AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"News Blaze" nəşri: Azərbaycan "əyrini hamarlayan" ölkələr arasındadır

  14

"News Blaze" nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin "Azərbaycan "əyrini hamarlayan" ölkələr arasındadır" sərlövhəli məqaləsi dərc edilib.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, məqalədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülmüş tədbirlərdən bəhs edilir.

Müəllif qeyd edir ki, son günlərdə bütün dünyada "əyrinin hamarlanması" - koronavirusa yoluxma hallarının təsdiq edilmiş sayının azalması haqqında xəbərlər dərc edilir. KİV-lər Birləşmiş Ştatlarda, Avropa ölkələrində, hətta İsraildə əyrinin hamarlanmasını xatırladırlar, amma Azərbaycan kimi ölkələr haqqında yazmırlar, halbuki bu ölkənin rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq üçün çox ciddi tədbirlər görüb.

Cari ilin fevral ayında Azərbaycanda olmuş N.Qrinqer məqalədə daha sonra ABŞ aeroportlarındakı vəziyyəti Heydər Əliyev beynəlxalq aeroportunda gördüyü vəziyyətlə müqayisə edərək yazır: "Mən Azərbaycana çatanda axşamdan xeyli keçmişdi. Tibbi komanda aeroporta yeni gəlmiş sərnişinlərin temperaturunu ölçmək üçün onları gözləyirdi, aeroportda hamı maska taxmışdı".

Qrinqer qeyd edir ki, koronavirusun yayılmasının qarşısını almaq cəhdi "əyrinin hamarlanması" adlanır. 2020-ci il mayın 19-u üçün olan məlumata görə ölkədə 240.220 koronavirus testi keçirilib. Bu onunla bağlıdır ki, Azərbaycan rəhbərliyi virusun yayılmasının qarşısının alınması üzrə genişmiqyaslı və sərt tədbirlər tətbiq edib. Məsələn, sakinlər evdən çıxmaq üçün icazə almalı idi. Yaşı 65-dən yuxarı olan insanların evdən çıxması qadağan edilmişdi. Sərhədlər bağlanmışdı, paytaxt Bakıdan, başqa şəhər və rayonlardan sərnişinlərin yerüstü və hava nəqliyyatı ilə standart yerdəyişməsi qadağan edilmişdi. Bütün tədris prosesi onlayn rejimdə və milli teleproqramlar üzrə keçirdi. Bütün ictimai xidmət mərkəzləri müvəqqəti bağlanmışdı. Təntənəli əyləncə gecələri, idman tədbirləri, hər cür əyləncələr, dini mərasimlər, toylar, dəfnlər və digər ictimai tədbirlər qadağan edilmişdi.

Qrinqer yazır ki, Azərbaycanın səhiyyə sistemi qısa müddətə əsaslı surətdə yenidən quruldu. Ən yaxşı xəstəxanalar koronavirusa yoluxmuş pasiyentlərin müalicəsi üçün ayrılmışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Azərbaycanda koronavirusun ikinci dalğası başlanacağı halda kifayət qədər əlavə çarpayılar var. Beləliklə, səhiyyə sisteminin modernləşdirilməsi indi həmişəkindən daha əhəmiyyətlidir, çünki koronavirusun yayılmasının nə qədər davam edəcəyini heç kəs bilmir".

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana uyğun olaraq Azərbaycan Hava Yolları (AZAL) xaricdən həmvətənlərin vətənə qayıdışı üçün çarter reyslərini yerinə yetirirdi. Bu müddətdə 20 mindən çox Azərbaycan vətəndaşı Azərbaycana qaytarılıb.

Qrinqer mayın ikinci yarısında Azərbaycanda karantin qadağalarının yumşaldılması haqqında söhbət açaraq, yazır ki, artıq sakinlərin evdən çıxması üçün icazə almaq lazım deyildir, yaşı 65 və daha yuxarı olan insanlar distansiyaya riayət olunmaqla və qoruyucu vasitələrdən istifadə etməklə sərbəst hərəkət edə bilərlər.

Nurit Qrinqer məqaləsinin sonunda yazır: "Azərbaycan COVID-19 koronavirusunun yayılmasına qarşı mübarizədə müstəsna böyük müvəffəqiyyətlərə nail olub və mən əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə tezliklə dirçələcək".

Demokratikmusavat.com

Xəbər Lenti

Əfqanıstanda polis maşını minaya düşdü: 11 nəfər ölüb

Fransa koronavirusa yoluxanların sayına görə onluqdan çıxdı, Hindistan altıncı yerə çatdı

10 günə Türkiyəyə 1000-dən çox xəstə gəldi

34 yaşlı müğənni koronavirusdan öldü

"Əl-Qaidə"nın Şimali Afrikadakı lideri öldürüldü

Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb

Son sutka ərzində Misirdə “COVID-19” virusundan 40 nəfər ölüb

İranın zənginləşdirilmiş uran ehtiyatı nəzərdə tutulandan dəfələrlə çoxdur

ABŞ İrana qarşı neft embarqosunun müddətini uzadıb

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Moskvada koronavirusdan ölənlərin sayı 2 864 nəfərə çatıb

Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!”

Günün qoroskopu: Ailə üzvləri ilə qayğıkeş olun, səmimi davranın

ABŞ-da naməlum şəxs insanlara atəş açıb, ölən və yaralanan var

Yaponlar yayda maska taxmaqdan imtina edəcək

"Yaşıl yanacaq" Avropa İttifaqında yenidən gündəmə gəlir

Paris-Karakas diplomatik gərginliyi davam edir

Almaniya vətəndaşlığı alan əcnəbilər arasında türklər liderlik təşkil edir

Daha 18 ölkənin vətəndaşlarına Yaponiyaya gəlmək qadağan edilir

Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib

İtaliyada koronavirusa yoluxanların sayı 234 min nəfəri ötüb

Çində daha bir qadağa aradan götürüldü

Dünyada ilk dəfə cümə namazı futbol meydançasında qılındı

Ermənistanda bu günədək 100-ə yaxın polis işçisi koronavirusa yoluxub

Corc Floydun ailəsinə yardım fondu təxminən 13 milyon dollar toplayıb

ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib

Borca görə hamilə rəfiqəsini qəbirstanlıqda öldürdü - VİDEO

ABŞ-da koronavirusdan ölənlərin sayı 110 mini keçib

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

Cahangir Əsgərov: Sizin nümayiş etdirdiyiniz mənəvi və peşəkar xüsusiyyətlər Azərbaycan aviatorları üçün nümunədir

"Başımda nankorlar əvəvzinə gəlinciklər otursun" - Elza Seyidcahan

Ronaldo ilk milyarder futbolçu oldu

Bakı narkotik alverçilərinə qarşı əməliyyat: saxlanılanlar var

Macarıstan infeksiyanın yayılmasının qarşısını necə alır?

Məzarıma bir cüt ayaqqabı qoyun...

Azərbaycan müğənnilərinin "Şirinçay mahnılar"ı

Hubeydə daha COVID-19 xəstəsi yoxdur

İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq

"Oğlum arvadını tövlədə başqa kişi ilə tutdu" - Keçmiş gəlinini yaba ilə öldürən qayınata

ABŞ-da ATIŞMA: 7 nəfər öldü

Tanınmış baş həkim koronavirusdan öldü - 3 həftə mübarizənin sonu

Qardaş 17 yaşlı bacısını tüfənglə öldürdü - Səbəb dəhşətə gətirir - FOTO

Bərbərxanalar və gözəllik salonları onlayn növbə sisteminə keçməlidir - VİDEO

Rusiyanın Xalq artisti koronavirusdan öldü

Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Harda qalacağınıza bu gün qərar verin - Sabahdan bağ evinə getməyə icazə yoxdur - RƏSMİ

Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq - TƏLİMATLAR

Madaqaskarın təhsil naziri 2 milyon dollarlıq konfet almaq istədiyi üçün işdən çıxarıldı

AMEA: Mərkəzi Elmi Kitabxananın direktoru İsa Həbibbəylinin bibisi qızı deyil

Yazmaram ürəyim sizi anmasa...

Tamam Cəfərova: Prezidentin AİB rəhbərliyi ilə görüşü Azərbaycanın qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir

Böyük Britaniyada ictimai nəqliyyatda maska taxmaq məcburi olacaq

Slovakiya və Çexiya bəzi ölkələrlə sərhədləri açdı

TƏBİB: Onlayn alış-verişə üstünlük verin

Meksikada polis zorakılığına qarşı etirazlar başladı

Aybəniz Haşımovanın səhhətində problem yaranıb

Gürcüstan əhalisinin sayı 3 milyon 716 min nəfərdir

"Arsenal"ın yeni səfər forması - FOTO

73-cü Kann Festivalı: Rəsmi seçim üçün saxlanılan 56 filmin siyahısı açıqlandı

Ermənistanda bir gündə 600-ə yaxın şəxs koronavirusa yoluxdu, 7 nəfər öldü

İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi

Polis Bakıda əməliyyat keçirdi, evdən silah aşkarlandı

"Direktor vəzifəsinə qəbul olmaq istəyənlər üçün hazırlıq prosesi təşkil oluna bilər"

İspaniyada son 80 ildə ən aşağı doğum göstəricisi qeydə alınıb

Azərbaycanda iki vəzifəli şəxs pozuntulara görə işdən çıxarıldı

İki günlük qadağa Bakıda marketlərdə izdiham yaratdı - VİDEO

"Verilən qərarların məcburi xarakter daşımasına baxmayaraq əhali bu xəstəliyə hələ də laqeydliklə yanaşır"