AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Arzularının ardınca okeanın o tayına gedən fotoqraf - FOTO

  23

Məcid Əliyev: "Əsl peşəkar ilk növbədə qazandığı pulu yox, gördüyü işin səviyyəsini və keyfiyyətini düşünür"

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Foto dünyası çoxdandır ki, axtardığı həyat yoludur. Onu bu sahədə qazandığı pulların miqdarı deyil, gördüyü işin keyfiyyəti maraqlandırır. Elə bu bacarığı da həmsöhbətimizi arzularının ardınca okeanın o tayına qədər aparıb...

Müsahibimiz Amerikada işləyən azərbaycanlı fotoqraf Məcid Əliyevdir.

Ticarət, reklam və sənədli foto sahəsində 12 ildən çox təcrübəsi var. "McCann", SIPA, "CondeNast", "Havas" və s. kimi agentliklərlə işləyib. "RedBull", JTI, "Microsoft", P&G və sair kimi böyük və nüfuzlu brendlər üçün gördüyü işlər dünya miqyasında marketinq kampaniyalarında yer alıb. Müsahibələri və foto işləri "CondeNast", "Cosmopolitan", OK!, F1.com, Dünya İqtisadi Forumu və s. kimi jurnallarda və veb portallarda dərc edilib. Rihanna, Cenifer Lopez, Enrike İqlesias və digər məşhur sənətçilərin konsertləri və həmçinin "Royal Belum" Dünya Zərb alətləri Festivalı, "ElectricZoo", "iHeart Radio" "JingleBells", "ZharaFest" və s. mühüm festivallarda foto çəkilişlər aparıb. Azərbaycanda isə, "Atkins", "Bakı Ağ Şəhər", "Paşa İnşaat", "ChalkStudio" və s. kimi şirkətlər  üçün memarlıq çəkilişləri edib. "RedBull" (dünya miqyasında), "BakuCityCircuit" (Formula 1 Qran Pri Azərbaycan), Baku Cycling Federation (AzVIF) layihələr üzrə fotoqrafdır.

- Məcid bəy, fotoaparatla ilk tanışlıq hekayəniz necə olub?

- Fotoaparatla ilk dəfə uşaqlıda tanış olmuşam. Babam və qardaşı foto həvəskarları idi. Hər dəfə şəkil çəkib vanna otağında qırmızı lampa ilə çıxarırdılar. Kağız üzərində təsvirin yaranması prosesi mənə çox maraqlı gəlirdi. Hər dəfə fotoaparat və istənilən digər cihazın iş prinsipi, texnologiyası barədə məlumat almağa çalışırdım. Məktəb illərində də fotoaparat  mənimlə idi, sinif yoldaşlarımın şəkillərini çəkirdim. Bu maraq məni məktəbdən sonra da tərk etmədi və təxminən 2002-ci ildə əlimə ilk rəqəmsal kamera düşdü. Bu yeni texnologiya mənə maraqlı idi, çünki əvvəllər fotoaparatlar "plyonka" ilə  işləyirdi. Baxmayaraq ki, o vaxtın 1 meqapiksellik kameraları ilə o qədər də keyfiyyətli şəkil çəkmək mümkün olmurdu, amma maraqlı idi. Bir neçə aydan sonra isə "sabunqabı" deyilən birinci HP kameralardan əldə elədim. Həmin vaxt universiteti təzə bitirmişdim və ixtisasıma uyğun olaraq, kommersiya və reklam işi üzrə yerli reklam şirkətlərinin birində işə başladım. İş yerimdə da kamera var idi, amma ondan o qədər da çox istifadə edə bilmirdim. HP kamerasını aldıqdan sonra şəkil çəkmək imkanım daha çox oldu. Bununla paralel olaraq, köhnə fotoaparatla da çəkirdim. 2004-cü ildə Azərbaycan Fotoqraflar Birliyinə daxil oldum. Orada gördüklərim və eşitdiyim mənə çox təsir edib. Əvvəl şəkil çəkmək mənim üçün bir hobbi idisə, bu andan etibarən başa düşdüm ki, foto dünyası çoxdandır ki, axtardığım həyat yoludur. 

- Sizə görə foto nədir? Yəni bir foto özündə nələri birləşdirməlidir?

- Foto çəkəndə seçdiyin janrdan çox şey asılıdır. Məsələn, insan portretini çəkəndə, həmin şəxslə maraqlanıb, barəsində nə qədər çox məlumat ala bilirsənsə, yaxşı şəkil çəkmək də o qədər asan olacaq. Yəni insanı tanımadan onun fotosunu çəkmək olar, amma bu şəkli daha təsirli və maraqlı etmək üçün çəkdiyin insanı tanımaq lazımdır. Onu xarakterizə edən həyat tərzi, cəhətlər və hətta əşyalara mümkün qədər çox diqqət yetirilməlidir. Məsələn, musiqiçinin portretini çəkəndə onun sevdiyi musiqi aləti istifadə olunarsa, bu detal, obrazını tamamlayıb daxili dünyasını daha aydın şəkildə ifadə edəcək. Arxitektura və memarlıq janrına aid olan çəkiliş isə tam fərqlidir. Burada daha çox texniki və həndəsi detallara diqqət yetirib bu detalların daha estetik tərzdə təqdim olunmasını düşünməlisən. Reportaj çəkəndə isə müvafiq mövzu üzrə araşdırmalar aparıb, biliklər əldə etmək zəruridir. Tutaq ki, hansısa böyük idman tədbirində çəkiliş aparırsan. Həmin idman növü və tədbir barədə kifayət qədər məlumat toplayıb, bu tipli tədbirlərdə səndən qabaq çəkilən peşəkar şəkillərə nəzər yetirməlisən. Bunun əsasında  həmin idman növü üzrə standart kimi qəbul edilmiş kadrlarla yanaşı, öz kreativliyindən istifadə edib daha gözəl şəkil çəkə bilərsən. Bu, xəbərlər, konfrans və digər tədbirlərin çəkilişlərinə da aiddir. İstənilən fotoçəkiliş hekayə kimi olmalıdır, yəni fotoreportaja baxanlar hekayənin yeri, əvvəli, mövzusu və sonu barədə məlumat almalıdır. Burada məqsəd aydın şəkildə təqdim edilməlidir. Fotoaparatı əlinə götürüb düşünmədən çəkilişə getsən, təsirli, inandırıcı və maraqlı fotolar əldə etmək çətin olar. Bundan əlavə, müasir foto sənətinin trendlərdən da məlumatlı olmalı, yenilikləri daim izləməli, onlara uyğun işləməlisən.

- Çəkdiyiniz fotonun yaxşı olduğuna necə qərar verirsiniz? Hansı meyarlara əsasən seçirsiniz?

- Bəzən olur ki, öz çəkdiyim şəkillərdən ən yaxşısını seçmək çətin olur. Məsələn, hərdən sırf özüm üçün "street" yəni "küçə" janrında foto çəkib dostlarıma göndərirəm və onlardan,  xoşlarına gələn şəkilləri seçməyi xahiş edirəm. Çəkdiyim şəkli kompozisiya, texnika, rakurs və digər amillərə görə seçirəm. Şəkilin, ona baxan insana nə danışacağını başa düşürəm, amma kənardan da fikir almaq mənim üçün vacibdir. Buna görə, dost-tanışlarıma şəkilləri göndərib, seçdiklərini nəyə görə bəyəndiklərini mütləq soruşuram.

- Sizcə, peşəkar fotoqraf olmaq üçün bahalı kamera almaq kifayətdirmi?

- 2009-2010-cu illərdə müşahidə etdim ki, minlərlə cavan və orta yaşlı həmvətənlərim bahalı kamera almağa başladı. Bir tərəfdən bu, mənim üçün xoş idi. Çünki 2004-cü ildə Azərbaycan Fotoqraflar Birliyinə gələndə gördüm ki, fotoqrafların arasında orta yaşlı təbəqə, demək olar ki, yoxdur. Fotoqraflar ya çox yaşlı, ya da çox cavan idilər. O vaxtı hiss elədim ki, 90-cı illərdə insanlar arasında foto sənətinə maraq bir qədər azalıb. Buna görə də, 2010-cu ildən sonra cavan və orta yaşlı insanların fotoya olan marağın artması məni sevindirdi. O vaxtı rəqəmsal kameraya sahib olmaq artıq adi hala çevrildi. Çünki plyonka aparatları ilə müqayisədə, onunla şəkil çəkmək prosesi daha rahat və nisbətən asan idi. Digər tərəfdən, mobil telefon və ya həvəskar kamera ilə çəkilən şəkillə bahalı rəqəmsal kamera ilə çəkilən şəkil arasında fərq çox böyükdür və rəqəmsal kameranın yeni sahibləri çəkdiyi şəkilləri o qədər bəyənirdi ki, bir-iki şəkil çəkəndən sonra özünü artıq peşəkar hiss edirdi, hətta çəkiliş qiymətini təyin edib fotoqraf xidməti göstərməyə başlayırdı (gülür). Həqiqətən də, 2010-2014-cü illər ərzində sənətə saysız-hesabsız fotoqraf gəlib, lakin mən əmin idim ki, min nəfərin içində, bəlkə də, 50 nəfər doğurdan da, yaxşı fotoqraf ola bilər. Kamera alıb dərhal fotoqraf olan bu cür adamlar tez bir zamanda gəlir əldə etməyəndə, kameranı qırağa qoyub qazanc axtararaq, digər fəaliyyətlərə üz tutur.  Eyni vəziyyət DJ, dizayner və digər müasir peşələrlə də baş verdi, yəni pul hansı peşədə varsa, camaat onunla da məşğul olmağa çalışırdı. Təcrübə də göstərdi ki, bahalı kamera almaqla uğurlu fotoqraf olmaq mümkün deyil. Əgər sən illərlə bu peşədə qalıb pul qazana bilirsənsə, sənin adın öz tanışların arasında deyil, hər yerdə tanınırsa, barəndə media yazırsa, işlərin məşhur sərgi və medialarda çap olunursa, onda sən uğurlu fotoqrafsan. Hətta qızıl medalın olmasa və "World Press Photographer" adını daşımasan belə, işlərin uğur qazanırsa, özünü peşəkar fotoqraf hesab edə bilərsən. Qazandığın pulların məbləği da əsas deyil. Bir gün çox, bir gün az qazana bilərsən. Əsl peşəkar ilk növbədə qazandığı pulu yox, gördüyü işin səviyyəsini və keyfiyyətini düşünür.

- Siz Azərbaycanda və beynəlxalq səviyyədə kifayət qədər böyük şirkətlər və layihələrdə işləyibsiniz. Sizcə, bu məşhur şirkətlər niyə məhz sizi seçib?

- Təəssüf ki, əvvəllər bir çox şirkət keyfiyyətli çəkiliş aparan peşəkar axtarmırdı, dost-tanışına xeyir verməyə üstünlük verirdi. Çox sevindirici haldır ki, bu tendensiya özünü doğrultmadı və insanlar keyfiyyətin nə dərəcədə vacib olduğunu başa düşüb, əsl peşəkarlara üz tutdu. Bunun sayəsində mənim üçün də bir çox maraqlı layihədə iştirak imkanları yaradıldı. Vaxt keçdikdə təcrübəm və portfoliom da artırdı. Portfolio artdıqca, peşəkar tanınmağa başlayır. Xaricdən və yaxud xarici şirkət nümayəndəliyindən kimsə Azərbaycanda çəkiliş aparmaq istəyəndə, təbii ki, ilk növbədə yerli peşəkarlar arasında seçim aparır. Çünki bu həm qiymət, həm də rahatlıq baxımdan daha əlverişlidir. Onu da deyim ki, əvvəllər bizim fotoqraflarda portfolio anlayışı da zəif idi, xaricilər üçün isə bu, ən vacib seçim amilidir. Çünki fotoqrafın portfoliosuna baxanda orada it, pişik və yaxud gül şəkli yox, real və peşəkarcasına gördüyü işlər təqdim edilməlidir. Amerikada isə ümumiyyətlə, təcrübən olmasa, iş və ya müştəri tapmaqda çətinlik çəkəcəksən. Buraya köçəndə mənim üçün böyük üstünlük o idi ki, portfoliomda artıq çox böyük layihələr və böyük şirkətlərin sifarişləri var idi. Müəyyən vaxt keçəndən sonra tədbirlər və digər istiqamətlər üzrə çəkilişləri aparmaq üçün dəvətlər almağa başladım. Bu ölkədə "networking" (şəbəkələşmə) tədbirləri çox məşhurdur. Həmin tədbirlər zamanı müxtəlif sahələr və şirkətlərin nümayəndələri ilə görüşüb tanış olurdum. Bu tədbirlər gələcəkdə yeni müştəri əldə etmək və yeni layihəyə dəvət almaq baxımdan çox vacibdir. Eyni zamanda, pulsuz və ya könüllü şəkildə gördüyüm işlər də həm təcrübə qazanmaq, həm də yeni layihələri tapmaq baxımından mənə çox kömək etdi.

 - Ümumiyyətlə, dünya səviyyəli layihə və sifarişçi ilə işləmək peşənin zirvəsində olmaq deməkdirmi?

- Əvvəllər hər addım sənin üçün köməkdir. Getdikcə zirvələrlə işləyirsən və alışırsan. Mən hamısı ilə məbləğin çoxluğuna görə işləməmişəm. Şirkət maraqlı idisə, hətta təcrübə üçün könüllü şəkildə də işləmişəm. Brend məsələsi, əlbəttə əladır, amma mənim üçün özünüinkişaf, öyrənmək, işin keyfiyyəti daha önəmlidir. CV-də brendlər çox olsa da, əsas, keyfiyyətli iş ortaya qoymaqdır. Son 7 il ərzində mən toy, ad günləri çəkilişləri etmirəm. Baxmayaraq ki, yaxşı pul gətirir və orada zirvədə idim, bezdim... Yaxşı pul qazanırsan, amma öyrənmədiyim üçün mənə maraqlı olmadı. Mənim üçün zirvə yoxdur, çünki daim öz üzərimdə işləyəcəyəm və öyrənəcəyəm.

- Azərbaycanda kifayət qədər tanınmış peşəkar idiniz. Amerikaya köçüb sıfırdan başlamağa sizi nə vadar edib?

- Amerikaya köçmək çoxdankı planım idi. Mən tez-tez səyahət edirdim. Qazandığım pulu ya avadanlığa xərcləyirdim, ya da səyahətə. Bahalı geyim, ev almaqdansa, mənim üçün ölkələri gəzmək, öyrənmək, özümə sərmayə qoymaq daha önəmli idi. Bilirdim ki, Amerikada sıfırdan başlamalıyam. 3 il bundan öncə - təzə köçəndə təkcə Nyu-Yorkda rəsmi 67 min "freelans" fotoqraf var idi. Başqa ölkədən gəlib onların içində önə çıxmaq üçün çevik olmalısan. Gərək qorxmayasan və bir yerdə oturmayasan. Əsas məsələ, çətin olsa da, komfort zonadan çıxmağı bacarmaqdır. Məni Bakıda hamı tanıyırdı. Öz müştərilərimi, ətrafımı itirib sıfırdan başlamaq çətin addım idi. Amma mən bundan qorxmadım. Çünki hiss elədim ki, bizim ölkədə bazar balacadır və müəyyən müddət sonra inkişaf edə bilmirsən. Qazancımı yığdım və köçdüm. İlk yarım il ancaq könüllü kimi işləyirdim. Burada qanuni şəkildə işləməsən, müştərini itirirsən. Təzə vaxtı CV-lərimi göndərirdim çağırırdılar, deyirdim sənədlərim bir neçə ay sonra gələcək razılaşmırdılar. O müddət ərzində xidmət sektorunda işlədim. Dostlarım mənə gülürdü ki, sən Azərbaycanda normal şəraitdə yaşayırdın, orada qutu daşıyırsan? Amma burada ona lağ etmirlər. İstədiyin işdən başlayıb, xəyalına çata bilirsən. Özümə inandım və bacardım. Arxaya baxmadan irəli gedirəm. Hazırda Amerikada "Microsoft"la işləyirəm. İnsan inansa, hər şey alınar. Baxmayaraq ki, Azərbaycan, Belçika, yaxud Zimbabvedə yaşayırsan, dünyadan nə istəyirsənsə, onu əldə edə bilərsən. Əsas odur ki, nə istədiyini biləsən.

- Covid-19-la bağlı yaşadığınız ştatda karantin elan olunub, xeyli insan koronavirusa yoluxub. Bu dövrü necə keçirirsiniz?

- Nyu-Yorkda vəziyyət pis idi. Özüm də mart ayı xəstələndim.  Simptomları koronavirusa çox oxşadı, amma tez keçdi. Çalışdım ki, özümü müalicə edim. Bir həftədən sonra çölə çıxdım. Evdə oturmaq olmaz. Məncə, gəzmək lazımdır. Çünki günəşin altında gəzmək daha çox vitamindir, nəinki evdə yatmaq. Hazırda şəhərin 25 faizi işə qayıdıb.

Demokratikmusavat.com

Xəbər Lenti

Polşa liman infrastrukturlarının inkişafı təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib - FOTO

Vilayət Eyvazov: “Son illərdə 21 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 mindən artıq şəxs saxlanılıb”

“Everton” və “Arsenal” qələbə qazanıb

Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək

COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları Azərbaycandakı xəstəxanaların depolarında var

Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Şabranda qaz qumbarası aşkar olunub - FOTO

Efiopiyada toqquşmalarda 80-dən çox insan öldü

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib - FOTO

Günün qoroskopu: peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir

Xaricdə çalışan Azərbaycan vətəndaşının vergi öhdəliyi nələrdir?

Yuxarı vergi orqanlarında inzibati şikayətlərə hansı halda baxılır?

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

Rusiyada ümumxalq səsverməsi başa çatıb

Bakıda koronavirusa yoluxan şəxs marketdə saxlanıldı - VİDEO - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 175 min nəfəri ötüb

Dünyada cinsə görə ayrı-seçkilik səbəbindən "itirilmiş" qızların sayı 140 milyondur

Koronavirus Yaponiyada böyük biznesə inamı sarsıdır

Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb

Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib

İspaniya və Portuqaliya sərhədlərini açdı

“Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?” - Nigar Camal

Narkokuryer kokaini mənzilində axtarış əməliyyatı aparılan ev sahibinə çatdırdı - FOTO

Röya koronavirus testinin cavabını paylaşdı - FOTO

Qazaxıstanda 14 günlük karantin rejimi tətbiq ediləcək

Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir - FOTO

İtaliya hökuməti ölkəyə gələnlər üçün yeni karantin qaydaları tətbiq edib

"Qələt edib banka kreditə girdim. adıma maşın var, gəlib əlimdən alacaqlar" - Səidə Sultan

Metsamor AES-in fəaliyyəti dayandırılıb

"Evin içində nə yaşandığını bilmirsiz" - Fərda boşanmasından danışdı

Hindistanda isitilik elektrik stansiyasında partlayış olub, ölənlər var

ARDNF ötən ay valyuta hərraclarında 373,2 milyon dollar vəsait satıb

Rusiyada koronavirusdan ölənlərin sayı 9 500 nəfəri keçib

"Yerimə kim olsaydı intihar edərdi" - Nura Suri

"Mövcud vəziyyətdən daxili turizmin inkişafı üçün istifadəyə xüsusi diqqət yetirilir"

Azər Badamov: Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir

Trend BİA Avropada nüfuzlu media resurslarının ilk üçlüyündə yer alıb - FOTO

"Heç nə sizinlə ünsiyyətə mane ola bilməz"

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

İranda karantin rejimi sərtləşdirilib

Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Xanımının erotik "şəkilləri" yayıldı, Kim özündən çıxdı - FOTO

"Bu qurumlar erməni lobbisi tərəfindən maliyyələşdirilir"

Təyyarə şirkətindən ŞOK QƏRAR: 15 min nəfəri işdən çıxaracaq

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı SUALLARA CAVABLAR

"Bu erməni bayrağıdır, ay küçük?" - Pərvin özündən çıxdı - VİDEO

Roza həmkarı ilə elə şəkillər paylaşdı ki, sevgili sandılar - FOTO

Azərbaycanda maşın bazarında son vəziyyət necədir? - Ekspertdən AÇIQLAMA

ABŞ-da qırıcı qəzaya uğrayıb

Azərbaycanda güzəştli kredit almaq imkanları genişləndirilir

1 həftədir karantin rejimi tətbiq olunsa da, niyə rəqəmlər 500-dən yuxarıdır?

Karantin qaydalarını pozub nişanda əyləndilər - FOTO

Pərvin Kərimzadə: Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanınır

Radikal müxalifət vicdana və xalqa qarşı çıxır - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb

"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

Leyla Abdullayeva: Təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi

Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb

Azərbaycan Rusiya və Ukraynaya ətirli tütün ixrac edir

Rusiyalı Əməkdar artist vəfat etdi

Karantin rejimi tətbiq olunmayan ölkədə koronavirusdan ölənlərin sayı 60 minə çatır

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar azalmaya doğru gedir - BMT - FOTO

Ermənistanda koronavirusa yoluxanların sayı 26 min nəfəri keçib

Karantin bitən kimi istirahətə yollandılar - FOTO

İsmayıllıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrıldı - SƏRƏNCAM

ABŞ Senatı "Şimal axını-2"yə qarşı sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib

"Toy da yoxdur... Nə var satıb, dolanıram"

Əməkdar artistin ÇOX BAHALI brilliantı yoxa çıxdı - Görün kimdən şübhələnir - FOTO

Polis işçiləri üçün pulsuz TamKart və endirimli kredit!

Vüsal Qasımlı: Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir

"Bu vəziyyət uzun müddət davam edəcək"

Xəstəxanadakı oksigen balonları partladı, 19 nəfər öldü - FOTO

Aİ Şurasına sədrlik Almaniyaya keçdi