AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Qayda pozuntularına görə cəzalar: müxtəlif ölkələrin təcrübəsi

  21

Ölkədə koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi yumşaldılıb. İctimai nəqliyyatdan istifadə, küçələrdə gəzmək sərbəstdir. SMS-icazə tələb olunmadığı bir durumda məntiqlə virusa yoluxma sayı azalmalı, COVİD-19-la bağlı Azərbaycandakı statistikada müsbət dinamika olmalıydı.

Tam əksinədir və mənzərə heç ürəkaçan deyil.

Əsas səbəb də ictimai nəqliyyatdan maskasız istifadə edən şəxslərdir.

Bakıda nəqliyyatdakı sərnişinlərə baxmaq yetər.

Metrpolitenə daxil olarkən üzlərinə maska taxan, elə pilləkənlərdə, eskalatorda, yaxud vaqonda maskanı çıxaranlar yetərincədir.

Eyni vəziyyət avtobuslarda da müşahidə olunur.

Bu, həmin adamların, sadəcə, öz səhhətlərinə etinasız yanaşması yox, həm də ətrafdakı insanların sağlamlığını riskə atmasıdır.

Mütəxəssislər, habelə müvafiq dövlət qurumlarının mənsubları sürəkli olaraq vurğulayırlar ki, ictimai nəqliyyatda maskasız olan şəxs minimum 60 nəfəri koronoavirusa yoluxdura bilər. Həmin 60 nəfər bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurur.

Əfsuslar olsun ki, karantin rejiminin yumşaldılmasını, ümumiyyətlə, koronavirus təhlükəsinin tam səngidiyi kimi anlayanlar az deyil.

"Koronavirus, ümumiyyətlə, yoxdur", "Koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir" kimi marazmatik açıqlamaları sosial şəbəkələrdə paylaşanları anlamaq olar. Qərb ölkələrində belələrinə "koronaidiotlar" deyirlər və onlara qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görürülür.

İctimai nəqliyyatda maskasız olan sərnişinlərə gəldikdə isə, onlarla bağlı da cəzalar sərtləşdirilib.

Azərbaycanda koronavirusa yoluxmaların sayının azaldılması və situasiyanın nəzarətdə saxlanması üçün dövlət qurumları mövcud qanunvericilik çərçivəsində müvafiq addımlar atmağa məcbur qalıblar.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxslər 100-200 manat məbləğində cərimələnirlər. Qayda pozuntusunun təkrarlanacağı təqdirdə, belə şəxsi inzibati həbs gözləyir.

Və bu, heç də sərt cəza deyil.

Dünya ölkələrindəki analoji duruma və ictimai nəqliyyatda maskasız olanların cəzalandırılma praktikasına nəzər salaq.

Qərb ölkələrində ictimai yerlərlə bahəm, nəqliyyatda maskadan istifadə olunması məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir.

Məsələn, Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimə gözləyir.

ABŞ-da ştatlardan fərqli olaraq, cərimələrin məbləği dəyişir. Məsələn, Merilend və ya Konnektikutda avtobusda maskasız olan 50 dollar məbləğində cərimələnirsə,  Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollarlıq cərimə ödəməlidir.

Digər ölkələrə baxaq:

Fransa: karantin regiminin pozulması - 150 avro, ictimai nəqliyyatda maskasız olmq - 135-150 avro

Belçika: İctimai yerlərdə, xüsusən, ictimai nəqliyyatda maska taxmayanlar 250 avro məbləğində cərimə olunurlar. Bu qayda 12 yaşından yuxarı hər kəs üçün məcburidir. Qaydalara Brüssel ictimai nəqliyyat şirkətinin (STIB-in)  təhlükəsizlik xidmətləri və polis nəzarət edir. STIB-nin sözçüsü An Van Hamme deyib ki, sürücülərin qanun pozuntusu barədə xəbərdarlıqları və kamera görüntüləri cərimələrin tətbiq edilməsi üçün yetərlidir.

İspaniya: 300 avro qədər maskaya görə, 30 000 avro qədər karantinə görə məhkəmə qərarı ilə cərimələr tətbiq olunur.

Almaniya: Ölkənin 16 əyalətindən 15-də maska taxmaq, məsafəli davranmaq kimi qaydalar tətbiq edilib. Qaydaları pozmağa görə cəzalar əyalətlərə və insanların sosial mənsubiyyətinə görə fərqlidir: cərimələrin məbləği 15 avrodan 10000 avro aralığına qədər dəyişir. Məsələn, alış-veriş mərkəzlərinin satıcıları, bu kimi ictimaiyyətlə işləyən kateqoriyalara mənsub olanlar, maska taxmama, məsafəli davranmama və sair hallara görə 10000 €-ya  qədər cərimələnə bilərlər. Sürücülər isə, maska taxmamağa görə 60 avro cərimə riski ilə qarşılaşa bilirlər.

Venesuela: bu ölkədə mart ayından tibbi maskaların taxılması məcburidir və cərimə 40-3000 dollar arasında dəyişir.

Veytnam, Çin, Tayvan, Hongonq: ictimai nəqliyyatda maskasız olanı 50-20 min dollar arasında cərimə gözləyir.

ABŞ: burada cərimə və cəza şərtləri ştatlara görə dəyişir. Məsələn, Nyu-York-da ictimai yerlərdə məsafə gözləməmə, maska taxmama və sair kimi şərtlərə görə cəza təxminən 500 dollardır. Florida ştatının qaydalarına görə isə, bir şəxs qaydaları iki dəfə təkrarən pozarsa, onun ev dustağı qismində  həbs edilmək cəzası gözləyir. Bənzər cəzalar ABŞ-ın 44 ştatında müxtəlif formalarda tətbiq edilmişdir. Bəzi ştatlar isə cərimə tətbiq etmir, bunu, sadəcə, mədəni göstərici hesab edirlər.

Sloveniya və Slovakiya: 30-150 avro aralıqda

Yunanstan: 40-150 avro və ya 6 aya qədər həbs

Əfqanstan, Pakistan, Hindistan: 25-50 dollar cərimə və ya 6 ay müddətinə həbs

Birləşmiş Ərəb Əmirlikləri: cərimənin məbləği əmirliklərə görə dəyişərək 50 min dollara çatır. Təkrar pozuntuya görə 3 il həbs nəzərdə tutulub.

Kolumbiya, Kuba, Salvador, Çili ,Ekvador, Argentina, Polşa, Bəhreyn, Yamayka: cərimələr daha da sərtləşdirilib

Mərakeş: 130 ABŞ dolları cərimə və ya 3 ayadək həbs

Kamerun, Anqola, Benin, Burkina Faso, Ekvatorial Qvineya, Efiopiya, Qabon, Qvineya, Keniya, Liberiya, Ruanda, Syerra Leone və Zambiya: 20 dollarlıq cərimə, təkrar pozuntu olarsa həbs

Qətər: İctimai yerlərdə maska taxmaq məcburidir. Qaydanı pozmaq həbs və ya çox iri məbləğdə cəriməyə səbəb olur. Qətər Xəbər Agentliyi bildirir ki, üz maskası taxmamaq cəzası 200 min riyal  (təxminən 55 min dollar) cərimə və ya üç il müddətinə azadlıqdan məhrumetmə ilə şərtləndirilə bilər.

Honduras: karantinin pozulması və olduğu yer haqqında məlumatların gizlənməsinə görə 6 ay həbs və ya 10 min dollaradək cərimə, maska taxmamağa görə 160 dollar cərimə

Böyük Britaniya: nəqliyyatda maskasız tutulan hər kəs 25 avro (22 funt; 27 ABŞ dolları) məbləğində cərimə elan edib.

Özbəkistan: cərimə 1 115 000 som (23,4 dollar)

İtaliya: 300-4000 avro cərimə (ictimai nəqliyyatın növünə görə fərqlənir)

İspaniya: 500 -30 000 avro və ya 1 il həbs

Çexiya: 10 min kron (365 avro)

Ukrayna: 10000-17000 qrivna arasındakı məbləğdə cərimə

.... Koronavirus dünyanın 180 ölkəsində tüğyan edən bəladır və ona etinasız yanaşmaq, o cümlədən ictimai nəqliyyatda maskasız olmaq yolverilməzdir.

Əfsuslar olsun ki, ölkəmizdə Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarından sonra paytaxt Bakı ilə bahəm, digər şəhərlərdə tibbi maskadan istifadə edənlərin sayı kəskin şəkildə azaldı.

Karantin rejimi şərtlərinin yumşaldılmasının ikinci mərhələsindən sonra isə ictimai nəqliyyatda üzündə maska olan vətəndaşların sayında yeni azalma müşahidə olundu.

İş o yerə çatıb ki, avtobusa və ya metroya daxil olarkən üzünə maska taxan vətəndaşlarımız sonra maskanı dərhal çıxarırlar.

Halbuki mütxəssislər və nüfuzlu ekspertlər qlobal miqyasda COVİD-19 koronavirus pandemiyasının ikinci dalğasının yaşandığını deyirlər.

Azərbaycanda koronavirusa yoluxmalarla bağlı son günlərin statistika göstərir ki, "ikinci dalğa" ölkəmizdə yetərincə realdır.

Koronavirus pandemiyası yeni başlayanda Azərbaycandakı apteklərdə tibbi maskalarla bağlı əsl ajiotaj vardı. Hamı maska almağa çalışırdı, maskalar çatışmırdı və bu səbəbdən də qiymətlər kəskin şəkildə, dəfələrlə artmışdı.

Fəqət, dövlət başçısı İlham Əliyevin birbaşa göstərişindən sonra Sumqayıtda maska istehsalına başlandı. İndi apteklərdə maska və respiratorlar boldur, pandemiyadan əvvəlki qiymətə satılır, amma tələbat azalıb.

Görünür, bəzi vətəndaşlarımız artıq bütün problemlərin bitdiyini, tibbi maska və əlcək təki "bezdirici karantin atributları"ndan qurtulmağın gərəkdiyini düşünürlər.

Fəqət, epidemiya riski və təhlükəsi hələ də var.

Doğrudur, Azərbaycan hakimiyyətinin, dövlət qurumlarının və həkimlərin müstəsna əməyi, səyləri nəticəsində koronavirusa yoluxma miqyasını maksimal dərəcədə məhdudlaşdırmağa nail olmuşuq.

Statistika isə göstərir ki, yoluxmalar və ölümlər davam edir.

İctimai nəqliyyatda maskasız olanların nəzərinə çatdırmaq istərdik ki, koronavirus təhlükəsi yox olmayıb, sosial izolyasiya rejiminə riayət etmək, maska taxmaq gərəkdir.

Avtobusda maska taxmayan, yaxud maskanı cibdə gəzdirib özünü "qorunmuş" hesab edənlər unutmasınlar ki, onları cərimə gözləyir.

Cərimələrə gəldikdə...

İndiki şərait koronavirus pandemiyasına yoluxmaların sayını daha da artıra bilər.

Belədə, ya karantin rejiminin ictimai nəqliyyatdan istifadə ilə bağlı şərtlərinə yenidən baxılmalı və onlar sərtləşdirilməli, ya da müvafiq cərimələrin məbləği artırılmalıdır.

İctimai nəqliyyatda maskasız olaraq ətrafdakıların həyatını riskə alanları islah etməyin, deyəsən, başqa yolu qalmayıb...

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

"Barselona" 19 yaşlı hücumçu aldı - 300 milyon avro qiymət qoydu

Karantinin gərəkli və gərəksiz qurumları - Yunus Oğuz yazır

"Xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı tələblər qorunur"

Deputat: “Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar”

Yol polisi texniki baxışla bağlı müraciət etdi

Azərbaycan koronavirus səbəbindən avrokuboklardan imtina edib

Fransada açıq məkanlarda da maska taxmaq məcburidir - FOTO

Daşkəsən dəmir filizi yatağının istismara verilməsi üçün ilkin olaraq üç milyon manat ayrıldı - SƏRƏNCAM

Rusiyada dəmiryol stansiyasında partlayış: ölən var

Rusiyada son sutkada 5 267 nəfər koronavirusa yoluxub

Bu gün biz hibrid müharibəsi ilə üz-üzəyik - Hikmət Babaoğlu

Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçdi

Koronavirus xəstələrinin müalicə olunduğu xəstəxana yandı: 8 ölü

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - FOTO

Cərimə yazılmasın deyə taxılan maska

Andiçmə mərasimində valideynlərin iştirakı qadağandır - Müdafiə Nazirliyi

Milli Məclisin növbədənkənar iclası başa çatdı

"Kiminsə məclisinə zorla girib oxuyan müğənni görməmişəm, niyə şou əhlini atəşə tutmusunuz?"

Livanlı deputat: "Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi"

Paşinyan Ermənistanda "partlayışın" qarşısını almaq üçün YALAN DANIŞIR

Cinayətdə haqlı tərəf axtaranlar - Günah həmişə öləndə olur?

Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

Arzu Nağıyev: "Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır"

Ermənistanda bir hərbçi ödlü, 3-ü yaralandı

KATİləşən siyasi sayıqlama: Bakıya cəza tələbi - GÜNÜN MÖVZUSU

"Sevgilim deyil, 300 illik dostumdur"

Polisdən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil oldular

Dayanacaqdan yola çıxarkən söyülən avtobus sürücüləri - Əslində, qaydaları pozan kimdir?

Gürcüstanda 9 yeni yoluxma

Oyun meydançasında beton plitə aşdı: uşaq öldü

Qazaxıstandan indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib

Qəsəbəyə giriş-çıxış bağlandı - Toydan sonra kütləvi yoluxma

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi - FOTO

Beyrut partlayışı: həlak olan ermənilərin sayı artır - FOTO

Səfir: "Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur"

Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi - YENİLƏNİB

Seul KXDR ilə ticarətə başlaya bilər

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb

Avroliqada 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Rəşad Sadıqova ağır itki üz verib

Qayıdışı rəsmiləşdi - Arda Turanın

Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

Baklda piyadanı motosiklet vurub

Goranboyda qadın aldığı güllə yarasından ölüb

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək

Estoniyada koronavirusun ikinci dalğası başlayır

Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" - Tanınmış professor

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb

"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"

Virusun ikinci dalğası nə zaman gəlir?

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

Vasif İsmayıl: Çimərliklərin açılmasında əsas məqsəd D vitamini deyil

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir - VİDEO

Messi Kasilyasla vidalaşdı

Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

"Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq"

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

"Amerikada evim var, ora vətəndaşıyam"

Ukrayna hökuməti MDB-nin daha bir sazişindən çıxmaqla bağlı qərar qəbul edib

"Orient Queen" Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı

Almaniyanın federal əyalətləri arasında COVID-19 statistikasında Gessen "liderdir"

“Porsche” 400-dən çox avtomobili geri çağırır

Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir

Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub

Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev

Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır

“Ford” şirkətinin rəhbəri istefa verib

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb

Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır

Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb

"Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə

Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü

Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək

ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

"Azerbaijan Golden Kids Awards 2020"nin mükafatlandırma mərasimi onlayn formatda baş tutacaq - FOTOlar

"Mançester Siti"dən rəsmi transfer

Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"

AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO

Portuqaliya çempionatının başlama tarixi açıqlandı

"Azərbaycan kinosunu 1970-ci illərdəki səviyyədə görmək istəyərdim" - Xalq artisti

İtaliyada mövsümün ən yaxşıları bilindi

"Gecə ilə İnstaqram səhifəm ələ keçirilib" - Elnarə qalmaqallı status barədə

"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyri-mümkündür"

Kompüter siçanının yaradıcısı öldü

Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb