AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Dünya koronavirusdan sonra bu cür olacaq - Fikir adamlarının proqnozları

  10

Koronavirus pandemiyası dünya gündəmini əməlli-başlı zəbt edib və belə görünür ki, uzun müddətə. Virus təhlükəsi artıq əksər ölkələri özünə qapadıb. Milli sərhədlər bağlanıb, gediş-gəliş, iqtisadi-ticari əlaqələr minimuma enib. Qlobal iqtisadiyyat, dünya maliyyə sistemi qəfil böhran təhlükəsi ilə üz-üzə gəlib. Müasir təbabət, tibb elmi, hətta insanlar arasında münasibətlər və ənənəvi dəyərlər sistemi belə, ciddi sınağa çəkilib. Torpaq sanki insanların ayağının altından qaçır. Ən əsası, pandemiyanın dünyadakı duruma neqativ təsiri hələ pik nöqtəsinə çatmayıb.

Bəşəriyyətin başı üzərindən aylardır "Domokl qılıncı" kimi asılan Covid19 bəlası yəqin ki, nə vaxtsa çəkilib gedəcək. Bəs ondan sonra dünyanın, bəşəriyyətin halı necə olacaq, qlobal iqtisadi-maliyyə sistemi, nəhayət, dövlətlərarası münasibətlər necə təsəvvür edilir?

ABŞ-ın nüfuzlu "Foreign Policy" nəşri məsələ ilə bağlı müxtəlif ölkələrdən olan fikir adamlarının rəyini öyrənib. Demokratikmusavat.com musavat.com-a istinadən həmin fikir və rəyləri təqdim edir.

DÜNYA DAHA QAPALI, LAKİN ÇİÇƏKLƏNƏN VƏ AZAD

Stiven Uolt - Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru:

Pandemiya dövlət hakimiyyətini möhkəmləndirəcək və millətçiliyi gücləndirəcək. Əksər dövlətlər böhrandan sonra da öz yeni səlahiyyətlərindən imtina etməyəcək. Xarakteri etibarilə konfliktli olan dünya siyasəti dəyişməz qalacaq. Əvvəlki epidemiyalar böyük dövlətlər arasında rəqabətin dayanmasına gətirmədi və qlobal əməkdaşlığın yeni epoxasına nədən olmadı. Covid-19-dan sonra da olmayacaq. Biz hiper-qloballaşmadan geri çəkilmənin davam etməsini şahidi olacağıq, ona görə ki, vətəndaşlar ümid edirlər ki, onları milli hökumətlər müdafiə edəcək. Qısacası, Covid-19-dan sonra dünyanı daha qapalı, lakin çiçəklənən və daha azad olacaq.

QLOBALLAŞMANIN SONU

Robin Hiblert - "Chatem House"nin direktoru:

Koronavirus pandemiyası iqtisadi qloballaşma dəvəsinin belini qıran saman çöpü rolunu oynayacaq. Covid-19 dövlətləri, şirkətləri məcbur edir ki, davamlı özünütəcrid şəraitində mövcudluqlarını saxlamaq potensiallarını gücləndirsinlər. Belə vəziyyətdə dünya çətin ki, qarşılıqlı sərfəli qloballaşma ideyasına qayıtsın. Siyasi liderlərə nəhəng özünüintizam lazım olacaq ki, beynəlxalq əməkdaşlığı saxlasınlar və geosiyasi rəqabət bataqlığına yuvarlanmasınlar. Öz vətəndaşlarına Covid-19 böhranını dəf eləmək bacarığını sübut edən liderlər müəyyən siyasi kapital əldə edəcəklər.

DEMOKRATİYA ÖZ "QABIĞI"NDAN ÇIXACAQ

Con Aykenberri - Prinston Universitetində siyasət və beynəlxalq əlaqələr üzrə professor:

İqtisadi zərər və ictimai kollaps nəzərə alınmaqla, biz yəqin ki, millətçilik yönündə hərəkətliliyin, böyük dövlətlər arasında rəqabətin, strateji aralanmaların və s. şahidi olacağıq. Ancaq 1930-40-cı illərdə olduğu kimi, indi də tədricən qarşılıqlı cərəyan, hansısa sağlam və inadkar beynəlmiləlçilik ortaya çıxa bilər. Necə ki, 2-ci Dünya müharibəsindən öncə və müharibə zamanı Franklin Ruzvelt (ABŞ-ın ovaxtkı prezidenti -red.) və digər dövlət xadimləri bunu formalaşdırmağa və təbliğ eləməyə başlamışdılar. 1930-cu illərdə dünya iqtisadiyyatının çöküşü müasir beynəlxalq birliyin nə dərəcədə qarşılıqlı bağlı və Ruzveltin adlandırdığı zəncirvari reaksiyaya necə həssas olduğunu göstərdi. Reaksiya əvvəlcə milliyyətçilik şəklində ola bilər, ancaq zaman ötdükcə demokratiya praqmatik və yeni tip proteksionist beynəlmiləlçiliyi tapmaq üçün öz qabığından çıxacaq.

DÜNYA DAHA KASIB VƏ QƏZƏBLİ OLACAQ

Şivşankar Menon - Brukinqs İnstitutunun (hind bölümü) əməkdar elmi işçisi, Hindistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri:

Hələlik nəticələr haqda mühakimə yürütmək tezdir. Amma üç şey aydındır: birincisi, koronovirus pandemiyası bizim həm daxili, həm də xarici siyasətimizi dəyişəcək. Hətta liberal cəmiyyətlər dövlət hakimiyyətinə müraciət edəcək. Dövlətlərin pandemiyanı və iqtisadi neqativləri önləməkdə uğurları və ya uğursuzluqları təhlükəsizlik məsələlərinə və cəmiyyət daxilində qütbləşməyə təsir edəcək. Təcrübə göstərir ki, diktatorlar və populistlər epidemiyanın öhdəsindən başqalarından heç də yaxşı gəlmirlər. Pandemiyanın özü isə bizim qarşılıqlı asılılığımızın sübutu oldu. Ancaq bütün dövlətlərdə artıq öz daxilinə baxmaq, müstəqillik axtarışı prosesi, öz taleyini sərbəst şəkildə həll eləmək cəhdləri başlayıb. Gələcəkdə dünya daha kasıb, daha qəzəbli olacaq.

COVİD-19-un TARİXİNİ QALİBLƏR YAZACAQ

Con Allen - Brukinqs Universitetinin direktoru:

Həmişə belə olub, yenə də belə olacaq. Tarixi Covid-19 pandemiyasına qalib gələnlər yazacaq. Hər bir ölkə, indi isə həm də hər bir insan bu xəstəliyin cəmiyyətə təsirinin ağır yükünü öz üzərində daha güclü şəkildə hiss edir. O ölkələr ki, özünün siyasi və iqtisadi üstünlükləri, habelə özünün səhiyyə sistemi hesabına israr göstərəcək və duruş gətirəcək, uğura iddiaçılar da onlar olacaq. Kimlər üçünsə bu, demokratiyanın, çoxtərəfli əlaqələrin və ümummilli səhiyyənin böyük və geridönməz qələbəsi, kimlər üçünsə qətiyyətli avtoritar hakimiyyətin "üstünlükləri"nin nümayişi olacaq. İstənilən halda bu böhran beynəlxalq hakimiyyətin strukturunu bizim təsəvvür edə bilməyəcəyimiz şəkildə təzədən format edəcək. Covid-19 iqtisadi fəallığı aşağı salacaq və dövlətlər arasında gərginliyi artıracaq. Uzaq perspektivdə bu pandemiya qlobal iqtisadiyyatın istehsal potensialını xeyli zəiflədə bilər - xüsusın də əgər şirkətlər və iş yerləri bağlanarsa. İqtisadi gərginliklər xüsusən də inkişaf eləməkdə olan ölkələri və sosial müdafiəsi zəif işçilərə malik iqtisadiyyatları gözləyir. Öz növbəsində beynəlxalq sistem güclü yüklənməyə məruz qalacaq ki, bu da sabitsizlik yaradacaq və çoxsaylı daxili və beynəlxalq konfliktlərə gətirəcək.

BANKROT VƏ UĞURSUZ ÖLKƏLƏRİN SAYI ARTACAQ

Riçard Xaas - ABŞ-dakı Beynəlxalq Əlaqələr Şurasının prezidenti:

Fikrimcə, koronavirusa görə ölkələrin əksəriyyəti ən azı bir neçə il özlərinə qapılacaq, öz sərhədləri daxilində və onlardan xaricdə baş verənlərə diqqət yönəldəcək. Mən tədarük zəncirinin həssaslığı səbəbindən öz ehtiyaclarını ödəməyin selektivliyi yönündə daha aktiv addımların atılacağını gözləyirəm. Miqyaslı immiqrasiyaya (gəlmələrə) qarşı daha sərt müqavimət olacaq. Ölkələrin regional və qlobal problemlərlə, o cümlədən iqlim dəyişiklikləri ilə bağlı problemlərlə məşğul olmaq həvəsi və hazırlığı azalacaq. Nədən ki, onlar öz iqtisadiyyatlarını bərpa etmək, böhranın iqtisadi nəticələrini aradan qaldırmaq üçün daim resurs tapmaq ehtiyacı hiss edəcəklər. Gözləyirəm ki, bir çox ölkələrin böhrandan sonra bərpası çətin olacaq. Bir çoxunda dövlət hakimiyyəti zəifləyəcək, uğursuz dövlətlərin sayı artacaq. Böhran yəqin ki, ABŞ-Çin əlaqələrinin pisləşməsinə və Avropa inteqrasiyasının zəifləməsinə gətirəcək.

BEYNƏLXALQ SİSTEMİ DƏYİŞƏCƏK SEYSMİK TƏKAN

Nikolas Börns - Harvard Universiteti İdarəçilik Məktəbinin direktoru, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə sabiq müavini:

Covid 19 pandemiyası bizim yüzilliyin ən böyük qlobal böhranıdır. Onun dərinliyi və miqyası nəhəngdir. İctimai təbabətin böhranı Yerdə yaşayan 7,8 milyard insanın hər birini hədələyir. Maliyyə-iqtisadi böhran öz nəticələrinə görə 2008-2009-cu illərin böyük geriləməsini kölgədə qoymaq gücündədir. Hər bir böhran ayrı-ayrılıqda beynəlxalq sistemi və bizə məlum olan qüvvələr nisbətini həmişəlik dəyişmək üçün seysmik təkan ola bilər. Əgər ABŞ və Çin kimi dünyanın ən güclü dövlətləri söz savaşından, yəni böhrana görə kim məsuliyyət daşıyır və kim daha effektli idarə edə bilər kimi söz müharibəsindən imtina eləməsə, o zaman onların dünyadakı nüfuzu ciddi şəkildə zədələnə bilər. Əgər Avropa Birliyi özünün 500 milyonluq əhalisinə daha məqsədyönlü kömək göstərə bilməsə, milli hökumətlər gələcəkdə Brüsseldən bir çox səlahiyyətlərini geri alacaq. ABŞ üçün isə olduqca vacibdir ki, federal hökumət böhranı cilovlamaq üçün effektli tədbirlər görsün. Bununla belə, hər bir ölkədə insan ruhunun nə qədər güclü olmasına dair çoxsaylı nümunələr var. Həkimlər, tibb bacıları, siyasi rəhbərlər və sadə vətəndaşlar iradə, faydalılıq və lider keyfiyyətləri nümayiş etdirirlər. Bu da ümid etməyə imkan verir ki, dünya insanları bu fövqəladə təhdidə cavab olaraq birləşəcək və üstünlük əldə edəcəklər.

Demokratikmusavat.com

Xəbər Lenti

Amerikalı müğənni koronavirusdan vəfat edib

Azərbaycanın bir sıra ölkələrlə sazişləri təsdiq edildi

Ramin Məmmədov: Biz dəfələrlə bu cür taleyüklü anlarda Azərbaycan xalqının bir yumruq kimi birləşdiyinin şahidi olmuşuq

Vaksinə qədər korona ilə necə “vuruşaq”? - Rus həkim

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu

SOCAR benzin qıtlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır

Cənubi Koreyaya gələnlər 2 həftə məcburi karantinə cəlb olunacaqlar

65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək

İsraildə indiyədək 15 nəfər koronavirusdan ölüb

Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi

Milli Məclisin iclasında Azərbaycan həkimləri alqışlandı

Koronavirusun simptomları və xəstəliyin ağırlığı yoluxan şəxsin immunitet sistemindən asılıdır

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək

Koronavirusla mübarizədə həyatını itirən həkimlərə xüsusi status verilməlidir - TƏKLİF

Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı

Hərbi xidmətə çağırış ildə iki dəfə olmalıdır - Siyavuş Novruzov

Son sutkada Qırğızıstanda 26 nəfər koronavirusa yoluxub

Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi

Siyavuş Novruzov: Biz üç virusa qarşı mübarizə aparırıq

Çində son 24 saatda cəmi bir yoluxma qeydə alınıb

Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər

Koronavirusu Ukraynada yayan qadın diz çöküb üzr istədi - VİDEO

Milli Məclisin sədri: Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir

Ukraynanın 5 deputatı koronavirusa yoluxub

Milli Məclisdə soyqırım qurbanları yad edilib

Çində sərnişin qatarı relsdən çıxaraq aşıb

Misirdə yeni növ koronavirusdan ölənlərin sayı artıb

65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

“2 ailəyə dəstək olan kimisə tanıyırsınız?” - Rövşanə müğənniləri qınadı

ABŞ səhiyyəsi çökür: Minlərlə insan öləcək

Bu dəfə parlamentdə keyfiyyətcə daha güclü qadınlar yer alıb - Dövlət Komitəsi

Martın 30-da xarici valyutaların manata qarşı məzənnələri

Netanyahunun müşaviri koronavirusa yoluxdu

Fransa telekanalı Messini bənzəri ilə səhv saldı - FOTO

Bu ölkədə 14 yaşlı yeniyetmə koronavirusdan öldü

Terim və Albayrak koronavirusa qalib gəldi

"ABŞ-ın COVID-19-dan sonra bərpası iyunun 1-də mümkün olacaq" - Tramp

Kanadada 800-dən çox koronavirusa yoluxma halları aşkar edilib

Bakıda kran avtomobili yanıb

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 91-ə çatıb

KXDR çoxyüklü qurğusunu sınaqdan keçirib

Moskvada bütün sakinlər üçün evdə özünütəcrid rejimi tətbiq olununb

"Brent" markalı neftin qiyməti aşağı düşüb

UEFA avrokuboklar mövsümünü avqustda başa vurmağı planlaşdırır

Bu gün Milli Məclisdə 16 məsələyə baxılacaq

Premyer Liqanın ən çox qazanan futbolçuları - TOP 10

Bu ölkədə tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib

Bakıda restoranda yanğın olub

İspaniyada karantin şərtləri sərtləşdirilir

"Finalların azarkeşsiz oynanmasını istəmirəm" - Çeferin

Türkiyədə daha 11 kənd və iki məhəllə karantinə alınıb

Dünyada 634 mindən çox insan koronavirusa yoluxub

Günün qoroskopu: şəxsi həyatınızda dəyişikliklər mümkündür

Afrikaya koronavirusla mübarizə üçün 100 milyard dollar lazımdır

Türkiyədə koronavirusa yoluxan polislərin sayı açıqlandı

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - RƏSMİ

Moskvada insanların hərəkəti məhdudlaşdırılır

Nyu-Yorkda bu gün koronavirusdan 965 nəfər öldü

Azərbaycanda onlayn sınaq imtahanları pulsuz olacaq - SİYAHI

FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır - VİDEO - FOTO

Dünyada koronavirusa yoluxanların sayı 700 mini keçdi

Bulvarda xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib - FOTO

Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar - FOTO

İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir

Türkiyədəki Azərbaycan vətəndaşlarının üzləşdiyi məsələlərin həllinə dəstək verilir - Səfirlik

Fransada koronavirusa yoluxan azərbaycanlı: Sevinirəm ki, Azərbaycanda vaxtında ciddi tədbirlər görüldü

Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi

İtaliya A Seriyası növbəti dəfə təxirə salınır

Aktyor efirdə başına gələni danışdı: "Dilənçilər məni daşqalaq ediblər"

Misirdə koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb

Şakiri "Liverpul"dan ayrılır?

Özbəkistanda sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 29 nəfər artıb

İtaliyada gün ərzində koronavirusdan 756 nəfər öldü

"Vətəndaşlara 250 manat yardım" ilə bağlı rəsmi açıqlama

Qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb

İtaliyada koronavirusdan sağalanların sayında artım müşahidə olunur

Türkiyədə koronavirusdan daha 23 nəfər öldü

Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

Lautaro Martines top klubların hədəfində

Türkiyəli teleaparıcı KORONAVİRUSA YOLUXDU

Püşkatmanın tarixi dəyişdirildi

Koronavirus xəstəsinin sevgilisinə yazdığı SON MESAJ - Tezliklə görüşəcəyik

Küçədəki əşyaları yalayan tanınmış repçi SAXLANILDI

Dövlət həmişə olduğu kimi, bu çətin günlərdə də vətəndaşlarımızı öz qayğısı ilə təmin edir və edəcək - Elşad Mirbəşir oğlu

NBA təmsilçisinin sahibi koronavirusa yoluxdu

"Atletiko"nun üzvü dünyasını dəyişdi

Karantin qəzaların sayını kəskin azaltdı

"Əgər buna riayət etməsək, qarşıdakı 4 həftə ərzində ölkədə epidemiyanın yayılması təhlükəsi böyükdür"

İranın həftədə 50 milyon maskaya ehtiyacı var

"Şimali Koreya tərəfindən buraxılan raketin əlavə təhlilinə ehtiyac var"

“Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı

Britaniyada koronavirusdan ölənlərin sayı 1 228 nəfər çatıb

Rusiyalı qrossmeyster: “Teymur Rəcəbova hansısa güzəştlər növbəti tsikldə verilməlidir”

Həştərxan İş Mərkəzi MMC prezidentin çağırışına qoşuldu - Fonda vəsait köçürdü

“Barselona” 30 min tibbi maska bağışlayacaq

“Ev, maşın bahalı olar, müğənni yox!”

Türkiyədə hamilə qadın koronavirusa yoluxdu

Naxçıvanda koronavirus yoxdur - Rəsmi

"Koronavirusla mübarizə tədbirləri görən dövlət həm sahibkarın, həm də işçinin maraqlarını qoruyur"

"Sahibkarların və vətəndaşların fonda olan dəstəyi koronavirusla mübarizədə milli həmrəyliyə nail olunduğunu ortaya qoyur"

Qazaxıstanda 5 şəhər karantinə bağlanır

ABŞ-ın Arkanzas ştatında güclü qasırğa olub

Komitə Bərdədə qadının amansızlıqla öldürülməsi ilə bağlı məlumat yaydı

"Koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır"

Filmlərin ilkin reklam qaydalarına dəyişiklik edilib

Çempionatı yekunlaşmayan ölkələr avrokuboklara buraxılmayacaq

Filmlərin nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyaları dəyişib

Filippində təyyarə qəzaya uğradı: göyərtədə olanların hamısı öldü

Koronavirus böyük bəladır, amma...

İspaniyada son sutkada koronavirusdan 838 nəfər ölüb

Koronavirusdan qorunmaq istəyirsinizsə, oxuyun və əməl edin! - FOTO

Essyen müqaviləsi bitdikdən sonra Azərbaycanda qala bilər

"Yeni xəstəxananın ilk olaraq məhz koronaviruslu xəstələrə xidmət göstərməsi xalq tərəfindən məmnunluqla qarşılanır" - Sevil Mikayılova

Polşada prezident seçkiləri koronavirusa görə təxirə salına bilər

Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

Azərbaycanda vergi ödənişlərinin müddəti artırılıb

Operativ Qərargah: Azərbaycanda daha 27 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı

Çinin Hubey vilayətində daha 5 nəfər koronavirusdan ölüb

İranın 13 vilayətində koronavirusun yayılması azalıb

Gürcüstan Rusiya vətəndaşlarını sərhəddən geri qaytardı

Alman nazirin cəsədi qatar relslərində tapıldı

Bakıda bəzi yeraltı piyada keçidlərində hərəkət məhdudlaşdırılıb

Ruhani: "Virusla yaşamağa hazırlaşmaq lazımdır"

Azəriqaz “ASAN Kommunal”da işə başladı

Rusiyada yoluxanların sayı 1 500 nəfəri ötüb

Elçin Quliyev və Kəmaləddin Heydərov karantinə alınmış vətəndaşlarla görüşüblər - FOTO

“Azərişıq” ödənişlə bağlı yayılan məlumatlara cavab verdi

İranda bir gündə 123 nəfər koronavirusdan ölüb

Xızı polisi koronavirusla bağlı maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Mədəniyyət Nazirliyi yeni layihəyə start verdi

“TAC” şirkəti evlərə çatdırılma xidmətinə başlayıb

Koronavirusdan qorunmaq istədilər, metil spirtindən kütləvi qırıldılar - FOTO

Tovuzla bağlı yanlış məlumat yayan şəxs saxlanılıb - VİDEO

Evində koronavirusdan qorunmaq istəyirdi, tavan çökdü

DİN: Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər davam etdirilir - FOTO - VİDEO

Çində koronavirus epidemiyasının sona çatdığı elan olundu

"avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib"

“Roma”dan səhiyyə işçilərinə jest

Özbəkistanın bütün aeroportları fəaliyyətini dayandıracaq

Bu imtahanlar da təxirə düşdü

Amerikalı alimlər: "Koronavirus çox ləng mutasiyaya uğrayır"

Yaşı 65-dən yuxarı olan deputatlar sabahkı iclasda iştirak etməyəcəklər

Valideynləri ilə mübahisə edib özünü bıçaqladı

Bakıda 25 yaşlı oğlanı vurub öldürən sürücü tutuldu

Goranboyda giriş-çıxış məhdudlaşdırıldı - FOTO

Bakıda daha 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir

"Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır" - TƏBİB-in rəhbəri

DANX onlayn müşavirələr keçirir

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı

Olimpiya Oyunları nə zaman başlayacaq?

"Koronavirusa görə yeni qadağalar qüvvəyə minə bilər" - Operativ Qərargahın üzvü

Şəfiqə Məmmədova “Əmək” ordeni ilə təltif edildi

"Hazırda koronavirus xəstələri ən həssas təbəqədir, onların müalicəsi, lazımi tibbi xidmətin göstərilməsi ən ümdə məsələdir"

“Müxtəlif ssenarilər üzərində düşünürük”

“Ürəkli ol, Ürəklə əl” adlı lotereyanın ilk uduş tirajı keçirildi

Vaqif Əsədov: “Biz hər maşın sürənin cərimə olunacağını demirik..."

Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi

İranda 101 yaşlı kişi koronavirusdan sağalıb

Koronavirusdan ölən dünya məşhurları - SİYAHI

Rusiyada koronavirusdan ölənlərin sayı 8-ə çatıb

Arvadını uşağı həkimə apararkən öldürübmüş... - FOTO

Türkiyədə tibb ləvazimatlarını dəyərindən baha satan 160 nəfər həbs edildi

Kontakt Home müştərilərinə şad xəbər: BÜTÜN KREDİTLƏRƏ GÜZƏŞT EDİLDİ

“Azəriqaz”dan gözəl addım - Koronovirusa görə...

Ermənistanda koronavirusa yoluxanların sayı 400 nəfəri ötdü

""Biz birlikdə güclüyük" şüarı bu gün uşaqdan-böyüyə hər kəsin həyat devizinə çevrilib"

Səddam Hüseyndən girovları qurtaran, müharibədən imtina edən superqəhrəman - FOTO

Bakıda sərnişin taksi sürücüsünü bıçaqladı

Fransada keçmiş nazir koronavirusdan öldü

Dünyada koronavirusun ən çox yayıldığı ölkələr

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

Şəmkirdə bıçaqlanma...

DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirdi

Avstraliyada koronovirusa yoluxanların sayı 3800 nəfəri ötüb

"Tofiq Yaqublunun həbsini həddən artıq şişirib siyasiləşdirmək tam yanlışdır"

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib