AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Prezident İlham Əliyev: "Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır"

  21

Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify" rəhbərliyinin digər nümayəndələri ilə keçirdiyi videokonfransda deyib.

Qeyd edək ki, mayın 22-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify" rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Videokonfransda iştirak edən "Signify" baş icraçı direktoru Erik Rondolat bildirib ki, Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək.

Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq:

"Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq.

Bilirəm ki, şirkətiniz artıq Azərbaycanda dövlət və özəl sektorla bir neçə layihə həyata keçirib. Lakin Davosda müzakirə etdiyimiz və indi birgə icra etdiyimiz bu layihə, əlbəttə ki, ən böyük miqyaslı layihədir. Əvvəllər də müzakirə etdiyimiz kimi, onun gələcək üçün böyük potensialı var. Çünki bu, birinci təcrübədir. Mən əminəm ki, bu, çox uğurlu bir təcrübə olacaqdır və sonra da bələdiyyə, şəhər idarəetmə orqanları bunun faydasını görəcəklər. Bildirildi ki, biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər üçün, ixrac üçün qənaət edəcəyik və şəhərin həyatını daha da yaxşı edəcəyik".

Sonra "Signify" şirkətinin baş icraçı direktoru COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparıldığını dedi və bu sahədə ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Dövlət başçısı bildirib:

"Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub. Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm".

Erik Rondolat kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması sahələrində əməkdaşlıq məsələlərinə toxundu, ölkəmizlə bu istiqamətlərdə təcrübəni bölüşməyə hazır olduğunu deyi. Söhbət zamanı kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi və bu işdə gənc kadrların hazırlanması məsələləri də müzakirə olunub.

Azərbaycan Prezidenti qeyd edib: "Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır".

Demokratikmusavat.com

Xəbər Lenti

Azərbaycan diasporu beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanladı

Erməni general: "KTMT isə susacaq, çünki Azərbaycan onların dostudur"

Yeni doğulan qızını görməyə gedən ata QƏZADA ÖLDÜ - VİDEO

Almaniyanın ARD ictimai televiziyası Ermənistanın təxribatından bəhs edib

COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Bakıya çatdı - FOTO

Gəlin toyunda öldü

Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu

Səfir: "Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə dəstəyini davam etdirir"

Deputat: Paşinyanın belə təxribatlarla ölkədəki dərin böhranı aradan qaldırmaq cəhdi hər hansı bir nəticə verməyəcək

Ermənistan 12 iyulda informasiya təxribatı üçün köhnə taktikadan yararlandı və uduzdu

Məşhur aktyorun həyat yoldaşı xəstəlikdən öldü

Aygün Kazımovanın qızı ilə görüntüsü yayılan futbolçu sevgilisi ilə FOTO paylaşıb bu sözləri yazdı

Cəbhədə erməni təxribatının SƏBƏBİ? - Ehtiyatda olan polkovniklə MÜSAHİBƏ

ABŞ-da 17 il ərzində ilk dəfə məhkəmənin verdiyi ölüm cəzası icra edilmədi

Afət Həsənova: BMT-nin 31-ci xüsusi sessiyasının məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi tarixi hadisədir

"Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır"

Gəmiçinin siqaretlə ehtiyatsız davranışı güclü yanğına səbəb oldu

Koronavirusun yeni növü aşkarlandı

Elmar Məmmədyarov Lavrovla telefonla danışıb

Türkiyə XİN başçısı: “Ermənistan ağlını başına toplasın”

"Qalatasaray"da yeni rekordçu

Rusiya XİN-dən cəbhədəki təxribatla bağlı BƏYANAT: Növbəti eskalasiyanın yolverilməz olduğunu hesab edirik

YAP erməni təxribatı ilə əlaqədar bəyanat yaydı

"Məhz bu səbəbdən Nikol bir ölümcül nəticədən xilas olmaq üçün başqa bir ölümcül nəticəni - Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib"

“Genişmiqyaslı müharibə başlaya bilər” - Polad Bülbüloğludan sərt xəbərdarlıq

"Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır"

“Heç bir ərazi itkimiz yoxdur” - Azərbaycan MN

Prezident İlham Əliyev: "Hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir"

Prezident İlham Əliyev: Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib

Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı

Türkiyə vətəndaşlarından Azərbaycan ordusuna dəstək - FOTO

KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı təcili iclas çağırdı

Ermənistanda koronavirusa yoluxanların sayı 32 mini keçib

Koronavirusa yoluxanların sayı bu ölkədə də artır

Qazaxıstanda koronavirus qurbanlarının sayı artmaqda davam edir

Özbəkistanda karantin rejimi ilə əlaqədar yeni qadağalar tətbiq olunub

"Uşağımı quru böhtandan qoruya bilmədim" - Brilliant Dadaşova

"Bu gün Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir"

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Qandonduran hadisə: internetdə uşaq satırlar - FOTOFAKT

"Elə 2016-cı ilin aprel döyüşləri də belə başlamışdı"

Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı

Həmkəndlisini ov tüfəngi ilə vuran Bərdə sakini saxlanıldı

"Yaranmış gərginliyə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir"

Röyanın 77 yaşlı Əsmər nənəyə tikdirdiyi ev - VİDEO

Zaqatalada əsgərimizin boğulması: faciə necə baş verib? - VİDEO

"Napoli" - "Milan" oyununda 4 qol - VİDEO

"Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar Ermənistanın dünya birliyinə və beynəlxalq hüquqa tam sayqısız yanaşdığını bir daha göstərdi"

"Haradasa münsif olsam, Pərvizi ora buraxmaram" - Zöhrə Abdullayeva

Cinayət-Prosessual Məcəlləsində vacib dəyişikliklər: artıq məhkəməyə getməyə ehtiyac qalmaycaq

“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır” - Rusiyalı politoloq

"Bakının gözəlliyi məni səssiz qoyub" - Canni de Byazi

Son sutkada Pakistanda koronavirusdan 74 nəfər ölüb

Qısqanc ər arvadının maşınını yandırmaq istədi

Polşa çempionatının qalibi müəyyənləşdi

"Sivasspor" səfərdə "Fənərbağça"nı məğlub etdi

Qazaxıstanda COVID-19 qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

"Qalatasaray" uduzdu

Başqa dinə mənsub olduğu üçün körpə qızın meyitini qəbirdən çıxardılar

London derbisində 3 qol

Məşhur hind aktrisası və qızı da koronavirusa yoluxdu

ABŞ-Meksika sərhədində yeni səddin 400 kilometrlik hissəsi çəkilib

Cəbhədə SON VƏZİYYƏT

Van gölündən çıxarılan cəsədlərin sayı 25-ə çatıb

Yaponiyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 72 nəfərə çatdı

Malidə iğtişaşlar zamanı ən az 11 nəfəri həlak olub

Venesuelada zəlzələ baş verib

Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb

Cənubi Afrikada koronavirus səbəbindən alkoqol satışına qadağa qoyuldu

Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır

Kaliforniyada hərbi gəmidə yanğın bir neçə gün davam edə bilər

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Qeyri-rezidentlərin vergi öhdəlikləri hansılardır?

Qadın sürücü avtomobilini saatda 703 km sürətlə idarə etdiyi üçün cərimələndi - FOTO

Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir - Hərbi ekspert

Günün qoroskopu: Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin

Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”

ABŞ-da koronavirusa rekord yeni 66528 yoluxma halı qeydə alınıb

Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub

Türkiyə Liviyada atəşkəs üçün şərti açıqladı

Hikmət Hacıyev: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"

İtaliya klubunda koronavirus şoku

Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub

"Hər şeyi bağlasaq insanlar aclıqdan və yoxsulluqdan küçələrə çıxacaq..." - Qonşuda vəziyyət

Koronavirusa yoluxan oğlunu öldürən futbolçu bəraət istəyir

Roza Zərgərlinin oğlu əsgərlikdən qayıtdı - VİDEO

Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü

Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”

Roma Papasından Aya Sofyanın məscidə çevrilməsinə REAKSİYA