AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Aysel Əlizadə: "Əsas məqsədim insan yetişdirməkdir" - Örnək - FOTO

  22

Aysel Əlizadə: "Kənd uşaqlarına isə kiçik jestlə, hədiyyə ilə böyük xoşbəxtliklər yaşatmaq olur"

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, müəllimlik təhsili almaq asandır. Çox çalışıb universitetə qəbul olarsan, oxuyub bitirərsən. Hətta müəllimlərin işə qəbul imtahanını da çalışıb vermək olar. Ən çətin olanı uşaqların sevimli müəllimi olmaqdır. "Çünki uşaqların böyüklər kimi çıxarları olmur, nəyəsə görə sevmirlər. Onların sevgisi içdən gəlir" deyən müsahibimiz Şəmkir rayonunun Düyərli kəndinin ibtidai sinif müəllimi Aysel Əlizadədir.

- İşini həvəslə görən müəllimlərdənsiniz. Maraqlıdır, müəllimlik seçimi də həvəsdən dolayı olmuşdu?

- Universitetə hazırlaşanda, ağlımda iki ixtisas var idi: jurnalistika və ibtidai sinif müəllimliyi idi. Bu istiqamətdə çalışdım və istədiyimə nail oldum. Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai sinif müəllimliyi üzrə təhsil aldım. 2017-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında (MİQ) iştirak etdim, amma istədiyim balı yığa bilmədim. 46 bal toplamışdım, 2017-ci ildə o bal yetərli idi, ancaq hədəfim böyük idi. Ona görə həmin il müqavilə ilə işlədim. 2018-ci ildə imtahana qatıldım, 55 bal yığaraq Şəmkir rayon Düyərli kənd 2 saylı orta məktəbini seçdim.

- Niyə ibtidai sinif müəllimliyi?

- Bir növ valideynlərinin imkansızlığına görə fərqləndirilən şagirdlərin səsi olmaq istədim. Müəllim olmaq istəməyimin başqa bir səbəbi də var. Məktəbdə oxuyanda çox yaxşı müəllimlərlə yanaşı, vicdansızlarına da rast gəlmişəm. Haqsızlıqla qarşılaşanda, deyirdim ki, böyüyəndə müəllim olacam, amma sizin kimi yox. İbtidai sinif müəllimliyinə gəlincə, bu seçimi edəndə, özüm də məktəbli idim və görürdüm ki, 10-11-ci siniflərdə şagirdlər müəllimə daha az hörmət edirlər. Aşağı siniflərdə isə müəllim uşağın həyatında daha dərin iz qoya bilir.

- Yaşayış yeri Bakı olduğu halda, kənd məktəbini seçən müəllimlərdənsiniz.

- Əslən şəmkirliyəm, ancaq 5-ci sinifdə oxuyanda Bakı şəhərinə köçdük və orta təhsilimi burda aldım. Yaşayış yerim Bakı idi. Kənd məktəbində işləməyi tamamilə öz istəyimlə seçmişəm. Düşünürəm ki, kənddə dərs keçmək şəhər məktəbində işləməkdən daha üstündür. Yüksək bal yığan çox adam şəhər məktəbinə üstünlük verir. Ancaq kənddə uşaqların səmimiliyi, dərsə olan marağı, müəllimə verilən dəyər daha yüksəkdir.

- Siz 55 balla Bakı məktəblərinə də düşə bilərdiniz.

- Bəli, hətta həmin il rəfiqəm 53 balla Bakı şəhərində yerləşən məktəbdə daimi iş üçün düşdü. Sadəcə, mənim seçimim Şəmkir rayonu Düyərli kəndi oldu. Özüm ibtidai sinfi bu məktəbdə oxuduğum üçün hədəfim burda işləmək idi. İbtidai sinfə getdiyim məktəbdə müəllim kimi çalışmaq istəyirdim.

- Paytaxtda yaşayan müəllim bölgələrdə işləməyi seçəndə, ətrafındakı insanlar buna inanmırlar, çətin olacağını bildirənlər də olur.

- Ətrafımdakı insanlar işləmək üçün Bakını qoyub kəndi seçdiyimdə, inanmadılar. Ailəm də Bakıda işləməyimi istəyirdi. Bu, mənim seçimim oldu və peşman deyiləm. Ancaq bildirim ki, 10 yaşımdan Bakı şəhərində yaşadığım, orda təhsil şəhərdə aldığım üçün kəndə alışmaq bir az çətin oldu. Artıq uzun illər idi ki, şəhər mühitində yaşayırdım, ətrafım, yaxınlarım, sinif, qrup yoldaşlarım hamısı Bakıda idi. Ən çətini onlardan ayrılıb gəlmək idi. Bir növ öz mühitindən çıxıb başqa ətrafa düşürsən. Alışmaq çətin olur. Şəhərdə çox şey daha rahatdır, istədiyin kimi yaşaya bilirsən, kənddə isə müəyyən məqamları nəzərə almalı, ətrafındakı insanlara görə yaşamalısan. Bunlarda çətinliyim oldu.

- İbtidai sinfə getdiyiniz məktəbdə müəllim çalışmaq istəyi nədən qaynaqlanırdı?

- Mən oxuduğum müddətdə məktəb çox təmirsiz idi. Uçuq, dağılmış məktəbdən şəhərin yaxşı şəraitli məktəbinə getmişdim. Bu, mənə müqayisə imkanı verdi. Kənddəki sinif yoldaşlarımın oxumağa daha çox can atdıqlarını gördüm. Çətin şəraitdə nələrsə etməyə çalışırdılar. Şəhər mühitində isə uşaqlar naşükür idilər, oxumağa çox da həvəsli deyildilər. Hər bir şəraitləri olduğuna rəğmən, dərs onlara maraqlı gəlmirdi. Dərsə girməyə maraq göstərməmək, müəllimə hörmət etməmək halları ilə şəhər məktəbində daha çox rastlaşırdım. Hər iki mühiti gördüyüm üçün düşünürdüm ki, kənddə müəllimə daha çox sevgi var, müəllimi müqəddəsləşdirirlər. Şəhərdə isə adidir, hər şey sıradan, normal gəlir. Şəhər uşaqlarını heyrətləndirmək çox çətin olur. Kənd uşaqlarına isə kiçik jestlə, hədiyyə ilə böyük xoşbəxtliklər yaşatmaq olur.

- Şagird vaxtı başqa cür yanaşdığınız, müəllim olandan sonra müəllimlərinizi daha yaxşı başa məqamlar olub?

- Elə məqamlar çox olub. Bəzi ifadələr var ki, şagird olanda, onu heç vaxt işlətməyəcəyimi deyirdim. Məsələn, "niyə özün də evdə qalmamısan?" zarafatını indi özüm də işlədirəm. Ən əsası, müəllimlər çox dərs tələb edəndə, bizim oxumağımız üçün israrlı davrananda, düşünürdüm ki, bu fənni sevmirəmsə, oxumuram, niyə məcbur edirlər? Könüllü olmalıdır. Müəllim kimi yanaşanda, o cür düşünmürəm. İnsan istəyir ki, dərs keçdiyi şagirdlər bütün fənləri yaxşı oxusunlar, sinfi seçilsin.

- Necə müəllim olmağa çalışırsınız?

- Şagird olan vaxt sevdiyim müəllim tipi o idi ki, sərhədləri qoruyub saxlamaqla bərabər, yeri gələndə, şagirdlərinin dostu, böyük bacısı, qardaşı olmağa çalışsın. 11 illik məktəb dövründə bunu ən çox tarix müəllimimdən görmüşəm. 45 dəqiqəlik dərs ərzində bizimlə şagird-müəllim kimi davranırdı. Digər vaxtlar isə biz ona problemimizi deyə, söhbət edə, dəstək ala bilirdik. Mən də şagirdlərimlə arada o səmimiliyi yaratmağa çalışıram. Şəxsi problemləri olanda, kiminləsə bölüşmək istəyəndə, onu mənə danışa bilsinlər. Düşünməsinlər ki, bu müəllimdir, ona danışsam, pis çıxar, məni başa düşməz və s. 3 illik pedaqoji təcrübəmdə iki dəfə dördüncü sinfim olub. Nisbətən böyük sinif olduqlarına görə, mənə şəxsi problemlərini rahatlıqla danışıblar. Hətta həllinə çalışdığım və nail olduğum problemlər də olub. Düşünürəm ki, müəllimlikdən öncə insanıq, uşaqların dayanacaq nöqtəsi olmalıyıq. Başlarına pis iş gəldiyində belə, düşünməlidirlər ki, müəllim məni qınamaz, başa düşər.

Məktəb vaxtı şagirdin şəxsiyyətinə hörmətlə yanaşmayan, nalayiq ifadələr işlədən müəllimləri sevmirdim. Pedaqoji fəaliyyətimdə heç vaxt buna yol vermirəm. 3-5 yaşında uşaq belə bir fərd, şəxsiyyətdir. Tənqid etmək olar, təhqir düzgün deyil. Təəssüf ki bəzi müəllimlərdə belə hallara rast gəlirəm. Ailələrindəki problemi qabardıb şagirdi sındırmağa çalışan müəllimlər də olur. Heç vaxt belə hallara yol vermirəm.

- Uşaqlar heç kimə demədikləri nələri sizinlə bölüşürlər?

- İşə başladığım il bir şagirdim dedi ki, sizə bir söz demək istəyirəm, amma utanıram. Danışdı və məlum oldu ki, atasıyla anası ayrılıb. Anası işləyir, səhər gedir, axşam gəlir. Bunun özündən 2 yaş böyük bacısı bunu hər gün döyür, işlədir. Daha sonra valideyni məktəbə çağırdım, bacısı da məktəbdə oxuyurdu, onunla danışdım, problem həll olundu. Bacısı da uşaq idi və ona istiqamət verilməliydi. Daha sonra bir şagirdim ata-anası arasında olan problemlərə üzüldüyünü demişdi. Ümumiyyətlə, valideynləri arasında olan problemdən üzüldüyünü danışan uşaqlar çox olur.

- İşlədiyiniz kənddə şagirdlərin dərsə marağı, valideynlərin uşaqlarının təhsilinə yanaşması necədir?

- 3 ildir burda işləyirəm və bu müddətdə fərqli valideynlərlə rastlaşmışam. Bütün valideynlərin eyni olduğunu demək olmaz. İşə başladığım ilk vaxtlar "uşağın psixologiyası pozulur, çox dərs tələb edirsiniz" kimi fikirlər səsləndirənləri də görmüşəm, əksini deyənləri də. Ümumi yanaşanda yaxşı valideynlər daha çox olub. Çünki mənim öz qayda-qanunum var və mən bunu ilk başladığım vaxtlarda valideyn iclası keçirərək deyirəm. Onlar da məsuliyyətli yanaşırlar. Hazırda dərs dediyim sinfin valideynləri çox məsuliyyətlidirlər. Üzərlərinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirirlər. Bakının mərkəzi məktəblərində müəllim işləyən tanışlar var, valideynlərdən çox şikayətlənirlər. Deyirlər ki, uşağı ilə maraqlanmayan, çantasını açıb baxmayan valideynlər çoxdur. Düşünürəm ki, burda müəllimdən də çox şey asılıdır. Onlar bilirlər ki, kiçik məsuliyyətsizlik etsələr, gün ərzində neçə dəfə mesaj yazaraq, zəng edərək yadlarına salıram, unutmağa qoymuram. Loru dildə desək, kiçik məsuliyyətsizlik edəndə, bezdirirəm. Valideynlərlə qarşılıqlı əməkdaşlığı bacarırıq. Onlayn dərslər zamanı belə, şagirdlərimin hər birinin dərsdə iştirakını təmin edirəm. Onlayn dərslərlə bağlı şəkilləri sosial şəbəkədə paylaşanda, digər müəllim tanışlar, dostlar heyrətlənirlər ki, bizdə 5-6 uşaq dərsə qoşulduğu halda, sənin sinfində hamı qatılır.

- Dediniz ki, ilk vaxtlar uşaqları dərslə yüklədiyinizi deyən valideynlər olub. Evə tapşırıqların miqdarı necə olurdu ki, belə deyirdilər?

- (Gülür) Bu sualınıza cavab olaraq birinci qeyd edim ki, çox dərs verməkdə ittiham edən valideyn bir-iki ay sonra gəlib üzr istəyib, "kaş siz birinci sinifdən bizim uşağın müəllimi olaydınız" deyib. Əsas məqsədim alimdən öncə insan yetişdirməkdir. Savadlı şəxs yetişdirərik, o gedib həkim də olar, ancaq insani keyfiyyətləri aşağıdırsa, həkimlikdən sui-istfadə edə bilər.

Uşağı proqramdan artıq yükləmək olmaz. Qəti şəkildə uşaqları ev tapşırığı ilə yükləməyin əleyhinəyəm. İşə yeni getdiyimdə 4-cü sinifdən dərs keçməyə başladım. Onlar indiyə qədər başqa cür gəlmişdilər, valideynlərə və həmin sinifdəki uşaqlara görə məktəb yalnız oturub müəllimlə söhbət etmək üçün yer idi. Əvvəllər müəllim onlardan dərs soruşmurmuş. Onlar elə gəlmişdilər və elə də təsəvvür edirdilər. Mənim dərs soruşmağım onlara böyük yük kimi gəlirdi. Şikayət edən şagird 4-cü sinfə gəlmişdi, 20 dairəsində hesablamağı bilmirdi, üzündən oxumaqda çətinlik çəkirdi. Bir çox uşaq və valideynləri də düşünürdü ki, elə belə də olmalıdır. Uşaqdan dərs tələb etmək, sadə şeyləri öyrənməsini istəmək, onlara görə psixologiyasını pozmaq idi. Qeyd etdiyim kimi, sonra həmin valideynlərin fikirləri dəyişdilər.

- Gələcəkdə də kənd məktəbində qalıb işləmək fikriniz var?

- 3 ildir ki, kənddə işləyirəm və hər keçən gün müəllim işləməyə həvəsim artır. Ancaq planladığım kimi getsə, ömrümün sonuna qədər müəllim işləməyi düşünmürəm. Düşünürəm ki, yaş artdıqca, qocaldıqca indiki həvəsim, enerjim olmaya bilər. Nə vaxtsa bu peşədən yorulduğumu hiss etsəm, uzaqlaşacam. Düşünürəm ki, müəllim hər gün öyrənməli, yorulmamalı, işinə daha həvəslə yanaşmalıdır. Müəllimliyə bu peşəyə həvəsi, sevgisi olanlar gəlməlidirlər.

Demokratikmusavat.com

Xəbər Lenti

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib - FOTO

Vilayət Eyvazov: “Son illərdə 21 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 mindən artıq şəxs saxlanılıb”

“Everton” və “Arsenal” qələbə qazanıb

Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək

COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları Azərbaycandakı xəstəxanaların depolarında var

Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Şabranda qaz qumbarası aşkar olunub - FOTO

Efiopiyada toqquşmalarda 80-dən çox insan öldü

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib - FOTO

Günün qoroskopu: peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir

Xaricdə çalışan Azərbaycan vətəndaşının vergi öhdəliyi nələrdir?

Yuxarı vergi orqanlarında inzibati şikayətlərə hansı halda baxılır?

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

Rusiyada ümumxalq səsverməsi başa çatıb

Bakıda koronavirusa yoluxan şəxs marketdə saxlanıldı - VİDEO - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 175 min nəfəri ötüb

Dünyada cinsə görə ayrı-seçkilik səbəbindən "itirilmiş" qızların sayı 140 milyondur

Koronavirus Yaponiyada böyük biznesə inamı sarsıdır

Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb

Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib

İspaniya və Portuqaliya sərhədlərini açdı

“Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?” - Nigar Camal

Narkokuryer kokaini mənzilində axtarış əməliyyatı aparılan ev sahibinə çatdırdı - FOTO

Röya koronavirus testinin cavabını paylaşdı - FOTO

Qazaxıstanda 14 günlük karantin rejimi tətbiq ediləcək

Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir - FOTO

İtaliya hökuməti ölkəyə gələnlər üçün yeni karantin qaydaları tətbiq edib

"Qələt edib banka kreditə girdim. adıma maşın var, gəlib əlimdən alacaqlar" - Səidə Sultan

Metsamor AES-in fəaliyyəti dayandırılıb

"Evin içində nə yaşandığını bilmirsiz" - Fərda boşanmasından danışdı

Hindistanda isitilik elektrik stansiyasında partlayış olub, ölənlər var

ARDNF ötən ay valyuta hərraclarında 373,2 milyon dollar vəsait satıb

Rusiyada koronavirusdan ölənlərin sayı 9 500 nəfəri keçib

"Yerimə kim olsaydı intihar edərdi" - Nura Suri

"Mövcud vəziyyətdən daxili turizmin inkişafı üçün istifadəyə xüsusi diqqət yetirilir"

Azər Badamov: Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir

Trend BİA Avropada nüfuzlu media resurslarının ilk üçlüyündə yer alıb - FOTO

"Heç nə sizinlə ünsiyyətə mane ola bilməz"

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

İranda karantin rejimi sərtləşdirilib

Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Xanımının erotik "şəkilləri" yayıldı, Kim özündən çıxdı - FOTO

"Bu qurumlar erməni lobbisi tərəfindən maliyyələşdirilir"

Təyyarə şirkətindən ŞOK QƏRAR: 15 min nəfəri işdən çıxaracaq

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı SUALLARA CAVABLAR

"Bu erməni bayrağıdır, ay küçük?" - Pərvin özündən çıxdı - VİDEO

Roza həmkarı ilə elə şəkillər paylaşdı ki, sevgili sandılar - FOTO

Azərbaycanda maşın bazarında son vəziyyət necədir? - Ekspertdən AÇIQLAMA

ABŞ-da qırıcı qəzaya uğrayıb

Azərbaycanda güzəştli kredit almaq imkanları genişləndirilir

1 həftədir karantin rejimi tətbiq olunsa da, niyə rəqəmlər 500-dən yuxarıdır?

Karantin qaydalarını pozub nişanda əyləndilər - FOTO

Pərvin Kərimzadə: Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanınır

Radikal müxalifət vicdana və xalqa qarşı çıxır - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb

"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

Leyla Abdullayeva: Təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi

Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb

Azərbaycan Rusiya və Ukraynaya ətirli tütün ixrac edir

Rusiyalı Əməkdar artist vəfat etdi

Karantin rejimi tətbiq olunmayan ölkədə koronavirusdan ölənlərin sayı 60 minə çatır

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar azalmaya doğru gedir - BMT - FOTO

Ermənistanda koronavirusa yoluxanların sayı 26 min nəfəri keçib

Karantin bitən kimi istirahətə yollandılar - FOTO

İsmayıllıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrıldı - SƏRƏNCAM

ABŞ Senatı "Şimal axını-2"yə qarşı sanksiyaları müdafiə büdcəsi layihəsinə daxil edib

"Toy da yoxdur... Nə var satıb, dolanıram"

Əməkdar artistin ÇOX BAHALI brilliantı yoxa çıxdı - Görün kimdən şübhələnir - FOTO

Polis işçiləri üçün pulsuz TamKart və endirimli kredit!

Vüsal Qasımlı: Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir

"Bu vəziyyət uzun müddət davam edəcək"

Xəstəxanadakı oksigen balonları partladı, 19 nəfər öldü - FOTO

Aİ Şurasına sədrlik Almaniyaya keçdi

Qırğızıstanda daha 439 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

Braziliyada koronavirusdan ölənlərin sayı 60 minə çatır

Pompeo Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri ilə ərzaq təhlükəsizliyini müzakirə edib