AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib - FOTO

  16

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən beynəlxalq İƏT Modeli layihəsində Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin onlayn mühazirəsi təşkil olunub.

Dünən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və millət vəkili Tural Gəncəliyev xüsusi qonaq mühazirəçi qismində beynəlxalq İƏT Modeli layihəsində onlayn qaydada mühazirə deyib. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən olan layihə iştirakçıları mühazirəni böyük maraqla qarşılayıblar. Mühazirəyə artıq 2000-ə yaxın baxış olub. Məruzəçi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqda məlumat verərək, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin mahiyyətini açıqlayıb.

T.Gəncəliyev Azərbaycanın bu münaqişənin sülh yolu ilə ədalətli şəkildə həll edilməsi üçün hər zaman təşəbbüs göstərdiyinə baxmayaraq, Ermənistan hökumətinin və rəhbərliyinin sülh danışıqlarını təhlükəyə atan və status-kvonu qoruyub saxlamağa çalışan addımlar atdığını təəssüflə qeyd edib. O həmçinin bildirib ki, işğalçı Ermənistan rəhbərliyinin birbaşa dəstəyi və iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı və qondarma rejim rəhbərinin dünənki "inaqurasiya mərasimi" qəbuledilməzdir və Ermənistan rəhbərliyinin destruktiv mövqeyini bariz şəkildə göstərir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələlərinin "qırmızı xətt" olduğunu xüsusi vurğulayan T. Gəncəliyev həmçinin bəzi erməni sosial media istifadəçilərinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini icmanın nəzərinə çatdırdıqlarını qeyd edib. T.Gəncəliyev eləcə də doğulduğu və on iki yaşına qədər yaşadığı, hal-hazırda işğal altında olan Şuşa şəhəri, onun dağıntılara məruz qalmış mədəni irsi haqda danışıb, bu şəhərdə keçirdiyi uşaqlıq xatirələrini beynəlxalq iştirakçılarla bölüşüb. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, bu il onlayn qaydada həyata keçirilən layihənin son 5 həftədəki mühazirələrini ümumilikdə 50 mindən artıq insan izləyib. Ötən həftələr ərzində bu prorqam çərçivəsində Böyük Britaniyanın Leeds Universitetinin professoru Salman Sayyid, Vaşinqtondakı Global Siyasət Mərkəzinin Direktoru Dr. Azeem İbrahim, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyatçı alim Aqil Şirinov, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, səfir Fərid Şəfiyev müxtəlif mövzularda mühazirə ilə çıxış ediblər.

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: Qərarlarınız düşünülmüş, davranışınız təmkinli olmalıdır

Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb

213 obyektdə sanitar-epidemioloji tələblər pozulub

Britaniyada bir gündə 148 nəfər koronavirusun qurbanına çevrilib

Türkiyədə COVID-19-a yoluxma nisbətində azalma müşahidə olunur

İtaliyada daha 188 nəfər koronavirusa yoluxub, 7 nəfər isə virusdan ölüb

Koronavirusa qarşı daha bir neçə potensial dərman tapıldı

Moldovada fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb

Koronavirus sonsuzluğa səbəb olurmu? - AÇIQLAMA

Kolumbiyalı fitnes-model 5 ən yaxşıdan biridi - FOTOlar

Monqolustanda yayılan vəbanın qonşu dövlətlərə keçmək təhlükəsi varmı?

Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub

“Şevrolet Aveo”nun istehsalı dayanır

Türkiyəli cazibədar aparıcı Bodrumda yaxtada görüntüləndi - FOTO

Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO

Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar

ABŞ-dan İran qərarı: 879 milyon kompensasiya...

EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub

Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev

İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib - FOTO

Məşhur model: "Ronaldo mesaj yazdı, mən rədd cavabı verdim" - FOTO

Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq

İlqarə Kazımova elə arıqladı ki... - FOTO

İranda koronavirusa yoluxanların sayı 255 mini keçib

Naqif Həmzəyev: Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur

"Attestatı 100 dollara almışam" - Anar Ağakişiyev

Koronavirusun ağır gedişatını proqnozlaşdırmağın yolları açıqlanıb

"Yazırlar ki, Şəbnəm getdi, biz qaldıq"

Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub