AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Çoxölçülü strateji tərəfdaşlıq: İlham Əliyevin Avropada növbəti uğuru

  18

Demokratikmusavat.com newtimes.az-ın yazısını təqdim edir:

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya ilk dövlət səfərinə ekspertlər yüksək qiymət verirlər. Ölkə rəhbərinin apardığı danışıqların məzmunu və imzalanan ikitərəfli sənədlər göstərir ki, faktiki olaraq, Azərbaycan dövlətçiliyi üçün çox əhəmiyyətli hadisə baş verib. Cənubi Qafqazın lider dövləti Avropanın yüksək inkişaf etmiş nüfuzlu ölkələrinin biri ilə müxtəlif sahələri əhatə edən strateji xarakterli sənəd imzalayıb. Bu məqam Azərbaycanın xarici siyasətdə dərin düşünülmüş və gələcəyi çox müsbət görünən addımlar atdığına əlavə bir sübutdur. İki ölkə bir sıra beynəlxalq layihələrin ortaq iştirakçılarıdırlar. Buraya enerji sferasında həyata keçirilən böyük layihələr, "Bir kəmər, bir yol" layihəsi kimi əhəmiyyətli proqramlar daxildir. İndi qarşılıqlı fayda gətirən yeni layihələrin həyata keçirilməsi mərhələsi başlayır.

İkitərəfli əməkdaşlıq formatı: Roma-Bakı əlaqələrində yeni dönəm

Azərbaycanın xarici siyasətinin çoxvektorlu məzmuna malik olduğu məlumdur. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasətin prioritet istiqamətlərinə uyğun olaraq, bütün istiqamətlərdə sistemli və ardıcıl düşünülmüş addımlar atılır. Prezident İlham Əliyev böyük ustalıq və məharətlə tarixi siyasəti sürətlə dəyişən XXI əsrin geosiyasi reallıqlarının tələblərinə uyğunlaşdırır. Bu baxımdan Azərbaycanın Avropa istiqamətində siyasəti də maraqlı özəlliklərlə fərqlənir.

Hər şeydən öncə, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə qarşılıqlı maraq doğuran, tərəflərin hər biri üçün aktual olan və fayda verən parametrlər üzrə əlaqələrini müstəqil surətdə milli maraqları gözləməklə inkişaf etdirir. Bu tezisi rəsmi Bakının illərdir atdığı addımlar tam təsdiq edir.

İkinci özəllik ondan ibarətdir ki, Azərbaycan konkret təşəbbüslər və layihələr üzrə Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Buraya energetika, iqtisadiyyat, logistika, nəqliyyat, təhlükəsizlik məsələləri, ortaq beynəlxalq layihələrin işlənib hazırlanması və digər sahələr üzrə layihələr daxildir.

Üçüncü özəllik isə Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq formulu ilə ikitərəfli əməkdaşlıq formulunu uğurlu surətdə əlaqələndirə bilməsi ilə bağlıdır. Cənubi Qafqazda bu modeldən istifadə edə bilən ikini dövlət yoxdur. Rəsmi Bakı "Şərq tərəfdaşlığı"nda ikitərəfli əlaqələri sürətlə inkişaf etdirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, assosiativ üzvlüyün səmərəsi azdır, çünki ikitərəfli əməkdaşlıq əlaqələri strateji xarakterlidir. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramında qalmaqla ikitərəfli əməkdaşlıq modelinə üstünlük verir. Prezidentin bu mövqeyi olduqca obyektiv, səmərəli və müstəqil dövlət quruculuğu kursuna tam uyğundur. Bunu artıq Brüsseldə də etiraf edirlər.

Bu fikirlərin fonunda Prezident İlham Əliyevin İtaliyaya fevral ayının son ongünlüyündə etdiyi səfər tarixi əhəmiyyət kəsb edir. Səfərin dövlət səfəri kateqoriyasında olması, qarşılanma mərasiminin yüksək səviyyəsi, aparılan danışıqların məzmunu, imzalanan sənədlərin əhatəsi və strateji məzmunu ölkələr arasında əməkdaşlıq perspekivlərinin böyük olduğunu nümayiş etdirir. Bu kontekstdə onu vurğulayaq ki, səfər çərçivəsində Azərbaycanla İtaliya arasında ümumilikdə 28 sənəd imzalanıb. Onlar siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəniyyət, elm, turizm, idman sahələrini əhatə edir. Ekspertlər bununla yanaşı, "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin imzalanmasını yüksək qiymətləndirirlər. Məsələnin çoxölçülü strateji tərəfdaşlıq kontekstində qoyulması onu göstərir ki, Azərbaycan Avropanın böyük və inkişaf etmiş dövlətləri ilə geniş sahəli səmərəli əməkdaşlıq etmək qüdrətində olan dövlətdir. Buradan o da aydın görünür ki, belə bir dövlət "Şərq tərəfdaşlığı" kimi proqramlarla məhdudlaşa bilməz. Azərbaycan başlıca olaraq müstəqil dövlət olaraq ikitərəfli əlaqələr quran və uğurla inkişaf etdirən ölkə kimi qəbul edilməlidir.

Yuxarıda vurğulanan kontekstdə əhəmiyyət kəsb edən digər mühüm hadisə Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi ilə bağlıdır. Bu mükafata ancaq xüsusi xidmətləri ilə seçilən dövlət başçıları və yüksək vəzifəli dövlət xadimləri layiq görülürlər. Mehriban xanım Əliyeva öz humanist, xeyirxah, xeyriyyəçi fəaliyyəti ilə bu adı qazanıb. Bu, bütün Azərbaycan xalqı üçün böyük şərəfdir.

Aydındır ki, dövlət başçısının İtaliyaya səfəri olduqca məzmunlu və zəngin olub. İfadə edilən məqamlar onu təsdiq edir ki, İlham Əliyev həm çox yüksək səviyyədə qarşılanıb, həm də konkret nəticələr əldə edilib. Prezident bu bağlılıqda çox maraqlı fikirlər ifadə edib. İlham Əliyev Azərbaycan-İtaliya biznes forumunda çıxış edərkən vurğulayıb: "Dünən və bu gün 25-dən çox sənədin imzalanması bunun əyani sübutudur. Çünki yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür. Bu sənədlər bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri əhatə edən bu sənədlər gələcək əməkdaşlığımız üçün gözəl baza yaradır".

Münasibətlərin yeni modeli: Azərbaycan rəhbərliyinin tarixi nailiyyəti

Sözlərinə davam edən ölkə rəhbəri ayrıca ifadə edib ki, "bu sənədlərin arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik".

Deməli, Azərbaycan rəhbərliyi dünyanın 7-ci iqtisadiyyatına malik, "Böyük Yeddiliy"in, Avropa İttifaqı və NATO kimi təşkilatların üzvü, eləcə də, beynəlxalq münasibətlərdə öz çəkisi və rolu olan İtaliya Respublikası ilə elə bir sənəd imzalamağa nail olub ki, birincisi, o, çox müxtəlif sferaları əhatə edir, ikincisi, həmin sənəd, faktiki olaraq, əməkdaşlığın prioritet sahələrini əhatə edir, üçüncüsü, münasibətlər müttəfiqlik əlaqələri səviyyəsinə yüksəlmiş olur. Və bütün bu məqamların təməlində Azərbaycanla İtaliyanın birgə iştirak etdiyi konkret proqramlar dayanır. Məsələn, energetika sahəsində hər iki ölkə TANAP və TAP layihələrinin aktiv iştirakçılarıdırlar. Azərbaycan Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, "Şahdəniz-2"dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq TAP təbii qaz boru kəməri layihəsində zatən olduqca fəaldır. İtaliya da Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan beynəlxalq əməkdaşlıq qrupuna qoşulub və enerji layihəsində (ümumilikdə Cənub Qaz Dəhlizi layihəsi) aktiv iştirak edir.

Bunlardan başqa, iqtisadiyyat, hərbi, mədəniyyət və başqa sferalar üzrə imzalanan çoxlu sayda müqavilələr var ki, strateji tərəfdaşlığa konkret məzmun verir. Yəni bu əlaqələr uzunmüddətlidir, perspektivlidir, qarşılıqlı faydalıdır. Bütün bunlarla İtaliya Prezidentinin də tam razılaşdığı onun ifadə etdiyi fikirlərdən aydın görünür. Sercio Mattarella mətbuata verdiyi açıqlamada vurğulayıb: "İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Burada mən, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın üçillik sədrliyini qeyd etmək istəyirəm. Azərbaycan bu öhdəliyi öz üzərinə götürmüşdür və bu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək. Mən bu işdə cənab Prezidentə uğurlar arzulayıram".

İtaliya Prezidenti sözlərinə davam edərək, ifadə edib: "Bundan əlavə, Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək istərdim. Artıq TAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq".

Nəhayət, hər iki dövlət başçısı beynəlxalq səviyyədə bir-birinə dəstək vermək haqqında razılığa gəliblər. Hazırkı geosiyasi dinamika kontekstində olduqca əhəmiyyətli bir nəticədir. Azərbaycan Prezidentinin bu uğurunun faydasını ölkəmiz yaxın zamanlarda daha konkret nümunələrdə görə biləcək.

Beləliklə, İlham Əliyevin İtaliya səfəri həm zəngin olub, həm də əməkdaşlığı yeni səviyyəyə yüksəltmək üçün böyük imkanlar yaradıb. Şübhə yoxdur ki, bundan Azərbaycan dövlətçiliyi böyük fayda görəcəkdir.

Demokratikmusavat.com

Xəbər Lenti

“PKK-da 38 nəfər koronavirusa yoluxub”

Bura ön cəbhədir - Koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanadan VİDEO

Koronavirusun əlamətlərini daşımayan xəstələri belə TAPIRLAR

PSJ İkardi ilə bağlı qərarını verdi

Evdə sağlamlıq üçün bunları etmək vacibdir! - 5 TÖVSİYƏ

Lalə 40 günlük övladının üzünü göstərdi - FOTO

“Barselona” “Real”ın sabiq futbolçusuna “elçi düşdü”

54 yaşlı Romarionun 23 yaşlı sevgilisi - FOTO

Bəzi ölkələrdə koronavirusa görə ölənlərin sayının çox, bəzilərində isə az olmasının səbəbi

Sahil Kərimli: "Koronavirusla effektli mübarizə Azərbaycan dövlətinin qüdrətini göstərir"

"Koronavirus gənclərin də ölümünə səbəb olub" - Nazir

"Koronavirus gənclərin də ölümünə səbəb olur" - Nazir

Təranə və Musa dəbdəbəli evini nümayiş etdirdi - VİDEO

"Xüsusi karantin rejiminə əməl olunmasa, çətin günlərimizin ömrünü uzadacağıq"

Aygün Kazımova karantin günlərini belə keçirir - VİDEO

“Messi La Liqadan getsə, dünyanın sonu olmayacaq”

FIFA-dan tarixi qərarlar - transfer pəncərəsinin vaxtı dəyişildi

Amerikalı müğənni koronavirusdan vəfat etdi

Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - VİDEO - FOTO

"Kiməsə virus yoluxdurmamışam"

Qazaxıstanda koronavirusa yoluxanların sayı 704 nəfərə çatıb

Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmayıb

Çin Kubaya koronavirusla mübarizə üçün 200 min dollar ayırıb

Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alınıb

Tramp növbəti həftənin ABŞ üçün ağır olacağını bildirib

ABŞ-da sutka ərzində 1,7 min nəfər koronavirusdan ölüb

Çində koronavirusa yoluxanların 95 faizə qədəri sağalıb

ABŞ-ın müdafiə naziri HDQ-yə yeni rəhbər təyin edib

ABŞ ÜST-ün büdcəsinə ödənişləri dayandıra bilər

Özbəkistanda koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb

Netanyahu bir daha koronavirus testindən keçib

"Mançester Yunayted" 16 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Aşıq Əhliman Rəhimov: Həyat yarıda qırılmasın deyə...

Psixoloq: Belə mübarizədə həmişə insan qalib gəlir

Koroğlu, Cavanşir və Şah İsmayıl Xətainin şərəfinə Xaçmazda ucaldılan heykəllər - FOTOLENT

Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı

Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... - AÇIQLAMA

Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Hindistanda qatar vaqonları xəstəxanaya ÇEVRİLDİ - FOTO

Günün qoroskopu: bu gün yalançı ümidlər, yersiz gözləntilər gətirəcək

Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb

ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib

Musa Quliyev: Ölkəmizdə koronavirus müayinəsi aparmaq üçün geniş imkanlara malik laboratoriyalar var

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi - Əfv edilən məhkum

Rusiyada 3 yaşadak uşağı olan ailələrə maddi yardım ediləcək

“Fənərbaxça”nın baş məşqçi postuna əsas namizəd müəyyənləşib

Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb

Qəbələyə 15 sm qar yağıb - FOTO

Arzu Nağıyev: Dövlət koronavirusla mübarizəni kompleks şəkildə həyata keçirir - VİDEO

Nazirlər Kabineti işsizlərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasını təsdiq edib

Koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb

İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb

Heydər Əliyev Mərkəzindən İrana dəstək - VİDEO

Lerikdə ferma yandı

Bakıda cibgirlik edən şəxs tutulub

İtaliyada koronavirusdan ölənlərin sayı 17 mini keçib

Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəməni ala bilməyəcək

Aleksandr Lukaşenko: Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram

Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib

Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır

"Qızım ərindən ayrı düşüb" - Mətanət İsgəndərli

Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Futbolçu hərbi xidmətə başladı - 24 kq sursatla 7 km yürüş etdi

İşğal altındakı Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alındı

Koçaryan Paşinyanı məhkəməyə verib

Ekstrasens dünyanın koronavirusdan nə vaxt yaxa qurtaracağından danışdı - MÜSAHİBƏ

FİFA-da yeni rüşvət qalmaqalı - DÇ-2018 və DÇ-2022...

Dünyanın ən varlı insanları 2 aya 408 milyard dollar itirib

Sevinc Fətəliyeva: "Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır"

Tramp xahiş etdi: Boris Consona yardım edin...

İstanbulda koronavirusa yoluxanlar üçün xəstəxana tikilir

80 və 89 yaşlı cütlük koronavirusa qalib gəldi - VİDEO

Sahil Babayev: "Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək"

Koronavirusa görə Premyer Liqa nəhənglərinə dəyəcək zərər bilindi

"Napoli"nin futbolçusu "Real"ın hədəfində

Sahil Babayev: "Fərdi sahibkarlar üçün DSMF-yə ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər"

"Vulverhempton"un Renatla bağlı yeni planı

Norveçdən koronavirusla bağlı xoş xəbər

"Karantindən sonra toydur"

"İndi cinsi əlaqə təhlükəlidir" - Maral Tahirqızı koronavirusdan BELƏ QORUNURMUŞ

Bekhamın 450 milyon dollarlıq yeni evi - FOTOlar

Azərbaycan Ordusunun növbəti qrupu Cənubi Sudanda fəaliyyətə başlayıb

Alıcılar "hə", satıcılar "yox" deyirlər - Dövlət qurumları qiymət artımına nə deyir? - VİDEO

“Instagram”da məşhurlaşmaq üçün ev yandırdılar

Valideynlərinin əl-qolunu bağlayıb evə od vurdu

Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb

Karantində başına un kisəsi keçirib, küçəyə çıxdı - VİDEO - FOTO

Almaz Ələsgərli ikinci dəfə nənə olub

Türkiyədə "Roketsan”ın hərbi zavodunda partlayış olub

"Qızımla kürəkənim əvvəl bir-birindən kimin övladı olduqlarını gizlədiblər"

İstanbulda partlayış olub, xəsarət alanlar var

"Bavariya" Müllerlə yeni müqavilə imzaladı - FOTO

Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM

UFC döyüşləri özəl adada keçirilə bilər

OPEK+ ölkələri nazirlərinin iclasının vaxtı açıqlandı

Nəriman Abbasovun Moskvadakı döyüşü təxirə salındı - RƏSMİ

AFFA-dan Di Françesko açıqlaması

SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib

ÜST-dən pandemiya zamanı məhdudiyyətlər barədə çağırış

Yaponiya 20 ölkəyə koronavirusa görə dərman təhvil verəcək

İranda bu gündən ictimai distansiya başlanır

Alimlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər

Alimlərlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər

Hikmət Babaoğlu: "Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır

Polis Runi və Uokeri saxladı

"Bu mövsüm avrokuboklar bərpa olunmaya bilər" - UEFA prezidenti

Britaniyada daha bir yüksək çinli məmur koronavirusdan karantinə alındı

"Anam məhkəmə zalında infarkt oldu, nənəm həbsxananın qarşısında öldü" - Ömrlük məhkum - VİDEO - FOTO

Adil Əliyev: "Əfv sərəncamı həssas qrupa daxil olan insanlara münasibətdə humanist bir addımdır"

Vüqar İskəndərov: "Məhkum edilmiş şəxslərin əfv edilməsi ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir"

İranda Ordu Günü paradı ləğv edildi

Vüqar Rəhimzadə: "Azərbaycan dövlətinin bu addımları demokratik dəyərlərə sadiqliyin nümunəsi kimi də qiymətlidir"

Pərvin Kərimzadə: "Əfv aktı dövlətin humanist siyasətinin daha bir göstəricisidir"

Kamil "20 gündür balalarım acdır" deyən qadının evinə getdi - VİDEO

Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür

Naqif Həmzəyev: "Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir"

Ərdoğan aparıcını məhkəməyə verdi

Bu Avropa ölkəsində həyat bərpa olunur

“COVID-19-la mübarizəyə əlavə 5,9 milyon tibb bacısı cəlb edilməlidir” - ÜST

Emin Hacıyev: "Ermənistanın fəlakətdən qaçması mümkün deyil"

Ermənistanda koronavirusa yoluxanların sayı 850 nəfəri ötdü

Evinə iki fahişə çağıran futbolçuya pis xəbər

Könül Kərimova yeni villasını canlı efirdə göstərdi - VİDEO

İspaniyada koronavirusdan ölənlərin sayı yenidən artdı

Koronavirusa yoluxan rus müğənni komaya düşdü

Əfvin icrası başa çatdı

Yaponiyada fövqəladə vəziyyət elan edilib

Natavandan Röya və Elnarə paylaşımı - FOTO

Siyavuş Novruzov: "Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir"

"Tüpürüm sizin missiyanıza" - Rövşanə ilə vəkil arasında qalmaqal

İranda epidemiya qurbanlarının sayı artıb

Yeni Zelandiyanın səhiyyə naziri karantin rejimini 2 dəfə pozdu, üzr istədi

Özünüzü, övladlarınızı qoruyun ki...

Çörəyi ucuz qiymətə almaq üçün 386 km yol qət etdi - FOTO

Holand Ronaldunun çellencinə qoşuldu və onu məğlub edə bilmədi - VİDEO

Ana 4 yaşlı oğlunu boğub öldürdü

Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTO

Almaniya klubu Nazarovla yeni müqavilə imzalayacaq

İtaliyada daha bir futbolçu koronavirusa yoluxdu

“Toyota” maska istehsalına başlayacaq

Koronavirusun sonu yaxınlaşır? - 3 ay sonra Çində bir ilk - FOTO

"Səninlə cinsi əlaqədə olub, koronavirus yoluxdurdum" - 42 yaşlı qadından ağılasığmaz əməl