra səhvlərdən qurtula bilərsiniz.

Xərçəng - problemlər vəd edən gündür. Fəqət, bu problemlərin heç biri ciddi deyil. Narahat olmağa dəyməz. Məqsədə aparan yolda qarşınıza çıxan sədlərlə maneələri dəf edin, ruhdan düşməyin. Həyasızcasına davranan və kollektivdə özünü hamıdan ağıllı sayan, qruplaşma yaratmağa çalışan ambisioz, amma dəyərsiz insanın təxribatlarına uymayın. O, özünə yeni iş yeri tapacaq: uduzan siz olacaqsınız.

Günün ikinci yarısında məhsuldar əmək gələcək uğurların təməlini qoyacaq.

Faydalı tanışlıqlar istisna deyil.

Axşam saatlarında aktiv istirahəti seçin. Yaşam potensialının səviyyəsi yüksəkdir. İşlər çox olsa da, yorulmayacaqsınız. Peşəkar fəaliyyətlə bağlı, şəxsi münasibətlər sahəsindəki məsələləri müzakirə etmək olar.

Şir - işgüzar münasibətlər rəvan deyil. İndiyədək müttəfiq hesab etdiyiniz insanlarla ünsiyyətlərdə sərinləşmələr ola bilər. Bir sıra məsələlərlə bağlı mövqelərinizi aşkar söyləyəndə qarşı tərəfi də düşünün. Sərt və aqressiv sözləriniz yaxın ətrafınızdakı insanların xətrinə dəyə bilər.

Bədxahların, sizə pislik etmək istəyən insanların sayını artırmayın.

Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi aşağı düşəcək. Fantaziya, qeyri-standart yanaşma tələb edən işləri yerinə yetirmək çətinləşir. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. İşlərin qaydaya düşdüyünü hiss edəcəksiniz.

Qız - tələsməyin, vurnuxmaya qapılmayın. Məsuliyyətli, ciddi işlərin günün ilk yarısında görməyin. Səbrli və təmkinli davranın, rəqiblərin nələr etmək istədiklərini əvvəlcədən təxminləməyə çalışın. Belədə böyük uğur və qələbələrə nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş, yaşamınızda dəyişikliklər ola bilər.

Günün ikinci yarısında soyuqqanlı davranın.

Maliyyə fonu stabildir. Əhəmiyyətli gəlirlərlə bağlı ehtimallar azdır. Bununla belə, böyük xərclər də olmayacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında gəzintiyə çıxın.

Fiziki işdə və təmrinlərdə xeyir var.

Tərəzi - uzunmüddətli perspektivə hesablanmış planlar qurmaq olar. Aktiv olun, enejili fəaliyyət göstərin. Mühüm qərarlar qəbul etmək olar. Planlardan bəzilərinin həyata keçirilməsinə dərhal başlaya bilərsiniz. Hüquqi ixtilafların yoluna qoyulması üçün yaxşı zamandır. Ehtiyac yaranarsa, məhkəməyə üz tuta bilərsiniz.

Günün ikinci yarısı yeni biliklər, bacarıqlar, təcrübə və məlumat əldə etmək üçün sərfəlidir.

Yenilikləri, maraqlı məqamları dərhal görməyə can atın. Yaradıcılıq potensialı yüksəkdir. Ən darıxdırıcı sönük məşğuliyyəti maraqlı edə bilərsiniz.

Əqrəb - diqqətli və sərvaxt olun. Sizi öz fırıldaqlarına, manipulyasiyalarına hədəf etmək istəyənlər var. Hiyləgərin felinə uymayın. Öz maraqlarını güdərək sizi tərifləyənə inanmayın. Əməkdaşlıqla bağlı uzunmüddətli anlaşmalar imzalamaq, yeni tərəfdaşlarla anlaşma və ya sövdələşmələri müzakirə etmək üçün münasib gün deyil.

Günün ikinci yarısında təmaslarda diqqətli olun. Çoxları sizin rəğbətinizi qazanmağa çalışır. Sizə əsla uyuşmayan insanla yaxın müansibətlər qursanız, ciddi risklə üzləşəcəksiniz. Maliyyə baxımından əlverişli gündür. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz.

Oxatan - çox əlverişli və yaxşı gündür. İşdə əhəmiyyətli uğurlara nail olmaq, rəqibləri geridə qoymaq, yaxşı gəlir əldə etmək şansları var. İşlə bağlı müzakirə və danışıqlarda gərəkli tonu seçin. Haqlı olduğunuzu opponentlərə sübut edin.

İşlə bağlı aldığınız təklifləri dərhal rədd etməyin. Həmin təkliflər arasında sərfəli və məntiqi olanları var.

Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yaranacaq. Narahat olmayın, sağlıq durumunuz üçün heç bir təhlükə yoxdur. Emosional fon yaxşıdır. Əhvalınız pis olmayacaq. Yaxınlarınızla təmaslarda səmimi, qayğıkeş olun.

Axşam saatlarında yeni tanışlıq istisna deyil.
 

Oğlaq - çox uğursuz gündür. Həddən ziyadə diqqətli və ehtiyatlı olun. Sərvaxt davranın, təxribatlara uymayın. Hər addımınızı diqqətlə düşünün. Təmasları məhdudlaşdırın. Yalnız inandığınız, etibar etdiyiniz insanlarla çalışın. Maliyyə məsələləri və daşınmaz əmlakla bağlı qərar vermək üçün münasib zaman deyil.

Günün ikinci yarısında işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. İşləri başqasına həvalə edərək istirahət etmək fikrinə düşməyin. Çalışın, zəhmətkeş olun. Nəzərdə tutulmamış səfər ola bilər.

Axşam saatlarında xoşagəlməz görüş istisna deyil.
 

Dolça - məhsuldar gündür. Qətiyyətli, aktiv olun. Təşəbbüslərlə çıxış etsəniz, uğur şansı artır. Fiziki işlər çox olsa da, usanmayın, süstlüyə qapılmayın. Rəqibləri üstələməyə çalışın. Əhəmiyyətli məbləğdə gəlir ola bilər. Maraqlı işgüzar təklif alacaqsınız. Sərfəli anlaşmaya nail olmaq ehtimalı mövcuddur.

Günün ikinci yarısında ailə üzvləri ilə təmaslarda kiçik fikir ayrılıqları yaransa da, münasibətlər səmimi və harmonik qalmalıdır.

Ehtiyatlı olun. Kiçik travma, yanıq və zədə riskləri var.

Balıqlar - səbəbi naməlum narahatlıq, nigaranlıq, təlaş yaşayacaqsınız. Bu hisslər bütün diqqəti işə yönəltməyə mane olur. Hisslərinizin əsiri olsanız, başladığınız işlər yarımçıq qalacaq. Həmkarlarınıza verdiyiniz vədlər, əldə etdiyiniz razılaşmalar yaddan çıxacaq. Hansısa mühüm işi unudacaqsınız.

Yanınızda sizi anlayan və narahat davranmağa qoymayan insan olarsa, pis deyil.

Günün ikinci yarısı yenilənmə, yaşam və fəaliyyət arealında dəyişikliklər üçün əlverişli zamandır. Mebel və interyer əşyaları, məişət texnikası almaq olar.

Demokratikmusavat.com

Xəbər Lenti

Türkan Vəlizadədən cazibədar FOTO

Bikinisi açılan 43 yaşlı məşhur aparıcının SİNƏSİ GÖRÜNDÜ - FOTO

Polşa liman infrastrukturlarının inkişafı təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib - FOTO

Vilayət Eyvazov: “Son illərdə 21 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 mindən artıq şəxs saxlanılıb”

“Everton” və “Arsenal” qələbə qazanıb

Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək

COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları Azərbaycandakı xəstəxanaların depolarında var

Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Şabranda qaz qumbarası aşkar olunub - FOTO

Efiopiyada toqquşmalarda 80-dən çox insan öldü

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib - FOTO

Günün qoroskopu: peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir

Xaricdə çalışan Azərbaycan vətəndaşının vergi öhdəliyi nələrdir?

Yuxarı vergi orqanlarında inzibati şikayətlərə hansı halda baxılır?

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

Rusiyada ümumxalq səsverməsi başa çatıb

Bakıda koronavirusa yoluxan şəxs marketdə saxlanıldı - VİDEO - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 175 min nəfəri ötüb

Dünyada cinsə görə ayrı-seçkilik səbəbindən "itirilmiş" qızların sayı 140 milyondur

Koronavirus Yaponiyada böyük biznesə inamı sarsıdır

Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb

Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib

İspaniya və Portuqaliya sərhədlərini açdı

“Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?” - Nigar Camal

Narkokuryer kokaini mənzilində axtarış əməliyyatı aparılan ev sahibinə çatdırdı - FOTO

Röya koronavirus testinin cavabını paylaşdı - FOTO

Qazaxıstanda 14 günlük karantin rejimi tətbiq ediləcək

Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir - FOTO

İtaliya hökuməti ölkəyə gələnlər üçün yeni karantin qaydaları tətbiq edib

"Qələt edib banka kreditə girdim. adıma maşın var, gəlib əlimdən alacaqlar" - Səidə Sultan

Metsamor AES-in fəaliyyəti dayandırılıb

"Evin içində nə yaşandığını bilmirsiz" - Fərda boşanmasından danışdı

Hindistanda isitilik elektrik stansiyasında partlayış olub, ölənlər var

ARDNF ötən ay valyuta hərraclarında 373,2 milyon dollar vəsait satıb

Rusiyada koronavirusdan ölənlərin sayı 9 500 nəfəri keçib

"Yerimə kim olsaydı intihar edərdi" - Nura Suri

"Mövcud vəziyyətdən daxili turizmin inkişafı üçün istifadəyə xüsusi diqqət yetirilir"

Azər Badamov: Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir

Trend BİA Avropada nüfuzlu media resurslarının ilk üçlüyündə yer alıb - FOTO

"Heç nə sizinlə ünsiyyətə mane ola bilməz"

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

İranda karantin rejimi sərtləşdirilib

Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Xanımının erotik "şəkilləri" yayıldı, Kim özündən çıxdı - FOTO

"Bu qurumlar erməni lobbisi tərəfindən maliyyələşdirilir"

Təyyarə şirkətindən ŞOK QƏRAR: 15 min nəfəri işdən çıxaracaq

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı SUALLARA CAVABLAR

"Bu erməni bayrağıdır, ay küçük?" - Pərvin özündən çıxdı - VİDEO

Roza həmkarı ilə elə şəkillər paylaşdı ki, sevgili sandılar - FOTO

Azərbaycanda maşın bazarında son vəziyyət necədir? - Ekspertdən AÇIQLAMA

ABŞ-da qırıcı qəzaya uğrayıb

Azərbaycanda güzəştli kredit almaq imkanları genişləndirilir

1 həftədir karantin rejimi tətbiq olunsa da, niyə rəqəmlər 500-dən yuxarıdır?

Karantin qaydalarını pozub nişanda əyləndilər - FOTO

Pərvin Kərimzadə: Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanınır

Radikal müxalifət vicdana və xalqa qarşı çıxır - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb

"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

Leyla Abdullayeva: Təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi

Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb

Azərbaycan Rusiya və Ukraynaya ətirli tütün ixrac edir

Rusiyalı Əməkdar artist vəfat etdi

Karantin rejimi tətbiq olunmayan ölkədə koronavirusdan ölənlərin sayı 60 minə çatır

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar azalmaya doğru gedir - BMT - FOTO

Ermənistanda koronavirusa yoluxanların sayı 26 min nəfəri keçib

Karantin bitən kimi istirahətə yollandılar - FOTO

İsmayıllıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrıldı - SƏRƏNCAM

ABŞ Senatı "Şimal axını-2"yə qarşı sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib

"Toy da yoxdur... Nə var satıb, dolanıram"

Əməkdar artistin ÇOX BAHALI brilliantı yoxa çıxdı - Görün kimdən şübhələnir - FOTO

Polis işçiləri üçün pulsuz TamKart və endirimli kredit!

Vüsal Qasımlı: Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir

"Bu vəziyyət uzun müddət davam edəcək"