AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Əmək bazarının tələblərinə uyğun dəyişmək lazımdır" - Uğur hekayəsi - FOTO

  21

Ramil Rəhimov: "Böyük şirkətlərə texniki biliklərlə girmək çətindir"

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Böyük hədəfi "Google", "Amazon","Netflix", "Apple" kimi qlobal şirkətlərin iş təklif etdiyi kadrlardan olmaqdır. Hazırda bu istiqamətdə çalışır, yeni texnologiyaları öyrənir. Ümumiyyətlə, iş təklifinin şirkət tərəfindən gəlməsini daha məqsədəuyğun hesab edən müsahibimiz Kanadada "Jesta I.S" şirkətində Oracle database administratoru işləyən Ramil Rəhimovdur.

Qeyd edək ki, R.Rəhimov bundan öncə Azərbaycanda "Bakcell" və Dövlət Neft Fondunda, Çexiyada "Commerzbank"da çalışıb.

- Ramil bəy, bakalavr təhsiliniz iqtisadiyyatla bağlıdır. Bu gün isə İT-dəsiniz. Bu keçidlə başlayaq.

- Mən iqtisadiyyatı məktəb vaxtından seçmişdim. Çünki məktəbdə oxuduğum ən yaxşı fənn riyaziyyat olub. Buna görə, deyirdim ki, mən iqtisadiyyata gedəcəm. Ancaq belə hallar çox olur ki, tələbə universitet dövründə müvəqqəti iş kimi fərqli sahələrdə çalışır və bu zaman oxuduğu sahənin ona çox da uyğun olmadığını görür. Məndə də belə oldu. Tələbə vaxtı 4 ilə yaxın kompüter proqramları və oyunları satışı işində çalışdım. Həmin işdə İT-yə marağım yarandı və nələrisə öyrənməyə başladım.

- 4-cü kursda növbəti iş yeriniz - "Bakcell"də işləməyə başlamısınız. Bu, İT ilə bağlı iş idi?

- "Bakcell"də ilk işim "help desk" idi. Şirkət əməkdaşlarının kompüterlərində olan problemləri həll edirdim. Bu, İT sahəsində işə başlamaq üçün ən sadə peşədir. Bir müddət bu işi görəndən sonra texniki şöbəyə keçdim. Bu, necə oldu? Mən işə başlayandan bir ay sonra şirkətdə yeni texniki ofis açıldı. "Help desk" komandasının işçiləri növbə ilə həmin ofisdə işləyirdilər. Komandadan bir gün biri, sabah digəri, o biri gün başqası texniki ofisdə işləyirdi. Mənə isə yeni işçi olduğum üçün daimi şəkildə orda olmaq tapşırılmışdı. Çoxdan işləyən "help desk" əməkdaşları bir gündən bir gəlirdilər. Daim orda olduğum üçün artıq bir müddət sonra həmin şöbənin müdiriyyəti nə problem olsa, mənə üz tuturdu. Adət etdikləri, bir gündən bir gələn əməkdaşları deyil, məni axtarırdılar. Hər gün ordaydım deyə, gözə dəyirdim. Gözə girməyin nəticəsi olaraq, artıq onlar mənə daha çox üz tutmağa başladılar. Bir neçə dəfə müdiriyyətin telekommunikasiya mühəndisliyinə aid problemlərini də həll etmişdim. Bundan sonra qərara gəldilər ki, məni öz komandalarına götürsünlər. Beləliklə, texniki şöbəyə keçdim. Texniki şöbədə mən İT mühəndisi ola bilməzdim. Telekommunikasiya mühəndisi olmalıydım. Ona görə də mənə telekommunikasiyanın ən aşağı yerindən pozisiya verdilər. Çünki orda oxumaq, müəyyən qaydaları öyrənmək və s. lazım idi. Müəyyən qədər öyrəndim, məlumat topladım. Yavaş-yavaş telekommunikasiya sahəsində yuxarı vəzifələrə qalxdım. Mühəndislik tərəfdən vəzifəmi illər keçdikcə artırdılar. Telekommunikasiyada mühəndis olaraq işim məlumatlarla bağlı idi. Məlumatların toplanılması, saxlanılması, mühəndislərə düzgün formada çatdırılması və s. Belə deyək, müəyyən mühəndislik işlərini görsəm də, işimin bir hissəsi İT ilə bağlı idi. Tam olaraq telekommunikasiya mühəndisi işlərini görmürdüm.

- Məncə, bu şirkətdə çalışdığınız dönəmdə "telekommunikasiya, yoxsa İT?" deyə, seçim etməli olmusunuz. Seçiminiz bəllidir, maraqlıdır, niyə telekommunikasiya mühəndisliyində davam etmədiniz?

- Telekommunikasiya mühəndisliyində baza bilikləri önəmlidir. Heç bir təhsil almadan telekommunikasiya mühəndisi ola bilməzsən. Təbii ki hər hansı texnik ola, kabeli birləşdirə bilərsən, amma sırf peşəkar mühəndislik üçün təhsil vacibdir. Çünki yeni texnologiya gəldiyində, telekommunikasiya, rabitə oxuyan şəxslər onun haqqında oxuyan kimi necə işlədiyini başa düşürdülər və s. Rabitə təhsilim olmadığına görə bu, mənim üçün çətinlik yaradırdı. Ona görə, telekommunikasiya sahəsindən uzaqlaşdım.

İT-də isə sənin bu sahədə təhsilindən çox bacarığın önəmlidir. Təbii ki kompüter elmləri üzrə təhsil alsan, daha yaxşı olar. Ancaq təcrübə onu göstərir ki, əksər İT mütəxəssisləri digər sahələrdən gəlirlər. Ona görə İT sahəsini seçdim.

- İT təhsili almaq fikriniz var? İş prosesində buna ehtiyac hiss edirsiniz?

- Kompüterin ən bəsit dili olan sıfırlar və birlər məsələsini götürək, mən onu oxuyub başa düşürəm, amma o məsələdə özümü tam bilikli hesab etmirəm. Məsələ o xırdalıqlara çatanda əziyyət çəkirsən, əlavə nələrsə oxumaq zərurəti hiss edirsən. Amma İT təhsili alan adam bunu standart olaraq bilir. Kompüter elmləri sahəsində təhsil almağı çox istəyirəm. Ancaq bunun üçün vaxt lazımdır. Əyani olaraq universitetdə oxusam, indiki kimi işləyə bilməyəcəm. Mən yaşamaq, təhsil haqqını ödəmək, ailəni saxlamaq üçün işləməliyəm.

Lakin indi internetin imkanları genişdir və diplom almadan da istədiyin bilikləri əldə edə bilərsən. Mən işlə bağlı nəyə ehtiyac hiss etsəm, onunla bağlı videolara baxıram, kitablar tapıb oxuyuram. Massaçusets Texnologiya İnstitutunun saytında İT ilə bağlı video formatda onlayn videolar yerləşdirilib. Bu, universitet təhsili kimi keyfiyyətli və akademik cəhətdən dolğundur.

- Belə desək, hər şeyi işlədikcə öyrənirsiniz...

- Bəli, İT-nin demək olar ki, spesifikasiyası budur. Sən İT təhsili almadan da burda peşəkar mütəxəssis ola bilərsən. O qədər də dərin bilik tələbləri yoxdur. Amma yenə də müəyyən detallara girəndə iş əsnasında qarşına bilmədiyin fərqli problemlər çıxa bilər. Onları da qarşına çıxdıqca araşdırıb öyrənə bilirsən. Bu, 100 faiz 4 illik universitet təhsilinin yerini verməz, amma kompensasiya edə bilirsən. Ancaq təhsilin olmaması problem yaratmır və təhsilsiz çox yaxşı peşəkarlar var. Çətinliklər olur və onlar bunu araşdırıb öyrənərək aradan qaldırırlar.

- Çexiyaya işləməyə "Commerzbank"ın dəvəti əsasında getmişdiniz?

- İlk olaraq mən onları tapıb müraciət etmişdim. Müsahibələri keçdim, ancaq üstündən bir aydan çox vaxt keçsə də, cavab gəlmədi. Əlaqə saxladım, "yox" dedilər, başqa adam tapdıqlarını bildirdilər. Mən də Dövlət Neft Fondunda işə düzəldim. Bir neçə ay işləyəndən sonra həmin bankdan əlaqə saxlayıb işə çağırdılar. Mən də qəbul etdim. Çünki karyeramda təcrübə yığmaq cəhətdən o işin önəmli olduğunu bilirdim. 

- Bəs Çexiyanı Kanadaya dəyişməyiniz necə oldu?

- Çexiyada işləyərkən Kanadaya miqrasiya prosesini keçdim və prosesi bitirmək üçün ora köçmək tələb olunurdu. İş axtarırdım, amma indi çalışdığım şirkəti mən yox, onlar məni "LinkedIn" vasitəsilə tapdı. Müsahibəyə dəvət etdilər, keçdim və işə başladım. Amerikadan da bir neçə iş təklifi olub, amma imtina edirəm, çünki orda işləmək icazəm yoxdur. Kanada və Amerikada işə düzəlməyin ən yaxşı yolu budur. İşçiləri "LinkedIn" üzərindən axtarıb tapıb dəvət edirlər. Hazırda onun üzərində işləyirəm ki, mən işi yox, şirkətləri məni axtarsınlar. Hazırda heç bir işə müraciət etmirəm. Adətən şirkətlər özləri təklif göndərirlər. Maraqlıdırsa, qəbul edib müsahibələrə gedirəm, deyilsə, bunu bildirirəm. Karantindən öncə başqa şirkət təklif göndərdi, müsahibədən keçdim və qeyri-rəsmi "hə" deyilmişdi. Sadəcə olaraq, pandemiya ilə əlaqədar şirkət işə götürmək prosesini dondurub. 

- Sizin işi yox, şirkətlərin sizi tapmasının fərqi nədir?

- Çünki şirkət axtaranda, öz parametrlərinə uyğun olan kadra üstünlük verir. Bir var ki, şirkət vakansiya elan edir, orda müəyyən tələblər yazır. Ancaq tələblər siyahısında elə şeylər olur ki, o şirkətə çox da lazım olmur və onu bilməsən də, səni işə götürə bilərlər. Tutaq ki elanda gördüyün 10 tələbdən 5-nə cavab verirsən, deyirsən ki, azdır və bu işə müraciət etməyim. Ancaq ola bilər ki, sənin cavab vermədiyin 5 tələb şirkətə o qədər də vacib deyil. Ona görə şirkətin səni tapmağı daha yaxşıdır. Artıq nəyi bildiyin haqda məlumatlı olur. Mən "LinkedIn" profilimdə nəyi yaxşı, nəyi orta bildiyimi, nə haqda ümumi biliklərim olduğunu qeyd edirəm. Şirkət məni araşdıranda, buna baxıb təklif edir. Ona görə hazırda "LinkedIn" profilim üzərində çalışıram. Trenddə olan texnologiyaları öyrənirəm, sertifikat varsa, onu alıram. Böyük hədəfim "Google", "Amazon", "Netflix", "Apple" kimi şirkətlərdən iş təklifi almaqdır. Bu şirkətlərdən birindən müsahibə üçün təklif alsam, "LinkedIn" profilimin performansı cəhətdən yaxşı nəticə olacaq.

- Ancaq qeyd etdiyiniz şirkətlərin iş tələbləri təkcə texniki biliklərlə kifayətlənmir.

- Təbii ki bu haqda da məlumatım var və araşdırıram (Gülür). Böyük şirkətlərə texniki biliklərlə girmək çətindir. Qeyd etdiyim böyük şirkətlər üçün texniki biliklər işə qəbulda bir önəmli nüansdır. Düzdür, adam bir neçə il korporativ mühitdə işləyibsə, çox güman ki insani keyfiyyətlərində problem yoxdur. Ancaq bu və ya digər şirkəti qane etməyən spesifik məqamlar ola bilər. İşə götürmək istədikləri şəxsin necə bir insan olması, komanda ilə necə ünsiyyət qurması, işləməsi və s. məsələlər də önəmlidir. Siz super İT mütəxəssisi ola bilərsiniz, amma insani keyfiyyətləriniz pisdirsə, o şirkətlərdə işə götürülməyəcəksiniz. "Google"un İnsan Resursları mütəxəssisi müsahibəsində bununla bağlı bir önəmli nüansı qeyd etmişdi. Bildirdi ki, iş müsahibəsi zamanı insani keyfiyyətləriniz pis olsa, kiməsə kobud, qeyri-etik davranış göstərsəniz, "Google"un qapıları sizin üçün bağlanır. Bundan sonra müraciət etsəniz də, sizi müsahibəyə çağırmayacaqlar. Ancaq müsahibədə texniki cəhətdən şirkəti qane etməyən kadr, özünü inkişaf etdirib bir müddət sonra müraciət edə bilər. İnsani keyfiyyətlərinə görə, müsahibədən kəsilsən, bu, o deməkdir ki, ömür boyu "Google"a qəbul ola bilməzsən. Çünki insani keyfiyyətlər dəyişmir. Adam kobuddursa, elə də qalacaq.

"Commerzbank"da iş müsahibəsinə gedəndə "Xanım müdirin rəhbərliyi altında işləmək sizin üçün problem olmaz ki" sualı verilmişdi. Ancaq "Google" kimi böyük şirkətlər bu tipli sualları açıq-aydın vermir. Psixoloji suallarla bunu öyrənə bilirlər.

Böyük şirkətlər öz fikrini, ideyanı irəli aparmaq bacarığının olmasına da önəm verirlər. Tutaq ki, komandanın A ideyası var, amma sən ondan da gözəl B ideyası təklif edirsən. Öz ideyanın adını çəkdin, komanda "bizə yaramaz" dedi. Sən ideyandan əmin olsan da, utandın, üstünə getmədin, o ideya batdı. Bəzi şirkətlər istəyirlər ki, kadr ideyasının komandanın təklif etdiyindən daha yaxşı olduğuna əmindirsə, ideyasını irəli apara, komandanı buna inandıra bilsin. O adama daha çox önəm verirlər, nəinki utancaq olana. Söhbət yaxşı ideyalardan gedir.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?

- Sırf karyera cəhətdən yanaşsaq, peşəkar, əmək bazarının və ya çalışdığınız şirkətin tələblərindən artığını bacaran biri olmaq lazımdır. Çünki bu zaman şirkətə və bazara yeniliklər gətirmək mümkündür. Sabah işdən çıxdığınızı deyəndə, müdirin reaksiyası iki cür ola bilər: "Nə yaxşı ki getdi" və "Necə edək ki bunu saxlayaq?" Mən ikinci reaksiya olması üçün çalışıram. Təbii ki şirkətdən çıxmaq qərarı vermişəmsə, gedəcəm, birinci reaksiya da mənə uyğun olar, amma sırf peşəkarlıq və şirkətdə gördüyüm işin keyfiyyətini ölçmək məqsədilə mənim üçün ikinci versiya daha uyğundur. Şirkət məni itirməyə sevinməsin, saxlamaq istəsin. Buna görə öz üzərində işləmək, yeniliklər etmək, əmək bazarının tələblərinə uyğun dəyişmək lazımdır.

Demokratikmusavat.com

Xəbər Lenti

Vilayət Eyvazov: “Son illərdə 21 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 mindən artıq şəxs saxlanılıb”

“Everton” və “Arsenal” qələbə qazanıb

Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək

COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları Azərbaycandakı xəstəxanaların depolarında var

Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Şabranda qaz qumbarası aşkar olunub - FOTO

Efiopiyada toqquşmalarda 80-dən çox insan öldü

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib - FOTO

Günün qoroskopu: peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir

Xaricdə çalışan Azərbaycan vətəndaşının vergi öhdəliyi nələrdir?

Yuxarı vergi orqanlarında inzibati şikayətlərə hansı halda baxılır?

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

Rusiyada ümumxalq səsverməsi başa çatıb

Bakıda koronavirusa yoluxan şəxs marketdə saxlanıldı - VİDEO - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 175 min nəfəri ötüb

Dünyada cinsə görə ayrı-seçkilik səbəbindən "itirilmiş" qızların sayı 140 milyondur

Koronavirus Yaponiyada böyük biznesə inamı sarsıdır

Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb

Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib

İspaniya və Portuqaliya sərhədlərini açdı

“Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?” - Nigar Camal

Narkokuryer kokaini mənzilində axtarış əməliyyatı aparılan ev sahibinə çatdırdı - FOTO

Röya koronavirus testinin cavabını paylaşdı - FOTO

Qazaxıstanda 14 günlük karantin rejimi tətbiq ediləcək

Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir - FOTO

İtaliya hökuməti ölkəyə gələnlər üçün yeni karantin qaydaları tətbiq edib

"Qələt edib banka kreditə girdim. adıma maşın var, gəlib əlimdən alacaqlar" - Səidə Sultan

Metsamor AES-in fəaliyyəti dayandırılıb

"Evin içində nə yaşandığını bilmirsiz" - Fərda boşanmasından danışdı

Hindistanda isitilik elektrik stansiyasında partlayış olub, ölənlər var

ARDNF ötən ay valyuta hərraclarında 373,2 milyon dollar vəsait satıb

Rusiyada koronavirusdan ölənlərin sayı 9 500 nəfəri keçib

"Yerimə kim olsaydı intihar edərdi" - Nura Suri

"Mövcud vəziyyətdən daxili turizmin inkişafı üçün istifadəyə xüsusi diqqət yetirilir"

Azər Badamov: Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir

Trend BİA Avropada nüfuzlu media resurslarının ilk üçlüyündə yer alıb - FOTO

"Heç nə sizinlə ünsiyyətə mane ola bilməz"

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

İranda karantin rejimi sərtləşdirilib

Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Xanımının erotik "şəkilləri" yayıldı, Kim özündən çıxdı - FOTO

"Bu qurumlar erməni lobbisi tərəfindən maliyyələşdirilir"

Təyyarə şirkətindən ŞOK QƏRAR: 15 min nəfəri işdən çıxaracaq

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı SUALLARA CAVABLAR

"Bu erməni bayrağıdır, ay küçük?" - Pərvin özündən çıxdı - VİDEO

Roza həmkarı ilə elə şəkillər paylaşdı ki, sevgili sandılar - FOTO

Azərbaycanda maşın bazarında son vəziyyət necədir? - Ekspertdən AÇIQLAMA

ABŞ-da qırıcı qəzaya uğrayıb

Azərbaycanda güzəştli kredit almaq imkanları genişləndirilir

1 həftədir karantin rejimi tətbiq olunsa da, niyə rəqəmlər 500-dən yuxarıdır?

Karantin qaydalarını pozub nişanda əyləndilər - FOTO

Pərvin Kərimzadə: Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanınır

Radikal müxalifət vicdana və xalqa qarşı çıxır - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb

"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

Leyla Abdullayeva: Təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi

Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb

Azərbaycan Rusiya və Ukraynaya ətirli tütün ixrac edir

Rusiyalı Əməkdar artist vəfat etdi

Karantin rejimi tətbiq olunmayan ölkədə koronavirusdan ölənlərin sayı 60 minə çatır

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar azalmaya doğru gedir - BMT - FOTO

Ermənistanda koronavirusa yoluxanların sayı 26 min nəfəri keçib

Karantin bitən kimi istirahətə yollandılar - FOTO

İsmayıllıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrıldı - SƏRƏNCAM

ABŞ Senatı "Şimal axını-2"yə qarşı sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib

"Toy da yoxdur... Nə var satıb, dolanıram"

Əməkdar artistin ÇOX BAHALI brilliantı yoxa çıxdı - Görün kimdən şübhələnir - FOTO

Polis işçiləri üçün pulsuz TamKart və endirimli kredit!

Vüsal Qasımlı: Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir

"Bu vəziyyət uzun müddət davam edəcək"

Xəstəxanadakı oksigen balonları partladı, 19 nəfər öldü - FOTO

Aİ Şurasına sədrlik Almaniyaya keçdi

Qırğızıstanda daha 439 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

Braziliyada koronavirusdan ölənlərin sayı 60 minə çatır

Pompeo Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri ilə ərzaq təhlükəsizliyini müzakirə edib

Nigeriyada avtobus qəzası olub, çox sayda ölən var