AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ramiz Həsənov: "Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur" - FOTO

  15

Ermənistanın münaqişənin sülh yolu ilə həllinə "sadiqliyi" barədə bəyanatlarına baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir müavini Ramiz Həsənov Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 43-cü sessiyasının iclasının yüksək səviyyəli seqmentindəki bəyanatında deyib.

R.Həsənov bildirib: "Bu il Birləşmiş Millətlər Təşkilatı 75 illik yubileyini qeyd edir. Dözümsüzlük, nifrət motivli çıxışlar, miqrasiya, məcburi köçkünlük və iqlim dəyişikliyi kimi məsələlərin həlli BMT-nin yenə də əvəzolunmaz dəyərini və eyni zamanda daha güclü bir Təşkilata ehtiyac olduğunu nümayiş etdirir. Azərbaycan səmərəli BMT-nin tərəfdarıdır və İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığın artırılmasına sadiqdir.

Son illərdə Komissarlıq ilə tərəfdaşlığımızı gücləndirmişik. Ölkəmiz İnsan Hüquqları Şurası ilə, o cümlədən xüsusi proseduralar mandatına sahib olanlar ilə fəal şəkildə iş aparır. Komissarlığın lazımi texniki yardımın göstərilməsi ilə bağlı vacib işinə dəstək olmaq üçün Azərbaycan bu il könüllü töhfələrini artıracaq.

Azərbaycan Qoşulmama Hərəkatının sədrliyi təşkilatın Bakıda keçirilən son Sammitində qəbul etdi. Sədrliyi dövründə Azərbaycan öz prioritetlərini Bandunq prinsipləri ətrafında quracaq və xüsusən də, bütün insan hüquqlarının universallığını, bölünməzliyini və qarşılıqlı asılılığını müdafiə edəcəkdir. Bütün insan hüquqlarının və əsas azadlıqların təşviqi və qorunması üçün konstruktiv bir yanaşmanın qəbul edilməsinin vacibliyini də vurğulayırıq və bu baxımdan bütün dövlətləri bir-biri ilə səmimi dialoqa və əməkdaşlığa yönəltməyə çağırırıq.

Hazırda Azərbaycanda demokratiyanın, qanunun aliliyinin daha da möhkəmləndirilməsinə, insan hüquqlarının təşviqi və qorunmasına yönəlmiş genişmiqyaslı və uzunmüddətli islahatlar aparılır. 9 fevral 2020-ci il parlament seçkiləri Azərbaycanın daha da demokratik inkişafı yolunda növbəti bir vacib addımı təşkil edir. Seçkilərdə bu günədək ən çox qeydə alınan namizəd oldu, o cümlədən qadın namizədlərin sayında ciddi artım baş verdi. Əvvəlki seçkilərdə olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz ərazisindən zorla çıxarılmış və bununla da öz doğma şəhərlərində səs vermək imkanına malik olmayan 700 min məcburi köçkünün seçki hüquqlarının təmin edilməsi üçün 523 seçki məntəqəsi yaradılıb. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları səsverməyə Azərbaycan seçki orqanları tərəfindən dəvət edilmiş və onlardan bir qismi elektron səsvermə yolu ilə 9 fevral parlament seçkilərində iştirak etmişdir.

Dünən Ermənistan xarici işlər naziri yenidən Şuradan sui-istifadə edərək beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsini kobud şəkildə pozaraq, Ermənistanın Azərbaycana qarşı ilhaqçı siyasətinə haqq qazandırmaq məqsədilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox saxta və yalan dolu fikirlər səsləndirdi. Məhz bu ilhaqçı siyasət münaqişənin əsl səbəbini təşkil edir.

Ermənistan, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən, Ermənistanın Azərbaycana qarşı güc tətbiq etməsini, ərazilərini işğal etməsini, mülki şəxslərə hücumlarını pisləyən, habelə bütün işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur.

Bu gün Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qaranlıq səhifələrindən biri, getdikcə daha çox ölkənin tanıdığı Xocalı Soyqırımının 28-ci ildönümünü qeyd edir. 1992-ci ilin bu günü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki bu kiçik şəhərin 613 sakini azərbaycanlı olduqlarına görə erməni hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu faktı sonradan Ermənistanın o vaxtkı prezidenti özü də etiraf etmişdir. Bu baxımdan Azərbaycan, Şuranı, onun mandat sahiblərini və Ali Komissarlığı 30 ilə yaxındır haqları pozulmuş azərbaycanlı məcburi köçkünlərin və qaçqınların insan hüquqlarının bərpası üçün prinsipial mövqe tutmağa və səmərəli tədbirlər görməyə çağırır.

Ermənistan qəsdən öz müqəddəratını təyinetmə prinsipini, yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni etnik qrupu üçün tətbiq etməyə çağırmaqla və bu bölgədəki bütün azərbaycanlıların Ermənistan tərəfindən didərgin salındığını qəsdən gizlətməklə təhrif edir. Buna görə də "Dağlıq Qarabağ xalqı" kimi bir anlayış yoxdur, eyni bölgədəki azərbaycanlı icması ilə yanaşı, Dağlıq Qarabağın erməni icması mövcuddur. Belə olduğundan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirmək beynəlxalq hüquq pozuntusudur. Keçmişdə bu cür seçkilər heç vaxt beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və gələcəkdə də əsassız sayılacaq.

Ermənistanın münaqişənin sülh yolu ilə həllinə "sadiqliyi" barədə bəyanatlarına baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur. Son Münhen Təhlükəsizlik Konfransında Ermənistanın bu münaqişə ilə bağlı saxta iddialarına cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti birmənalı şəkildə bildirdi ki, bu münaqişənin dinc danışıqlar nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin etməlidir.

Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsidir və bu, beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən qəbul edilir və Ermənistan hökuməti qonşularına münasibətdə özünə zərər verən siyasi gündəliyinin hər hansı perspektivinin olmadığını nə qədər tez anlayarsa, Ermənistan xalqı sülh və iqtisadi inkişafdan bir o qədər tez faydalana bilər".

Demokratikmusavat.com

Xəbər Lenti

Azərbaycan XİN Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pislədi

Ölkəsinə getmək üçün 200 min dollar xərclədi

"Mercedes-Benz" 77 mindən çox avtomobili geri çağırır

Koronavirus şübhəsi ilə xəstəxanaya getdi, 6 saatdan sonra... - İnanılmaz OLAY

BMT Nyu-Yorkun tibb müəssisələrinə 250 min maska yardım edib

Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün polis və daxili qoşunlardan ibarət mobil qruplar yaradılıb - FOTO

"Klubu sevirəm, ancaq..."

Bahar ətirli FOTOREPORTAJ

Təhsil Nazirliyi: Tələbələr məsafədən...

Heydər Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək olaraq bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib - VİDEO - FOTO

Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 75 yaşı tamam olur - FOTO

Şimali Amerikada neft emalı zavodları bağlanır

Ermənistanın daha bir hərbçisi koronavirusa yoluxdu

Koronavirusun daha bir simptomu üzə çıxdı

Plasido Dominqonun vəziyyəti necədir?

Son sutka ərzində dünyada koronavirusa 63 min insan yoluxub

İranda ötən həftə təbii fəlakət nəticəsində 19 nəfər ölüb

İndoneziyalı jurnalist Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “seçkiləri” ləğv etməyə çağırıb

PKK-nın daha bir önəmli adamı öldürüldü

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib

İranda daha 3186 nəfər koronavirusa yoluxub

Bu, Çinin bioloji silahıdır - ABŞ-dan 20 trilyonluq şok ittiham

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edildi

“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Sazişə edilən dəyişikliklər təsdiqləndi

İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi

Tokio Olimpiadasının keçiriləcəyi vaxt bilindi

Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır

Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir - FOTO

İran ABŞ-ı "tibbi terrorda" ittiham etdi

Çində koronavirusun yayılması dayandı - Dünyaya bəyan etdi

Martın 31-də dollar bu qiymətə satılacaq

Tahir Kərimlinin nəvəsinə bu adı qoymağa icazə vermədilər

Özbəkistanda da koronavirusa yoluxanların sayı artıb

Ukrayna defolt ola bilər... - Zelenski

Bill Qeyts liderlərə də çağırış etdi: - Onların iki əsas vəzifəsi var...

ABŞ-da tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib

Karantin iqtisadiyyata daha çətin günlər yaşadacaq - Suverov

"28 gün ard-arda xəstəliyin diaqnozu qoyulmadığı zaman rahatlaşmaq mümkün olacaq" - Tanınmış pediatr

BMTM: Qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhddir

Koronavirus üzərində tezliklə qələbə qazanılacaq - Professor Çarlz Çiu

Bill Qeyts: Müharibəyə çox pul xərcləyirik, amma...

Koronavirus boşanmaları artırdı - Çində

“Mançester Yunayted” 150 milyon avroya futbolçu alır

Yer kürəsinə Atlas kometi yaxınlaşır

Rövşanə: "Nə korona, nə morona deyənlərlə az qalıram qırğına çıxım"

Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır

Hava daşımaları ilə bağlı qərara dəyişiklik edildi

Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi

Bu ölkədə 6 nazir koronavirusa yoluxdu

Karantin rejimini pozan şəxslərdən toplanan cərimələr haraya köçürülür?

İsveç pandemiya şəraitində - Məktəblər, restoranlar açıq...

Azərbaycan diasporu Ukraynadakı soydaşlarımıza dəstəyi davam etdirir

Rusiyalı professor koronavirus aqressiyasının azalacağını deyir

Türkiyə koronavirusun müalicəsi üçün bu üsuldan istifadə edəcək

Pakistanın İnsan Haqları üzrə Milli Komissiyası Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i pisləyib

Koronavirusdan nə qədər insan öləcək? - Dünya alimlərindən bədbin proqnozlar

Azərbaycanda ilk - Müğənnilər eyvanda konsert verdilər

Şəhriyar Məmmədyarova itki üz verib

Koronavirusun dərmanı sınaqdan keçirilməyə başlanıb

Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot etməyə çağırdı

Koronavirusun dərmanı sınaqdan keçirilməyə başlayıb

"Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi

Yaponiya sərhədləri bağlayır

Hamını evdə qalmağa çağırdı, özü isə... - FOTO

İrana qarşı sanksiyalar ləğv edilsin! - Trampa basqılar getdikcə böyüyür

“76 yaşlı anamı görmürəm, uzaqdan bir-birimizə əl edirik”

Azərbaycanlı həkim: “96 yaşlı xəstəm əllərimdən tutdu, sağalmaq istədiyini dedi” - MÜSAHİBƏ

Küsülü olduğunu demişdi, Dadonun VİDEOsunu paylaşdı

Rusiyada daha 2 nəfər koronavirusdan öldü

"Mənə xərclədiyi pullara baxmadım, iy gəlirdi deyə ayrıldım" - Könül

Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir

Azərbaycanda yeni medal təsis edilir

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi

Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu

Azərbaycan Formula 1-in təxirə salınması ilə əlaqədar birbaşa maliyyə itkiləri ilə qarşılaşmayıb

Amerikalı müğənni koronavirusdan vəfat edib

Azərbaycanın bir sıra ölkələrlə sazişləri təsdiq edildi

Ramin Məmmədov: Biz dəfələrlə bu cür taleyüklü anlarda Azərbaycan xalqının bir yumruq kimi birləşdiyinin şahidi olmuşuq

Vaksinə qədər korona ilə necə “vuruşaq”? - Rus həkim

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu

SOCAR benzin qıtlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır

Cənubi Koreyaya gələnlər 2 həftə məcburi karantinə cəlb olunacaqlar

65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək

İsraildə indiyədək 15 nəfər koronavirusdan ölüb

Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi

Milli Məclisin iclasında Azərbaycan həkimləri alqışlandı

Koronavirusun simptomları və xəstəliyin ağırlığı yoluxan şəxsin immunitet sistemindən asılıdır

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək

Koronavirusla mübarizədə həyatını itirən həkimlərə xüsusi status verilməlidir - TƏKLİF

Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı

Hərbi xidmətə çağırış ildə iki dəfə olmalıdır - Siyavuş Novruzov

Son sutkada Qırğızıstanda 26 nəfər koronavirusa yoluxub

Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi

Siyavuş Novruzov: Biz üç virusa qarşı mübarizə aparırıq

Çində son 24 saatda cəmi bir yoluxma qeydə alınıb

Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər

Koronavirusu Ukraynada yayan qadın diz çöküb üzr istədi - VİDEO

Milli Məclisin sədri: Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir

Ukraynanın 5 deputatı koronavirusa yoluxub

Milli Məclisdə soyqırım qurbanları yad edilib

Çində sərnişin qatarı relsdən çıxaraq aşıb

Misirdə yeni növ koronavirusdan ölənlərin sayı artıb

65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

“2 ailəyə dəstək olan kimisə tanıyırsınız?” - Rövşanə müğənniləri qınadı

ABŞ səhiyyəsi çökür: Minlərlə insan öləcək

Bu dəfə parlamentdə keyfiyyətcə daha güclü qadınlar yer alıb - Dövlət Komitəsi

Martın 30-da xarici valyutaların manata qarşı məzənnələri

Netanyahunun müşaviri koronavirusa yoluxdu

Fransa telekanalı Messini bənzəri ilə səhv saldı - FOTO

Bu ölkədə 14 yaşlı yeniyetmə koronavirusdan öldü

Terim və Albayrak koronavirusa qalib gəldi

"ABŞ-ın COVID-19-dan sonra bərpası iyunun 1-də mümkün olacaq" - Tramp

Kanadada 800-dən çox koronavirusa yoluxma halları aşkar edilib

Bakıda kran avtomobili yanıb

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 91-ə çatıb

KXDR çoxyüklü qurğusunu sınaqdan keçirib

Moskvada bütün sakinlər üçün evdə özünütəcrid rejimi tətbiq olununb

"Brent" markalı neftin qiyməti aşağı düşüb

UEFA avrokuboklar mövsümünü avqustda başa vurmağı planlaşdırır

Bu gün Milli Məclisdə 16 məsələyə baxılacaq

Premyer Liqanın ən çox qazanan futbolçuları - TOP 10

Bu ölkədə tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib

Bakıda restoranda yanğın olub

İspaniyada karantin şərtləri sərtləşdirilir

"Finalların azarkeşsiz oynanmasını istəmirəm" - Çeferin

Türkiyədə daha 11 kənd və iki məhəllə karantinə alınıb

Dünyada 634 mindən çox insan koronavirusa yoluxub

Günün qoroskopu: şəxsi həyatınızda dəyişikliklər mümkündür

Afrikaya koronavirusla mübarizə üçün 100 milyard dollar lazımdır

Türkiyədə koronavirusa yoluxan polislərin sayı açıqlandı

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - RƏSMİ

Moskvada insanların hərəkəti məhdudlaşdırılır

Nyu-Yorkda bu gün koronavirusdan 965 nəfər öldü

Azərbaycanda onlayn sınaq imtahanları pulsuz olacaq - SİYAHI

FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır - VİDEO - FOTO

Dünyada koronavirusa yoluxanların sayı 700 mini keçdi

Bulvarda xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib - FOTO

Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar - FOTO

İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir

Türkiyədəki Azərbaycan vətəndaşlarının üzləşdiyi məsələlərin həllinə dəstək verilir - Səfirlik

Fransada koronavirusa yoluxan azərbaycanlı: Sevinirəm ki, Azərbaycanda vaxtında ciddi tədbirlər görüldü

Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi

İtaliya A Seriyası növbəti dəfə təxirə salınır

Aktyor efirdə başına gələni danışdı: "Dilənçilər məni daşqalaq ediblər"

Misirdə koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb

Şakiri "Liverpul"dan ayrılır?

Özbəkistanda sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 29 nəfər artıb

İtaliyada gün ərzində koronavirusdan 756 nəfər öldü

"Vətəndaşlara 250 manat yardım" ilə bağlı rəsmi açıqlama

Qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb

İtaliyada koronavirusdan sağalanların sayında artım müşahidə olunur

Türkiyədə koronavirusdan daha 23 nəfər öldü

Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

Lautaro Martines top klubların hədəfində

Türkiyəli teleaparıcı KORONAVİRUSA YOLUXDU

Püşkatmanın tarixi dəyişdirildi

Koronavirus xəstəsinin sevgilisinə yazdığı SON MESAJ - Tezliklə görüşəcəyik