AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bakıda şok dələduzluq sxemi - Alqı-satqı elanı verən hər kəs hədəfdə - FOTO

  25

Bakıda saytlara alqı-satqı elanı yerləşdirən hər kəs dələduzluğun qurbanı ola bilər. Dələduzluq sxemi isə belədir: sayta hər hansı bir məişət əşyası, mal-material satışı haqda elan yerləşdirən vətəndaşa zəng olunur, satdığı əşya, mal-materialla maraqlanır. Satıcını inandırmaq üçün qiymətlə bağlı sövdələşmə aparır, özünü real alıcı kimi təqdim edir.

Eyni zamanda, özünün sıradan biri olmadığını sözarası deyir, ofisə sürücü, xidmətçi lazım olduğunu söyləyir.

Demokratikmusavat.com bildirir ki, musavat.com-a başına gələnlər haqda məlumat verən vətəndaş deyir ki, o, saytlardan birinə istifadə etmədiyi qaz plitəsini satmaq üçün elan yerləşdirib və dələduzluğun qurbanı olmaqdan canını zorla qurtarıb.

"Telefon nömrəmə 070 215 02 XX (vətəndaş nömrəni tam olaraq redaksiyaya təqdim edib) nömrəsindən zəng edən şəxs özünü Tofiq kimi təqdim etdi. Qaz plitəsi ilə maraqlandı. Dedi ki, bəs Əhmədlidə ofisləri var, "Vito" markalı maşına sürücü axtarırlar, 650 manat maaş verir. 2 sürücü lazım olduğunu dedi. Sürücülük kateqoriyası, ailə vəziyyəti ilə maraqlandı. Qonşuma da dedim ki, belə iş var. O da dedi ki, işləməyə razıdır, amma uyğun kateqoriyası yoxdur. Tofiqə zəng elədim, dedim ki, qonşum da işləməyə razıdır, amma sürücülük kateqoriyası uyğun deyil. O da problem olmadığını, məsələni yoluna qoyacağını söylədi, tapşırdı ki, ondan zəng gözləyək".

Vətəndaş deyir ki, növbəti gün Tofiq ona zəng eləyib, deyib ki, iş düzəlib: "Həkimlərdən keçməli olmağımızı dedi, qonşumla "Neftçilər" xəstəxanasına gəlməyimizi istədi, dedi ki, özü də ordadır, həkimləri axtarır. Qonşumu çağırdım ki, "Neftçilər" xəstəxanasına gedək. Tofiq bir də zəng elədi. Bu dəfə dedi ki, bəs həkimlə danışdım, siz əziyyət çəkib gəlməyin. Həkimin hesab nömrəsini verirəm, ora hər biriniz təcili 50 manat köçürün, həkim sizin sağlam olmağınız haqda arayışları verəcək. Ad, familiya, ata adlarımızı, təvəllüdlərimizi bir də dəqiqləşdirdi. Dedi ki, pulu tez köçürün, həkim sənəd yazsın, alım gəlim Əhmədliyə, siz də gəlin metroya tərəf, deyəcəyəm ofis hardadır".

Vətəndaş deyir ki, Tofiqin bu cür davranışından şübhələnib, az sonra ona zəng edib: "Soruşdu ki, pulu köçürdüz. Cavab verdim ki, biz gəlirik "Neftçilər" xəstəxanasına, oradan səninlə ofisə gedərik. Dedi ki, pulu köçürün, sonra gəlin. Növbəti zənglərimizə cavab vermədi. Növbəti gün də dəfələrlə həmin nömrəni yığdım, yenə cavab vermədi".

Vətəndaş redaksiyamıza Tofiqin verdiyi və pulun köçürülməsini istədiyi "Kapitalbank"dakı hesab nömrəsini də təqdim edib. Həmin hesab nömrəsi Tərlan Rəfail oğlu Şahverdiyevin adınadır.

"Yeni Müsavat" əməkdaşı araşdırıb ki, bu şəxs dələduzluq, narkotik maddələrdən istifadəyə görə həbsdə olub. 2016-cı ilin noyabrında Nəsimi Rayon Məhkəməsi barəsində qazancından 15 faiz tutulmaqla 2 il islah işlərinə məhkum olunması haqda hökm çıxarıb.

Belə görünür ki, hüquq-mühafizə orqanları bir daha Tərlan Rəfail oğlu Şahverdiyevi sorğu-suala tutmalı olacaqlar...

Demokratikmusavat.com

Xəbər Lenti

Ağrıkəsici koronavirusun müalicəsində istifadə olunacaq - ARAŞDIRMA

Yunanıstan hökuməti koronavirusa yoluxduğu halda turistlərin tibbi xərclərini ödəyəcək

Qız ona ayaqqabı almayan anasını PİLLƏKƏNDƏN İTƏLƏDİ - FOTO

Tokio Olimpiya və Paralimpiya Oyunları sadələşdirilmiş variantda keçirilə bilər

Günün qoroskopu: Zahiri görünüşə aldanmayın

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

ÜST: "Vəziyyət yaxşılaşır deyə, bayram etmək vaxtı deyil, ikinci dalğaya hazırlaşmalıyıq"

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

İqtisadiyyat Nazirliyi: 1505 obyektdə sanitar-epidemioloji tələblər pozulub - FOTO

DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Heminqueyin naməlum hekayəsi çap olunub

Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı artdı - VİDEO

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

Putin: "Rusiyada koronavirusla bağlı vəziyyət yaxşılaşır"

Türkiyədə 3 deputatın səlahiyyətlərinə xitam verildi

TƏBİB sədri: "Ölkədə müxtəlif səbəblərdən hər gün 150-170 nəfər vəfat edir"

"Abituriyentlərdən koronavirus test nəticəsi tələb olunmur" - RƏSMİ

"Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq"

"Erməni tərəfinin həyasızlığı özlərinə qaşı çox mürəkkəb bir vəziyyət yaradır"

TƏBİB sabahkı iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi

Belarusda yeni Baş nazir təyin olunub

Türkiyə Afrikaya tibbi yardım göndərdi

Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

“Qəbələ”nin daha iki futbolçusu “Sabah”a keçir - Rəsmi

Nə işin... nə işim var? - YUNUS OĞUZ YAZIR

“Neftçi” rəqiblərini açıqladı

Rusiyada daha 169 nəfər koronavirusdan ölüb

“Elə dəli şeylər etmək istəyirəm ki...” - Natavan Həbibi - VİDEO - FOTO

3-cü dəfə ailə quran aparıcı: "Boşanmasına səbəb oldu"

Azərbaycan nefti bahalaşır

Sevgilisindən ayrılan aparıcı intihar etdi - FOTO

Bu ölkə iyulun 1-dən turistləri qəbul edə bilər

Bu il Bakıda kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları keçiriləcək

Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alınıb

"Xəyanət varsa, sevgi ola bilməz" - Gülay

Sosial şəbəkə mərəzliləri: onlar xalqa və dövlətə qənim kəsiliblər - "Politşou" təqdim edir - VİDEO

Çində məktəblilərə hücum - 40 yaralı

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

Koronavirusa inanmayanların gətirdiyi əsaslar, şübhələr və cavabları - FOTO

Avropanın bu ölkəsində də çempionat bərpa olunur

İspaniyada ölüm səviyyəsi 24 faiz artıb

Polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu

İstirahət olmayacaq, rayonlara gediş isə...

Tolikin İlhamə Quliyeva və Flora Kərimovanın mehriban videosunu paylaşması qalmaqala səbəb olub

ABŞ səfirliyinin binasına yandırıcı maddələr və daş atıldı - Yunanıstanda

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

"Barcelona"nın hücumçusu "Juventus"a keçməyə razıdır

Türkiyədə həftə sonu komendant saatı tətbiq oluna bilər

ABŞ-da koronavirusa yoluxanların sayı 1,9 milyonu keçib

Misirdə 99 otel yerli turistlər üçün açılıb

Biləsuvarda zəlzələ oldu

Rəşad Mahmudov: Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir