AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Florida ştatının Hallandeyl şəhərində mayın 28-i Azərbaycan Respublika Günü elan olunub

  13

Florida ştatının Hallandeyl şəhərinin meri Coy Kuper 2020-ci il mayın 28-nin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

Demokratikmusavat.com xəbər verir ki, Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, mer C.Kuper ofisin digər rəsmiləri ilə birlikdə sakinlərlə mayın 20-də keçirdiyi virtual görüşdə Bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təsisçisi və prezidenti, soydaşımız Töhfə Eminovaya təqdim edib və təşəbbüsü üçün təşəkkürünü bildirib. Görüş zamanı mer Kuper Bəyannamənin mətnini oxuyaraq izləyicilərin diqqətinə çatdırıb.

Bəyannamədə ABŞ-da yaşayan azərbaycanlıların Floridada yüksək fəallığı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələri, 2006-cı il oktyabrın 26-da təsis edilmiş Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolu qeyd edilib.

Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olduğu və ABŞ da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.

C.Kuper hər il 40 milyondan çox azərbaycanlının və 400 min azərbaycanlı amerikalıların bu bayramı qeyd etdiyini, Cümhuriyyət qurucularının töhfələrini, Qafqaz regionunda və daha böyük bölgələrdə azadlıq və demokratiyanın yayılmasında rolunu vurğulayıb.

Sənəddə mayın 28-nin təkcə 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü olmadığı, eyni zamanda, bunun ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib. Azərbaycan Respublikası ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi fəaliyyətini davam etdirir və başqalarını bəşəriyyət və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırır.

Sonda mer Kuper 2020-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan edərək Hallandeyl şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

Çıxışında C.Kuper Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə ABŞ-da yaşayan Azərbaycan icması və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin birgə keçirəcəyi virtual tədbirə dəvətə görə təşəkkürünü bildirib və mer ofisinin iştirak etməkdən məmnun olacağını diqqətə çatdırıb.

Demokratikmusavat.com

Xəbər Lenti

Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb

Nadir Qasımov: "Koronavirusun mənə kimdən keçdiyini bilmədim"

Bu ölkədə zəif göstəriciləri olan şagirdlər üçün pandemiya ilə əlaqədar "yay məktəbləri" təşkil ediləcək

Günün qoroskopu: mübahisələrdə aqressiv darvanmayın

Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət: Tıxacda qalmamaq üçün...

Oyunlardan sonra müsahibələr olmayacaq

DİM ödənişsiz sınaq imtahanları keçirdi

"Saxtadır, yalan danışır, özünü mələk kimi göstərir"

Azərbaycan çempionatında müsahibələr ləğv olundu

Rozaya tərif yağdırdılar - “Fiqurası gəncləri yandıran məşhur” - FOTO

Küçəyə çıxmağa qadağa qoyulan Lənkərandan FOTOlar

Niyə Böyük Britaniya ölüm sayı ilə Avropada rekord qırdı?

Etirazçıları ələ salan arvadına görə klubdan qovuldu

İranda son sutkada koronavirusdan 75 nəfər öldü

"Tibbi maskadan istifadəyə dövlət səviyyəsində diqqət edilir"

"Nəvəm özümə oxşayır" - FOTO

Karantin qaydalarını pozan futbolçular cərimələndilər

Polis maska taxmayan şəxsi diziylə boğmağa çalışdı - Hindistanda - VİDEO - FOTO

Rusiyada bir gündə 197 nəfər koronavirusdan öldü

Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb - FOTO

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Bakı polisi küçələrdə çağırış edir... - VİDEO

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

Polis jurnalistin xəstə anasına yardım etdi

Sevil Mikayılova: "AŞ PA-da müşahidə olunan anti-Azərbaycan meyillər ictimaiyyətdə haqlı narazılıqlar yaradır"

Suriyada partlayış: 2 uşaq öldü

Türkiyədə avtobus qəzası: 20-yə yaxın yaralı var

Gürcüstanda koronavirusa son sutkada 3 yoluxma qeydə alınıb

Əfqanıstanda polis maşını minaya düşdü: 11 nəfər ölüb

Fransa koronavirusa yoluxanların sayına görə onluqdan çıxdı, Hindistan altıncı yerə çatdı

10 günə Türkiyəyə 1000-dən çox xəstə gəldi

34 yaşlı müğənni koronavirusdan öldü

"Əl-Qaidə"nın Şimali Afrikadakı lideri öldürüldü

Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb

Son sutka ərzində Misirdə “COVID-19” virusundan 40 nəfər ölüb

İranın zənginləşdirilmiş uran ehtiyatı nəzərdə tutulandan dəfələrlə çoxdur

ABŞ İrana qarşı neft embarqosunun müddətini uzadıb

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Moskvada koronavirusdan ölənlərin sayı 2 864 nəfərə çatıb

Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!”