AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Biz birlkdə güclüyük

  18

Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, sosial layihələrin uğurlu icrasını təmin edir və bu proses ardıcıl xarakter alıb. Bütün bunlar dövlətimizin başçısının səyləri nəticəsində mümkün olub. Prezident İlham Əliyev əhalinin sosial rifah halının daha da yüksəldilməsinə xüsusi qayğı göstərir, bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır. Ölkədə sosial sahədə həyata keçirilən tədbirlər əhəmiyyəti və miqyası ilə seçilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların ardıcıllığını təmin etmək üçün dövlət tərəfindən bütün zəruri işlər görülüb və hazırda da davam etdirilir. Bu baxımdan, Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürü kimi də qəbul oluna bilər, olunmalıdır da.

Bu layihənin icrası üçün 2017-ci ilin fevralında Agentliyə Hövsan qəsəbəsində 20 hektar ərazi ayrılıb. Həmin il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksdə ilk yeddimərtəbəli binanın təməli qoyulub. Layihələndirmə zamanı kompleksdə həyətyanı sahələrin, uşaq meydançalarının salınması üçün geniş ərazi ayrılıb, yaşıllaşdırma və abadlaşdırma işlərinə xüsusilə diqqət yetirilib. Burada, ümumilikdə, 11 yaşayış binası inşa olunub ki, onlardan 4-ü birgirişli olmaqla 10 mərtəbəli, 7-si 18 girişli olmaqla 7 mərtəbəlidir. Yaşayış kompleksində mənzillərin sayı 2962-dir. Onlardan 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Mənzillər tam təmirli, mətbəx mebeli, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin tikintisində və mənzillərin təmirində istifadə olunan inşaat materiallarının 95 faizi yerli istehsaldır.

Burada 1920 şagird yerlik məktəb binası da inşa olunub. Tam orta məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün şərait var. Sinif otaqları zəruri tədris avadanlığı ilə təchiz edilib. Bu təhsil ocağında yaradılan şərait son illərdə ölkədə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Bütün bunlar isə Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib.

Kompleksdə hər biri 90 yerlik olmaqla iki uşaq bağçası da inşa olunub. Burada balacaların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar var.

Hövsan yaşayış kompleksi Agentliyin ikinci layihəsidir. İlk layihə olan Yasamal yaşayış kompleksində mənzillərin satışı tam başa çatdırılıb. Beləliklə, ümumilikdə, 1654 ailə güzəştli mənzilə sahib olmaqla yaşayış şəraitini yaxşılaşdırıb.

Vətəndaşların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından da bu layihə əhəmiyyəti ilə seçilir.

"Layihə dövlət büdcəsi hesabına gerçəkləşdirilir, hakimiyyətin əməyi nədir ki?" tipli primitivizmlərə müştaq bir para "ekspert"lərin klişe arqumentlərinə gəldikdə isə, onların əsassızlığı və səbatsızlığı göz önündədir.

Bəli, layihələr dövlət büdcəsi hesabına reallaşdırılır. Fəqət, həmin büdcə xalqındır, dövlət də məhz xalqın rifahı üçün sosial proqramları gerçəkləşdirir, vətəndaşların rifah səviyyəsinin yüksəlməsi üçün zəruri saydığı addımları atır.

Çünki Azərbaycan hakimiyyəti üçün vətəndaş elə dövlət, dövlət də vətəndaşdır.

Dövlətin başçısı İlham Əliyev də bunu deyib.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.

"Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir. Mən bildirmişəm və bir daha demək istəyirəm ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə inşa edilmiş bu böyük yaşayış kompleksi bunu bir daha göstərir", - dövlət başçısı söylədi.

Onun sözlərinə görə, güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan etdiyimiz bütün layihələr və proqramlar icra edilsin: "Hesab edirəm ki, keçən il bu baxımdan çox yadda qalan il olmuşdur. Bildiyiniz kimi, keçən il minimum əməkhaqqının, minimum pensiyaların artırılması nəticəsində 4,2 milyon insan, o cümlədən dövlətdən müavinət alan insanlar maddi vəziyyətlərini böyük dərəcədə yaxşılaşdırmışlar. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya isə 70 faiz artmışdır. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerdədir. Əlbəttə ki, indiki səviyyə bizi hələ də qane etmir. Əminəm ki, görüləcək tədbirlər nəticəsində gələcəkdə bu sahəyə daha da böyük vəsait ayrılacaq".

Ölkəmizdə sosialyönümlü digər layihələr icra edilir, eyni zamanda, sosial təminatı yaxşılaşdırmaq, bu sahədə şəffaflığı təmin etmək üçün bildiyiniz kimi DOST mərkəzləri açılmaqdadır. Artıq 2 mərkəz fəaliyyət göstərir və vətəndaşların bəyənmə əmsalı kifayət qədər yüksəkdir. Bütövlükdə 30-dan çox belə mərkəzin yaradılması bu sahədə institusional baxımdan böyük bir irəliləyişə gətirib çıxaracaq. Yəni, sosial sektor böyük sahə olduğu üçün bunun hər bir istiqaməti üzrə praktiki addımlar atılır, bəyan edilmiş proqramlar icra edilir və verilmiş bir dənə də vəd icra edilməmiş qalmır. Bütün vədlər icra edilir və əminəm ki, həm bu il, həm bundan sonrakı illərdə bu istiqamətdə daha böyük işlər görüləcək.

Dünyada tüğyan edən COVİD-19 koronavirus pandemiyasına gəldikdə isə, Azərbaycan qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayır. Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə - 500-600 insan vəfat edir. Yəni, bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər.

Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq.

Dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara müntəzəm olaraq məlumatlar verilir. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olmuşlar. Onlar Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət vermişlər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir.

Prezident dedi: "Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni, biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq. Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir".

O, daha sonra bəyan etdi ki, yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldı. Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir.

Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb.

"Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim.

Yəni, bütün tədbirlər görüldü. Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.

Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq", - dövlət başçısı qeyd etdi.

Xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaq.

Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır.

Vətəndaşları bir daha məsuliyyətə çağırırıq ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcək.

Onu da qeyd edək ki, Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

Prezident və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini həmin fonda ianə etdilər. Bu, çox gözəl bir nümunədir. Artıq ayrı-ayrı şəxslər və digər qurumlar da həmin fonda pul vəsaiti köçürürlər.

Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.

Qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıb. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlayıb. Bu, xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir.

Bu günə qədər Fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildiririk. Bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik.

Koronavirusla bağlı ağır durumda ölkə iqtisadiyyatının stimullaşdırılması da unudulmayıb.

Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.

Dövlət başçısı sahibkarlara müraciət edərək onlara işçiləri ixtisar etməməyə çağırıb: "Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir".

Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq. Eyni zamanda, dediyim kimi, sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin verilməsi, bizim ümumi maliyyə vəziyyətimizin sabit saxlanması üçün bu vəsaitdən istifadə olunacaq. Bu sahədə də Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərib.

Dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir.

Dövlətin siyasəti həmişə xalq tərəfindən dəstəklənib və bu dəstəyi bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin.

"Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük", - İlham Əliyev dedi.

Biz gerçəkdən də, birlikdə güclüyük...

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Gəncədə əxlaqsızlıq yuvası təşkil edən Vidadinin işi MƏHKƏMƏDƏ

BMT dünya ölkələrinə çağırış etdi: ÜST-ü dəstəkləyin!

ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı

FIDE Avropa və dünya çempionatlarının vaxtını dəyişir

“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb

Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmləri necədir? - ŞƏRH

Əşrəf Hakimi Premyer Liqa klublarının hədəfində

Cənubi Koreya qısamüddətli viza rejimini ləğv etdi

Moskvada biznes-mərkəzin binasında partlayış olub, 1 nəfər yaralanıb

Pərvin də soyunaraq "pillow challenge"ə qoşuldu FOTO

Nömrəsinə 40 saata 2,2 milyon mesaj gəldi

Türkiyə millisinin futbolçusu karantinə alındı

"Kənan heç dram da çəkə bilmir" - İlkin

Türkiyədən həyəcanlandıran xəbər: peyvənd bu tarixdə hazır olacaq - GÜNLƏR QALDI - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

İranda sel 26 nəfərin həyatına son qoydu

Azərbaycan millisinin hücumçusu karantindən evə buraxılıb

Könül Kərimova 8 aylıq nəvəsinə ev alıb

İngiltərədən şok hesabat: 4 milyard insan...

Boris Consonun vəziyyəti yaxşılaşır

“Səsim batsa sürücülük edərəm” - Afət Fərmanqızı - VİDEO - FOTO

Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib - FOTO

İtaliyada koronavirusdan ölən həkimlərin sayı 100-ə çatıb

"Ərə getməyə hazırlaşırdım ki, dünya dağılmağa başladı"

Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər

Məşhur həkim koronavirusdan ölən insanın ağciyərinin görüntüsünü paylaşıb - FOTO

"Hamiləyəm, uşağıma nəsə olmasını istəmirəm, çox narahatam"

Daha bir məşhur koronavirusdan ÖLDÜ

Bakıda bir evdən 4500 manat oğurlanıb

La Liqanın adalarda keçirilməsi təklif olundu

Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb

"Koronavirus mədəniyyət gətirdi, pintilər təmizlənir" - Əməkdar artist

Azərbaycanlı aparıcı yarıçılpaq görüntüsünü yaydı, TƏNQİD EDİLDİ

Ronaldinyonun lüks ev dustaqlığı - FOTO

Qazaxıstanda güclü külək 2 nəfərin həyatına son qoydu

ATƏT PA: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri-legitim idi

FİFA-nın yeni reytinqi açıqlandı - Millimiz neçəncidir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı - SƏRƏNCAM

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib

Futbolçuların qiyməti düşdü

Avropa çempionatına ev sahibliyi edən şəhərlər azala bilər

İtalyan alimlər: “Böyük ölüm” yaxınlaşır

İnanılmazı bacardılar: koronavirus xəstələrinin yarısını bu dərmanla sağaltdılar

Xalq artisti: "Bu finti-firuş qızları ora kim çıxarır?"

Əfqanıstanda NATO aviabazasına raket zərbələri endirildi

Koreyadan ŞAD XƏBƏR: 48 gün sonra...

Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır - VİDEO

Baş Nazir: "Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir"

Sahil Babayev: "Sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur" - VİDEO

Baş Nazir Milli Məclisdə hesabat verib - YENİLƏNİB

"Bir gün "Real"a qayıdacağam" - Kasilyas

Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?

Xalq artisti arxiv FOTOsunu paylaşdı - Artıq neçə ildir ki, ürəkdən gülə bilmirəm

Premyer Liqanın 10 ən yaxşı transferi

"Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır"

"Ermənistanın Təl-Əvivdə səfirlik açması regionun təhlükəsizliyinə mənfi təsir göstərəcək" - RƏYLƏR

Türkiyəli elm adamları koronavirusun “barmaq izini” çıxardılar

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin!

İranda epidemiyadan daha 117 nəfər öldü

Zabit Səmədov: “Sərhədlər bağlandığı üçün Belarusda qalmışam”

Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır

Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər

Kosta və sevgilisi maşınla ərzaq payladı FOTO

Səməd Seyidov: "2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı"

Daha bir tibb işçisi koronavirusdan öldü - FOTO

Parkda məşq keçən Mourinyo səhvini etiraf etdi

"Yaxşı ki siqareti tərgitmişəm" - Rüştü Reçber

“Yıxılmağım bədbəxtləri sevindirib, yazığım gəldi"

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına vuracağı zərərin məbləği açıqlandı

"Acam, zibil eşirəm" deyən qadına "Gəbər" yazan vəzifəli şəxs işdən qovuldu - VİDEO - FOTO

Baş bankirdən bank kreditləri ilə bağlı VACİB AÇIQLAMA

Aybəniz Haşımova arxiv FOTOlarını paylaşdı

"Messi olmaq çox çətindir" - Krespo

Karantində faydalı alış-veriş Maxi.az da. Bir klik məsafəsindəyik.

"Barselona" "Çelsi"nin futbolçusundan imtina etdi

Almaz Ələsgərlinin yeni doğulan nəvəsi - FOTO

Rusiyada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçdi

66 yaşlı əkiz bacılar koronavirusdan öldülər - FOTO

MMA döyüşçüsü güllələndi

Kavani PSJ-ni Uruqvay klubuna dəyişir

Ermənistanda koronavirusa yoluxanların sayı 900-ü keçdi

Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

Baş nazir Milli Məclisdə hesabat verir

Məşhur professordan koronavirusla bağlı maraqlı müsahibə: "Bu dəhşətlər hamısı saxtadır, əslində..." - FOTO

Koronavirusa qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərinə dair Malayziyada geniş yazı dərc edilib

Saxta jurnalist kimi tutulan şəxs dünya çempionu imiş

Azərbaycanlı aparıcı yıxılan Xalq artisinə gülənləri TƏNQİD ETDİ - VİDEO

Çempionatın ləğvi səsverməyə çıxarılacaq

Ölüm faktları şişirdilir, yoxsa... - Koronavirus mifi haqda gerçəklər - FOTO

Koronavirusa yoluxan Mirvari Fətəliyeva Dadaşlinskinin qonağı olub - VİDEO

"Toyota Motor" Şimali Amerikada zavodlarının işini dayandıracaq

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib - STATİSTİKA

"10 il öncə telefonumun üz qabığında idin" - Murad həyat yoldaşının arxiv FOTOsunu yaydı

"Real" maaşları aşağı endirdi

Tünzalə Ağayeva canlı yayımda yıxıldı - VİDEO

İsraildə koronavirusdan effektiv müalicə üsulu tətbiq edilir

Koronavirus səbəbindən Tel-Əviv parklarına çaqqallar doluşdu

Məşhur amerikalı müğənni Qloria Qaynor Trend BİA-nın #EvdəQal videolayihəsini dəstəklədi - FOTO - VİDEO

“Baсılarımın ailəmizə uyğun olmayan həyat yoldaşları...” - Brilliant Dadaşova

Yaponiyanın daha bir prefekturunda fövqəladə vəziyyət tətbiq edildi

“Atletiko”nun sabiq futbolçusu koronovirusdan ölüb

Səudiyyə Ərəbistanının Fondu dörd neft-qaz şirkətinin 1 milyard dollarlıq səhmlərini alıb

Misir parlamenti pandemiya ilə əlaqədar hökumətə müraciət edib

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda ölüm faktı qeydə alınıb

Britaniyada karantinin uzadılması planlaşdırılır

“MotoGP” üzrə İtaliya və Kataloniya Qran-Priləri təxirə salınıb

Meksikada son sutkada 33 nəfər koronavirusdan ölüb

İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım Fondu yaradıblar

Fransada pandemiyanın növbəti dalğası gözlənilir

İsrail həkimləri COVID-19-un effektiv müalicə üsulunu hazırlayıblar

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda insan öldü

Ukraynada karantin dövründə evlənən cütlüklərin sayı artıb

Moskvada qocalar evində baş vermiş yanğın zamanı ölənlərin sayı artıb - YENİLƏNİB

Ərdoğanla Cinpin arasında telefon danışığı keçirilib

İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb

BMT-nin COVID-19 virusuna yoluxan əməkdaşlarının sayı 175-ə çatıb

Avropa İttifaqı koronavirus ilə mübarizə üçün 20 milyard avro ayıracaq

TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur

Braziliyada koronavirusa yoluxma hallarının sayı ilk dəfə sutka ərzində 2 mini ötüb

Airbus təyyarələrin istehsalını azaldır

Pompeo: İrana və Venesuelaya humanitar yardım ABŞ-ın sanksiyalarına məruz qalmayacaq

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı artıb

Ağdamda tikili yanıb

Fransada koronavirusdan ölənlərin sayı 10,8 mini ötüb

Günün qoroskopu: işləriniz yavaş-yavaş qaydasına düşür

Dünyada koronavirusa yoluxanların sayı 73 mindən çox artıb

Aynişan karantin günlərindən yazdı: "Əslində orqanizmimiz…"

Koronavirus səbəbindən avrozonanın iqtisadiyyatı 2020-ci ildə 10 faiz azala bilər

Finlandiya əhali arasında yeni koronavirusun yayılmasını random testlərin köməyi ilə izləməyə başlayır

Azərbaycanlı həkim koronavirusa yoluxanları belə sağaldır... - "Ölənləri yandırırlar..."

Norveç COVID-19 virusu ilə bağlı qadağaları yumşaltmağa hazırlaşır

“Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq” - Həsən Ruhani

Koronavirus bir milyard insanı işsiz qoyacaq

Moskvada həkimləri malyariya dərmanı ilə qoruyacaqlar

Koronavirusa yoluxduğunu güman edən cütlük intihar etdi

Məşhur yazıçı koronavirusdan evdə sağaldı - "Bütün simptomlar var idi"

Koronavirusa qalib gələn İLK ÖLKƏ - Səhiyyə naziri necə bacardıqlarını açıqladı

İtaliyaya yeni həkimlər gəlib

3 yaşlı uşaqda koronavirus aşkarlandı

"Brent" markalı neftin qiyməti 33,84 dollara yüksəlib

Avropada yeni böhran: Dərman çatışmır

Türkiyədə koronavirusdan ölənlərin sayı 812-ə çatıb

Koronavirusun ortaya çıxdığı Uhan şəhəri qapılarını açdı: İLK GÖRÜNTÜLƏR

Evdən oğurluq edən qadın saxlanılıb

Yeni epidemiya yayılır - 254 nəfər öldü

Fransa: COVID-19 virusu içməli su vasitəsilə yayıla bilərmi?

Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

İtaliyada koronavirusa qarşı immun testi hazırlanıb

Həbs yerlərində ödənişsiz psixoloji yardım təşkil ediləcək

Türkiyədə COVID-19 xəstələrinin müalicəsində "immun plazma" üsulunun tətbiqinə başlanılıb

Küçələrdən 500 cəsəd yığdılar - Koronavirus DƏHŞƏTİ

Bu ölkədə gündə 3 min insan koronadan öləcək - Şok iddia

Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi - VİDEO

Maldinidən sevindirici xəbər

"Barselona" Ter Ştegenə əvəzləyici tapdı

İtaliyada üzərində yük maşını olan körpü uçub - FOTO

Türkiyəli generalın xanımı da koronavirusdan öldü

Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur

Kontakt Home qiymətləri 60%-dək endirdi - ALMAQ ÜÇÜN ƏN SƏRFƏLİ VAXT

Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq

PSJ-nin müdafiəçisi "Barselona"da