AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb - RƏSMİ - FOTO

  14

Pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb, 310 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov onun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində deyib.

Nazir penitensiar xidmətin fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun qurulmasını, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdırıb. Bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib.

Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.

Müşavirədə ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edilib.

F.Məmmədov, həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

Eyni zamanda, penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verilib. Ölkə başçısının korrupsiyaya qarşı mübarizədə xüsusi önəm verdiyi şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.

Demokratikmusavat.com

Xəbər Lenti

Qardaşının qatilini ürəyindən bıçaqladı: Sumqayıtda dəhşətli cinayətin təfərrüatı - FOTO

Bu ölkədə küçəyə çıxma qadağası daha bir həftə uzadıldı

Ermənistanda məhkumlar arasında koronavirusa ilk yoluxma halı

Çində sutkada 6 aktiv koronavirus xəstəsi qeydə alınıb

Yaponiyada işə velosipedlə gedənlərin sayı sürətlə artır

"Qalatasaray" futbolçularının və heyətinin koronavirusla bağlı testləri neqativ çıxıb

Ağ evin qarşısındakı küçənin bir hissəsi "Qara talelər əhəmiyyətlidir" adlanacaq

Torontoda irqçiliyə qarşı daha bir yürüş keçirilir

NATO koronavirus pandemiyasının mümkün olan ikinci dalğasına hazırlaşır

Qonşusunu vəhşicəsinə öldürən qadın onun meyitini HİSSƏLƏRƏ AYIRDI - FOTO

Avropa İttifaqının xarici sərhədləri nə vaxta qədər bağlı qalacaq?

Fırıldaqçı falçı yaşlı qadının "cadu"sunu təmizləyib, onu soydu

Qeyri-leqal miqrantların ümidsiz hərəkətləri - FOTO

Yeniyetmələr "yollarının üstündə oturan" məktəblini qəddarcasına döydülər

Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb

Nadir Qasımov: "Koronavirusun mənə kimdən keçdiyini bilmədim"

Bu ölkədə zəif göstəriciləri olan şagirdlər üçün pandemiya ilə əlaqədar "yay məktəbləri" təşkil ediləcək

Günün qoroskopu: mübahisələrdə aqressiv darvanmayın

Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət: Tıxacda qalmamaq üçün...

Oyunlardan sonra müsahibələr olmayacaq

DİM ödənişsiz sınaq imtahanları keçirdi

"Saxtadır, yalan danışır, özünü mələk kimi göstərir"

Azərbaycan çempionatında müsahibələr ləğv olundu

Rozaya tərif yağdırdılar - “Fiqurası gəncləri yandıran məşhur” - FOTO

Küçəyə çıxmağa qadağa qoyulan Lənkərandan FOTOlar

Niyə Böyük Britaniya ölüm sayı ilə Avropada rekord qırdı?

Etirazçıları ələ salan arvadına görə klubdan qovuldu

İranda son sutkada koronavirusdan 75 nəfər öldü

"Tibbi maskadan istifadəyə dövlət səviyyəsində diqqət edilir"

"Nəvəm özümə oxşayır" - FOTO

Karantin qaydalarını pozan futbolçular cərimələndilər

Polis maska taxmayan şəxsi diziylə boğmağa çalışdı - Hindistanda - VİDEO - FOTO

Rusiyada bir gündə 197 nəfər koronavirusdan öldü

Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb - FOTO

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Bakı polisi küçələrdə çağırış edir... - VİDEO

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

Polis jurnalistin xəstə anasına yardım etdi

Sevil Mikayılova: "AŞ PA-da müşahidə olunan anti-Azərbaycan meyillər ictimaiyyətdə haqlı narazılıqlar yaradır"

Suriyada partlayış: 2 uşaq öldü

Türkiyədə avtobus qəzası: 20-yə yaxın yaralı var

Gürcüstanda koronavirusa son sutkada 3 yoluxma qeydə alınıb

Əfqanıstanda polis maşını minaya düşdü: 11 nəfər ölüb